İ
Y Kompromis (razılaşma) sahəsi
M
Ə
T Bu qiyməti ödəməyə razıdır
Alıcılar
Şəkil 10 .Qiymətin tarazlaşması
Lakin sizə elə gəlməsin ki, bazar tarazlığı daimidir.
Bazar tarazlığı həmişə ya tələb, ya da ki, təklif arasındakı münasibətlərin uzlaşmaması ucbatından pozulur. Bunun nəticəsində də istehsalın həcmi və malın qiymətinin tarazlaşması prosesi yenidən təkrarlanır (Bax:şək.10).
Əbədi yelləncəklər və ya tələb və təklif nəyə görə dəyişir.
Biz tələbə tərif verərkən, onun qiymətdən asılı olaraq dəyişdiyini demişdik. Bu zaman qrafikdə bütün yerdəyişmələr tələb əyrisi boyunca baş vermişdir. İndi gəlin özümüzə bir sual verək. Tələb qanunu həmişə fəaliyyətdədirmi? Məgər elə hal olurmu ki, qiymətlər qalxdıqca, tələb də azalsın?
Əlbəttə ki, olur! Sən demə, tələbə “qeyri-qiymət amilləri” adlanan çoxlu sayda başqa amillər də təsir göstərir. Bunlar aşağıdakılardır:
- İstehlakçının gəlirlərinin dəyişməsi;
- Əvəzedici və əlavə hesab edilən malların qiymətinin dəyişməsi;
- Əhalinin zövqünün dəyişməsi;
- Gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
- İstehlakçıların sayının dəyişməsi.
Təklifə təsir edən amillər isə bunlardır:
- İstehsalat amillərinin qiymətinin dəyişməsi;
- İstehsalat texnologiyasının dəyişməsi;
- Digər mal və xidmətlərin qiyməti üzrə mənfəətin əldə edilməsinin alternativ imkanlarının dəyişməsi;
- İstehsal resurslarının gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
- Satıcıların sayının dəyişməsi.
Tələb və təklifin hər bir konkret halda dəyişməsinə misallar üzərində tərtib olunmuş qrafikin köməyi ilə nəzər yetirək.
R, min man
S
120 A
100 D1
D
1000 1200 Q, ədəd
Şəkil 11. Tələb əyrisinin sağa sürüşməsi
Səkildən göründüyü kimi qiymət 100 min manat olanda istehsalçı 1000 dəst ayaqqabı satmağa, alıcı isə o qədər almağa hazırdır. Bazarda tarazlıq hökm sürür. Birdən qeyd olunan hallardan biri baş vermiş, tutaq ki, əhalinin gəlirləri artmışdır. Bu hansı nəticələrə gətirib çıxara bilər?
Tezliklə 100 min manata ayaqqabı almaq istəyənlərin sayı artacaq, kimsə əvvəllər onu baha hesab edib almırdısa, indi həmin adamlar da ayaqqabını qeyd olunan qiymətə almaq istəyinə düşəcəklər. Fərz edək ki, ayaqqabını almaq istəyənlərin sayı, yəni yeni tələb 1200 nəfərə bərabərdir. Bu nöqtəni Q1 ilə işarə edib, absis oxundan perpendikulyar istiqamətdə təklif əyrisini kəsişməsinə qədər qaldıraq. Kəsişmə nöqtəsini A ilə işarə edək və paralel olaraq tələb əyrisində də bazar tarazlığının yeni nöqtəsinin yerini dəyişək. Bu yeni nöqtə müvafiq olaraq qiymət tarazlığını müəyyənləşdirir ki, bu da bizim misalda 120 min manata bərabərdir.
Qrafikdən göründüyü kimi, əhalinin gəlirlərinin artımı tələbin yüksəlməsinə və müvafiq olaraq tələb əyrisinin sağa doğru sürüşməsinə gətirib çıxardı. Nəticədə bazarda yeni tarazlıq vəziyyəti yarandı: qiymət 120 min manatadək artdı, eləcə də istehlakçının təklif etdiyi malın miqdarı da çoxaldı. Deməli, tələb əyrisi sağa doğru sürüşəndə həm qiymət və həm də miqdar artır.
Fərz edək ki, dərinin qiyməti bahalaşır. Bu hal hansı nəticələrə gətirib çıxarır?
İstehsalçılar yenidən məhsul buraxılışını 200 vahid endirməyə məcburdular, çünki xərclər artıb.
R, min man S1
S
140 A*
120
D
Q1
800 1000 Q, ədəd
Şəkil 12 .Təklif əyrisinin sola sürüşməsi
Yeni miqdar səviyyəsini Q1 nöqtəsi ilə işarə edib, oxu perpendikulyar olaraq tələb əyrisinin kəsişməsinədək qaldıraq. Həmin nöqtədən P-yə perpendikulyar olaraq ox çəksək, görərik ki, məhsul buraxılışının belə həcmində, istehsalçı öz xərclərini ödəmək və mənfəət əldə etmək üçün malı 140 min manata satmalıdır. Belə olan halda, təklif əyrisi paralel olaraq sola doğru sürüşür. Yeni tarazlıq nöqtəsi (A*) göstərir ki, alıcı bu nöqtədə 800 dəst ayaqqabı almağa hazırdır.
Deməli, təklif əyrisi sola sürüşəndə qiymət bahalaşır, miqdar isə azalır. Bu misal əsasında tələb əyrisinin sola, təklif əyrisinin isə sağa sürüşməsi vəziyyətini də nəzərdən keçirmək olar. Belə dəyişikliklərin tələb və təklifə təsirini əks etdirən bir neçə vəziyyəti nəzərdən keçirək.
1
Тяляб
Гиймят
МИГДАР
-ci dəyişiklik. Tələbin artımı - tələb əyrisini sağa doğru hərəkət etdirir. Nəticədə bazar qiyməti artır, həmçinin mübadilə edilən malın miqdarı da çoxalır.
R
S
D1
D
Q
Şəkil 13. Tələbin artması
2-ci dəyişiklik. Tələbin aşağı düşməsi - tələb əyrisini sola doğru sürüşdürür. Mübadilə olunan malın miqdarı azalır, qiyməti isə ucuzlaşır.
R
Тяляб
Гиймят
МИГДАР
S
D
D1
Q
Şəkil 14. Tələbin azalması
3-cü dəyişiklik. Təklifin artımı - təklif əyrisini sağa doğru hərəkət etdirir. Tarazlıq qiyməti aşağı enir. Mübadilə olunan malın miqdarı artır.
ТяКЛИФ
Гиймят
МИГДАР
R S
S1
D
Q
Şəkil 15. Təklifin artması
4-cü dəyişiklik. Təklifin aşağı düşməsi - təklif əyrisini sola doğru sürüşdürür. Tarazlıq qiyməti yüksəlir. Mübadilə edilən malın miqdarı azalır.
R S1
ТяКЛИФ
Гиймят
МИГДАР
S
D
Q
Şəkil 16. Təklifin azalması
Beləliklə, biz gördük ki, tələb və təklif yalnız qiymətin ucuzlaşıb-bahalaşması səbəbindən deyil, həmçinin müəyyən amillərin təsiri altında da dəyişir. Burada başlıca vəzifə bu və ya digər amilin təsiri nəticəsində digər bazarlarda hansı dəyişikliyin baş verməsini öyrənməkdən ibarətdir.
Tələb və təkliflə əlaqədar bizim tədqiqatlarımız bununla qurtarmır. Belə ki, daha bir komponent - tələbin elastikliyi qalır. Çünki, onsuz qiymətlərə təsir edən bazar qüvvələri haqqında tam təsəvvürə malik olmaq mümkün deyil.
Tələbin elastikliyi - alıcının reaksiyasıdır!
Beləliklə, biz bilirik ki, tələb əyrisi həmişə sağa doğru sürüşür və aşağı istiqamətlənir, daha doğrusu tələbin ölçüsü qiymətlərin dəyişməsinin əksinə doğru dəyişir. Lakin qiymətlərin 1%-lik artımı heç də tələbin ölçüsünün 1 faizlik artımı demək deyildir.
Тялябин еластиклийи - ямтяянин
гиймятинин дяйишмяси заманы
тялябин дяйишмясинин юлчцсцдцр.
Bəli, biz bilirik ki, Tələb Qanununa görə qiymətlər artdığı halda, tələbin ölçüsü, daha doğrusu alınan malların miqdarı aşağı düşür. Onun hansı səviyyəyə qədər azaldığını bilmək çox vacibdir. Fərz edək ki, istehsalçı öz məhsulunun qiymətini artırmamaq qərarına gəlir. Buna səbəb qiymətlərin baha olduğu halda istehlakçının aldığı malların həcminin azalmasıdır.
Qiymət dəyişməsinə nisbətdə tələbin dəyişməsinin ölçüsü qiymət üzrə tələbin elastikliyi adlanır.
Əgər tələbin dəyişməsi qiymətlə müqayisədə daha üstün nisbətlə ifadə olunarsa, onda tələb elastik adlanır. Yox əgər, tələbin dəyişməsi qiymətlə müqayisədə nisbətən az faizi ifadə edərsə, onda tələb qeyri-elastik adlanır. Tələbin elastikliyi nədən asılıdır? Nəyə görə bir məhsulda tələb elastik, digərində isə qeyri - elastikdir?
Adətən ən zəruri mallar, eləcə də əvəzləyicisi olmayan məhsullar qeyri-elastik olur.
Bunu konkret misallarla aydınlaşdıraq. Tələbin elastikliyini iki müxtəlif malın satışı əsasında müəyyənləşdirək. Çörək və alma misalını. Çörək insanlar üçün ən vacib qidadır və onun əvəzləyicisini tapmaq çətindir. Alma da insanlara lazımdır, amma onun əvəzləyicisi çoxdur.
Fərz edək ki, çörək və alma satıcılarının hər ikisi eyni vaxtda mallarının qiymətini qaldırırlar. Bu hala alıcılar necə reaksiya verəcəklər? Onlar əvvəlkitək çörək almaq barədə düşünəcəklər. Ola bilər ki, bir neçə gün əvvəlki ilə müqayisədə nisbətən az sayda alver olsun, lakin sonradan istehlakçılar əvvəl olduğu qədər çörək alacaqlar. Almaya münasibətdə isə vəziyyət əksinə olacaq. Çox keçməyəcək ki, onu alanların sayı kəskin azalacaq. Onları almaqdan imtina edənlər qiyməti hələ bahalaşmayan armuda, şaftalıya, gavalıya üstünlük verəcək. Adətən çoxlu əvəzləyiciyə malik olan mallara tələb nisbətən elastik olur. Gəlin, qiymət üzrə tələbin elastikliyini hesablamaq üçün düstur tərtib edək
Burada Er - qiymətin elastikliyi;
Q/Q miqdarın faizlə nisbi dəyişməsi;
P/P-qiymətin faizlə nisbi dəyişməsi.
Qiymət üzrə tələbin elastikliyini bir neçə məhsul üzrə hesablayaq.
Fərz edək ki, malın başlanğıc qiyməti 1000 manat olanda alıcı ondan 200 ədəd alır. Sonra qiymət 1500 manata qalxanda, alıcı 170 ədəd almağa başlayır. Qrafik vasitəsilə bu dəyişikliyi təsvir edək (bax: şək.17)
P
D
P1 = 1500
P0 = 1000
Q1 = 170 Q0 = 200 Q
Şəkil 17. Qiymət üzrə elastikliyin qrafiki
İndi isə qrafik əsasında elastikliyi hesablayaq. Əgər başlanğıc qiymətə satılan malların miqdarını – 200 ədədi 100 faiz götürsək, onda miqdarın nisbi dəyişməsini tapmaq üçün 170 vahidin neçə faiz təşkil elədiyini müəyyənləşdirə bilərik. Bunun üçün tənasüb quraq.
Q0=200 100%
Q1=170 X
170 x 100%
Burdan X= ------------------------ = 85%
200
Belə olan halda Δ Q=100-85=15%
Oxşar qaydada qiymətin də nisbi dəyişməsini müəyyənləşdirək.
P0 = 1000 100%
P1 = 1500 x
Burdan X = 1500 x 100% = 150%
1000
Δ P = 100% - 150% = 50%
İndi isə alınmış göstəriciləri düsturdakı uyğun yerlərinə qoyaq.
15
Er = ------ = 0,3
50
Deməli, həmin məhsulun elastikliyinin 0,3 -ə bərabər olduğunu müəyyən etdik. Bu nə deməkdir?
Əgər, Er >1 olarsa, onda tələb elastikdir.
Əgər Er <1, olarsa, onda bu o deməkdir ki, tələb qeyri-elastikdir.Yox əgər Er=1 olarsa, onda buna vahid elastiklik deyilir ki, bu da belə izah olunur: qiymətin hər 1 % dəyişməsinin müqabilinə görə alınmış malların miqdarı 1% artır.
Deməli, bizim misalda qiymət üzrə tələb qeyri-elastikdir. Qiymət üzrə tələbin elastikliyini müəyyən etməyin digər metodu da mövcuddur. Bu üsul qiymət dəyişdikcə gəlirlərdə baş verənlərlə əlaqədardır.
Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir.
Qiymət dəyişikliyi, məsələn bahalaşması iki effekt yaradır: Birincisi, qiymət effekti. Qiymət artdıqca məcmu gəlir çoxalır.
İkincisi, miqdar effekti. Alınmış malın miqdarı aşağı düşdükcə, məcmu gəlir də azalır. Qiymət və miqdar effekti bir-birinin əksinə işləyir.
Bu halları ayrı-ayrılıqda növbəti qrafiklərin köməyi ilə nəzərdən keçirək. Birinci halda təsəvvür edək ki, məcmu gəlirə münasibətdə qiymətin effekti miqdarınkından çoxdur. Bu vəziyyəti 18-ci qrafik təsvir edir. Bu zaman A məhsuluna qiymət üzrə tələb qeyri-elastikdir.
R
-
4
2
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Tələb A
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qiymətin
effekti
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
D
|
|
|
|
|
|
|
|
|
Miqdar
effekti
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
2 6 10 Q
Şəkil 18. Qiymət effekti
R
-
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4
2
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
Tələb B
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qiymətin effekti
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
D
|
|
|
|
|
Miqdarın effekti
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
2 4 10 Q
Şəkil 19. Miqdar effekti
Əks halda məcmu gəlirə münasibətdə miqdarın effektinin qiymətindən çox olduğunu nəzərdən keçirsək (bax: şək.19) görərik ki, B məhsuluna qiymət üzrə tələb elastikdir.
Qiymətin və miqdarın effekti bir-birinə bərabər olanda isə qiymət üzrə tələb elastikliyi vahidə bərabər olur.
Gəlin qiymət və miqdarda baş verən dəyişikliklərin elastikliyə təsirini cədvəl şəklində müşahidə edək.
Cədvəl 8.
Qiymət
|
Məcmu gəlir
|
Tələbin elastikliyi
|
|
|
elastikdir
|
|
|
elastikdir
|
|
|
qeyri-elastikdir
|
|
|
qeyri-elastikdir
|
Burda artır, isə azalır.
Əgər qiymətin aşağı düşməsi məcmu gəlirin artmasına və ya qiymətin artımı məcmu gəlirin azalmasına gətirib çıxarırsa onda qiymət üzrə tələb elastikdir. (Er >1)
Əks halda qiymətin aşağı düşməsi məcmu gəlirin azalmasına və ya qiymətin artımı məcmu gəlirin artmasına gətirib çıxarırsa, onda qiymət üzrə tələb qeyri-elastikdir (Er <1)
(Er = 1)
Qiymət üzrə tələbin elastikliyi adətən aşağıdakı mallar üzrə müşahidə olunur:
-
Dəb-dəbəli mallar (zinət əşyaları, ləl-cəvahirat, əntiq mallar)
-
Ailənin büdcəsində əhəmiyyətli yer tutan mallar (televizor, mebel, avtomobil və s.)
-
Asan əvəz edilə bilən mallar (ətin ayrıca növləri, meyvə-tərəvəz və s.)
Qiymət üzrə tələbə qeyri-elastik olan mallara isə aiddir:
-
Ən zəruri mallar (dərman, ayaqqabı, elektrik avadanlıqları, telefon və s.)
-
Ailə büdcəsində əhəmiyyətli yer tutmayan mallar (karandaş, diş pastası, xətkeş, pozan və s.)
-
Çətin əvəz edilə bilən mallar (elektrik lampası, benzin, maraqlı konsertə bilet, çörək, duz, süd)
İqtisadi fikir tarixindən
Alfred Marşall (1842-1924)
Gəncliyində Marşall riyaziyyat sahəsində fitri qabiliyyətə malik olub. Kembric Universitetini bitirdikdən sonra o riyaziyyat müəllimi işləyib və çox keçmədən iqtisadiyyatın problemlərini öyrənməyə başlayıb. O, bu zaman riyazi metodlardan aktiv istifadəyə üstünlük verib. İqtisadçılar tələb və təklif əyrisini öz tədqiqatlarında istifadə etməyinə görə məhz Marşala minnətdar olmalıdırlar.
Marşall ömrünün böyük hissəsini Kembric Universitetində «İqtisadi nəzəriyyə»nin tədrisinə həsr edib. Görkəmli iqtisadçının əsas elmi əsəri 1890-cı ildə nəşr olunmuş «İqtisadiyyat elminin prinsipləri» kitabıdır. Bu kitabda bazar iqtisadiyyatının başlıca qanunauyğunluqları təhlil olunur. Bu əsər müəllifin həyatı boyunca 8 dəfə təkrar nəşr olunub.
Marşalın tədqiqat sahələri arasında rəqabət şəraitində tələb və təklifin tarazlığını təmin edən qiymətin müəyyən olunması xüsusilə seçilir. Ümumiyyətlə tələb və təklif qanunauyğunluqları Marşalın əsas tədqiqat sahəsi hesab olunur.
Alfred Marşall müasir iqtisad elminin əsasını qoyanlardan biri sayılır.
Xülasə
1
. İqtisadiyyat sonsuz istəklərlə məhdud olan resursları necə uzlaşdırmağı öyrənən elmdir. Bu məqsədə nail olmaq üçün iqtisadiyyat üç suala cavab axtarır. 1) Hansı nemətləri istehsal etməli? 2) İstehsalı hansı texnologiyalarla necə təşkil etməli? 3) İstehsal olunmuş məhsulu kimlərə satmalı?
2. İqtisadi sistemləri üç tipə bölmək olar. bazar, inzibati-amirlik və ənənəvi. Ayrıca götürülmüş ölkədə mövcud olan iqtisadi sistem bu və ya digər proporsiyada bütün üç tipin cəhətlərini özündə əks etdirə bilər.
3. Tələb şkalası (və ya tələb əyrisi) bərabər şərtlər daxilində alıcının almaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni göstərir.
4. Təklif şkalası (və ya təklif əyrisi) bərabər şərtlər daxilində, istehsalçının satmaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni ifadə edir.
5. Tarazlıq qiyməti, tələbin ölçüsünün təklifin ölçüsü ilə tam uyğunluq təşkil etdiyi qiymətdir.
6. Qeyri-qiymət amillər
7. Elastiklik
Müzakirə üçün suallar
1. Müasir Azərbaycan iqtisadiyyatında ənənəvi, inzibati-amirlik və bazar iqtisadiyyatının elementlərini tapın.
2. İzah edin ki, tarazlıq qiyməti tələb və təklifin kəsişməsinə uyğun olur. İzah edin ki, bazarda qiymət həddindən artıq yüksək və ya aşağı olduqda iqtisadiyyatda nə baş verir.
3. İzah edin ki, nəyə görə aşağıdakılardan heç biri düzgün deyil.
a) Lənkəranda, uzun sürən şaxtalar limonun qiymətinin aşağı düşməsinə gətirib çıxarır.
b) «Coca-Cola»nın qiymətinin bahalaşması, qiymətində dəyişiklik baş verməsinə baxmayaraq «Fanta»ya tələbi aşağı salır.
4. İzah edin ki, nəyə görə tələb və təklifin dəyişikliyi aşağıdakı halların baş verməsinə gətirib çıxarır?
a) Tələbin artımı adətən qiymətin və tələbin ölçüsünün yüksəlməsinə;
b) Tələbin aşağı düşməsi adətən qiymət və tələbin ölçüsünün aşağı düşməsinə;
5. İzah edin ki, nəyə görə əvəzedicisi çətin tapılan mallara qiymət üzrə tələb qeyri-elastikdir
6 Təklifin artımı təklif əyrisini sağa sürüşdürür, nəticədə məhsulun qiyməti aşağı düşür və təklifin həcmi genişlənir
TEST
2.1. Tələb və təklif əyrisinin kəsişdiyi nöqtəyə nə deyilir:
a) qiymət
b) tarazlıq nöqtəsi
c) qiymət tarazlığı
d) tələb
2.2. Əgər tələb artarsa, onda mübadilə olunan malın qiyməti və miqdarında hansı dəyişiklik baş verir.
a) Qiymət dəyişmir miqdar dəyişmir
b) artır aşağı düşür
c) artır artır
d) aşağı düşür artır
e) aşağı düşür aşağı düşür
2.3. Portağalın təklif əyrisinin sağa hərəkət etməsinə hansı səbəblər şərait yaradıb.
a) Şaxtalar düşməsi portağal ağaclarının böyük əksəriyyətini sıradan çıxartmışdır
b) Bütün bazarlarda portağalın qiyməti bahalaşmışdır.
c) Portağalın maya dəyəri artmışdır.
d) Portağal yetişdirilən bütün rayonlarda yaxşı məhsul yığılmışdır.
2.4. Tələb qanunu bildirir ki:
a) Əgər malın keyfiyyəti əladırsa, alıcı onu yüksək qiymətə də almağa hazırdır.
b) Satıcı yüksək qiymətə aşağı qiymətlə müqayisədə daha çox mal təklif edir.
c) Alıcılar aşağı qiymətə yuxarı qiymətlə müqayisədə daha çox mal almağa meyllidirlər
d) Qiymət dəyişməsinin əmtəəyə olan tələbin ölçüsünə təsiri az olur
2.5. Qiymət qalxdığı halda tələbin ölçüsündə nə baş verir
a) tələb dəyişməyəcək
b) tələb təklifdən çox olacaq
c) tələb aşağı düşəcək
d) tələb artacaq
2.6. Kömürün qiyməti düşüb, eləcə də satılan malın miqdarı da azalıb.
Aşağıda verilən hadisələrdən hansı bu hala uyğundur (digər şərtlərin bərabərliyi şərti ilə)?
a) Neftin qiyməti düşüb
b) Şaxtaçıların maaşı xeyli qalxıb
c) Daha səmərəli şaxta avadanlığı quraşdırılıb
d) İstehlakçıların gəlirləri çoxalıb
e) Tələb qeyri-elastik olub.
2.7. Qiymət dəyişən zaman alınmış malların miqdarı sabit qalarsa, onda tələb haqqında nə demək olar
a) tarazlıqdadır.
b) qeyri-elastikdir.
c) doyma halındadır.
d) elastikdir.
2.8. Bir neçə məhsula tələb qeyri-elastikdirsə, onun başlıca səbəbi nədir
a) bu mallar ilkin tələbat məhsulu deyil
b) onun üçün əvəzləyici tapmaq çox çətindir
c) onlar nisbətən bahadır
d) istehlakçının ç\seçimi çoxdur
2.9. Marketinq tədqiqatının nəticəsinə görə, "Kəpəz" futbol komandasının iştirakı ilə keçirilən oyunlarda biletlərin qiyməti qalxarsa, hətta satılmış biletlərin sayı azalsa da belə, bilet satışından daxil olan ümumi gəlir artar. Bu zaman "Kəpəz"in oyunlarına biletin qiyməti üzrə tələbin elastikliyi haqqında nə demək olar.
a) Tələb elastikidir
b) Tələb qeyri-elastikdir
c) Tələb vahid elastikliyə malikdir
d) Tələb tamamilə qeyri-elastikdir
e) Tələb tamamilə elastikdir
Üçüncü fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:
-
Bazarın dayanıqsızlıq halları
-
Dövlətin iqtisadiyyatda rolu
İqtisadiyyatda ayrıca şəxslərin, bir qrup insanların və ya hökumətin hərəkətinin bütövlükdə cəmiyyətin inkişafına təsiri xüsusi maraq doğuran məsələlərdən hesab olunur. Bu məsələyə münasibətdə bir sıra iqtisadçılar hesab edirlər ki, iqtisadiyyatın dövlət tənzimlənməsi sərbəst seçimi məhdudlaşdırdığına görə məqbul deyil.
Başqalarının mövqeyinə görə, dövlət siyasəti bir qrup insanlara sərbəstlik verməklə bazar iqtisadiyyatının yaratdığı imkanlardan daha yaxşı istifadəyə şərait yaradır.
Eyni məsələyə müxtəlif münasibətlərin bu cür fərqləndiyi zaman ilk növbədə söhbətin hansı azadlıqlardan getdiyini araşdırmaq tələb olunur. Müasir iqtisad elmində iqtisadi sistemlərin qarşısında duran başlıca sosial məqsədlər beş qrupa ayrılır:
- İqtisadi azadlıq
- İqtisadi səmərəlilik
- İqtisadi bərabərlik
- İqtisadi təhlükəsizlik
- Tam məşğulluq və qiymət sabitliyi
Gəlin sadalanan məqsədlər üzərində daha ətraflı dayanıb, onların mənasını başa düşməyə çalışaq.
İqtisadi azadlıq
İqtisadi azadlıq dedikdə bazar münasibətləri iştirakçılarının sərbəstliyi başa düşülür.
Daha doğrusu:
- istehlakçılar vəsaitlərini hara və necə xərcləməyi sərbəst surətdə və müstəqil olaraq həll edirlər;
- işçilər iş yerlərini sərbəst surətdə seçmək və dəyişmək imkanına malik olurlar;
- insanlar qazanclarının hansı hissəsini yığıma yönəltmək, nə qədərini hansısa işə qoymaq seçimində müstəqil hüquqa malikdirlər və s.
Haqqında bəhs etdiyimiz azadlıqlar insanların bir çoxuna öz-özlüyündə sanki belə də olmalıymış kimi görünə bilər. Lakin, unutmayaq ki, ölkəmizin çox da uzaq olmayan tarixində hökmranlıq etmiş inzibati-amirlik iqtisadiyyatında sadalanan azadlıqların heç biri yox idi.
İqtisadi səmərəlilik - bunu texniki səmərəliliklə qarışdırmayın. Gəlin, "kvadrat təkərlər" misalını yadımıza salaq. Xatirinizdədirsə biz məqsəd kimi texniki səmərəlilik məsələsini qarşıya qoymuşduq və bizdən az xərclə keyfiyyətli məhsul istehsal etmək tələb olunurdu. Lakin, istehlakçılar bu məhsula maraq göstərmədiyinə və dairəvi təkərlərə üstünlük verdiyinə görə kvadrat təkərlərin istehsalını iqtisadi baxımdan səmərəli hesab etmək olmaz.
İqtisadi bərabərlik
Kimin düzgün və ya yalan, eləcə də vicdanlı və ya vicdansız olduğunu dəqiq müəyyənləşdirmək çox çətindir. İnsanların düşüncəsində ədalət sözünə münasibətin özü də kəskin fərqlənir. Lakin iqtisadi sistemlərin fəaliyyətini qiymətləndirən zaman nə qədər insanın varlı və ya yoxsul yaşadığını tədqiq etmək mümkündür. Məsələn, hökumətin hansısa fəaliyyətinin nəticəsi olaraq bəzi məhsulların qiyməti dəyişə bilər: bir məhsulun qiyməti ucuzlaşdığına görə burda istehlakçılar, hansısa malın qiyməti bahalaşdığından isə istehsalçılar udurlar. Birinci məhsulun qiymətinin aşağı düşməsinə gətirib çıxaran qərara görə, istehsalçılar hökumətin fəaliyyətini ədalətsiz, istehlakçılar isə ədalətli hesab edirlər.
Adətən insanlar hökumətin siyasətinə biganə qalmır və hər bir fəaliyyətə münasibətdə istənilən insanın şəxsi mövqeyi formalaşır. Onları düşündürür ki, hökumətin yeritdiyi siyasət nə dərəcədə ədalətlidir.
Buna görə də biz iqtisadi bərabərlikdən danışarkən, ilk növbədə bilməliyik ki, söhbət gəlirlərin və sərvətlərin bölgüsündən gedir: bu bölgüdə kimisi uduzur və kimlər isə udur?
İmkanların və nəticələrin bərabərliyi iqtisadi bərabərliyi daha dəqiq müəyyənləşdirməyə şərait yaradır.
İqtisadi təhlükəsizlik
Bu çox vacib sosial məqsədlərdən sayılır. Burda məqsəd insanların istəklərinin iqtisadi risklərdən nə dərəcədə qorunmasına nail olmaqdan ibarətdir.
Soruşa bilərsiniz ki, "iqtisadi risk" nədir?
İqtisadi risklərə işsizlik, inflyasiya, yoxsulluq, müəssisələrin, bankların müflisləşməsi və sairə aid edilir. Əlbəttə ki, harda insanlar ömrü boyu vəsait yığır, orda risk aşağı düşür. Eyni zamanda dövlətin işsizliyə görə müavinəti, çoxuşaqlı ailələrə maliyyə köməkliyi, qaçqınlara maddi yardımı və sair də iqtisadi riski azaldır. Lakin, bəzən dövlət də elə vəziyyətdə olur ki, vətəndaşlarına lazımi səviyyədə sosial qayğı göstərə bilmir.
Tam məşüulluq və qiymətlərin sabitliyi
"Tam məşğulluq" termini əsasən əhalinin məşğulluğuna aid edilir. Lakin bunu elə başa düşmək lazım deyil ki, bütün insanlar işləyir. Adətən əhalinin uşaqlardan, qocalardan ibarət təbəqəsi əmək qabiliyyəti olmayanlar hesab olunur. Mövcud qanunvericiliyimizə görə, 16 yaşdan yuxarı insanlar əmək qabiliyyətlilər sayılırlar. Lakin onların arasında elələri də var ki, ümumiyyətlə işləmək istəmirlər! Bir çox dövlətlərdə işləmək istəməyənlər işsiz hesab olunmurlar. İşləməyi bacaran və işləmək istəyənlərinsə, bir hissəsi işləyir, digər hissəsi isə iş axtarır. Belə olan halda, məhz sonuncular işsiz sayılırlar.
Gerçək həyatda qiymətlərin sabitliyi az ehtimal olunur. Burda söhbət ondan gedir ki, qiymətlər həmişə az da olsa dəyişir, "üzür". Belə olan halda baş verən dəyişiklik, əhalinin həyat səviyyəsinə ciddi təsir göstərmir.
İqtisadi sistemlərin sosial məqsədləri mövzusundakı söhbətlərimizi başa çatdırarkən, onu da qeyd etməliyik ki, bütün bu məqsədlərə eyni zamanda çatmaq mümkün deyildir. Diqqət yetirdinizsə, bəzi məqsədlərə yönələn fəaliyyətlər hətta bir-birilə ziddiyyət təşkil edir. Əgər onlar eyni vaxtda tətbiq olunarsa, onda daha pis vəziyyət yarana bilər. Ona görə də bu fəaliyyətləri həmişə ölçüb-biçmək gərək olur. Belə olanda da biz tez-tez seçim etmək məcburiyyətində qalırıq. İnanın ki, bu, asan deyildir!
Məsələn, əgər minimum əmək haqqını birdən-birə bir neçə dəfə artırsaq, onda bəzi firmalar işçilərinin bir hissəsini işdən qovacaqlar. Nəticədə, kimlərsə işsiz qalacaq.
Və yaxud, fərz edək ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün hökumət bütün avtomobillərdə xüsusi təmizləyici qurğunun quraşdırılması barəsində qərar qəbul edir. Təbii ki, bu bizlər – avtomobilsiz vətəndaşlar üçün faydalı olacaq. Çünki, ekoloji baxımdan nisbətən təmiz hava udacağıq. Lakin, hökumətin bu qərarı avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə avtomobil sahiblərinin narazılığına səbəb olacaq. Hər hansı bir iqtisadi məqsədlərə yönələcək qərar qəbul edərkən cəmiyyətin və konkret fərdin bundan nə qədər udacağından və itirəcəyindən çıxış etmək lazımdır. Bu isə, həmişə kompromis seçim tələb edir.
QƏRAR QƏBUL EDƏRKƏN ATILAN ADDIMLAR
Kompromiss seçim tələb olunan daha tənqidi düşünməyi və qərar qəbul etməyi bacarmaq üçün, Sizlərə aşağıdakı ardıcıllığa əməl etməyi tövsiyə edirik:
1) Problem nədən ibarətdir? (Hansı qərarı qəbul etməyə cəhd göstərirsiniz?)
2) O, hansı alternativlərə malikdir?
3) Qiymətləndirmənin meyarı necədir? (Qərar qəbul etməklə hansı məqsədlərə nail olmaq ümidindəsiniz?)
4) Bu meyarları vaciblik dərəcəsi üzrə düzün. (Hansı meyar daha vacibdir? Nisbətən az vacib olanı hansıdır? Meyarları uyğun nömrələrlə sıralayın).
5) Alternativləri qiymətləndirin.
6) Qərar qəbul edin (Alternativlərdən hansı biri ilk məqsədlərinizin yerinə yetirilməsinə daha çox uyğun gəlir? Hər bir alternativ nə qədər uduşa malikdir? Alternativlərdən hər birini qəbul edərkən sizdən nəyi qurban vermək tələb olunur?).
İqtisadiyyat sizə bizim hamımızın bildiyi, lakin bir çox hallarda lazımi səviyyədə izah etməkdə çətinlik çəkdiyimiz bəzi sirlərin açılmasını öyrənməyə kömək edir. Aşağıda təqdim olunan və hamını düşündürən suallara diqqət yetirək.
Nəyə görə ölkəmizin gələcəyi olan gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir?
Nəyə görə boksçular, karateçilər və bu kimi başqa zədə yetirən insanlar həmin zədəni müalicə edən həkimlərə nisbətən daha çox qazanc əldə edirlər?
Nəyə görə respublikada istehsal müəssisələrinin böyük hissəsinin dayandığı və əhalinin işsiz qaldığı bir şəraitdə insanlar xaricdən gətirilmiş ərzaq, paltar və digər idxal malları almağa üstünlük verirlər? və s.
Mümkündür ki, insanın davranışının belə öyrənilməsi heç də hamı üçün böyük maraq doğurmasın. Əgər, siz bütün insanlar üçün ümumi qəbul edilən prinsiplərdən istifadə etsəniz, öyrənmək istədiklərinizin böyük hissəsinin cavabını bu kitabdan tapacaqsınız. Bu prinsiplər insanların irqindən, dinindən, cinsindən, mədəniyyətindən, siyasi mənsubiyyətindən asılı deyildir. Siz mütləq bilməlisiniz ki, iqtisadiyyat yalnız pulu deyil, ilk növbədə - istehlakçıların davranışını öyrənir.
İqtisadiyyat - istehlakçıların davranışının təhlili qaydasıdır.
Əgər iqtisadi düşüncələrin prinsiplərini xatırlasaq görərik ki, əksər hallarda insanların davranışını əvvəlcədən müəyyənləşdirmək olur:
1. İnsanlar seçirlər! Resursların məhdudluğu insanları həm varlı və həm də yoxsul, həm böyük və həm də kiçik ölkələrdə seçməyə məcbur edir. Çünki adətən insanların tələbatları onların imkanlarını üstələyir.
2. İnsanların həyata keçirdikləri seçim həmişə xərclərlə bağlı olur! İnsanlar öz seçimləri haqqında düşünmədən qərar qəbul etmirlər. Adətən, onlar öz seçimlərini edərkən müəyyən hesablama aparır. Bu zaman onlar hərdən intuitiv olaraq, bir çox hallarda isə hər bir alternativ üzrə gəlir və xərcləri nəzərdən keçirirlər.
3. İnsanlar stimullara müəyyən formada reaksiya verirlər. Müsbət stimullar iqtisadi fəaliyyətə kömək, mənfi stimullar isə mane olur. Stimullar heç də həmişə pul formasında çıxış etmir, ona insanların mükafat kimi qəbul etdiyi hər bir şey aid oluna bilər.
4. İnsanlar iqtisadi sistemləri yaradır ki, o da fərdi seçim və stimulları hərəkətə gətirir. Qanun və qaydalar hər dəfə dəyişərkən alternativlər çoxalır və yaxud əksinə məhdudlaşır ki, bunun da nəticəsi olaraq stimullar dəyişir. Müxtəlif iqtisadi sistemlər iqtisadi fəaliyyətin ayrı-ayrı növlərini fərqli qaydada mükafatlandırır.
5. İnsanlar könüllü mübadilədən fayda əldə edirlər. Adətən, iki nəfər mübadilə edərkən onlardan hər biri nisbətən az dəyərli nəyisə qurban verir ki, daha çox dəyərli bir şey ala bilsin. Mübadilə başa çatdıqdan sonra məlum olur ki, hər bir iştirakçı ayrı-ayrılıqda onlar üçün böyük dəyəri olan nə isə əldə edib. Deməli, mübadilə hər iki iştirakçı və bütövlükdə iqtisadiyyat üçün əlavə dəyər (sərvət) yaradıb.
6. Seçim insanları özünü gələcəkdə büruzə verən məqsədlərə çatdırır. Məsələn: əgər məktəbli dərsinə hazırlaşmaq əvəzinə televizorda dedektiv filmə baxırsa, onda bu seçim özünü gələcəkdə hansısa qaydada göstərəcək. Mümkündür ki, şagird növbəti dərsdən qeyri-kafi qiymət alsın və yaxud, ola bilər ki, bir neçə ildən sonra şagirdin vaxtı ilə öyrənmədiyi məşğələ ona yaxşı iş tapmaqda mane olsun. Bu prinsipləri, həmçinin "qərar qəbulu addımları"nı öyrəndikdən sonra bir neçə "İqtisadi tapmacaya" cavab axtarmağa cəhd edək.
1. Nəyə görə dünyada balinaların sayı az, toyuqların sayı isə çoxdur?
2. Nəyə görə insanlar cəzalandırılacaqlarını bilə-bilə yenə cinayət edirlər?
3. Nə üçün Azərbaycan Yaponiya ilə müqasiyədə daha çox təbii ehtiyatlara malik olduğu halda dünyanın kasıb ölkələri siyahısına salınır?
4. Nə üçün Bakıda sovet dövründə tikilmiş binaların xarici görünüşü və girişi səliqəsiz olduğu halda, mənzillərin içi təmiz və səliqəlidir?
Belə tapmacaların sayını çoxaltmaq olar. 1 və 4-cü tapmacanın cavabına açar rolunda «xüsusi mülkiyyət", 3-cü sualda "səmərəlilik" çıxış edir. Bəs ikinci sualın cavabı necədir? Bildiyimiz kimi, insanlar özlərinin sonsuz istəkləri ilə məhdud imkanlarını uzlaşdıra bilmirlər. Belələri cinayət etməyə qərar verərkən hesab edirlər ki, onun uduşu cəzalanmaq şansından xeyli dərəcədə çoxdur.
BAÇARIN DAYANIQSIÇLIQ HALLARI
Müasir iqtisadiyyatda müəyyən funksiyaları yerinə yetirmək məqsədilə bir çox qərarları "bazar" diktə edir. Adətən bazarın funksiyası 5 qrupa bölünür:
1. Qiymətqoyma;
2. İnformasiya;
3. Vasitəçilik;
4. Tənzimləmə;
5. Sağlamlaşdırma.
Bu funksiyalar hansı əlamətlərinə görə fərqləndirilir və bazar onları hansı formada həyata keçirir?
Qiymətqoyma. Tələb və təklif qanununa müvafiq olaraq qiymət bazarda təyin olunur.
İnformasiya. Bazarda alıcılar yeni mal və xidmətlərlə tanış olur, onların qiymətini və istehlakçı xüsusiyyətlərini öyrənirlər. Eyni zamanda istehlakçılar məhz bazardan bu və ya digər mala olan tələb haqqında informasiya alırlar.
Vasitəçilik. Bazarda alıcı və satıcı bir-birini tapır və onlar kompromis əldə edirlər.
Tənzimləmə. Bazar bu və ya digər mallara olan tələbat və onların qiyməti haqqında informasiyalara malikdiir. Məhz bu informasiyalar əsasında istehsalçı bu və ya digər malın buraxılışının artırılması və ya ixtisar edilməsi haqqında qərar qəbul edir.
Sağlamlaşdırma - bu çox vacib funksiyadır. Bu terminin mənası ondan ibarətdir ki, bazar "sanitar" rolunu yerinə yetirir. Meşədə canavarlar zəif və xəstə heyvanları məhv etdiyi kimi, bazar da ziyanla işləyən və mənfəət əldə edə bilməyən firmaları sıradan çıxarır. Buraxdığı məhsulları heç kimə lazım olmayan, istehlakçıları cəlb edə bilməyən firmalar rəqabət mübarizəsində uduzur və sıradan çıxırlar.
Biz, Sizinlə bazarın bir çox qanunlarını öyrənmişik və indi hamı bilir ki, tələb və təklif nədir. Bazar iqtisadiyyatının başlıca prinsiplərindən biri satılmış məhsulun əvəzinə fayda əldə etməkdən ibarətdir. Bu zaman iş qüvvəsi, istehsal olunmuş məmulat, şəxsi torpaq, tikili və yaxud biznes işinin təşkili bacarığı və s. satışın predmeti ola bilər.
Əgər satış üçün buraxdığınız malınız keyfiyyətlidirsə və onu alıcıya münasib qiymətə təklif edirsinizsə, onda rəqabət mübarizəsində qələbə qazanıb maliyyə imkanlarınızı daha da yaxşılaşdıracaqsınız.
Şəxsi faydaya görə alıcı və satıcılar hər gün öz maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ən yaxşı kompromis axtarıb tapırlar. Bazarın bu "görünməz əli" hər bir satıcını nəinki öz maraqları, hətta ölkəsinin maraqları haqqında düşünməyə məcbur edir. Yoxsa, onun buraxdığı mal heç kimə gərək olmaz.
Базар - ямтяя вя хидмятляря гиймят гойулан вя онларын мцбадиляси апарылан мякандыр.
Bu tip məsələlərin həllində bazar mexanizmi inzibati-amirlik iqtisadiyyatına nisbətən xeyli dərəcədə az səhv buraxmaqla yanaşı, qərarları da tez bir zamanda və çevik şəkildə qəbul edir. Çünki, bu zaman hər kəsin şəxsi marağı önə çıxır və onların hər biri öz marağından çıxış edir. Təəssüflər olsun ki, bazar mexanizmi də qüsursuz deyil. O heç də həmişə cəmiyyətin bütün problemlərinin həllini təmin edə bilmir.
Bazar "sınaq və səhv" metodu ilə işləyir. Bunu müxtəlif ölkələr üzrə müşahidə etdiyimiz iqtisadi böhranlarla izah etmək olar. Ayrıca şirkətlər həmişə çalışırlar ki, öz rəqiblərini sıradan çıxartsın, bazarı bütövlükdə ələ keçirsinlər. Belə olan halda, həmin şirkət istehlakçılara özünün istədiyi qiyməti diktə edir və daha çox qazanmaq imkanları yaradır və bundan da bəhrələnməyə çalışır.
İntensiv istehsal ətraf mühitə ziyan vurur. Bazar qüvvələrinin fəaliyyəti nəticəsində bir sıra yanaşı mənfi və müsbət effektlər yaranır. Daha doğrusu, elə hal olur ki, bazar iqtisadiyyatda yaranmış problemi həll etməyi bacarmır. Belə hallara bazarın dayanıqsızlıq halları deyilir.
Bu cür halların aradan qaldırılması məqsədilə dövlət orqanları məhsulun istehsalı və istehlakını tənzimləyə bilər.
Yanaşı effektlər o vaxt mövcud olur ki, hər hansı bir malın istehsalı və istehlakı ilə bağlı xərclər və ya faydalar həmin məhsulun nə istehsalçısı, nə də istehlakçısı sayılmayan üçüncü şəxslərə təsir edir.
Yanaşı effektə aid bir misal göstərməklə onu daha asan başa düşmək olar. Fərz edək ki, avtomobil şəhərdaxili yolla gedir. Yoldan keçən piyada avtomobilin buraxdığı qazı udur. Piyada avtomobilin nə istehsalçısı, nə də istehlakçısıdır. Ətrafı zəhərləyən qaz yanaşı effektdir, o həm istehsalçıya, həm istehlakçıya, həm də üçüncü şəxsə ziyan vurur.
Belə olanda, dövlət vergilərin və digər tənzimləyici vasitələrin köməyi ilə vəziyyəti qismən və ya tamamilə düzəldə bilər. Lakin bazarın dayanıqsızlığının mənfi nəticələrinin korrektəsinə yönəldilmiş bu cür proqramlar və onların reallaşdırılması dövlətə xeyli baha başa gəlir. Və onlar o vaxt həyata keçirilir ki, gözlənilən fayda zəruri xərcləri üstələsin.
Ətrafdakı zavodlar və fabriklər, təyyarələr və avtomobillər atmosferə hər gün çoxlu miqdarda işlənilmiş qazlar atır. Biz də bu cür çirkli hava ilə nəfəs alır, tərkibində külli miqdarda zəhərləyici elementlər olan sudan içirik. Fərz edək ki, hər yüz stəkandan birində ölüm riski var, onda biz bu sudan içərikmi?
Və yaxud zəhərlənmək şansı milyarddan bir olarsa, qərarınız necə ola bilər?
Cəmiyyət insanları zəhərləyici çirklənmələrdən istənilən qiymətə müdafiə etməlidirmi?
Sizcə, bununla biz nə demək istəyirik? Gəlin bu problemi daha yaxşı başa düşmək üçün belə bir suala cavab verməyə çalışaq: insan ömrü neçəyədir? Əminik ki, çox adam deyəcək ki, insan ömrünü qiymətləndirmək mümkün deyil, onun dəyəri yoxdur. Gəlin fikirləşək görək, insan ömrünün qiymətini necə təyin etmək olar. Təsəvvür edin ki, uşaq qəza nəticəsində dağılmış evin altında qalıb, faciə baş verib. Hamı uşağı təhlükədən xilas etməyə çalışır. İnsanların bir qismi tunel qazır, digərləri donor axtarır və s. Nəhayət uşaq xilas olunur!
Gəlin, uşağın xilas edilməsinə sərf olmuş resursların (insan, kapital, təbiət) miqdarını qiymətləndirək. Bu məqsədlə işə çoxlu texnika cəlb olunmuş, həyəcan təbili çalınmışdır. Sizcə, insan ömrünün qorunmasına bu qədər xərc çəkməyə dəyərmi? Yəqin ki, sizlərin çoxu bu suala birmənalı şəkildə müsbət cavab verər və özünüzü də haqlı hesab edərsiniz.
İstisnasız qəbul edirsiniz ki, uşağı xilas etməyə çəkdiyimiz xərclərin ümumi dəyəri «insan ömrünün qiyməti»ndən dəfələrlə azdır. Çünki insan ömrü cəmiyyət üçün qiymətsizdir. Başqa bir hala baxaq. Tutaq ki, həmin resursların köməyi ilə bir yox, bir neçə insanın həyatını xilas etmək mümkündür. Bəs onda necə, insan ömrünün qiyməti aşağı düşmürmü? Axı bizim öyrəndiyimiz iqtisadiyyat elmi sübut edir ki, resurslar məhduddur. Məsələn, iki müxtəlif yerdən təcili tibbi yardım çağrışı daxil olmasına baxmayaraq, yalnız bir sərbəst maşını olan təcili tibbi yardım stansiyasının işçiləri seçim qarşısında qalır. Çünki, bu maşınla bir xəstənin ünvanına getmək olar, bu halda isə ikinci xəstəyə baş çəkmək mümkün deyil. İstənilən halda kiminsə həyatı təhlükədə qalır. Onda, təcili yardım maşınını hansı xəstənin ünvanına göndərməli?
Axı, resursların (təcili tibbi yardım maşınlarının) məhdudluğu ucbatından biz kiminsə həyatını qurban vermək (hətta insan ömrü qiymətsiz olsa da belə) məcburiyyətindəyik.
Son vaxtlar tez-tez eşidirik ki, hansısa ölkədə həyat şəraiti bizdəkindən yaxşıdır, orda insanların qayğısını daha çox çəkirlər. Bəs, bu fərqləri necə izah etmək mümkündür?
Bir neçə statistik göstəricilərə nəzər yetirsək, görərik ki, insan ömrü daha çox hansı hallarda təhlükəyə məruz qalır? Alimlərin hesablamalarına görə, dünya əhalisinin hər milyonunun aviaqəzadan ölüm ehtimalı 0,3, infarktdan 0,6, ildırım vurmaqdan 1,0, avtoqəzadan 200, siqaret çəkməkdən 6250 nəfərdir.
Göründüyü kimi, risklər əhəmiyyətli dərəcədə fərqlənirlər və onların heç birində ölüm ehtimalı sıfıra bərabər deyil.
İnsanlar öz həyatlarını daha çox pul ödəməklə, hava, su üçün təmizləyici qurğular, təhlükəsiz maşınlar, mənzillər almaqla qoruyurlar. Bunun üçün onlar ölüm riskinin aşağı salınması məqsədilə qabiliyyətləri və imkanları çərçivəsində xərc çəkməyə hazırdırlar. Bəs, insan ömrünün qiyməti neçəyədir? Bəlkə, bunu müəyyənləşdirmək üçün, insan orqanizmini təşkil edən kimyəvi maddələrin, elementlərin dəyərini hesablamaq lazımdır. Gəlin, bu məqsədlə insanın bədənini tərkib hissələrə bölək: oksigen, hidrogen, karbon, maqnezium , dəmir, sink və sair. Hər bir elementin miqdarını müəyyənləşdirib kimyəvi maddələrin orta bazar qiymətinə vuraq və alınan məbləğləri toplayaq. Bu, insan ömrünün qiymətini təyin etməyin bir üsuludur.
Başqa bir yanaşma ilə orqanizmin ayrı-ayrı orqanlarının dəyərini qiymətləndirək. Orqanizmin bir çox hissələrinə (qana, ürəyə, böyrəyə və s.) transplantasiya (köçürmə ) məqsədilə tələb əmələ gələcək və beləliklə onun bazar qiyməti formalaşacaq.
İnsan ömrünü qiymətləndirməyin digər üsulu hər bir insanın özünü sığortalamaq istədiyi haqqla da ölçülə bilər. Məsələn, populyar aktyor Demi Mur həyatını 1 milyard dollar məbləğində sığortalayıb. Başqa bir misala müraciət edək: bu günlərdə keçirilmiş hərracda populyar caz ulduzu mərhum Elvis Preslinin 1 dişi 100 dollara satılıb. Bu hesabla, onun dişlərinin hamısını hərraca çıxarmaqla 3200 dollar vəsait qazanmaq olar.
Və ya bir insanın ölümündən cəmiyyətin itirəcəyi məhsul buraxılışı və xidmətlərin həcmini müəyyənləşdirərək, insan ömrünün hesablanmasını sınaqdan keçirək.
İnsan ömrünün qiymətsiz olduğu haqqında artıq danışmışıq. Gəlin, belə bir suala da cavab verək. İnsanlar nəyin naminə öz həyatlarını riskə qoyurlar? Axı onların ömrü qiymətsizdir? Bu sualın yeganə düzgün cavabını aşağıdakı qaydada tapmaq olar. İnsan ömrünün qiymətini onların ölümdən və ya bu kimi digər hallardan yaxa qurtarmaq məqsədilə nə qədər məbləğdə vəsait ödəməyə hazır olması ilə də müəyyənləşdirmək mümkündür. Məsələn, ekoloji cəhətdən təhlükəli vəziyyətdə olan şəhərdə 100 min nəfər əhali yaşayır və hər il onların 110 nəfəri atmosferin çirklənməsi, içməli suyun təmizlənməməsi səbəbindən vəfat edir.
Tutaq ki, şəhərin hər bir sakini suyun və havanın təmizlənməsi məqsədilə 500 manat vəsait ödəməyə hazırdır. Hesablamalar göstərir ki, toplanmış vəsaitlə hər 10 min nəfərə düşən ölüm ehtimalını 11-dən 10-a endirmək mümkündür. Nəticədə 10 nəfər insanın həyatını xilas etmək olar.
Onda xilas edilmiş 10 nəfər insanın həyatının ümumi dəyəri 50 milyon manat, hər bir ömrün dəyəri isə 5 milyon manatdır.
Lakin, cəmiyyət, o cümlədən insanlar bu məqsədlə daha 500 manat xərcləməyə hazır deyildir. Belə olsa idi, daha 10 nəfərin ömrünü xilas etmək mümkün olardı. Lakin, bunun üçün 50 milyon manatdan da çox vəsait xərcləmək tələb olunur.
Dövlət nə üçün lazımdır?
Yəqin ki, Sizdə də özünüzə bu sualı vermək istəyi nə vaxtsa olub. «Liberallar» adlanan baxışı müdafiə edən insanlar belə fikirləşirlər ki, dövlətin rolu mütləq məhdudlaşdırılmalıdır. Onlar dövlətin iqtisadi və sosial problemləri həll etmək qabiliyyətinə şübhə ilə yanaşır və bunu dövlət bürokratiyasının çoxluğu, nəzarətin isə çətinliyi ilə izah edirlər.
"Mühafizəkar" baxışı müdafiə edən insanlar isə cəmiyyətin problemlərini bazarın həll etmək imkanlarına şübhə ilə yanaşırlar.
Onlar qeyd edirlər ki, dövlət özəl firmaların az istehsal etdiyi və yaxud ümumiyyətlə istehsal etmədiyi malların buraxılışı ilə məşğul ola bilər.
Lakin, gəlin xatırlayaq, bizə öyrədiblər ki, bazar iqtisadiyyatında əksər iqtisadi qərarları dövlət deyil, ayrı-ayrı satıcı və alıcılar qəbul edirlər.
Lakin bununla yanaşı, dövlətin 6 başlıca iqtisadi funksiyası fərqləndirilir. Bunları əksəriyyət qəbul edir. Gəlin, görək onlar hansılardır:
1. Hüquqi baza və sosial təminat əsaslarının yaradılması;
2. Rəqabətin dəstəklənməsi;
3. Gəlirlərin yenidən bölüşdürülməsi;
4. İctimai əmtəə və xidmətlərin buraxılışı;
5. Yanaşı effektlərə düzəliş edilməsi;
6. İqtisadiyyatın sabitləşdirilməsi.
Bu funksiyaları ayrı-ayrılıqda öyrənməyə və onların məğzini başa düşməyə cəhd edək.
1. Hüquqi baza və sosial təminat
əsaslarının yaradılması
Mülkiyyət hüququ dəqiq müəyyənləşdirildikdə, eləcə də bağlanmış müqavilələrə, imzalanmış kontraktlara riayət edilməsi qanunla təsbit edildikdə bazar effektiv işləyir. Standartlaşdırılmış pul, ölçü və çəki vahidlərindən istifadə olunur. Ticarət maneələri minimuma endirilir (gömrük qaydaları və rüsumları və s.).
Dövlətin bu istiqamətdə qanunvericilik fəaliyyətini həyata keçirən institut kimi parlament çıxış edir. Parlament polisin, məhkəmələrin, sahibkarların və digərlərinin funksiyaları ilə əlaqədar müxtəlif qanunlar hazırlayır və qəbul edir. Pulun çap olunması və tədavülü, onun dövriyyəsinin tənzimlənməsi məsələləri ilə isə Milli Bank məşğul olur. Bu barədə sonrakı fəsillərin birində daha geniş danışacağıq.
İqtisadiyyatın bazar "relslərinə" keçidinin başlanğıcında bir çox insanlar onlara tamamilə tanış olmayan şəraitlə üzləşir. İnsanlar qeyri-müəyyənliklərdən, ictimai və siyasi sabitsizlikdən qorxduğundan dövlətin bu funksiyasının rolu "keçid" iqtisadiyyatında daha da yüksəlir.
2. Rəqabətin dəstəklənməsi
İnhisar hakimiyyətinin məhdudlaşdırılması çox çətin və ağrılı prosesdir. Bəzən dövlətin iqtisadiyyatın bütün sferalarına müdaxilə cəhdi müşahidə olunur. Bu köhnəliyin xəstəliyidir.
Ayrıca bir firmanın bazarı zəbt etmə cəhdi də malların keyfiyyətinin aşağı düşməsinə, qiymətlərin bahalaşmasına gətirib çıxarır ki, dövlət də qanunların köməyi ilə belə hallara qarşı mübarizə aparmalıdır. Nümunə olaraq antiinhisar qanunvericiliyini və onların icrasına nəzarət edən orqanları göstərmək olar.
3. Gəlirlərin yenidən bölgüsü
Bu funksiyanın üzərində ətraflı dayanaq. Bu funksiya vasitəsilə ölkə əhalisinin həyat səviyyəsi tarazlaşdırılır.
Həyat səviyyəsi - insanların fiziki, mənəvi və sosial tələbatlarının ödənilməsi səviyyəsinin inteqral xarakteristikasıdır. Əhalinin həyat fəaliyyətinin müxtəlif tərəflərini əks etdirən göstəricilər sistemi ilə ifadə olunur: əhalinin hər nəfəri (adambaşı) hesabı ilə istehlak edilən mal və xidmətlərin həcmi, ən mühüm məhsulların natural istehlakının həcmləri, adambaşına real gəlir, mənzil təminatı, habelə kommunal, nəqliyyat və rabitə xidmətləri ilə təmin edilmə səviyyəsi, təhsil, səhiyyə və mədəniyyət xidmətlərinin əldə edilə bilməsi və s. Beynəlxalq standartlara uyğun olaraq buraya həmçinin məşğulluq, əmək şəraiti, iş gününün uzunluğu, şəxsiyyət hüquqlarının sosial təminatları, onun təhlükəsizlik şərtləri, demoqrafiya, ekologiya, sağlamlıq, ərzaq təminatı göstəriciləri, maddi və maliyyə yığımları, sosial diferensasiya (təbəqələşmə), cinayətkarlığın yayılması və s. kimi göstəricilər də daxildir. Göründüyü kimi həyat səviyyəsini xarakterizə edən müxtəlif göstəricilər vardır və insanların hamısının onlara çıxış imkanları eyni deyildir.Buna görə də insanlar yaşayış səviyyələrindəki kəskin fərqlərdən narazı qalırlar. İqtisadiyyatda bu fərqi əks etdirən qrafik mövcuddur ki, onu da yaradıcısının şərəfinə "Lourens əyrisi" adlandırırlar.
Gəlirlər
Əhalinin sayı
Şəkil 20. Lourens əyrisi
Bu qrafik kamanı xatırladır, gördüyümüz düz xətt o gövdəyə, əyri xətt isə gərilmiş ipə bənzəyir. Belə ki, gövdə bütün ölkələrin gəlirlərinin mütləq bərabərliyini, əyri xətt isə mütləq bərabərsizliyini xarakterizə edir. Gerçək həyatda cəmiyyət həmişə mütləq bərabərliklə bərabərsizlik arasındakı sahədə dayanır. Lourens əyrisindən də bu ölkədəki gəlirlərin bölgüsünün mütləq bərabərsizliyə və ya bərabərliyə yaxın olması görünür.
İpin gərilməsi nə qədər çoxdursa cəmiyyət bərabərsizliyə bir o qədər yaxın olur. Lourens əyrisinin düz xəttə yaxınlaşması gəlirlərin bərabərliyini əks etdirir. Belə vəziyyət əmək məhsuldarlığına stimulları məhv edir. İstənilən ölkədə insanlar fərqli qabiliyyətlə doğulurlar. Çox az insan elmdə kəşflər etməyə və ya idman olimpinin yüksəlişinə çatmağa və yaxud da yaratdığı müəssisəni çiçəkləndirməyə və s. qadirdir.
Onların əməyi necə qiymətləndirilir? Cəmiyyət üçün hansı vacibdir - əmək faktı, yoxsa onun nəticəsi?
Bir vaxtlar sosialist dövlətlərində məvaciblər əməyə görə, əmək məhsuldarlığından asılı olmayaraq hamı üçün eyni qaydada ödənilirdi.
Yox, əgər maaşlar nəticələrə görə ödənilirsə, onda az qabiliyyətli insanlar çox qabiliyyətlilərə nisbətən yoxsul yaşayacaq. Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar xüsusi mülkiyyətin üstünlüyü, onun vərəsəlik üzrə ötürülməsi bərabərsizliyi daha da çoxaldır. Gəlin razılaşaq ki, iqtisadiyyatın normal inkişafı üçün bərabərsizliyin mövcudluğu qəbul olunandır. Yoxsa, insanların əmək fəallığını heç nə ilə mükafatlandırmaq mümkün olmur. Axı, dövlət heç bir iqtisadi tədbirlə bütün insanların təxminən eyni gəlirlər səviyyəsində yaşayışını təmin edə bilməz.
Yeri gəlmişkən onu da qeyd edək ki, "Lourens kamanının gərilmə həddi " əhalinin 40 faiz yoxsul təbəqəsinin gəlirlərinin ümumilikdə ölkə üzrə gəlirlərin 12 faizindən az olduğu zaman başlanır. Gəlirlər əməyin nəticəsindən və mülkiyyətin həcmindən asılı ola bilər və hökmən asılı olmalıdır. Lakin, heç vaxt əhalinin həyat səviyyəsində həddindən çox fərqlər yaranmasına imkan vermək olmaz. Bu sosial partlayışlara gətirib çıxara bilər. Yoxsul təbəqə ilə varlıların istəkləri arasında yaranan ziddiyyətlər təbii hesab olunmalıdır. İşə götürəni sosial ədalət məsələləri maraqlandırmır. Onlar resurslardan istifadəyə görə haqq ödəyərək, əmtəə və xidmətlər istehsal edirlər. Dövlət həmişə çalışır ki, öz vətəndaşlarına az və ya çox dərəcədə şərait yaratsın və bununla da sosial partlayışlardan qaça bilsin. Soruşa bilərsiniz ki, bu hansı formada həyata keçirilir? Cavab belədir: əhalinin gəlirlərinə vergi qoyulması və əhalinin daha yoxsul təbəqələrinə dövlətin sosial yardım sisteminin tətbiqi vasitəsilə.
Dövlət sosial yardım siyasətini yoxsulluğun azaldılması məqsədilə həyata keçirir və bu siyasətin subyektində yoxsullar dayanır.
Bəs, yoxsulluq səviyyəsi necə müəyyənləşdirilir?
Bunun üçün biz bilməliyik ki, ölkədə yaşayış minimumu nə qədərdir və o necə ölçülür.
Yaşayış minimumu - insanın həyat fəaliyyətini qoruyub saxlaması üçün fiziki baxımdan zəruri olan yaşayış vasitələrinin minimum qiymətidir. Adambaşına yaşayış minimumunun səviyyəsi, mütəmadi olaraq, istehlak mallarının və xidmətlərin minimal dəsti (istehlak səbəti) və onların fəaliyyətdə olan qiymətləri əsasında təyin edilir. Yaşayış minimumundan əhalinin yaşayış səviyyəsinin, minimal əmək haqqının, minimal pensiya, təqaüd və müavinətin, aztəminatlı vətandaşlara sosial dövlət yardımının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən yaşayış minimumunun səviyyəsi yoxsulluq həddi kimi qəbul edilir.
Deməli, yoxsulluq yaşayış minimumundan aşağı həyat səviyyəsi hesab olunur. Daha doğrusu insanların və ya ailələrin aldıqları gəlirlər, hətta onların başlıca tələbatlarını belə ödəmirsə, deməli onlar yoxsullar təbəqəsinə aiddir.
Dostları ilə paylaş: |