11
Çünki xəstə heyvanların yeyinti məhsulları insanda müxtəlif (200-ə qədər)
yoluxucu xəstəliklər, intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə ağır
fəsadlarla, hətta ölümlə nəticələnir.
Baytarlıq təbabəti
bəşəri əhəmiyyətli, olduqca geniş diapozonlu, insan və
heyvanların sağlamlığının keşiyində dayanan ən mütərəqqi, mürəkkəb, çox
şaxəli və orqanizmlərin genetik populyasiyasının saxlanmasına və onun
dayanıqlı inkişafının təmin olunmasına xidmət edən elm sahəsidir.
Tibb
həkimlərinin pasienti materiyanın ən ali, sosial-bioloji-psixoloji varlığı-
insan olduğu halda, baytarlıq təbabəti həkimlərinin pasienti fikrini ifadə
edə bilməyən heyvanat (heyvanlar, quĢlar, balıqlar, arılar) aləmidir.
Bu isə
baytarlıq təbabəti həkimlərinin fəaliyyətinin daha çətin və mürəkkəb olduğunu
bir daha sübut edir. Bunları baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli
və dəyərli kəlamı da təsdiqləyir:
«Tibb həkimləri yalnız insanı, baytarlıq
təbabəti həkimləri isə bütün bəşəriyyəti müalicə edir»
.
Dostları ilə paylaş: