GƏNC TƏDQİQATÇI, 2020, VI cild, №1
190
lik yanında aidiyyatı dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri hökümət təşkilatlarından ibarət
işçi qrupu yaradılıb.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsin-
də görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsini və cəmiyyətə fəal iteqrasiyasını
təmin
etməkdir. Başqa sözlə, əlil insanlara qayğı göstərmək hər birimizin dəyişməyən sosial və mənəvi
vəzifəmizdir.
Respublikamızda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi üçün
zəruri
tədbirlər görülsə də, xüsusilə əhəmiyyətli addımlar atılsa da, beynəlxalq standartlara cavab
verən milli qanunvericilik aktları qəbul edilsə də çox təəssüflər olsun ki, hələ də bu sahədə yaranmış
problemlər qalmaqda davam edir.
Əlillərlə bağlı mövcud problemlərdən biri də işləmək qabiliyyəti olanların işlə təmin olunma-
sında müəyyən çətinliklərin olmasıdır.
Hesab edirəm ki, bu problem vacibliyinə və əhatə dairəsinə görə əlil uşaqların təhsili məsələ-
sindən sonra ikinci yerdə durur. Əfsuslar olsun ki, bəzi şəhərlərimizin, kəndlərimizin infrastrukturu
formalaşdırılan zaman əlillərin sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətləri nəzərə alınma-
yıb. Bu da onların dövlətin və cəmiyyətin həyatında iştirak etməsini çətinləşdirir.
Sonda onu qeyd etmək lazımdır ki, təhsil-bilik, bacarıq və vərdişlərin gənc nəslə öyrədilməsi
və ötürülməsi prosesi olduğundan beynəlxalq və milli qanunvericiliyin müddəalarına uyğun olaraq
əlil və sağlamlıq imkanları məhdud uşaqların kiçik yaşlarından təhsilə cəlb edilmələri və onların iş-
lərlə təmin edilmələri üçün bu sahədə yaranmış problemlərin qarşısını almaqda aidiyyəti qurumlar
üzərilərinə düşən öhdəlikləri icra etməli və o cümlədən də sağlamlığı əlverişli olan hər bir kəs əllə-
rindən gələni etməlidirlər.
Dostları ilə paylaş: