İnnovasiyalar. Elmi tədqiqatların novasiyaları ilə innovasiyaların arasındakı fərqi biz qeyd etməliyik. İnnovasiyalar dedikdə, novasiya və üstəgəl onun tədbiqi başa düşülür (bazara çıxarılan sənayə istehsalı, onun realizasiyası və s.). İnnovasiyalar novasiyalardan (onun potensialından) fərqli konkret mənfəət gətirməlidirlər.
İnformasiya iqtisadiyyatı innovasiya fəaliyyətinə görə inkişafdadır və ona ənənəvi iqtisadi inkişafından seçilən aşağıdakı cəhətlər xasdır:
İstehsalın və qlobal infrastrukturun qlobal miqyası, burada əsas və müasir element – İnternetdir;
Məhsulun elmi – istehsal dövrünün azaldılmasıdır (vaxta qənaət);
İnformasiya iqtisadiyyatı inkişafı iqtisadi risklər ilə bağlıdır, bu da müxtəlif fondların, xüsusi qiymətli kağızların bazarını, intelektual institutların formalaşmasını tələb edir;
İnformasiya xidmətinin həcmi iştirakçılardan və istehsalın miqyasından asılı onun geri dönən müvafiq faydasına söykənir;
Dövlət idarəçiliyi (əgər bu mümkündür sə) bazarın tələblərindən asılı olaraq adi icraçıdan analitik və strateji mərkəzə çevrilir ;
Bütün ölkələrdə innovasiya fəaliyyəti – təkcə iqtisadi inkişafın yox, eləcədə informasiya cəmiyyətinə köklənən dövlət siyasətinin başlıca faktorudur.