YEDDİNCİ TƏNBEH «YALAN AND İÇMƏK ONU ŞİL ETDİ!»
Cənab Əbdül Hüseyn Cəvahir Kəlam atasından nəql edir:
Atam nəql edir ki, iki nəfərin ixtilafı düşmüşdü. Çox çək-çevridən sonra qərara alırlar ki, and içsinlər. Həzrət Əblu Fəzl Abbas (əleyhissalam)-a and içməyi qərar alırlar. Hər ikisi and içir. Yalandan and içən şəxs dərhal şil olur. Sonradan nə qədər həkimlərə müraciət edirsə faydası olmur. Nəhayət, həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) hərəminə gəlib peşiman olduğunu iqrar edir.
SƏKKİZİNCİ TƏNBEH «PUL SAHİBLƏRİ MƏNİM QƏBRİMİN YANINDA!»
Höccətul-islam Hacı-şeyx Təhtani yazır:
Bir nəfər Kərbəlada olarkən həzrət Hüseyn (əleyhissalam) və Əbul Fəzl Abbasa (əleyhissalam) dua edir və ondan həyatının yaxşılaşmasından ötrü mal-dövlət edir. Günlərin birində yolda dolu bir pul kisəsi tapır. Fikirləşir ki, yə`qin bunu İmam Hüseyn (əleyhissalam) özü göndərib. Pulu götürüb evə gəlir.
İş elə gətirir ki, bu pul imam Hüseyn (əleyhissalam)-ın zəvvarlarının birindən düşmüş olur. Onu başqasının yanında əmanət qoyubmuş, o da itirib. Pul sahibi gəlib pulunu tələb edir. Əmanətdar and içir ki, pulun itib, mənim ondan xəbərim yoxdur. Şəxs qəbul etmir. Çarə qalır ki, imam Hüseyn (əleyhissalam)-a təvəssül olunsun. Bundan sonra imam Hüseyn (əleyhissalam) pulu tapanın yuxusuna girib ona buyurur:
Sabah bu şəxslər belə əlamətlə mənim qəbrimin yanında olacaqlar, pulu apar onlara ver.
O kişi səhər sübh ziyarətə gəlir. Yuxuda deyilən şəxsləri həmin yerdə görür. Amma, şeytan onu aldadır. Pulu onlara verməyib mənzilə qayıdır. Gecə yenidən yuxu görür. İmam Hüseyn (əleyhissalam)bu dəfə də onu görüb buyurur:
Sabah zəvvar və pul sahibi oğlum Əli Əkbərin (əleyhissalam) qəbrinin yanına gələcək, pulu apar onlara ver!
Səhəri gün kişinin tüğyan etmiş nəfsi yenə də pulu sahibinə qaytarmağa mane olur.
Üçüncü gecə yuxuda imam Hüseyn (əleyhissalam) ilə həzrət Əbul Fəzl Abbas (əleyhissalam) qəzəbli halda kişinin yuxusuna girirlər. Həzrət Əbul Fəzl Abbas (əleyhissalam)çöhrəsi çox qəzəbli halda ona xitab edir:
Sabah pul sahibləri mənim qəbrimin yanına gələcəklər, pulu onlara apar!
Tez yuxudan ayılan kişi sübh tezdən pulu həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) qəbri yanında sahibinə qaytarır.
Beləliklə, Həzrətin qəzəbli çöhrəsi işi həll edir.
Dostları ilə paylaş: |