bazigen , onun
funksional olaraq bir-birindən asılı olmayan sahələri isə
transgen adlandırılmışdır. Genlərin funksional vahidləri sonralar
sistronlar adlandırılaraq
onların quruluş RNT-nin bir polipeptid zənciri, yaxud molekulundan ibarət
olması sübut edilmişdir.
Gen anlayışı olduqca geniş diapozomlu bir məvhum olmaqla, sistronlardan
başqa həm də mutasiya edici təsir göstərən sahələrə –
saytlara malikdir.
Göründüyü kimi, gen olduqca mürəkkəb quruluşa malikudir və molekulyar
quruluşuna görə eukariotların geni prokariotlarınkından çox kəskin surətdə
fərqlənir. Belə ki, prokariotların genləri ardıcıllıqla yerləşən
tripletlərdən ibarətdir. Eukariotlarda isə genlərin əksəriyyəti informasiya daşımayan
sahələrdən –
intronlardan təşkil olunur. Bu cür sahələr dovşanların
-
qlobulinində 700 cüt əsaslardan ibarət olduğu halda, genin
kodlaşdırıcı hissəsi – ekzonlar isə 438 cüt əsaslardan ibarətdir. Ali orqanizmlərdə hər bir əlamətə bir
neçə gen nəzarət edir, bu prosesə fermentlər də təsir göstərir. Ontogenez zamanı
fərdin genotipində hər bir gen 2 allellə təmsil olunur və onların kombinasiyası
nəticəsində müvafiq əlamətlər yaranır. Belə ki, qaramalların dərisinin rənginə
10, drozofilin gözlərinin rənginə 20, su samurunun xəzinin rənginə isə 20-dən
çox genlər nəzarət edir. Məməlilərdə embrionun inkişafı və əlamətlərinin
formalaşması valideyin fərdlərin genotipinin nəzarəti ilə müşayət olunur və
postembrional dövrdə sabit qalır. Bu əlamətlərə orqanizmin ayrı-ayrı üzvlərinin
morfoloji quruluşu, hemoqlobinin tipi, qan qrupu sistemləri və s. aiddir. Xarici
mühit, xüsusilə mikro və makro iqlim amilləri əsasən orqanizmə post embrional
dövrdə nəzərə çarpacaq dərəcədə təsir göstərir.
180
Mühit amilləri bir qayda olaraq heyvan və bitkilərin kəmiyyət əlamətlərinə
təsir edir. Canlı orqanizmlərin bütün fərdlərinin ontogenezi