124
İnterfaza
– nüvənin sakitlik mərhələsi adlanmasına baxmayaraq bu
zaman hüceyrənin nüvəsində çox mürəkkəb dəyişikliklər baş verir və
bölünmə prosesi başlayır. Mitoz bir-birini ardıcıl olaraq əvəz edən beş əsas
faza – mərhələ (profaza, pro
metafaza, metafaza, anafaza, telofaza) ilə
müşayət olunur
(Ģəkil 7,8)
.
Profaza
mərhələsində xromosomlar görünməyə
başlayır və nüvənin qişası əriyir, nüvənin daxilində yumağı xatırladan
torvari xromatin teli əmələ gəlir və onlar xromosomlara çevrilir. Profaza
mərhələsi nüvəciklərin və nüvənin qlafının həll olması, onun plazmasının-
karioplazmanın sitoplazma ilə qarışması və
mikroplazmanın
əmələ gəlməsi
ilə səciyyələnir.
Metafazada
– xromosomlar hüceyrənin ortasında düzülür,
ekvatorial lövhədə iy tellərinə qarşı perpendikulyar yerləşir, onların
forması və sayı aydın müşahidə olunur. Bu mərhələ çox qısa mühitdə başa
çatır, sentramer bir xətt üzrə metafaza (ekvatorial)
lövhəsində yerləşir,
sentriollar arasındakı iy telləri xromosomun sentromeri ilə birləşir.
Anafazada
– hər bir xromosomun iki xromatidi əks istiqamətlərdə qarşı-
qarşıya yerləşir, bütün xromosomlarda eyni vaxtda sentromerlər bölünür,
xromatidlər iki sərbəst xromosoma çevrilir. Sentromerlərin bölünməsi başa
çatan kimi xromosomlar dərhal hüceyrənin qütblərinə çəkilir və bu prosesi
iy telləri idarə edir. İy telləri qısaldığından xromosomların yarısı çox
sürətlə və nizamlı
surətdə hüceyrənin bir, yarısı isə digər qütbünə çəkilir,
onların sayı valideyin hüceyrələrindəkinə bərabər olduğu üçün gələcək
nəsil törəmələrində də sabit saxlanılır. Bu prosesin
müxtəlif səbəblərdən
pozulması
nəticəsində
xromosomların
sayının
dəyişilməsi
bəzi
anomaliyaların yaranmasına səbəb olur.
Telofaza
mərhələsində hüceyrənin
xromosomları qütblərə doğru yığılmaqla onlar uzanır, sitoplazma iki yerə
bölünür, bir ana hüceyrədən iki qız hüceyrə əmələ gəlir və onların hər
birində ana hüceyrədəki miqdarda xromosom olur.
Dostları ilə paylaş: