Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə173/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   207
N 349

Proqan determinasiya
– valideyn fərdlərdə qametogenez zamanı gələcək 
dişi orqanizmlərin cinsiyyətinin müəyyən olunmasına əsaslanır. Mənənə (bitki 
zərərvericisi), bəzi ilkin həlqəlilər və rotatorilərdə cinsiyyətin təyini yumurta 
hüceyrəsinin yetişmə prosesi zamanı aparılır. Onlarda oogenez zamanı 
sitoplazma yumurta hüceyrələri arasında qeyri-bərabər bölündüyündən onların 
bəziləri iri, digərləri isə çox xırda olur, mayalanma nəticəsində iri yumurtalardan 
dişi, xırdalardan isə erkək fərdlər formalaşır. 
Sinqam determinasiya 
– dişi fərdlərin cinsiyyətinin qametlərin formalaş-
ması zamanı təyin olunmasından ibarət olub, bütün növ heyvanlar üçün 
xarakterik tip sayılır. Proqam və sinqam determiansiya tipləri zamanı fərdin 
cinsiyyəti müəyyən cinsiyyət xromosomlarından asılı olur. 
Orqanizmin fərdi inkişafı – ontogenezi
zamanı cinsiyyətin differensiasiyası 
prosesi – birincili və ikincili cinsi (bədən quruluşu, çəki, tükün rəngi, süd vəzi, 
cinsiyyət üzvləri və s.) və daxili əlamətlərin (metabololizm, hormonal, 
sitogenetik və s.) formalaşması baş verir. Məsələn, bütün növ kənd təsərrüfatı 
heyvanlarının erkək fərdləri dişilərə nisbətən daha inkişaf etmiş bədən 
quruluşuna malik olur. Ontogenez zamanı əlamətlərin dəyişilməsi əsasən 
orqanizmin homeostazının (daxili mühitinin) təsiri nəticəsində baş verir. Ev 
heyvanlarında bu proses 
hermafroditizm
(interseksuallıq)
adlanmaqla onun 
müxtəlif formaları mövcuddur.
Hermofroditizm– 
əks cinsə mənsub olan 
əlamətlərə malik olmaqla blastositlərin inkişaf mərhələsində meyoz prosesinin 
pozulması nəticəsində baş verir. Məməlilərin dişi fərdlərində xromosomların 


175 
diploid yığımında XX– xromosomlarla işarə olunan cinsiyyət xromosomları 
ayırd edilir. Erkək fərdlərin kariotipində isə 
X
və 
Y
xromosomları olur. Quşların 
dişi fərdlərində iki müxtəlif (
XY
), erkək fərdlərdə isə eyni (
XX
) xromasomlar 
mövcuddur. Meyoz zamanı məməlilərin dişi fərdlərində yalnız bir tip 
X
– 
xromosomlu qamet əmələ gəldiyi üçün onlar
homoqamet
adlanır. Erkək 
fərdlərdə isə iki müxtəlif tip (
X
və 
Y
) xromosom əmələ gəldiyi üçün onlar 
heteroqamet
adlanır. Spermatogenez prosesi zamanı erkək fərdlərin 
toxumluqlarında yalnız XY tipli cinsiyyət hüceyrələri hazırlanır. Məməlilərin 
cinsiyyətinin təyin edilməsi yumurta hüceyrəsinin hansı spermatozoidlə 
mayalanmasından asılıdır. 
Yumurta hüceyrəsi X – xromosomlu spermatozoidlə 
mayalandıqda dişi fərd, 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin