Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə13/13
tarix06.12.2016
ölçüsü3,39 Mb.
#952
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

Nisbi üstünlük


Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilər.

İqtisadçılar müqayisəli üstünlüklər barəsində danışarkən ayrı-ayrı insanların müxtəlif qabiliyyətlərindən misal gətirirlər.

Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni zamanda yazı maşınında sərbəst işləməyi hamıdan yaxşı bacarır.

Menecerin texniki assistent işini yerinə yetirməsinin iqtisadi mənası varmı?

Əlbəttə ki, yox. Menecer enerjisini öz işinin yerinə yetirilməsinə sərf etməklə daha çox pul qazana bilər, lakin bu zaman mütləq ixtisaslı işçini –referenti işə götürmək tələb olunur.
Təbii üstünlüklər

Ölkə təbii resurslarına və iqlim şəraitinə minnətdar olaraq təbii üstünlüklərə nail ola bilər.


Qazanılmış üstünlüklər

İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək müxtəlif və mürəkkəb məhsullar hazırlamaq qabiliyyətidir. Məsələn, Yaponiya poladın iki əsas komponenti olan dəmir və kömürü idxal etməsinə baxmayaraq dünyanın ən iri polad ixracatçısıdır. Bu müvəffəqiyyətin əsas səbəbi onunla bağlıdır ki, Yaponiyanın poladəritmə zavodları yüksək effektli texnoloji proseslər tətbiq edir, əməyə və materiala qənaətlə yanaşır.

Oxşar olaraq ölkələr də ticarətdə o vaxt udur ki, öz resurslarını daha effektiv istehsalatda cəmləyə bilsinlər.

İndi isə gəlin üstünlüklər nəzəriyyəsinin aparıcı xəttini təşkil edən resurslardan effektiv istifadə ilə bağlı vəziyyəti iki ölkənin timsalında nəzərdən keçirək.

Fərz edək ki, iki dövlət (ABŞ və Şri-Lanka) çay və buğda istehsalı üçün eyni miqdarda resurslara (torpaq, kapital, əmək resurslarına) malikdir.

İstehsalat imkanlarını misallarla aydınlaşdıraq.

Tutaq ki, ABŞ Şri-Lanka ilə müqayisədə çay və buğda istehsalında daha effektiv imkanlara malikdir. Bu o deməkdir ki, ABŞ hər iki məhsulun istehsalında mütləq üstünlük daşıyır.

Hər iki ölkənin eyni miqdarda -100 resursu vardır. Əgər adı çəkilən məhsulların istehsalını qurmaq üçün ölkələrdən hər biri öz resurslarının yarısını istifadə edirsə, onda aşağıdakı şəkildə cədvəl tərtib edək:



Cədvəl 19




ABŞ

Şri-Lanka

1.Bütün resursların miqdarı

100

100

2.Məhsulların miqdarı (çay və buğda)

2

2

3.Hər bir məhsulun istehsalı üçün istifadə edilən resursların miqdarı

50

50


4. 1 ton buğdanın istehsalı üçün lazım olan resursların miqdarı

4

10


5. 1 ton çayın istehsalı üçün lazım olan resursların miqdarı

5

10


Göründüyü kimi, ABŞ-da 1 ton buğdanın və ya çayın istehsalı üçün lazım olan resursların miqdarı xeyli aşağıdır. Bu isə həmin məhsulların istehsalının səmərəli qurulmasına işarədir. Belə ki, yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi, ABŞ mövcud resurslar hesabına 10 ton çay (50 resurs: 1 ton çayın istehsalı üçün tələb olunan 5 ədəd resursa) və 12,5 ton buğda (50 resurs: 1 ton buğdanın istehsalı üçün tələb olunan 4 ədəd resursa), Şri-Lanka isə 5 ton çay (50 ədəd resurs : 1 ton çayın istehsalı üçün tələb olunan 10 ədəd resursa) və 5 ton buğda (50 ədəd resurs : 1 ton buğdanın istehsalı üçün tələb olunan 10 ədəd resursa) istehsal edə bilər. İndi isə bu şəraitdə istehsalın nəticələrinə nəzər salaq. Bu məqsədlə növbəti cədvəl tərtib edək.
Cədvəl 20




çay

buğda

1.Şri-Lanka

5

5

2.ABŞ

10

12,5

Cəmi:

15

17,5

Şri-Lanka qarşısında ABŞ çay və buğda istehsalında üstünlüyə malikdir. Lakin bununla yanaşı, ABŞ-da buğda istehsalında nisbi üstünlük mövcuddur. Bu onunla bağlıdır ki, çayla müqayisədə buğda istehsalı üzrə üstünlüklər nisbətən yüksəkdir.

Göründüyü kimi, onlar bütövlükdə 17,5 ton buğda istehsal edə bilər. Bu məqsədlə buğda istehsalının hamısı ABŞ-da təşkil olunardısa, onda bu ölkə 70 ədəd resurs (17,5 x 4) istifadə edər. Yerdə qalan 30 ədəd resursu isə 6 ton çayın istehsalına (30:5) yönəltmək mümkündür.

Yox, əgər çay istehsalının hamısı Şri-Lankada təşkil olunardısa, onda bütün resurslardan istifadə etməklə 10 ton çay istehsal edə bilər.

Belə olan halda hər iki ölkədə buğda istehsalının birlikdə həcmi 17,5 ton olacaq, çay istehsalı isə 15 tondan 16 tonadək (6 ton ABŞ çayı+10 ton Şri-Lanka çayı) yüksələcək.

Bu hesablamanı əksinə də aparmaq olar, onda çay istehsalını dəyişməz saxlayıb, bütün resursları buğda istehsalına yönəltmək lazımdır.



İqtisadi fikir tarixindən




David Rikardo (1772-1873)
İngilis iqtisadçısı David Rikardo klassik siyasi iqtisad elminin görkəmli nümayəndələrindən sayılır. O, Londonda birja maklerinin ailəsində doğulub. D.Rikardo əmək-dəyər nəzəriyyəsini yaradıb. Onun fikrincə, məhsulun dəyərinin yeganə mənbəyi işçinin əməyi hesab olunur, onun da əsasında cəmiyyətin müxtəlif siniflərinin gəlirləri durur. Buradan da əmək haqqı ilə kapitalistin gəliri arasında tərs mütənasibliklə asılılıq qanunu formalaşır.

Davidin 12 yaşı olanda atası onu Amsterdama dayısının yanına göndərir. O, burada iki il ticarət məktəbində təhsil alır və atasının yanına qayıdandan sonra onun birja və ticarət əməliyyatlarına kömək edir.

16 yaşlı David yenidən Hollandiyaya qayıdır və Amsterdamda birja əməliyyatlarının dövriyyəsindəki rəqəmlərlə işləmək bacarığına malik olur. Belə ki, XİX əsrdə London birjasının Avropada oynadığı rolu XVIII əsrdə Amsterdam birjası oynamışdır. Bu şəxsi səfər Rikardonun həyatını dəyişir və onun biliklərini xeyli dərəcədə zənginləşdirir.

Rikardo bir müddət atasının yanında çalışandan sonra sərbəst şəkildə maklerlik edib, maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Riyaziyyatın tədrisi ilə məşğul olub, iki dəfə şerif vəzifəsinə seçilib. 1819-1823-illərdə ingilis parlamentinin üzvü olduğu dövrdə özünün iqtisadi baxışlarını təbliğ etməyə başlayıb, parlament tribunasından həmişə azad ticarətin müdafiəsinə qalxıb, proteksionizmin əleyhinə çıxış edib. Onun tədqiqatının nəticələri Rikardonun 40 yaşı olandan sonra işıq üzü görüb. Belə ki, o, 1817-ci ildə əsas elmi əsərini – «Siyasi iqtisadın əsasları və vergi qoyuluşu» kitabını dərc etdirib. Rikardo dövlətin pul-kredit siyasətinə də xüsusi diqqət yetirib. Azad ticarətin lehinə xeyli arqumentlər gətirən Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsinin inkişafında xüsusi xidmətlərə malikdir.



Xülasə
1

. Beynəlxalq ticarətin əsası –ixtisaslaşmadır. Nə vaxt ki, insanlar və ya ölkələr onların ticarət tərəfdaşlarına nisbətən aşağı alternativ dəyərlə məhsul istehsal edirsə, bu o deməkdir ki, ticarət onlar üçün sərfəlidir.

2. Zəngin təbii resurslarına və əlverişli iqlim şəraitinə görə bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun təbii üstünlüyü hesab olunur.

3. İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun qazanılmış üstünlüyü hesab olunur.

4. Resursların miqdarından asılı olaraq bir ölkə digər ölkə ilə müqayisədə daha çox məhsul istehsal edə bilirsə, bu onun mütləq üstünlüyü hesab olunur.

5. Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilirsə, bu onun müqayisəli üstünlüyü hesab olunur.
Müzakirə üçün suallar


1. Yaşadığımız ölkənin timsalında beynəlxalq ticarətin zəruriliyini əsaslandırın və əhəmiyyətini izah edin. Bir anlığa təsvir edin ki, ölkəmiz xaricdən nə mal alır və nə də ki, kənara mal göndərir. Belə olan halda hansı nəticələrə malik olduğumuzu qiymətləndirin.

2. Beynəlxalq ticarətin üstünlüklərini sadalayın və müzakirələr aparın.

3. Üstünlüklər nəzəriyyəsinin fərqli cəhətlərini aşkar edin və onun hər birini yaşadığımız ölkənin timsalında müxtəlif məhsul növləri üzrə qiymətləndirin.



Test

11.1.Aşağıdakı təriflərdən hansı beynəlxalq ticarət sferasını daha dəqiq müəyyənləşdirir.

a) dövlət təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat münasibətləri

b) müxtəlif ölkələrin özəl təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələri

c) iki və ya daha çox ölkələrlə aparılan istənilən təsərrüfat əməliyyatları


11.2 Dünya ticarəti sferasında dəyişikliklərə səbəb olan başlıca amillər hesab olunur:

a) texnologiya

b) iqtisadi şərait

c) müharibə və üsyan

d) siyasi münasibətlər

e) bütün göstərilənlər


11.3. Sizcə, aşağıdakılardan hansıları xarici avtomobillərin idxalından udur:

1) yerli avtomobil istehsalçıları

2) avtomobilin alıcıları

3) xarici avtomobil şirkətlərinin dilerləri

4) dövlət
Cavab variantları

a) 1-cilər

b) 1 və 2-cilər

c) 2 , 3 və 4-cülər



d) hamısı

Testlərin cavabları


1.1.

d

4.1.

c

8.1.

b

1.2.

b

4.2.

d

8.2.

a

1.3.

b

5.1.

a

8.3.

d

1.4.

b

5.2.

a

8.4.

a

2.1.

b

5.3.

d

9.1.

c

2.2.

c

5.4.

d

9.2.

d

2.3.

d

5.5.

a

9.3.

c

2.4.

c

5.6.

d

9.4.

a

2.5.

c

6.1.

a

10.1.

b

2.6.

a

6.2.

d

10.2.

c

2.7.

b

6.3.

b

10.3.

b

2.8.

b

7.1.

c

11.1.

c

2.9.

b

7.2.

d

11.2.

e

3.1.

d

7.3.

c

11.3.

c

3.2.

e

7.4.

c





Tövsiyə olunan ədəbiyyatların siyahısı
1. Липсиц Игорь, Экономика без тайн, Экспериментальный учебник для 10-11 классов общеобразовательных школ, М., Вита-Пресс, 1994.

2. Липсиц И.В., Экономика, История и современная организация хозяйственной деятельности, Учебник для 7-8 классов общеобразовательных школ, М., Вита-Пресс, 1999.

3. Экономика, под общей редакцией Л.Б.Азимова, Д.А.Петрина, Учебное пособие для старших классов общеобразовательных учреждений, М., Олимп: ООО «Фирма «Издательство АСТ» 1999.

4. Автономов В.С. Введение в экономику: Учебник для 9, 10 классов общеобразовательных учреждений, М.: Вита-Пресс, 1998

5. Азимов Л.Б., Преподавние курса «Введение в экономику»: Пособие для учителья, М.: Вита-Пресс, 1998

6. Азимов Л.Б. , Журавская Е.В. Уроки экономики в школе: Активные формы преподавания - М.: Аспект –пресс, 1995.

7. Макарова О.Ю., Раев В.А. Тесты по экономике.- М.: Вита- Пресс, 1995.

8. Мицкевич А.А. Сборник заданий по экономике.- М.: Вита- Пресс, 1996.

9. Равичев С.А., Григорьев С.Э., Протасевич Т.А., Свахин А.С. Сборник тестовых заданий по экономике.- М.: МЦЭБО, 1997.

10. Носова С.С. Основы экономики: Учеб. для студ. образоват. учреждений сред. проф. образования. – М.: Гуманит. изд. центр ВЛАДОС, 2002.- 272 с.



Redaktor: Azər MEHTİYEV

Texniki redaktor: Samir ƏLİYEV

Korrektor: Aysel SÜLEYMANOVA

Operator: Sona MƏMMƏDOVA

Yığılmağa verilib 10.07.2004

Çapa hazırlanıb 12.09.2004

Format 60x84 1/8

Həcmi 25 şərti ç.v.

Kağız 75 qr. Ofset



Tiraj 1000


Kitab “Nurlan” mətbəəsində çap olunub.



Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin