ONUNCU KƏRAMƏT HƏZRƏT ƏBUL-FƏZL ABBASIN ADINA QƏLƏMƏ AĞACI!
«Harun ulya» Xoy şəhərinin kəndlərindən biridir. Bu kənddə qədimi bir ağac var. Bu köklü və qədimi ağaca Həzrət Abbas qələməsi ləqəbi verilmişdi. Yüz illər ömrü var idi. Qələmə ağacları çox da ömür etməzlər. Amma, bu ağacın o qədər inkişafı və eni var idi ki, «Cip» maşını onun arxasında duranda görünməz.
ON BİRİNCİ KƏRAMƏT «NƏHAYƏT, BÜTÜN HƏKİMLƏR ONUN ƏLACINDAN ACİZLİK İZHAR ETDİLƏR»
Məktubu göndərən: Cənab höccətül-islam Seyyid Mustafa yazır:
Tehran şəhərinin sakini olan Nöbəhari nəql edir ki, günlərin birində Tehranda gəzinti ilə məşğul idim. Gördüm ki, iki nəfər cavan bir-biri ilə mübahisə edirlər. Aralaşdırmaq niyyəti ilə onlara yaxınlaşdım. İstədim onları sakitləşdirəm. Onlardan biri namərdcəsinə əlində bıçaq üstümə həmlə etdi. Qoluma yara vurub bir miqdar kəsdi və qan çıxdı.
Dərman qoyduqdan sonra aydın oldu ki, əlimdən bir miqdar kəsilmişdir. O həddə ki, əlimin iki kiçik barmağı işdən düşmüşdü. Təxminən, altı ay müalicə etdim. Nəhayət, bütün həkimlər əlacından acizlik izhar etdilər. Məhərrəm ayı yaxınlaşmışdı. Anam ələmin başına bağlanan bir «bürünc pəncə» nəzr etdi. Nəziri alıb «Bəni Haşim cavanlarına arxalanan və həzrət Əbül Fəzl Abbasa (əleyhissalam)-a təvəssül edənlər» dəstəsi adlı yerə apardı və həzrət Əbül Fəzl Abbasın( əleyhissalam) ələminə bağladı.
Məhərrəm ayının səkkiz yaxud doqquzuncu gecəsi idi. Həzrət Əbül Fəzl Abbası (əleyhissalam) köməyə çağırdım. Bir nəfər dedi: Həsənağa, Əbül Fəzl Abbas (əleyhissalam) sənə şəfa verdi. Bir bax «bürünc pəncədən» qan damır! Əhali ələmin ətrafına cəm oldu. Dəstənin başçısı möhtərəm cənab Məhmud Əjdəri qarşıya çıxdı, əlini vurub dedi: Qandır! Onun özü də on iki barmaq bağırsaq xəstəliyinə mübtəla idi, bu qandan azca dadmaqla şəfa tapır.
Xülasə, o gecə mənim də əlimin ağrısı kəsildi. Lakin hələ də barmağımı hərəkət etdirə bilmirdim. O vaxta qədər ki, məhərrəmin on birinci gecəsi oldu. «Şami qəriban» gecəsi. Gecə yuxuda gördüm ki, iki nəfər qadın gəlib əlimə həna qoydular. Sübh yuxudan ayılanda yuxumu yaddan çıxartmışdım. Amma, dəstəmaz alanda gördüm ki, əlim yapışqandır. Gördüm ki, həna hələ də əlimdədir. Bir neçə vaxt hənanın rəngi əlimdə qaldı. Ondan sonra əlim bir dəfəlik yaxşı oldu. O vaxtdan təxminən iki il keçir. Əlimdə heç bir ağrı-acı hiss etmirəm. Maraqlıdır ki, dediyimiz «Bürünc pəncəni» ələmin üstündə hansı tərəfə qoyurlarsa üzünü qibləyə tərəf tutur. Evin ailə üzvləri də bu işi imtahandan keçirib təsdiq edirlər.
Dostları ilə paylaş: |