FƏSİL 2. CƏMİYYƏTİN İNFORMASİYALAŞDIRILMASI
2.1. İnformasiyalı infrastruktur
İnformasiyalı infrastruktur informasiya sahəsinə dəstək verərək, istehlakçıların zəruri informasiyaya buraxılışını təmin edib, təkcə İKT sahəsini əhatə etmir, eləcədə elmi müəssisələrə, hərbi və kosmik agentliklərinə, KİV – in aparat – proqram təminat blokuna, mobil sistemlərə, xidmət sahələrinə, elektron kitabxanalarına, sənədli fondlara və arxivlərə qulluq edir.
İKT sahəsinə söykənən belə infrastrukturun köməyilə insan sahilsiz virtual məkanı öyrənib, özünə müvafiq informasiya seçərək, dünya ilə əlaqəyə girir. Lakin ayrı – ayrı ölkələrin və şirkətlərin daxili standartlar ilə yaradılan milli və korpörativ şəbəkələr qlobal infrastrukturda bir birilə uyğunsuz idilər və onları eyni məxrəcə gətirmək qəbulolunmazdır. Buna həm vaxt gedəcək, həv əlavə pul sərf ediləcək, ən əsası da hökümətin istəyi lazım olacaq.
Amma ona baxmayaraq bu cür unifikasiya ISO (International Standard Organization) beynəlxalq standartlar çərçivəsində aparılır.
1995 – ci ldən etibarən qlobal infrastruktur anlayışı planetimizin əhalisinin xidmətində olan bir ifadə kimi yaşayır. Qlobal İnfrastruktura İnternet (Fidonet) şəbəkələr şəbəkəsi, teleradionun rəqəmsal sistemləri, şəbəkəli KİV, peyk sistemləri, avropanın STN (Scientific and Technical Network) verilənlər bazası, Scopus referativ informasiya bankı, distant təhsilinin SCI (Science Citation Index) indeksasiya sistemi və s.
İnformasiya infrastrukturu özünü cəmiyyətdə tutandan sonra, buna qədər görünməyən yeniliklər peyda olcaq, necə ki elektrik adiləşəndən sonra, dərhal teleqraf, telefon, radio, televiziya və kompüterlər həyatımızda adi hala çevrildi. Buna görə tamamilə yeni İT növlərinin üzə çıxması reallaşa bilər, m.ü. hələ elmi laboratoriyalardan ortaya çıxmayan informasiyanın bitləri ilə (kubitlər ilə) əlaqədə olan kvant kompüterləri və alqoritmləri, kvant – foton və bio – molekulyar kompüterləri və s.
Bu ən yeni texnoloji zamanın infrastrukturu olacaq.
İnformasiya cəmiyyətinin bəzi nümayəndələri hesab edirdilər ki, əhalinin kompüterləşməsinin ən ali nəticəsi avtomatlaşdırılmış idarəetmə sistemlərin (AİS) köməyilə vaxtın qənaətidir, yəni düşünən maşınlar ilə insanların simbiozu. Lakin elə insan özü vaxta qənaət etmədiyi üçün bu cür ideya ağıla batan deyil.
Avtomatlaşdırılmış iş yerləri (AİY) insanlarla nəzərdə tutulmuş iş yerlərindəki avtomatizasiyadan əvvəlki zamanı qabaqlaya bilməz, hətta geçikə də bilər, və geçikir. AİY – nin buraxılma imkanları və etibarlılıqı elə adamların özlərinə görə məhduddur,
AİS – in konsepsiyası özünün müasir formasında robot sistemlərinə köklənməlidir, yalnız bu zaman informasiya cəmiyyəti enerjinin qənaətilə yanaşı, yeni texnologiyaların istifadəsində zamanın qənaətinə nail ola bilər. Çünki zaman ictimai resursların içində enerjidən daha vacib sayılır.
Başqa məsələdir ki, AİS – ləri xakerlərin qarşısında acizdir, bu ümumdünya problemidir və xakerlər təbii ki vaxta qənaət ideyasını problemə döndərə bilər. Eyni zamanda AİS – ləri robotlarla əvəz etmək, insanların əvəzinə qərar qəbulunu kompüterlərə tapşırmaq deməkdir. Yəni homo sapiens rolu tamamilə silinir. Təzad göz önündədir: icra etmək lazımdır, cəmiyyəti daha da müasirləçdirmək vacibdir, amma olmaz!
İnformasiya sistemləri və texnologiyaları elə inkişaf edir ki, köhnə texnikanın aradan qaldırılma prosesini həyata keçirmək üçün vaxt qalmır, paralel olaraq yeni qurğu və aparat komplekslərin alınması və prinsipial qaydada yeni ideyalar ilə işləyib yaşamaq bu günümüzün zəruri şərtidir.
Məhz ona görə informasiya infrastrukturu dinamikdir, o daima təzələnir, yenilənir. Bu permanent inqilabi prosesdə qeyd etdiyimiz kimi əsas faktor zamandır: nə zaman köhnə ballastdan yaxanı qurtarıb və tez bir vaxt zamanın tələbinə uyğun yeni İKT ideyalarını qarşılayıb, zamanla ayaqlaşmaq.
İT sahəsinin inkişafı amansızdır, bu inkişaf köhnə peşələri məhv edib, insan aram – aram səhnədən çıxır, onu robot əvəz edir: poçtalyon, korrektor, redaktor, stenoqraf və digər peşələrin gördüyü işinin öhdəsindən artıq kompüter tez bir zamanda gəlir.
Loqarifmik xətkeş, matrisalı printerlər, monoxrom displeylər, ilk mikrokompüterlər, radiolampalar, perfokartlar artıq dünənki gün hesab edilir, lakin tarixdəki inkişaf yolunun izlənməsi, ardıcıllıqın alqoritmini müşahidə etmək məqsədilə təhsil ocaqlarında tələbə və şagirdlərə bu cihaz və qurğular ilə tanış olmaq bəhrə verə bilər və belə əyani tanışlıq bu evolusiyon prosesində onların özlərinin aktiv iştirakının ehtimalını daha da artır.
Ona görə də bir çox ölkələrdə İKT sahəsinin muzeyləri daima yeniləşən öz forndları ilə fəaliyyət göstərirlər, müxtəlif yaş təbəqələrinə məxsus hesablama texnologiyalarının eksponatları və yaddan çıxmış əməliyyat sistemləri, proqramlar paketi nümayiş etdirilir, fotomateriallar göstərilir.
Hələ dünən müasir son İT dəbli olan device – lar bu gün aktuallıqını itirərək, muzeylərin fondlarında yerləşdiilib.
Arxeoloji və antropoloji muzeylərə bir növü bənzəyən bu tipli muzeylər artıq ABŞ və bir neçə Avropa ölkələrində adi hall daşıyır, xüsusən iri şəhərlərdə İT üzrə samballı ekspozisiyalar mövcuddur. M.ü. Kaliforniyada Computer History Museum – i qeyd etmək olar, orada İKT - nin virtual internet – muzeyləri fəaliyyət göstərir. ABŞ – da unukal kriptoqrafiya muzeyini də qeyd lazımdır.
Belə muzeylərin olması texniki təhsilinin humanizmə qulluq etməsindən irəli gəlir.
İnformasiya infrastrukturu elmi laboratoriyaları da özünə daxil edir. Sivil ölkələrin Ali məktəblərində belə laboratoriyalar innovativ proyektləri gerçəkləşdirərək, tələbələrə yeni prinsiplər ilə işləməyi öyrədir. Bu prosesdə federal orqanlardan tutmuş aidiyyəti olan iri şirkətlər də iştirak edirlər. Laboratoriyaya rəhbərliyi tanınmış İT sahəsinin alimləri öz üzərinə götürürlər. Virtual modelləşdirmə prosesi təcrübə işlərində layihə üzərində çalışarkən insanlarda məntiqi düşüncəni inkişaf etdirir, buna görə gələcəkdə virtual laboratoriyalar geniş istifadə olunacaq.
Mass – media (KİV, televiziya, radio, İnternet) – informasiya infrastrukturun ayrılmaz hissəsi olaraq, cəmiyyətdə cəmi şuurun, mədəniyyətin və təhsilin formalaşmasında əsas rol oynayır.
Bununla yanaşı qeyd olunmalıdır ki, demokratik cəmiyyətlərdə KİV - ə və KİV- dən verilən informasiyalar (senzurasız) nəzarətdə olmasa da, özbaşınalıq digərlərin sakitliyinə xələl gətirməməlidir, əks halda bu anarxiyadır. Söz azadlıqı məhsuliyyət daşımalıdır, KİV –lər azad və mədəni insana öz informasiyasını boynuna qoyub, təkidlə verməməlidirlər.
Şəbəkə və informasiya cəmiyyəti əsl demokratik formada yalnız zahirən xaotik görünür, daxildə isə bu proses “görünməz əl” ilə idarə edilir.
Bazar haqqında Adam Smitin fikri yada düşür. “Bir söz ilə, əsl söz azadlıqı məhsuliyyət prinsipilə yaşamalıdır”.
Dostları ilə paylaş: |