Gənc təDQİqatçI, 2020, VI cild, №1


ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏHSİL



Yüklə 9,76 Kb.
Pdf görüntüsü
səhifə171/175
tarix25.12.2023
ölçüsü9,76 Kb.
#196118
1   ...   167   168   169   170   171   172   173   174   175
Genc Tedqiqatci N1 2020 (1)

ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏHSİL 
HÜQUQUNUN HƏYATA KEÇİRİLMƏSİNDƏ İNKLUZİV TƏHSİLİN ROLU 
 
G.A. Qasımova 
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu 
gunay.mamedova.81@list.ru 
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla yanaşı təhsil alması 
onların beynəlxalq aktlarla və milli qanunvericiliklə təsbit edilmiş ən ali hüquqlarından biridir.
Bu məqalədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin 
edilməsi sahəsində qəbul edilmiş aktların və inkluziv təhsilin rolu araşdırılıb.
Açar sözlər: 
əlillər, sağlamlıq imkanı məhdud uşaqlar, inkluziv təhsil

 
Təhsil hər bir ölkənin, cəmiyyətin inkişaf etməsində xüsusi rola malik amil olduğundan cə-
miyyətdəki hər bir fərdin imkan daxilində təhsilə, elmə cəlb edilməsi qarşıda duran məqsədlərdən 
biridir.
Bildiyimiz kimi, cəmiyyətimiz sağlam insanlarla yanaşı əlillərdən və sağlamlıq imkanı məh-
dud insanlardan da təşkil olunub. Bu səbəbdən də kimliyindən, vəziyyətindən asılı olmayaraq onla-
rın hər birinin təhsilə cəlb edilməsi, ən azından minimum bilik və bacarıqların aşılanması üçün öl-
kəmizdə və beynəlxalq aləmdə müxtəlif istiqamətli işlər görülür.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi üçün təhsilin xüsusi 
qaydaları müəyyən edilir.
Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili 
müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstəliklərin 
siyahısı və evdə təhsilin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdi-
rilib. 
Dünyanın bir çox ölkələrində əlil uşaqlar adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində 
təhsil alır, eyni qaydada uşaq baxçalarına gedirlər və bu cür inteqrasiyaya inkluziv təhsil deyilir. 
İnklüziv təhsil (fr. inclusif — "özünə daxil edən", lat. include — "daxil edirəm") — ümumi 
təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğun-
laşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb 
olunmasını da təmin edir. [1] 
İnklüziv təhsil əlil və sağlamlıq imkanı məhdud uşaqların müstəqil bir fərd olduğunu və təhsil 
zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə 
yönəlib.
İnkluziv təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf et-
dirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait yaratmaq, valideynlərin maarifləndirilməsi, 
onlarla müvəkillik sahəsində işin aparılmasına köməklik göstərmək və bu sahədə çalışan müəllimlə-
rin metodik hazırlığını inkişaf etdirməkdir. 
İnkluziv təhsil aşağıdakı prinsiplərə əsaslanır. 

İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülür; 

Hər bir şəxs hiss etmək və düşünmək qabiliyyətinə malikdir; 

Hər kəs ünsiyyət hüququna malikdir və onu dinləməlidir; 

Bütün insanlar bir-birinə lazımdır; 

Orijinal təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər; 

Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostlugu lazımdır; 

Bütün şagirdlər üçün tərəqqiyə nail olmaq onların nə biləcəyindən asılıdır; 

Müxtəliflik insan həyatının bütün aspektlərini gücləndirir.


İCTİMAİ ELMLƏR
 
187 
İnkluziv təhsilin tarixinə nəzər saldıqda görərik ki, cəmiyyətin müxtəlif inkişaf dövrlərində
bu təhsil növünə münasibət eyni olmamışdır və zaman-zaman cəmiyyət xüsusi qayğıya ehtiyacı 
olan uşaqlara qarşı mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə qədər gəlmişdir.
Belə ki, VII əsrin 70-80 –ci illəri və XX əsrin əvvəllərində cəmiyyət uşaqlara öyrənmə baca-
rıqları ilə yanaşı onları öyrətmək zərurətini də dərk etmişdir. Belə ki, bir müddət keçdikdən sonra 
qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələri yaradılmış və onlara fasiləsiz tibbi 
xidmətlər də göstərilməyə başlanılmışdır.
Qeyd edim ki, İnkluziv təhsilin ən üstün cəhətlərindən biri də odur ki, xüsusi qayğıya ehtiya-
cı olan uşaqlarla sağlam uşaqların bir yerdə təhsil almasıdır. Bu çox çətin prosesdir, çünki burada 
həm pedaqoqun, həm həkimin, həm də psixoloqun iştirak etməsi zəruridir.
İnkluziv təhsil alan uşaqların sağlam uşaqlarla bir yerdə təhsil alması onların hərtərəfli inkşa-
fına müsbət təsir göstərir. Sağlamlıq imkanı məhdud uşaqlar özlərini yararsız hesab etmirlər, kollek-
tivə adaptasiya olunurlar və bununla da onlar özlərinin cəmiyyət üçün, bəşəriyyət üçün lazımlı ol-
duqlarını dərk edirlər. Hesab edirik ki, bu sağlam insan cəmiyyətinin, düşüncəsinin qurulmasında
zəruri amillərdən biridir.
Bizim cəmiyyətdə belə bir fikir formalaşab ki, inkluziv təhsil dedikdə, yalnız əlilliyi olan 
uşaqlar nəzərdə tutulur. Amma beynəlxalq standartlara görə, inkluziv təhsilə məcburi köçkün, zora-
kılığa, hüquq pozuntusuna məruz qalan uşaqlar və sair müxtəlif sosial qruplara aid uşaqlar daxildir.
Statistikaya əsasən bu gün 260 sağlamlıq imkanları məhdud uşaqlar ümumtəhsil məktəblərdə 
inkluziv təhsilə cəlb olunub. Hazırda Azərbaycanda 62860 nəfər sağlamlıq imkanları məhdud uşaq 
var. Təhsil Nazirliyinin məlumatına görə onlardan 9355 nəfəri evdə, 2558 nəfər uşaq xüsusi mək-
təblərdə, 2725 nəfər uşaq isə xüsusi internat məktəblərində, 260 nəfər uşaq isə ümumtəhsil məktəb-
lərdə inkluziv təhsilə cəlb olunub. [2] 
Xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və 
ya) psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs, xüsusi şərait yaratmaqla sağlam-
lıq imkanları məhdud şəxslərin məktəbəqədər, ümumi və peşə-ixtisas təhsili isə xüsusi təhsil adla-
nır. Xüsusi təhsilin, məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər 
aşılamaqla onların cəmiyyətə uyğunlaşmasına, o cümlədən, özünəxidmət vərdişlərinin yaradılması-
nı, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.[3] 
Qeyd edim ki, Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-cil ildə imza-
layıb və Respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumagı öz üzərinə götür-
müşdür. Təlim metodikasına müvafiq olaraq inkluziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı 
seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəm-
məl şəkildə təhsil almaq, uğur qazanmaq imkan verir.
Konvensiyasının tələbinə əsasən məktəblər bütün uşaqları onların fiziki intellektual, sosial, 
emosional, dil və digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir. Bu yanaşma əqli və fiziki 
ləngiməsi olan, xüsusi istedada malik, kimsəsiz, işləyən uşaqlara, həmçinin, etnik və mədəni azlıq-
lara mənsub olan uşaqlara da aiddir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquqları, xüsusilə də uşaq 
hüquqları ilə bağlı çoxsaylı beynəlxaq saziş və konvensiyalara qoşulub və bununla bağlı üzərinə bir 
sıra öhdəliklər götürüb.
Həmin öhdəliklərdən biri də ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərin təhsil hüququ-
nu həyata keçirmək üçün bütün səviyyələrdə inkluziv təhsilin təşkil edilməsi məsələsidir.
Beynəlxalq sənədlərdən, aktlardan irəli gələn vəzifələri, öhdəlikləri icra etmək məqsədi ilə 
ölkəmizdə bir sıra müvafiq qərarlar qəbul edilib.
Təqdirəlayiq haldır ki, əlilliyi və sağlamlığı məhdud olan uşaqların təhsilə cəlb olunmasını 
tənzimləmək üçün Respublikamızda beynəlxalq standartlara tamamilə uyğun çox saylı aktlar qəbul 
edilmişdir. Bunlara 25 avqust 1992-ci il tarixli “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdud-
luğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və so-
sial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu, 15 iyun 2001ci il tarixli “Sağlam-



Yüklə 9,76 Kb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin