Fяxrяddиn mustafayev


cinsiyyətlə ilişikli olaraq əlamətlərin irsən



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə176/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   207
N 349

cinsiyyətlə ilişikli olaraq əlamətlərin irsən 
keçməsi adlanır. 
Genetiklərin son qənaəti belədir ki, cinsiyyətin əlamətləri 
ilişikli olaraq anadan nəslin erkək, atadan isə dişi fərdlərinə keçir. Bu 
Tip 
Heteroqamet 
cinsiyyət 
Qametlər 
Ziqot 
Orqanizmlər
Erkək-
lərin 
Dişilərin 
Erkək-
lərin 
Dişilə-
rin 
XY 
Erkək cinsi 
X və O 

XY 
XX 
İnsan, məməlilər, 
drozofil, melandrium, 
quruotu və b. 
XO 
Erkək cinsi 
X və O 

XO 
XX 
Taxtabiti, Protenor, 
çəyirtkələr, 
Diozcorea və b. 
ZÇ 
Dişi cinsi 

Z və Ç 
ZZ 
ZÇ 
Quşlar, amfibilər, 
reptililər, kəpənəklər, 
çiyələk və b. 
ZO 
Dişi cinsi 

Z və O 
ZZ 
ZO 
Lacerta vizipara və b. 


177 
qanunauyğunluq həm insanlara, həm də bütün növ heyvanlara aid olmaqla atanın 
irsi əlaməti qız, ananınkı isə oğul övladlara verilir. Bu proses genetika elmində 
«kross-kris»
hadisəsi adlanır və canlı aləmdə mütəmadi olaraq baş verir. Hazırda 
dünyanın heyvandarlıq mütəxəssisləri və alimlərinin qarşısında duran ən 
prioritet problemlərdən biri də cinsiyyətin tənzimlənməsinin geniş və ətraflı 
öyrənilməsidir. Çünki heyvandarlıq və quşçuluqda arzu olunan fərdlərin 
alınmasına nail olunması hələ də müəyyən çətinliklər törədir. Lakin son 
zamanlar dünyanın inkişaf etmiş ölkələrində alimlər bu problemin həlli 
sahəsində müəyyən elmi nailiyyətlər əldə etmişlər və ontogenezin ilk 
mərhələlərində cinsiyyəti müəyyən etmək mümkün olmuşdur. Quşçuluq 
sənayesində ət istehsal etmək məqsədilə yalnız beçələrdən istifadə olunduğuna 
görə onların erkən müəyyən edilməsinin həm iqtisadi, həm də elmi-praktiki 
cəhətdən olduqca böyük əhəmiyyəti vardır. Bunu nəzərə alaraq quşçuluq 
sənayesində, xüsusilə broyler təsərrüfatlarında rəng əlamətinə görə cinsiyyətin 
tənzimlənməsi sahəsində müfəssəl elmi axtarışlar aparılmışdır. Belə ki, qızılı 
zolaqlı xoruzlar gümüşü rəngli toyuqlarla çarpazlaşdırıldıqda inkubasiya zamanı 
yumurtadan çıxan fərələr sarı, beçələr isə ağ-göyümtül rəngdə olmuşdur. Məhz 
bu əlamətə görə broyler sənayesində hazırda beçələri fərələrdən fərqləndirərək 
onlardan ətlik məqsədi ilə geniş istifadə edilir. İngilis alimi Pennet cinsiyyətlə 
ilişikli əlamətlərin irsən keçməsi qanunauyğunluğuna istinad etməklə yeni toyuq 
cinsi yaratmışdır. Həmin cinsin fərələri bir sutkalıq yaşında qara, beçələri isə 
ağımtıl rəngli olmuşdur. 
Cinsiyyətin tənzimlənməsi və arzu olunan erkək və dişi fərdlərin əldə olun-
ması müasir sənaye heyvandarlığının inkişafı üçün çox böyük əhəmiyyətə 
malikdir. Çünki yüksək süd, ət, yun, yumurta məhsulunun alınması üçün 
cinsiyyətin tənzimlənməsi çox vacib məsələ sayılır. Südlük məqsədilə dişi 
buzovların, ətlik üçün isə erkək danaların alınması daha məqsədəuyğundur. Bu 
baxımdan yüksək damazlıq keyfiyyətinə malik olan törədici buğalardan və 
inəklərdən erkək fərdlərin alınmasına daha böyük tələbat vardır. 
İri buynuzlu heyvanlarda erkək və dişi cinsiyyət xromosomları submetasen-
trik tipə aid olmaqla, sentromer xromosomları iki qeyri-bərabər çiyinlərə ayır-
dığına görə onlar X-hərfini xatırladır. Autosomlar isə (58 ədəd) akrosentrik tipə 
malik olmaqla onların mütləq uzunluğu 5,91-1,62, X-romosomun ölçüsü 6,17, 
U-xromosomun ölçüsü isə 2,22 mikrona bərabər olur. Zebu xromosomlarında da 
analoji ölçülər müşahidə olunur (T.M.Turabov, 1997). X və U cinsiyyət 
xromosomları həm ayrı-ayrı fərdlərdə, həm də müxtəlif növə məxsus olan 
heyvanlarda sayına, formasına və ölçülərinə görə xeyli fərqli olur 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin