9
DNT RNT zülal sintezi. Məşhur çex alimi, avqust kilsəsinin rahibi
(Brno şəhəri) İohan Qreqor Mendel noxud bitkisi (Pisum sativum) üzərində
apardığı təcrübələrlə genetika elminin elmi əsasını qoymuş, De-Friz, K.Korrens
və E.Çermak 35 ildən sonra onun kəşfini təsdiq etmiş, Tomas Çent Morqan və
onun tələbələri isə irsiyyətin xromosom nəzəriyyəsini yaratmışdır. Həmin tarixi
kəşflər genetikanın sonrakı inkişafına çox böyük təkan və stimal vermişdir.
Genetika canlı aləmi tədqiq edən, geniş və ətraflı öyrənən ən mürəkkəb, çox
şaxəli, eləcə də olduqca maraqlı elmdir. Erkək və dişi fərdlərin doğulması,
törəmələrin bəzi əlamətlərə görə əcdadlarına oxşaması, qadından uşaq, inəkdən
buzov,
qoyundan quzu, toyuqdan cücə, bal arısından yalnız bal arısının və s.
törəməsinin səbəblərini yalnız genetika elmi araşdırır və aşkarlayır.
Genlərin
ciddi nəzarəti olmadan canlı aləmin ayrı-ayrı fərdlərinin orqanizmdə heç bir
fizioloji,
biokimyəvi, metabolik, çoxalma və s. proses icra oluna bilməz.
Lakin
bütün proseslər, o cümlədən ontogenez yalnız ətraf
mühitlə dialektik vəhdət
fomasında baş verə bilər. Dünya şöhrətli, dahi filosoflar K.Marks və F.Engelsin
Dostları ilə paylaş: