GəLƏCƏYƏ real yol fəSİL İnformasiya cəMİYYƏTİ



Yüklə 98,9 Kb.
səhifə2/16
tarix02.01.2022
ölçüsü98,9 Kb.
#47780
1   2   3   4   5   6   7   8   9   ...   16
Elchin - book

1.2. Bilik cəmiyyəti

İnformasiya (məlumat, verilənlər) bilik qismində əlverişli olduğu kimi, özündə yanlış məlumat cəmləşdirdiyinə görə də zərərli sayılır, eyni zamanda “informasiya səsi” kimi də ləng olur. Burada maraqsız xəbərlər nəzərdə tutulur.

Ona görə də daha optinal variant – “informasiya cəmiyyətinin” əvəzinə “bilik cəmiyyətini” yaratmaqdır. Bu konsepsiyanın tədbiqi əhalinin əksər hissəsini uduşlu vəziyyətnə salır, çünki bilik bir möhtəşəm prioritet kimi bütün digər sahələrdən üstün sayılır.

Siyasi gərginlik hökm sürən ölkələrdə cəmiyyətin bir ideya ətrafında toplanması naminə yeni stimul yaranır . Yəni “millətçilik”, “milli ideya”, “banzay – vətənpərvərlik” və bu kimi qardaş qırqınına aparan şuarlar və tezislər arxada qalır.

Beynəlxalq aləmdə BC – nə yönələn cəmiyyətlər şurrlu vətəndaşlar yetişdirib, formalaşdıracaq.

Beləliklə bilik – gələcək cəmiyyətlərin əsas istehsal qüvvəsidir. Lakin biliyi informasiyadan ayırmaq üçün, informasiyanın orada (yəni biliydə) olub – olmamasını müəyyən etmək vacibdir.

Anoloji olaraq aptekdən dərman alarkən xəstə əmin olmalıdır ki bu dərmann tərkimində müalicə üçün müvafiq komponentlər mövcuddur.

Dərmadan fərqli informasiyaya təlimat əlavə edilmir, buna görə də informasiyanın nə dərəcədə dəqiq və konstruktiv olmasını təyin etmək asan deyil. Bir çox insan yanlış məlumatı düzgün kimi qəbul edərək, bu informasiya ilə uzun müddət işləyib və sonda peşimançılıqını çəkib.

Belə hallar tarix boyu təkrar olunur. İnformasiyada “Ayırma” (yəni düzgün seleksiya) aparılması həddən artıq zəruridir.

Təhsilli adamlar heçdə mütləq deyil ki biliyli adamladılar. Tarixdə “diplomlu” savadsızların sayı olduqca çoxdur, və əksinə, Tomas Edisson – elektrik lampanın, fonoqrafın banisi və bir neçə ixtiralara imza atan tarixi fərdiyyət uşaqlıq illərində oxuduğu liseydən “kifayət qədər savadın olmaması” (liseyin rəhbərliyindən sitat) üçün qovulmuşdur.

İnsanın erudisiyası onun bir çox oxuduğu kitablara arxalanmır, çünki əsl mütaliyyə kitab oxumaq xətrinə detektiv, sevgi haqqında şer yox, MÜVAFİQ kitablarla yaxından tanış olmaq, onları dərk etmək və oxuduğunu tədbiq etmək deməkdir.

Təbii ki bilik və təhsil arasında əlaqə var, lakin bu parametrlər eyni şey deyil.

Bilik elmin məhsuludur və bunun üzündən bu faktor mədəniyyətin ayrılmaz hissəsidir, istənilən cəmiyyətin ziyalı təbəqəsi bu prosesin önündədir. Demək ölkənin bilik cəmiyyətinə çevrilməsi onun mədəni olmasından bilavasitə asılıdır və bu da öz növbəsində elmin ictimai statusunun yüksəldilməsinə gətirir. Eyni zamanda bu minvalla istehsalın yüksək mədəni şərtlərini nəzərə almaqla bu proses hi-tech – texnologiyanın tətbiqinə və informasiya infrastrukturunun yaradılmasına təkan verir.

İstehsal münasibətlərinə gəldikdə isə, sənayə cəmiyyətində bu fakrorlar siyasi iqtisadiyyatın cütlüyünə söykənir, K. Marks demişkən, “əmək – kapitaldır”.

Lakin əmək bu məqamda bilikdən asılı deyil, çünki bilik hər bir məhsulun hissəsi demək deyil. Hansısa bir işi başlayarkən, bu işi nə üçün və necə görməyi suallarına cavabını bilməlisən. Bu zaman Marksın “fikrin iqtisadiyyatı” termini yada düşür və bu fikir “bilik - əmək – kapital” üçlüyünə arxalanır.

Bilik cəmiyyətində şəxsi əmlaka münasibətin özü də dəyişməlidir, çünki sənayə cəmiyətində biliyə yiyələnmək prosesi formal olaraq şəxsi əmlak məsələlərindən kənarlaşdırılmşdır, çünki guya alimlərin öz paralel dünyaları olduqları üçün onlar malpərəst fikrindən azad olduqları üçün daha çox əbədiyyət və təbiət ilə sıx bağlı idilər.

Lakin faktiki olaraq bilik və əmlak biri birilə gözə görünməz saplarla xüsusi faktor kimi həmişə əlaqədə olublar. Bilik hər zaman qiymətli əmtəə xarakterini daşıyaraq və bir neçə iqtisadçının rəylərinə baxmayaraq, mübadilə obyekti kimi istənilən ictimai səhnələrdə çıxış edib.

Həm sənayə, həm də bilik cəmiyyətində intelekt şəxsi əmlak olub və olcaq və qanun tərəfindən ayrı – ayrı mənfəət axtaran dələduzlardan qorunacaq.

Ona görə də bilik cəmiyyətində şəxsi əmlak anlayışından, eləcədə kapital terminindən vaz keçmək mümkün olmayacaq. Elmə gəldikdə isə, burada əhalinin istək və nyyətlərini ödəyən tədbiqi elmləri nümunə gətirmək lazımdır və bu da öz növbəsində bu və ya digər formada əmlak ilə bağlıdır. Marksdan sitat, “cəmiyyətdə yaşayarkən, cəmiyyətdən kənar durmaq mümkün deyil (buraya alimlər də daxildir)”.


Yüklə 98,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin