Fuat RƏsulov qubad İbadoğlu iqtisadiyyatın əsasları



Yüklə 3,39 Mb.
səhifə2/13
tarix06.12.2016
ölçüsü3,39 Mb.
#952
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

А



Б

Ъ .У
. Х

Г

Д


00

80

60

40

20

500 650 700 800 Paltar (min. ədədlə)



Şəkil 1. İstehsal imkanları əyrisi
Qrafikdən göründüyü kimi, bütün resurslar 100 min ədəd velosiped buraxılmasına yönəldiyi halda, ölkədə paltar istehsal olunmur. Əgər 500 min ədəd paltar istehsalı barəsində qərar qəbul etsək, onda 20 min ədəd velosiped istehsalından imtina etmiş oluruq (B nöqtəsi müvafiq surətdə həmin qərarı ifadə edir). Yox, əgər qərar qəbul etsək ki, 650 min ədəd paltar buraxmalıyıq, onda da 40 min ədəd velosiped istehsalından imtina etməliyik (bu vəziyyəti C nöqtəsi əvəz edir). 700 min ədəd paltar istehsalının müqabilində, 60 min ədəd velosiped buraxılışından imtina edir və bu məhsul növünün istehsalını 40 min ədəd səviyyəsinə endiririk (bu vəziyyəti Q nöqtəsi ifadə edir). Nəhayət, paltar istehsalını 800 min ədəd səviyyəsinə qaldırmaq isə bütövlükdə velosiped buraxılışından imtina etmək deməkdir (bu vəziyyəti də D nöqtəsi əks etdirir).

İndi isə vacib hesab etdiyimiz cəhətə diqqət yetirək. Göründüyü kimi, hər bir yeni vahidin alternativ dəyəri eyni deyildir. Bu çox mühüm haldır. Əyridən göründüyü kimi AB sahəsi meylli, BC dairəvi, QD isə nisbətən şaqulidir. Bu təsadüfi deyildir. Bu onunla izah olunur ki, əgər başlanüıcda paltar istehsalının alternativ dəyəri 500 min ədəd idisə, onda cəmisi 20 min ədəd velosiped buraxılışından imtina edilib, sonradan paltar istehsalının 150 min ədəd artırılması velosiped buraxılışının 40  min ədəd azaldılmasını şərtləndirib. Nəhayət, paltar istehsalının yenidən 150 min ədəd artırılması, velosiped buraxılışının 60 min ədəd aşaüı salınmasını səciyyələndirib. Biz səhv etmirikmi?

Əlbəttə ki, yox. Məsələ burasındadır ki, velosiped buraxılışında istifadə edilməyən resursları paltar buraxılışına sərf etmək mümkündür. Lakin, bu zaman onu da nəzərdən qaçırmaq olmaz ki, biz bəzi dəzgahları və işçiləri dərhal bir istehsaldan digərinə keçirə bilirik, lakin resursların müəyyən hissəsini (metalı, rezini)  velosiped istehsalından sonra birbaşa paltar buraxılışında istifadə edə bilmirik. Bunu da istehsal imkanları əyrisi ilə izah etmək mümkündür. İstənilən dövlətin, o cümlədən Azərbaycanın  da iqtisadi durumu əyrinin daxilində hansısa nöqtəni xarakterizə edir. Tutaq ki, bu nöqtə X-dur. Heç bir dövlətdə, heç bir cəmiyyətdə malik olduqları bütün resurslardan tamamilə istifadə imkanları mövcud deyildir. Məgər bizim ölkəmizdə bütün resurslar eyni zamanda  fəaliyyətdədirlərmi? Hətta ABŞ-da da işsizlik hökm sürür, deməli orda da əmək resurslarından tamamilə istifadə olunmur və s.

B


İгtисаdиййаt - зярури мяhсулларыn исtеhсалы цчцn ъямиййяtиn ресурсларdаn nеъя исtиfаdя еtмяси вя onларыn яhали арасыndа бюлцшdцрцлмясиndяn бяhс еdяn елмdир.

eləliklə də hər bir ölkənin iqtisadi durumu  əyri daxilində hansısa nöqtəni əks etdirir, əyridən kənardakı nöqtə isə iqtisadi imkanların xaricindədir.

Bu tərifdən belə nəticə çıxır ki, cəmiyyət, daha doürusu, biz sizinlə həmişə  resurslardan hökmən səmərəli istifadə etməyə çalışmalıyıq.

İndi isə gəlin iqtisadi fəaliyyətdə istifadə olunan resursların necə təsnifləşdirilməsini öyrənək və  görək nadir resurslar nəyə deyilir.

Biz pul haqqında danışarkən, pulun miqdarının ölkədə də, ailədə də və insanda da məhdud olduüunu yaxşı bilirik. Yaxud əmək resurslarından bəhs edərkən onunla da baülı eyni nəticəyə gəlirik. Onların da miqdarı məhduddur. Bəs təbii resurslarla baülı vəziyyət necədir? Bizim nəfəs aldıüımız hava da təbii resurs hesab olunurmu? Onu da nadir hesab etmək olarmı? Biz hamımız bu resurslardan istifadə edirik, onlar  bizə həyatımız üçün hökmən lazımdır. Daha doürusu onlar bizim üçün arzuolunandır. Belə olan halda onlar məhdud deyildir. Əlbəttə ki, kosmik fəzada hava çox azdır, amma yer kürəsində o qədər çoxdur ki, biz ondan istifadə edir və heç haqqını belə ödəmirik. A. Belyayevanın "Hava satıcısı" fantastik hekayəsini xatırlayırsınızmı? Orda bir nəfər bütün dünyaya hökmranlıq etmək məqsədilə uzaq şimalda güclü nasoslar qurur və havanı nasosla  çəkməyə başlayır. Sonra onu böyük təzyiq altında sıxaraq, maye vəziyyətinə gətirir və xüsusi çənlərə doldurur. Çox keçmir ki, tezliklə daülıq yerlərdə nəfəs almaüa hava çatmır və tənəffüs çətinləşir, insanlar boüulmaüa başlayır. Belə olanda həmin adam yer kürəsinin sakinlərinə ondan havanı pulla almaüı təklif edir. Hava nadir resursa çevrilir və məhdudlaşır. Başqa bir nümunə götürək. Qızıl! Çox adam ona sahib durmaq istəyir, o arzuolunandır, lakin o çox azdır və buna görə də çox bahadır.



Resurslar o vaxt nadir hesab edilir ki, onlar arzuolunan  və  məhdud olsunlar.

İstehsal amilləri

İstənilən resurslardan istifadəyə görə onun sahibinə haqq ödəmək lazımdır. Hər bir resurs üçün müxtəlif haqlar vardır. Resurslara görə hansı haqqlar mövcuddur?

Bunu aşağıdakı sxem vasitəsilə öyrənək.

Həqiqətən də təbii resurslardan əmtəə və xidmətlərin istehsalı zamanı daha çox istifadə ediləni maddi nemətlərdir. Bura canlı təbiət, meşə, faydalı qazıntılar və sairələri  aid edilir. İqtisadçılar çox vaxt təbii resurslardan danışanda "torpaq" terminindən də istifadə edirlər.



Torpağın sahibinə ödənilən haqq renta adlanır.

Əmək resurslarına və yaxud ixtisaslı  əməyə əmtəə və xidmətlərin istehsalı zamanı insanın sərf etdiyi istənilən fiziki və zehni güc daxil edilir.



Resurslar Resurs sahibinin aldığı haqq






Şəkil 2. Resurslar - Sahibkarlar
Əmək resurslarından istifadəyə görə ödənilən haqq əmək haqqı adlanır.

Kapital adı altında əmtəə və xidmətlərin istehsalı zamanı istifadə edilən fabrik və zavodlar, maşın və dəzgahlar başa düşülür. Bura istehsalın təşkili və müxtəlif texniki avadanlıqların əldə edilməsi  üçün sahibkara zəruri olan pul vəsaiti də aid edilir. Qərbdə çox geniş yayılmış məsəl var ki, "yalnız axmaqlar öz pulu ilə biznes edirlər". Bu məsəl o vaxt əmələ gəldi ki, bir çox ölkələrdə güclü bank sistemi yaradılaraq möhkəmləndirildi. Bundan sonra işgüzar adamlar banklardakı vəsaitlərdən bizneslərini təşkil etmək üçün istifadə etməyə başladılar.



Özgənin pulunun (kapitalının) istifadəsinə görə ödənilən haqq faiz adlanır.

Nəhayət, sahibkarlıq fəaliyyəti xüsusi fəaliyyət növlərindən biri olmaqla növbəti resurslardan biri və əsası hesab olunur. O, əmtəə və xidmətlərin istehsalı məqsədilə firmaların yaradılması üçün zəruri olan idarəetmə və təşkilati işləri,  tərcübə və vərdişləri əhatə edir. Bir çox qərb sosioloqlarının tədqiqatları göstərir ki, belə qabiliyyətə dünya əhalisinin 2 faizdən bir az çoxu malikdir.

Yuxarıda sadalanan resurslar biri-birindən asılı olmadan fəaliyyət göstərir. Onları yalnız sahibkarlıq qabiliyyəti birləşdirə bilər. Belə ki, sahibkar hər hansı bir istehsalı qurmaq üçün kapital cəlb edir, işçi tutur, təbii resurslardan istifadə edir və bütün bunları səfərbər edib idarə etməklə əmtəə və xidmətlərin istehsalına başlayır. Sahibkarlar alınmış kreditlərə görə faiz ödəyir, işçilərə məvacib verir, təbii resurslara görə renta ödəyir, əgər işini düzgün qurarsa, yerdə qalan pul isə onun mənfəətini təşkil edir ki, bu da sahibkarlıq qabiliyyətinə, biznes vərdişinə və keyfiyyətinə, yeni ideya və səylərə, riskə görə haqqı xarakterizə edir.

MİKROİQTİSADİYYAT, MAKROİQTİSADİYYAT
İqtisadçılar "İqtisadiyyat" elminə iki səviyyədə yanaşırlar. Bu yanaşmaya görə, iqtisadiyyat mikro və makro səviyyələrdə fərqləndirilir. Mikroiqtisadiyyat firma, istehsalçı səviyyəsində baş verən prosesləri öyrənir. O məhdudluq, seçim, tələb və təklif, qiymət və onların təsərrüfat fəaliyyətinə təsirini və sair məsələləri aydınlaşdırır. Makroiqtisadiyyat dövlət miqyasında məsələlərə aiddir. O, məcmu tələb və təklifi, məcmu gəliri, inflyasiya və işsizliyi və sair məsələləri öyrənir. Əgər iqtisadiyyatı saat mexanizmi ilə müqayisə etsək, onda mikroiqtisadiyyat hər bir yayı, mıxı, çarxı, makroiqtisadiyyat isə bu detalların qarşılıqlı fəaliyyətini və onun nəticəsində vaxtın təyin edilməsinin səbəblərini aydınlaşdırır.

İqtisadiyyat insanlara nəyə görə lazımdır?

İnsanların, bir çox hallarda əsas, hətta ən yüksək tələbatları maddi tələbatlar hesab olunur ki, bunu da yalnız iqtisadiyyat təmin edə bilər. Hər bir ölkə, hər hansı bir xalq iqtisadi qanunların dərk edilməsinin özünəməxsus  yollarını müəyyən edir. Ölkələr bir-birilə ünsiyyətə ilk növbədə, ticarət vasitəsi ilə başlamışlar ki, bu da onlar üçün eyni istiqamətli və ya oxşar iqtisadi mexanizmlərin formalaşmasını şərtləndirmişdir. Bu gün biznesmen bir ölkədən digərinə gedərkən çox şeylər onun üçün tanış gəlir, beləliklə də o universal iqtisadiyyatın oyun qaydalarına vərdiş edir. Bu qaydalar əsrlərlə cilalanmış, təkmilləşdirilərək daha rasional olmuşdur. Çünki, hamı tərəfindən qəbul olunmuş iqtisadi qanunlara əməl etmədən fəaliyyət göstərmək həddindən artıq çətindir. Lakin bəzi ölkələrdə müxtəlif resursların böyük ehtiyatları olsa da, həmin dövlətlərin vətəndaşları yoxsul yaşayırlar. Çünki, onlar öz resurslarından qeyri-rasional istifadə edirlər.


İгtисаdи сямярялилик (расиonаллыг) - зярури hалларdа мювъуd ресурслардан миnимум сярf еtмякля максимум игtисаdи fайdа ялdя еdилмяси гайdасыdыр.

Dünyada iqtisadiyyat rasional prinsiplərlə idarə olunur. Məhz bu prinsip iqtisadi mexanizmlərin əsasını təşkil edir. Biz bilirik ki, təbiət fərqli funksiyalı müxtəlif canlılardan ibarətdir. Hətta canlıların bir növü olan qarışqa da öz “məmləkətində” müxtəlif funksiyalar yerinə yetirir.



Əmək bölgüsü daha doürusu ixtisaslaşması - insanların və ya qrupların yalnız müəyyən olunmuş növdə işləri yerinə yetirməsinə yönələn iqtisadi əməkdaşlıq mexanizmidir.

Digər mexanizm - əməyin kooperasiyasıdır.



Əməyin kooperasiyası insanlar və ya firmalar arasında hansısa əmtəənin buraxılması üçün lazım olan istehsalat əməliyyatlarının bölgüsüdür.

Sizlərdən çoxunuz beynəlxalq kooperasiyalaşmanın nəticələrini hətta öz evinizdə də hiss etmisiniz. Yəqin ki, sizin yapon istehsalı olan televizorunuzun kinoskopu Honkonqda, ya da Tayvanda hazırlanıb. İxtisaslaşma və kooperasiyalaşma yüksək ustalıüa şərait yaratmaqla, məhsuldarlıüın artımını da təmin edir.




Ямяйиn мяhсулdарлыüы - ишчиnиn мцяййяn ваxt ваhиdи ярзиndя исtеhсал еtdийи мяhсул вя xиdмяtляриn
мигdарыnы иfаdя еdир.

İnsan eyni vaxt ərzində nə qədər çox məhsul istehsal edərsə, əmək məhsuldarlıüı da bir o qədər yüksək olar. İxtisaslaşma və kooperasiyalaşma məhsuldarlıüı yüksəltməklə, iqtisadi cəhətdən  daha güclü mexanizmin - ticarətin fəaliyyətinə gətirib çıxarmışdır.



Ticarət - qarşılıqlı fayda əsasında əmtəənin səmərəli mübadilə qaydasıdır.

FAYDA - İQTİSADİYYATI BAŞA DÜŞMƏYİN AÇARIDIR

Biz qeyd etdik ki, insanların iqtisadiyyat sferasındakı fəaliyyəti başlıca olaraq iqtisadi rasionallıq üzərində qurulur. İqtisadiyyat sferasında ən vacib motiv FAYDADIR! İnsanların həyatında onun rolu ölçülməz dərəcədə yüksəkdir. İnsanlar əmək sferasında ixtisaslaşmanın və kooperasiyalaşmanın həyata keçirilməsindən sonra öz əməyinin məhsulunu mübadilə edəndə  başa düşürlər ki, bu faydalıdır.


Fayda- maddi rifah halının arzu olunan səviyyəsinə nail olarkən şəxsi güc və vaxtın qənaətlə qorunmasını tələb edir.
Rasionallığa cəhd insanları tələbatlarının ödənilməsindən daha çox həzz almaqla həyatlarını qurmaüa kömək edir.

Hər bir insan ömür müddətində müəyyən fiziki və zehni imkanlar əldə edir. Hər bir insan  həm də əvvəlcədən qeyri-müəyyən olan  ömür müddətinə malikdir.

Mümkün olan təbii resurslardan rasional istifadə imkanları insan ömrünün orta uzunluğundan asılıdır. Ölkəmizdə orta ömür müddətinin 74 il olduğunu və onun üçdə birini biz yuxuda keçirdiyimizi nəzərə alsaq, yerdə qalandan da uşaqlıq və qocalıq illərini çıxsaq, onda bizim imkanlarımızı reallaşdırmaq üçün 24-25 ilimiz qalır. Bu illər ərzində görəcəyimiz işlərə özünün dolanışıüının, ailənin rifahının təmin edilməsi, bir sözlə, həyatdan alınacaq zövqlərin təminatı da daxildir.

Təqdim olunmuş sxem üzrə cəmiyyətin iqtisadi mexanizminin əsas elementlərini aşaüıdakı formada təsvir etmək mümkündür.

Gəlin, bu sxemə nəzər salmaqla bu suala cavab axtaraq. Görəsən, sərvət hansı mərhələdə yaranır. Bəlkə "İstehsalın təşkili" və ya "Kooperasiyalaşma" mərhələsində . Bu suala cavab vermək üçün, əvvəlcə onu aydınlaşdıraq ki, əməyin bölgüsü və ixtisaslaşması əsasında hazırlanan hər bir məhsul sərvət yaradırmı?

Sualı daha asanlıqla dərk etmək üçün misallara müraciət edək. Fərz edək ki, zavod əməyin ixtisaslaşmasından, istehsalın konveynerləşməsindən, xammalın ən keyfiyyətlisindən  istifadə etməklə minik avtomobilləri üçün kvadrat formada təkər hazırlayır.

Çox ehtimal ki, bu təkərləri heç kim almayacaq.  Beləliklə də  bu məhsuldan sərvət də qazanmaq mümkün olmayacaq. Əksinə, tezliklə istehsalçılar müflisləşəcək və başa düşəcəklər ki, resursları, enerjini, insanların fiziki və zehni  əməyini nahaq yerə sərf ediblər.




Тялябатын юдянилмяси

Истяйирям!

Истещсалын тяшкили
Эялирляр

Ямяк бюлэцсц

Тиъарят

Кооперасийа































Bəs onda, sərvət harada yaranır?

Cavab sadədir: satışdan sonra. Təəcüblənməyin. Biz ticarəti məhsulun bir sahibkardan digərinə keçdiyi şəraitdə müşahidə etməyə vərdiş etmişik. Lakin, istehsal və ticarət anlayışının birini digərindən ayırmaq olmaz. Belə ki, iqtisadiyyatın bu iki ayrılmaz elementi birlikdə sərvətin əmələ gəlməsini təmin edir.

Hamıya məlumdur ki, insanlar  mal satanda adətən hər hansı bir səviyyədə fayda güdürlər. Bu onların ya maddi rifahını yüksəldir, ya da hansısa tələbatını ödəyir. Biz bunları  başa düşməklə daha irəlidə gündəlik iqtisadi həyatın real mexanizmini və motivlərini aydınlaşdıracaüıq.

İqtisadi fikir tarixindən



P

ol Samuelson (15 may 1915)

Orta məktəblər üçün 1948-ci ildə yazılmış ilk dərsliyin müəllifidir. «İqtisadiyyat: giriş kursu» adlanan bu dərslik 20-dən çox dilə tərcümə olunaraq, 15 nəşriyyat tərəfindən çap olunub.

Pol Samuelson 1915–ci ildə doğulub. Orta məktəbi əla qiymətlərlə bitirən Samuelson bakalavr təhsilini məşhur Çikaqo Universitetində, sonrakı təhsilini isə məşhurluqda ondan heç də geridə qalmayan Harvard Universitetində alıb və Massaçusets Texnologiya İnstitutunda dərs deyib.

O, etiraf edib ki, iqtisadçı olmağı sırf təsadüf ucbatından baş tutub, belə ki, Pol həmişə riyaziyyat və fizika ilə maraqlanıb və elmin bu sahələrinə daha çox aludə olub. Samuelson müəyyən edib ki, riyaziyyatın köməyi ilə iqtisadiyyatı, iqtisadi prosesləri daha rahat izah etmək olur, nəinki fizikanı.

Pol Samuelson müasir iqtisad elminin riyaziyyatlaşdırılmasına böyük töhfə verib və özünü müxtəlif spektrli elmi tədqiqatları ilə şöhrətləndirib.

O, 1970- ci ildə Nobel mükafatına layiq görülüb.
Xülasə
1

. İqtisadiyyat nadir resurslardan istifadə zamanı cəmiyyətin necə seçim etdiyini öyrənən elmdir.

2. Əhaliyə həddindən artıq lazım olan, iqtisadiyyatın istehsal edə biləcəyi bütün nemətlər (əmtəələr, xidmətlər) nadirdir.

3. İqtisadi resursları material (təbii və kapital) və əmək (iş qüvvəsi və sahibkarlıq qabiliyyəti) resursları kimi təsnifləşdirmək olar.

4. Resursların məhdudluüu hamını daimi olaraq seçim aparmaq məcburiyyətində qoyur.


Müzakirə üçün suallar

1. İqtisadiyyat bizim sonsuz istəklərimizlə məhdud imkanları daha yaxşı necə birləşdirmək haqqında elmdir. İzah edək ki, nəyə görə “iqtisadiyyat” elminin predmetinin bir hissəsini resursların məhdudluüu problemi təşkil edir.

2. “Mən onunla razı deyiləm ki, tələbatları ödəmək mümkün deyildir”. Misal göstərək: “Mən hər gün nə qədər istəyirəmsə, o qədər də çay içirəm”.

Bu fikri tənqidi təhlil edin. İzah edin ki, “əmtəə və xidmətlər ona görə çatışmır ki, resurslar məhduddur”.

3. İqtisadi resurslar nəyə deyilir? Onları sadalayın.

4. İstehsal amillərinin sahiblərinin qazandıüı gəlirlərin bütün növlərini sadalayın.

5. Ələkbər bütün ay ərzində pul toplayır ki, özünə fotoaparat alsın. Amma nə vaxt ki, o maüazaya gəlir, onda görür ki, onun almaq istədiyi fotoaparat artıq satılıb. Başqa modellər isə onun xoşuna gəlmir. Demək olarmı ki, Ələkbər heç nə itirməyib, belə ki, yıüdıüı pulları saxlamaqdadır?
TEST




1.1. İqtisadiyyat — elm olaraq öyrənir:

a) Hökumət biznesi necə tənzimləməlidir.

b) Hökumət milli gəlirdən necə istifadə etməlidir.

c) İşgüzar təşkilatların müxtəlif tipləri necə işləyir.

d) Qeyri-məhdud istəklə məhdud imkanları daha yaxşı necə birləşdirmək olar.
1.2. Bütün iqtisadi sistemlərin qarşısında duran problem:

a) İstehsalat imkanlarıdır.

b) Resursların məhdudluğudur.

c) İstehsal amilləridir.

d) Texnologiyadır.
1.3. Alternativ dəyər — məhsul və ya xidmətin dəyəridir ki, o da ölçülür:

a) statistika bürosu vasitəsilə

b) mal və ya xidmətin əldə edilməsi üçün nəyinsə qurban verilməsi ilə

c) istehlak qiyməti indeksi ilə

d) alınan malın qiymətilə
1.4. Bir mal və ya xidmətdən imtina edib, digərinin alınmasına nə deyilir:

a) tələb

b) alternativ dəyər

c) əvəzetmə qiyməti

d) qıtlıq

İkinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Nə? Necə? Kim?




  • İqtisadi sistemlər




  • İstehlakçının davranışı




  • Tələb nədir?




  • Təklif nədir?




  • Bazar tarazlığı




  • Tələbin elastikliyi

XVI- XVIII əsrlərdə əksər Avropa ölkələri merkantilizm iqtisadi nəzəriyyəsinin təsiri altında idi.

Merkantilistlər hesab edirlər ki, ölkə, eləcə də onun əhalisi nə qədər çox qızıl ehtiyatına malikdirsə, dövlət bir o qədər də sərvətli, əhali isə varlı hesab olunmalıdır.

Onların gəldiyi nəticəyə görə hökumət elə qanunlar qəbul etməlidir ki,   sənaye və ticarəti müdafiə edə bilsin və beləliklə də ölkə aldığından çox satmaq imkanı qazansın. Bu zaman ölkə satdığı malın müqabilində qızıl və gümüş qazanar ki, bu da pul ehtiyatını artırar və son nəticədə də  millətin yaşayış səviyyəsi yüksələ bilər.

Bu nəzəriyyə müstəmləkələrin meydana gəlməsinə şərait yaratdığından, Avropanın başlıca dövlətləri yeni ərazilər işğal etməyə və onların ucuz işçi qüvvəsini və xammalını istismar etməyə meyl göstərirdilər.

XVIII əsrdə bir qrup fransız iqtisadçıları fərqli nəzəriyyə təklif etdilər. Onların fikrincə, real sərvət torpaqda, daha doğrusu kənd təsərrüfatında yaranır. Ona görə də, hökumət biznesin tənzimlənməsi sahəsində heç bir iş görməməli və hadisələrin inkişafını təbii amillərin öhdəsinə buraxmalıdır. Bu dövrdə iqtisadi problemlərin həllinə dövlətin qarışmaması ideyasına üstünlük verənləri fiziokratlar adlandırırdılar.

İqtisadi inkişafın müxtəlif dövrlərində mövcud olmuş nəzəriyyələrin heç biri iqtisadiyyatın qarşısında duran başlıca vəzifəni -istehsal amillərinin bölüşdürülməsinin daha səmərəli qaydalarının seçilməsi və məhdud imkanlar problemini həll edə bilməmişdir.

Cəmiyyət bu məsələni həll etməzdən əvvəl iqtisadiyyatın üç əsas sualını cavablandırmalıdır.



- Nəyi istehsal etməli? Daha doğrusu, hansı əmtəə istehsalı və xidmət fəaliyyəti nə qədər vacibdir.

- Necə istehsal etməli? Daha doğrusu, istehsalın  hansı üsulundan istifadə olunmalıdır.

- Kimlərə satmalı? Daha doğrusu, həmin əmtəə və xidmət kimlərə lazımdır.

Bu üç suala verilmiş cavab əsasında bu və ya digər ölkənin hansı iqtisadi sistemdə yaşadığını izah etmək mümkündür. Belə bir fikrə nəzər salaq.

Milyonların iqtisadi fəaliyyətini koordinasiya etməyin iki üsulu mövcuddur. Birincisi, totalitar dövlətin ordunun zor gücü ilə bir-birinə bağlılığını şərtləndirən mərkəzləşdirilmiş inzibati hbərlikdir. İkincisi, fərdlərin könüllü əməkdaşlığıdır: belə metoddan bazar istifadə edir”.

Milton Fridmən, Nobel mükafatı laureatı

Gəlin bu üç sualın üzərində daha ətraflı dayanaq:



? İndiki halda biz nə hazırlamalıyıq - kolbasa, yoxsa köynək? Çoxlu sayda ucuz və keyfiyyətsiz, yaxud az sayda  baha və keyfiyyətli köynəkmi? Bəlkə, daha çox ərzaq məhsulları? Axı, nisbətən az xərclə xeyli ərzaq məhsulu istehsal etmək olar.

Necə? Cəmiyyət mütləq müəyyənləşdirməlidir ki, istehsal prosesində onları kim və hansı resurslarla istehsal edəcək, hansı texnologiyadan istifadə olunacaq, enerjini nədən alacaq: kömürdənmi, mazutdanmı və ya qazdanmı? Bunlar havanın çirklənməsinə  necə təsir göstərəcək?

Kim? Hər bir cəmiyyətin başlıca vəzifələrindən biri də  iqtisadi nailiyyətlərin nəticələrindən kimin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir. Əks tədqirdə cəmiyyətdə çoxlu kasıb və azsaylı varlı olacaq və yaxud  xəstələrin və qocaların sayı xeyli artacaq. Məgər, onları həyatın axarına buraxmalıyıqmı?

İqtisadi sistemin tipləri

İnsanlar bu suallar  üzərində düşündükləri  vaxtdan etibarən  dövlət quruculuğu zəruri olub. Bununla da onlar  ictimai həyatın ideal planlarını hazırlamağa çalışıblar.

Belə layihələrdən ən məşhurunun müəllifi ingilis yazıçısı-fantast Tomas Mor olub. O, “Utopiya” adasında ideal dövlətin layihəsini təsvir edib. Bu ölkənin sakinləri bərabər imkanlara malikdirlər, nə bacarırlarsa onu edir, nə istəyirlərsə onu alırlar.

“Utopiya” sözü indiyə qədər də müxtəlif xalqların dillərində tamamilə real olmayan təklifi ifadə edən ümumi məfhuma çevrilmişdir.

Məhz utopik ideyaların əsasında 1917-ci ildə Rusiyada, sonralar  isə digər sosialist ölkələrində ideal dövlət qurmaq məqsədilə xüsusi iqtisadi siyasət yeridilməyə başlandı. Bu dövlətlər iqtisadiyyatı xalq təsərrüfatı planları əsasında vahid mərkəzdən idarəetməyə cəhd göstərirdi.

Hər bir cəmiyyət iqtisadiyyatın üç başlıca sualını cavablandırmaq məqsədilə öz reseptini işləyib hazırlamışdır.

Cəmiyyətin bu üç sual üzərində qurulan iqtisadi sisteminin özü də üç tipə bölünür: bazar, inzibati - amirlik və ənənəvi.

Bazar

Bazar iqtisadiyyatı - təsərrüfatçılığın elə sistemidir ki, onun fəaliyyəti zamanı nə, necə və kim suallarına çoxsaylı alıcı və satıcılar  cavab verir.

Bazar iqtisadiyyatı aşağıda qeyd olunan üç vacib elementin əsasında təşəkkül tapır:



- Xüsusi mülkiyyət;

- Rəqabət;

- Sərbəst qiymətqoyma sistemi;


Хцсуси мцлкиййят - инсанларын вя
фирмаларын истеhсал васитяляриня саhиблик hцгугудур.

Mülkiyyətin sahibləri şəxsi kapitalından maksimum dərəcədə səmərəli istifadə edərək nə istehsal etməli və onu neçəyə satmalı sualına istehlakçıların sifarişi əsasında bazarda cavab tapır. Beləliklə də, istehsalçı nə lazımdırsa, onu da istehsal edərək, mənfəət götürür.

Nəyə görə? Ona görə ki, onlar bilirlər ki, mənfəət əldə etmək, eləcə də çoxlu pul qazanmaq üçün istənilən məhsulu deyil, elə məhsul istehsal etmək lazımdır ki, onun qiyməti münasib olsun və onu alıcı alsın.

Xüsusi mülkiyyətin üstünlüyündən və onun stimullaşdırıcı rolundan klassik iqtisad elminin banisi Adam Smit “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar” adlı fundamental elmi əsərində təfərrüfatı ilə söhbət açmışdır.




Рягабят – ейни мящсулун истещсалчылары арасындакы бящсляшмядир.




Əmtəə və xidmətlərin istehsalçıları bir-biriləri ilə rəqabət aparmaqla ən zəruri malları istehsal etməyə cəhd edirlər. Onların hər biri çalışır ki, elə məhsullar istehsal etsin ki, başqasında olmasın və yaxud olsa da onun məhsulunun  qiyməti ucuz olsun. Yəni burda başlıca məqsəd alıcını cəlb etmək, onun zövqünü oxşamaqdır.

Bu mübarizədən kim qazanır?

Əlbəttə ki, biz-istehlakçılar!

Rəqabət həm də ona görə faydalıdır ki, istehsalçılar daha səmərəli işləməyə səy göstərir, resurslara qənaət edirlər.

Alıcılar da öz aralarında rəqabət aparırlar. Hər bir alıcı daha yaxşı əmtəə və ya xidmət əldə etmək istəyir. Bu mübarizədə də daha yüksək qiymətləri ödəməyə qadir olanlar udurlar.




Сярбяст гиймятгойма системи – еля бир системдир ки, бурада гиймятляр алыъы вя сатыъыларын гаршылыглы фяалиййяти нятиъясиндя сярбяст сурятдя базарда мцяййян олунур.


Bazar qiyməti istehsalçıya minimum xərclə maksimum mənfəət əldə etmək imkanları yaradır.

Bazarda qiymətlər adətən alıcı və satıcının qarşılıqlı fəaliyyətinin təsiri altında formalaşdığına görə bazar iqtisadiyyatını bəzən “qiyməti idarəedən” də adlandırırlar.

Mənfəət dalınca qaçma satıcını  məhsul istehsalını minimum xərclə təşkil etməyə vadar edir ki, bu da son nəticədə qiymətlərin aşağı salınmasını səciyyələndirir. Beləliklə də bazar iqtisadiyyatında nə istehsal etməli məsələsini alıcı həll edir.

Soruşa bilərsiniz ki, hansı şəkildə?

- Alış zamanı!

Alıcı bu və ya digər məhsulun haqqını ödəməklə bazara “siqnal” verir: nəyi, hansı qiymətə istehsal etməli. İstehsalçılar bu “siqnala” həssaslıqla reaksiya verir və təbii ki, həmin məhsulu buraxır satıb ondan mənfəət qazanır.


İnzibati amirlik sistemi

Bu sistemdə nəyi, necə istehsal etməli və hansı qiymətə satmalı məsələlərini bazar müəyyən etmir, bütün bu suallara mərkəzləşdirilmiş plan orqanları  cavab verir.

Keçmiş SSRİ-də belə mərkəzləşdirilmiş orqanlar həddindən çox idi: Dövlət Plan Komitəsi, Dövlət Qiymət Komitəsi, Dövlət Əmək Komitəsi, Dövlət Maddi Texniki Təchizat Komitəsi və başqaları.

Bu komitələrin adları ilk baxışdan çox şey deyir: məsələn, Dövlət Qiymət Komitəsi hər bir malın və xidmətin qiymətini təyin edirdi. Dövlət Əmək Komitəsi hər bir müəssisəyə nə qədər işçi lazım olması məsələsini həll edirdi, eləcə də hansı mütəxəssisə  nə qədər maaş vermək məsələsi də bu komitənin işi hesab olunurdu.

Məlumdur ki, hər bir müəssisənin istehsal xüsusiyyətini və yaxud  müxtəlif regionlarda yaşayan insanların istəklərini vahid mərkəzdən müəyyənləşdirmək mümkün deyil. Məhz bu səbəbdən də qəbul olunan qərarların çoxunun nəticəsi  qeyri-effektiv alınırdı.

Ənənəvi sistem

Belə sistem çox azsaylı ölkələrdə saxlanılıb. Onlar əsasən az inkişaf etmiş ölkələrdir. Bu ölkələrdə istehsal olunan mal və xidmətlər  min illərlə dəyişmir. Bu ölkələrin vətəndaşları  ataları, babaları nə ediblərsə onu da təkrarlayırlar. Belə  ölkələrdə adətlər və ənənələr çox güclüdür.

İki əsas iqtisadi sistemi daha dərindən öyrənmək və onları müqayisə etmək üçün aşağıda təqdim olunan cədvələ nəzər yetirək. Cədvəl vasitəsilə hər iki  sistemdə iqtisadi məsələlərin necə həll olunması, qərarların qəbul edilməsi və s. məsələlərlə tanış olaq.
Cədvəl 2

İQTİSADİ SİSTEMİN TİPLƏRİ





Bazar

İnzibati

İstehsal resurslarına kim nəzarət edir?



İqtisadiyyatda istehsal resurslarına nəzarət və sahiblik ayrı-ayrı şəxslərdədir.

İnsan resursları istisna olmaqla, istehsal resurslarının əksər hissəsi dövlətin və ya hökumətin sahibliyi və nəzarəti altındadır.

Resurslardan istifadə qərarını kim qəbul edir?



Resurslardan istifadə üzərində qərarı bazarın çoxsaylı alıcı və satıcıları qəbul edir.

Qərarları mərkəzləşdirilmiş planlaşdırılmaya məsul olan dövlət orqanları qəbul edir.

Qərar qəbul edən şəxs hansı motivə əsaslanır?



Motivləşmə baxımından ayrı-ayrı şəxslər xüsusi maraqlardan çıxış edir.

Motivləşmə baxımından mərkəzləşdirilmiş planlaşdırmaya məsul şəxs sosial məqsədlərdən çıxış edir.


Siz nə qədər mal alırsınız? Və yaxud qiymət, tələb və təklif
istehlakçı davranışı

Hər gün istehlakçılar, daha doğrusu biz sizinlə çoxlu sayda müxtəlif mallar alırıq.

Pərakəndə mal satıcıları və istehsalçılar daha çox tələbata uyğun olan, istehlakçı tərəfindən alınan malları satmağa və ya istehsal etməyə üstünlük verirlər. Onlar mallarını satmaqla mənfəət əldə edirlər.

İstehlakçıların davranışı anlayışı istehsalçılar üçün çox mühümdür. Onlar qiyməti aşağı saldıqca, alınan malların miqdarı artmağa başlayır.

Qiymət və alınmış malların miqdarı arasındakı belə münasibətlərə tələb qanunu deyilir.

Tələb dedikdə, məlum müddət ərzində digər amillərin dəyişmədiyi şəraitdə müəyyən qiymətlə alınmış malların miqdarı başa düşülür.

Tələb bəzən belə də tərif olunur.


Тяляб – мялум вахт ващиди ярзиндя мцяййян гиймятля малларын вя хидмятлярин алынмасы истякляри вя имканлары демякдир.


Əgər siz özünüzə fotoaparat almaq istəyirsinizsə, amma bunun üçün pulunuz yoxdursa, onda bu tələb deyil, arzu hesab olunmalıdır. Yox əgər sizin pulunuz varsa və siz həmin pula fotoaparat almaq istəyirsinizsə, artıq bu tələbdir.

Bazar iqtisadiyyatında malın qiyməti bazarda formalaşır. Bu necə baş verir?

Satıcılar daha çox fayda əldə etmək məqsədilə öz mallarını baha qiymətə satmağa səy göstərirlər.

Alıcılar isə həmin malı ucuz almağa çalışırlar.

Lakin, bazar - könüllü mübadilə saziş yeridir. Burada malın satılması üçün satıcı və alıcının qarşılıqlı fayda əsasında razılaşması gərəkdir. Belə razılaşma - qiymətdir. Alıcı və satıcını təmin edən qiymət. Qiymət - satıcı və alıcını təmin edən və mübadilə olunan malın dəyərinin pulla ifadəsidir. Bazar iqtisadiyyatının mahiyyəti saziş və qiymət üzrə tərəf müqabillərin axtarışı ilə ifadə olunur. Bu o demək deyil ki, alıcı ilə satıcı hər dəfə mütləq görüşməlidir. Siz mağazanın piştaxtasında gördüyünüz malın qiymətini ya münasib hesab  edə, ya da ki, onun həddindən çox yüksək olduğunu düşünə bilərsiniz? Görəndə ki, qiymət bahadır, mağazadan yan ötürsünüz. Bu zaman satıcı malın nəyə görə satılmaması barədə düşünür və belə qərara gəlir ki, yəqin malın qiymətini baha müəyyənləşdirib.

Tutaq ki, piroq satıcısı əvvəlcədən malını hansı qiymətə daha çox satmağı öyrənmək qərarına gəlib. Bunun üçün o rastlaşdığı adamlar arasında mini sorğu keçirir və bir saat ərzində müxtəlif adamlara eyni sualla müraciət edir. “Əgər 1 piroqun qiyməti  1600 manat olarsa, onu alarsınızmı?” 100 nəfər müsbət cavab verir. Bundan sonra o həmin sualı axşama qədər, hər bir saatdan sonra  qiyməti 200 manat ucuzlaşdırmaqla təkrar edir. Nəhayət, satıcı öz sorğusunun nəticələrini cədvəl formasında qruplaşdırır ki, buna da tələb şkalası deyilir.


Cədvəl 3

TƏLƏB ŞKALASI




Qiymət, man.

Tələb, ədəd

1

1600

100

2

1400

110

3

1200

120

4

1000

140

5

800

160

6

600

200

Cədvəl Tələb Qanununun fəaliyyətini əyani surətdə nümayiş etdirir.

Tələb Qanununa görə malın qiyməti ucuzlaşarsa, onun alıcılarının sayı çoxalır. Cədvəldən göründüyü kimi, həqiqətən də piroqun qiymətinin aşağı olduğu tədqirdə onu almaq istəyənlərin sayı artır. Bu nəyə görə baş verir?

Bütün bunların izahı çox sadədir.

Piroqu aşağı qiymətə almağa imkanı çatan alıcıların sayı daha çoxdur. Belə ki, əhalinin bir hissəsi piroqun qiymətinin ucuzlaşdığını biləndə kökə, keks və digər bu kimi malları almaqdan imtina edərək piroq almağa üstünlük verəcəkdir. Deməli, piroqa tələbat daha çox olacaq. İndi isə tələb şkalasından  istifadə etməklə tələbin qrafikini qurmağa cəhd edək. Koordinat sistemi çəkib, onun şaquli hissəsində piroqların sayını, üfüqi hissəsində isə malların qiymətini qeyd edək. Bunun üçün Q (ingiliscə-Quantity), P (ingiliscə-Price) hərflərindən istifadə edək.






P
2000

1800

1600

1400

1200

1000

800

600
, man












































































































































































































































































































































D























































































80 140 200 Q, ədəd

Şəkil 3. Tələb əyrisi
Bu əyri adətən D (ingiliscə - Demand) hərfi ilə işarə olunur və tələbi ifadə edir. Tələb əyrisi həmişə azalan istiqamətdə, daha doğrusu aşağıya sağa doğru meyllənən kimi görsənir. Nəyə görə qiymət artımı olduğu halda tələbin ölçüsü  aşağı düşməyə meyllidir? Bu, iki səbəbdən baş verir. Birincisi,  əvəzləyicinin effekti ilə bağlıdır. Çünki qiymət artdıqca, siz həmin malı başqaları ilə əvəz etməyə çalışırsınız. Məsələn: əgər «Coca-Cola»nın qiyməti 2 dəfə artarsa, hamı «Fanta» içməyə başlayacaq. Eyni zamanda, onun qiymət artımı digər sərinləşdirici içkilərin də bahalaşmasına gətirib çıxaracaq.

Qiymətin artdığı halda tələbin ölçüsünün aşağı düşməsinin ikinci səbəbi gəlirin effekti ilə əlaqədardır. Gəlin, bunun neçə olduğunu aydınlaşdıraq. Malların qiyməti bahalaşdıqca, siz özünüzü kasıb hiss etməyə başlayırsınız, elə deyilmi? Əgər əvvəllər 2000 manata 2 piroq alırdınızsa, qiymət artımından sonra birini ala bilirsiniz. Deməli, bu bahalaşma sizi kasıblaşdırıb. Düzdürmü?

Əksinə, qiymətlərin ucuzlaşması sizin varlı olmağınıza şərait yaradır. Tələbin azalan əyrisi ilə bağlı  iqtisadçıların verdikləri ikinci izah belədir: əhalinin tələbi hüdudsuzdur, lakin bu tələbat müəyyən məhsullar üzrə ödənilə bilər!

Müəyyən vaxt vahidi ərzində, istehlakçı hansı malı arzulayırsa, onu da ala bilər. Adətən, tələb bir-birinin ardınca Son Faydalılıq Qanununa uyğun surətdə ödənilir. Gəlin, bu Qanunun mahiyyətinə varmaq üçün onun məzmununun tərkib hissələri ilə tanış olaq. Əvvəla, biz bilməliyik ki, faydalılıq - tələbatın ödənilməsi qabliyyətidir. Heç kim etiraz edə bilməz ki, optik eynək - faydalı şeydir. Eyni zamanda hamı təsdiq edər ki, eynək kimin görmə qabiliyyəti zəifdirsə, onun üçün faydalıdır. Daha doğrusu, əmtəənin “faydalılığı” subyektiv anlayışdır və müxtəlif insanlar üçün kəskin fərqlənir.

Son faydalılıq” dedikdə istehlakçının hər bir əlavə məhsul vahidini istehsal edərkən əldə etdiyi üstəlik fayda başa düşülür.

İnsanların konkret mallara tələbatını ölçsək “son faydalılığın” hər yeni vahid üçün aşağı düşdüyünün şahidi olarıq.

Nəyə görə? Bu suala cavab vermək məqsədilə aşağıdakı misala diqqət yetirək.

Tutaq ki, qoltuğunda qiymətli daşlarla dolu çantası olan yolçu səhra ilə gedir. Bir neçə kilometr məsafə qət etdikdən sonra onun su ehtiyatı tükənir və  o az qalır ki, susuzluqdan ölsün.

Elə bu anda təsadüfən əlində su çəlləyi olan bir allah bəndəsi ilə rastlaşır və həmin adam 1 stəkan suyu 10 iri briliyant daşa dəyişməyi təklif edir. Yolçu fikirləşmədən 1 stəkan suya 10 briliyant ödəyib, onu axır damlasına qədər içir. Bundan sonra daha bir stəkan su xahiş edir və onu da bir qurtuma içir. Üçüncü stəkanı o yavaş-yavaş, xırda qurtumlarla içir, dördüncü stəkanla yuyunur, beşinci stəkandan isə ümumiyyətlə imtina edir. Axı həm birinci, həm də beşinci stəkandakı suyun tərkibi eynidir. Bəs görəsən, nə dəyişib? Faydalılıq! Birinci stəkandakı su onun üçün daha çox faydalı idi, ikinci, ondan bir az, beşincisi isə tələb olunan qiymət baxımından tamamilə faydasızdır.

Daha doğrusu, Son Faydalılıq Qanununa uyğun olaraq,  əgər qiymət aşağı düşərsə istehlakçı yenə su ala bilərdi.

Məhsul istehsal etməyə dəyərmi? Və yaxud istehsalçının davranışı!

Biz sizinlə istehlakçının davranışından danışdıq. Lakin bazar münasibətlərində ikinci  bir iştirakçı - satıcı və ya istehsalçı mövcuddur. Biz bunları bir-birindən ayırmırıq, çünki mal satılmazsa, heç kim onu istehsal etməz. Digər tərəfdən də, əgər hər hansı bir mala bazarda tələbat varsa, bu heç də o demək deyildir ki, həmin malı mütləq istehsal etmək lazımdır. Belə ki, mal və xidmətlər yalnız mənfəət əldə etmək üçün istehsal olunur və malın təklifi onun qiymətindən asılı olur. Əvvəlcə, aydınlaşdıraq görək mənfəət adı altında nə başa düşürük? Bəlkə, bu istehsalçının satılmış mala görə aldığı puldur? Əsla yox. Heç vaxt belə fikirləşməyin. Mal satışından əldə edilən pul gəlir adlanır. İstehsalçı hər hansı bir malın buraxılışına müəyyən məsrəflər sərf edir ki, bu da istehsalat məsrəfləri adlanır. O bu məqsədlə xammal, material alır, yer icarəyə götürür, işçi cəlb edir və bütün bunlara görə haqq ödəyir. İstehsalat xərcləri - hsul buraxılışına görülmüş işlərə sərf olunan bütün növ məsrəflərin məbləğidir. Məhsul satışından əldə edilən gəlirlə istehsalat xərcləri arasındakı fərqə mənfəət deyilir. Bu, düsturla aşağıdakı şəkildə ifadə olunur.


G - X = M

BuradaG”- gəlir, “X” - “xərclər”, “M”-mənfəətdir.

Bir məsələni də aydınlaşdıraq.

Tutaq ki, istehsalçı satışa iki növ məhsul təklif edir, onlardan biri məktəbli, digəri isə idman çantasıdır və hər ikisinə tələbat eynidir. Bu iki maldan hansını istehsal etməli? Bəlkə hər ikisini?

İstehsalçı hər iki malın  istehsalat xərclərini ayrı-ayrılıqda hesablamağa başlayır. Alınmış  nəticəyə görə məktəbli çantası ona 25.000 manata, idman çantası isə 22.000 manata başa gəlir. Xərclərin fərqli olması ilə yanaşı məktəbli çantasına qıfıl da qoymalıdır və bunun üçün əlavə pul ödənilməlidir. Bu məlumatlar əsasında cədvəl quraq.



Cədvəl 4.




G (man)

X (man)

M=G-X

Məktəbli çantaları

30000

25000

5000

İdman çantaları

30000

22000

8000

Sizcə, istehsalçı nə ilə məşğul olacaq? Əlbəttə ki, idman çantasının istehsalı ilə. Əgər, məktəbli çantasına tələb artarsa, qiymət 35.000 manat olarsa, necə? Bu vəziyyət aşağıdakı cədvəl vasitəsilə təsvir olunur.

Cədvəl 5.




G (man)

X (man)

M=G-X

Məktəbli çantaları

35000

25000

10000

İdman çantaları

30000

22000

8000

Cədvəl məlumatlarına əsasən demək olar ki, istehsalçı idman çantasının buraxılışını dayandırıb, məktəbli çantası istehsal etməyə başlayacaq. Beləliklə, istehsalçı bazarda mövcud tələbin “işarə”si ilə elə məhsulun istehsalına üstünlük verir ki, ondan əldə edilən gəlir ona çəkilən xərclərdən maksimum dərəcədə çox olsun.

Biz burdan aşağıdakı nəticələri çıxarırıq:

İstehsalçının davranışı istehlakçının davranışına birbaşa ziddir. İstehsalçılar böyük məmnuniyyətlə yüksək qiymətə çoxlu miqdarda mal buraxılışına üstünlük verdiyi halda, istehlakçılar ucuz qiymətə mal almaqda maraqlıdırlar. Fikrimizi daha da dəqiqləşdirmək məqsədilə bir daha Tələb Qanununu öyrənərkən istifadə etdiyimiz piroq misalına qayıdaq. Lakin bu dəfə təklif şkalasını qurmağa çalışaq. Təklif -  məlum vaxt ərzində satıcının alıcıya müəyyən qiymətlə təklif etdiyi malın miqdarıdır. Bu əsasda təklif şkalası təqribən aşağıdakı kimi ola bilər.



Cədvəl 6.

TƏKLİF ŞKALASI




Qiymət, man

Təklif, ədəd

1

600

80

2

800

120

3

1000

140

4

1200

160

5

1400

170

6

1600

180

Cədvəldən göründüyü kimi piroqun qiyməti aşağı düşdükcə, istehsalçı nisbətən az istehsal edir. Bu fəaliyyəti daha yaxşı başa düşmək üçün mənfəət motivini xatırlayaq. Fərz edək ki, piroq buraxılışı istehsalçıya 500 manata başa gəlir. Onda piroqu  600 manata satmaqla 100 manat, 800 manata satmaqla 300 manat mənfəət qazanmaq mümkündür. İkinci  qiymət daha sərfəlidir, deməli bu qiymətlə çox istehsal etmək lazımdır. Əgər, alıcı onu 1600 manata alarsa, onda satıcı 1100 manat manat mənfəət əldə edər. Belə olanda o gecə və gündüz işləməklə, sutkada 180 ədəd piroq istehsal edir, çünki bu qiymətə daha çox qazanmaq olar. İndi isə təklif qrafikini quraq.


P, man
2000

1800

1600

1400

1200

1000

800

600

0

































S




































































































































































































































































































































































































80 140 200 Q ədədlə

Şəkil 4. Təklif əyrisi.
Təklif şkalasının məlumatları əsasında tərtib etdiyimiz əyrini ingiliscəyə tərcümənin baş hərfi olan S (Supply) hərfi ilə işarə edək.

Təklif əyrisi həmişə artan istiqamətdə görsənməklə, yuxarı və sağa meyllənir.

Bazar tarazlığı

İndiyə qədər biz tələb və təklifə ayrılıqda baxmışıq. Bu zaman öyrənmişdik ki, qiymətdən asılı olaraq, alıcı müxtəlif sayda mal alır, satıcı isə müxtəlif miqdarda mal satır. Belə olan halda bazarda görüşən hər iki tərəfin davranışının qrafiki təqdimatını eyni koordinat sistemində çəkək.

Əvvəla, qeyd edək ki, biz tələb və təklifi şərti olaraq başa düşürük. Bu tələb kimə məxsusdur? Mənə, sənə, yoxsa hamıya?

Əlbəttə ki, müxtəlif insanların zövqü fərqlənir və belə olan halda biz həmişə bazar tələbindən, hamının ümumi tələbatını özündə əks etdirən tələbdən danışmalıyıq. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazarda hansısa kompromis əldə olunur, tarazlıq yaranır. Bazar qiyməti - həmişə kompromisin əldə olunması nəticəsində formalaşır. Bu bazarın ən başlıca üstünlüklərindən biridir. O sanki, alıcı və satıcının razılaşdığı fayda mexanizminə malikdir. Bazar sahibkarları o məhsulları istehsal etməyə məcbur edir ki, həmin məhsullar həqiqətən də alıcıya lazımdır və onlar onun haqqını ödəməyə hazırdılar. Bazar, həmçinin həmin istehsaldan fayda əldə etməyə şərait  də yaratmaqla, satıcının istəyini də nəzərə alır.

Gəlin, ayrılıqda tərtib etdiyimiz tələb və təklif qrafikini birləşdirək. Bunun üçün ilk növbədə tələb və təklif şkalasını ümumiləşdirib, onun əsasında qrafik quraq.

Cədvəl 7.

TƏLƏB VƏ TƏKLİF ƏYRİSİ


Qiymət, man

Tələb, ədəd

Təklif, ədəd

1600

100

180

1400

110

170

1200

120

160

1000

140

140

800

160

120

600

200

80


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin