GəLƏCƏYƏ real yol fəSİL İnformasiya cəMİYYƏTİ



Yüklə 98,9 Kb.
səhifə11/16
tarix02.01.2022
ölçüsü98,9 Kb.
#47780
1   ...   8   9   10   11   12   13   14   15   16
Elchin - book

Sənəd dövriyyəsi.

Kağızsız sənəd dövriyyəsi  dövlət strukturlarında, xüsusən bank sektorunda əmələ gəlmir, yəni onun tədbiq olunması normativ və hüquqi bazalarda problemlərin mövcudluqu üçün çətin həyata keçir, buna görə orada hələ də bürokratik oyun qaydaları qorunub saxlanılıb. O sahələrdə bu günə qədər E-money, E-business anlayışlarına etimadsızlıq var.

Bizə bəllidir ki, “kağızsız informatika” termini rus alimi V.Qluşkov tərəfindən ilk dəfə 20-ci əsrin 60-cı illərində işlədilmişdir – məhz bu alim insan fəaliyyətinin bütün sahələrinin avtomatlaşdırılmış sisteminə keçməyinin təşəbbüskarı olmuşdur və o ilk dəfə Kiyevdə açılan Kibernetika İnstitutunun yaradıcısı və direktoru olmuşdur.

Qluşkovun fikrincə kağızsız texnologiya heçdə insanı fəaliyyətdən kənarlaşdırmır, onun işini yüngülləşdirərərk, daha yaradıcı sektoruna yönəldir.

Eyni qaydada əminliklə hesab etmək olar ki, yeni texnologiyanın gəlişi kağız sənədləşdirməni ləğv etmir. Qluşkovdan savayı məşhur ABŞ proqramçısı və İT – biznesmeni, “kağızsız ofisin” təbliğatçısı Uilyam Qeyts biznes cəmiyyətinə üzünü tutaraq, “Kağızdan çalışın yaxanızı qurtarın” şuarı ilə çıxış edirdi.

Qeyts bilirdi ki, onun idarə etdiyi trans milli Microsoft şirkəti dövriyyədəki kağızsız sənədlərin ilk sisteminin tədbiq etməsi zamanı elə birinci ildə bir neçə milyon $ qazanmışdır, təkcə kağızları əvəzetmə yolunda transaksiya vaxtı bu şirkət görün nə qədər irəli düşmüşdür!

Ən çox pula qənaət sənədlərin emalına ayrılan vəsaitlər, transaksiyaların artmasına baxmayaraq, xərclərin azalması, qiperistinadlara əsasən axtarışın sadəliyi, istifadəçilər ilə əks əlaqəyə keçmə mexanizmin tədbiqi və s.

Elektron blanklardan başqa (şablonlar, formalar) kağızsız sənədlər dövriyyəsində xaricdən daxil olan kağız sənədlərin skan mexanizmi işləyir. Daima mətnlərin oxuma prosesi yüngülləşdirmək məqsədilə displeylər yenilənir . Qeyts təkcə kağızlarla mübarizə aparmaqa yox, sənəd dövriyyəsilə işləyən qeyri çevik düşüncəli insanlarla mübarizəyə çağırır.

Bununla paralel Qeyts qeyd edir ki, kağızların həcmi və sayı kosmik sürət ilə artmaqdadır və elektron texnologiyası çatdırmır bu sürət ilə ayaqlaşsın.

Ekspertlər tərəfindən aparılan kağızsız sənəd dövriyyə mexanizminin və perspektivlərinin dərin təhlili onun dövlət institutlarına bilavasitə yaxın bağlılıqını göstərir. Kağızsız sənəd dövriyyəsinin nailiyyətləri və problemləri demək olar ki identikdir.

Əgər ABŞ – da informasiya texnologiyaları sənəd axınına tab gətirə bilmirlər sə, onda MDB məkanı haqqında nə demək olar? Bu ölkələrdə hələ də elektron sənədlər qanuni xarakter daşımır və komunist şairi Mayakovskinin ifadəsi hələ də bir çoxlarının beyinində həkk olaraq qalır:

“Sənədin varsa, adamsan, sənədin yoxdur sa, həşaratsan”.




Yüklə 98,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin