GƏNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı hektardan 6,5-7,0 tondur. Tərtər bölgə təcrübə stansiyasında müsabiqəli sort sınağında sortun orta məhsuldarlığı 6,4 t/ha olmuşdur



Yüklə 5,7 Mb.
səhifə14/25
tarix05.01.2020
ölçüsü5,7 Mb.
#30054
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Tm9Ymry2oV (3)

Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı hektardan 6,5-7,0 tondur. Tərtər bölgə təcrübə stansiyasında müsabiqəli sort sınağında sortun orta məhsuldarlığı 6,4 t/ha olmuşdur.


Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 53-58 qramdır. Makaron keyfiyyəti qənaətbəxşdir, kleykovinanın keyfiyyəti ikinci qrupdur.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəlikləri ilə zəif, gövdə pası ilə orta dərəcədə sirayətlənir. Sürmə xəstəliklərinə qarşı davamlıdır. Qısa davamlılığı zəifdir.



Becərilmə bölgələri və səlfləri: Şirvan-Qarabağ düzənliyinin suvarılan bölgələrində becərilməsi təklıf olunur. Pambıq və digər cərgəarası becərilən bitkilərdən sonra əkilməsi daha münasibdir.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın birinci yarısınadək hesab olunur, gecikmiş əkinlərdə pambıq sələfindən sonra da səpmək olar.
Səpin norması: Hektara 4,0-4,5 milyon cücərmə qabiliyyətinə malik toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10% artırmaq olar.
Gübrə norması: Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq şum altına təsiredici maddə hesabı ilə 90-100 kq fosfor, 50-60 kq kalium, 80-100 kq azot gübrəsinin isə yemləmə kimi verilməsi məsləhətdir.

AZƏRBAYCAN ELMİ TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU
ŞİRASLAN-23

Bərk buğda sortu

Sortun müəllifləri; (C.Ə.Əiiyev, E.H.Qazıbəyova, R.U.Mahmudov, Ə.C.Musayev, S.A.Səfərov)

Mənşəyi; Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik institutunda yerli Şərq sortu ilə Meksika mənşəli Oviaçik-65 sortunun növdaxili hibridləşdirilməsindən qısaboyluluğuna, tezyetişkənliyinə və başqa təsərrüfat əhəmiyyətli xüsusiyyətlərinə görə fərdi seçmə aparmaqla alınmışdır.

Ümumi xüsusiyyətləri; Sort qısa boylu olub (82-85 sm), intensiv tiplidir, yatmaya qarşı davamlıdır, yarımpayızlıqdır, tezyetişəndir, Şərq sortundan 5-8 gün tez yetişir. Kollanması yaxşıdır.

Növmüxtəlifliyi; Leukurumdur. Sünbülcüklərin uzunluğu və sıxlığı ortadır, prizmatikdir, qılçıqları uzun və ağ rənglidir.

Məhsuldarlığı; Sortun potensial məhsuldarlığı 6,0-7,0 t/ha-dır. Müsabiqəli sort sınağında orta məhsuldarlığı 5,8-6,2 t/ha olmuşdur. Quraqlıq illərində rayonlaşmış sortlardan 0,5-0,8 t/ha çox məhsul verir.

Dənin keyfiyyəti; Dəni iridir. 1000 ədəd dənin kütləsi 50-54 qram, dəndə zülalın miqdarı 14,0-15,5% kleykovinanın miqdarı 28,0-30,0%-dir.

Xəstəlik və xarici amillərə davamlılığı; Pas və unlu şeh xəstəliklərinə, bərk və toz sürməyə qarşı və quraqlığa davamlıdır.
Becərilmə bölgələri və sələfləri; Suvarılan və mülayim qışı olan dəmyə zonaları üçün təklif olunub. Pambıq və digər cərgə arası becərilən bitkilərdən sonra əkilməsi daha münasibdir.

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

VÜQAR

Bərk buğda sortu

Sortun müəllifləri; (C.Ə.Əiiyev, E.H.Qazıbəyova, Ə.C.Musayev, S.A.Səfərov, V.F.Ibadov, Ş.A.Əhmədov)

Mənşəyi; Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda meksika mənşəli Oviaçik-65 bərk buğda sortu ilə yerli Şərq sortunun hibridləşməsindən fərdi seçmə aparmaqla alınmışdır.

Ümumi xüsusiyyətləri; Sort yarım payızlıq xassəli olub alçaqboyludur (85-90 sm), tezyetişəndir, vegetasiya müddəti 192-200 gündür, kollanması yüksəkdir. Bitkinin rəngi inkişaf dövründə açıq yaşıldır.

Müxtəlifliyi; Leukurumdur. Sünbülü ağ rəngli olub, prizmatik , xırda, sıx, əyilməyəndir. Sünbülcük pulcuğunun dişləri qısa və itidir. Qılçıqları uzun, kobud, dişvari və zəif şaxəlidir.

Məhsuldarlığı yüksəkdir. Potensial məhsuldarlığı 6,0-7,0 t/ha-dır, dəmyə şəraitində 3,5-4,5 t/ha dən məhsulu almaq mümkündür. Gecikmiş əkinlərdə nisbətən yüksək məhsul verir.

Dənin keyfiyyəti; Dəni sarı rəngli olub, uzunsovdur. 1000 dənin kütləsi 50-55 qramdır, dəndə zülalın miqdarı 14,0-15,0 kleykovina 28,0-30,0%-dir.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı; Pas xəstəliklərinə və unlu şehə, bərk sürməyə davamlıdır. Quraqlığa davamlılığı yüksək, şaxtaya davamlılığı zəifdir.

Becərilmə zonası və sələfləri; Suvarılan bölgələr üçün rayonlaşsa da, nəmlikdə təmin olunmuş zonalarda da becərilir. Cənubi Muğanda geniş əkin sahələrinə malikdir. Sələfi pambıq, digər cərgəarası becərilən bitkilərdir, dəmyədə qara hörük daha səmərəlidir.

Səpin vaxtı; Optimal səpin vaxtı oktyabrın axırıncı ongünlüyü, noyabrın əvvəlidir. Suvarma şəraitində 4,0-4,5 min, dəmyə şəraitində 3,5-4,0 min cücərən toxum səpilməlidir. Gecikmiş əkinlərdə bu normanı 10% artırmaq lazımdır.
Mineral gübrə normal an; Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hektara 100-120 kq azot, 80-100 kq fosfor, 50-60 kq kalium gübrələri təsiredici maddə hesabı ilə verilməlidir.
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

ƏLİNCƏ-84

Bərk buğda sortu

Sortun müəllifləri: (C.Ə.Əiiyev, E.H.Qazıbəyova, R.U.Mahmudov, Ə.C.Musayev, Y.F.İbadov, M.H.Seyidov)

Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik institutunda yerli Şərq sortu ilə Vüqar sortunun növdaxili hibridləşməsindən məhsuldarlığına, keyfiyyətinə və başqa təsərrüfat əhəmiyyətli xüsusiyyətlərinə görə fərdi seçmə aparmaqla alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub, alçaq boylu (90-95 sm), yatmaya qarşı davamlıdır, yarım payızlıqdır, tezyetişəndir, kollanması yaxşıdır, vegetasiya müddəti 210-215 gündür.

Növmüxtəlifliyi leukurumdur. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük pulcuğu uzunsov oval, zəif formalıdır. Sünbülü və qılçıqları ağ rənglidir.

Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 7,5-8,5 t/ha-dır. Müsabiqəli sort sınağında orta məhsuldarlığı 5,5-6,0 t/ha olmuşdur. Təsərrüfat şəraitində məhsuldarlığı son illərdə 5,0 t/ha-dan az olmamışdır. Bu da rayonlaşmış sortlardan 0,8-1,0 t/ha çoxdur.

Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 55-60 qramdır, dəndə zülalın miqdarı 13,0-15,0-dir, kleykovina 26,0-28,0%-dir, şüşəvaridir.

Xəstəlik və ekstremal amillərə davamlılığı: Pas və unlu şeh xəstəliyinə davamlıdır, bərk sürsə ilə zəif sirayətlənir. Quraqlığa davamlıdır, şaxtaya davamlılığı zəifdir.

Becərilmə bölgələri və sələfləri: Mülayim qışı olan dəmyə və suvarılan düzən zonalarda becərilməsi məsləhət görülür. Pambıq və digər cərgəarası becərilən bitkilərdən sonra əkilməsi daha münasibdir.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın birinci yarısınadək hesab olunur.
Səpin norması: Hektara 4,0-4,5 milyon cücərmə qabiliyyətinə malik toxum səpilməlidir. Səpin müddəti gecikdirildikdə bu norma 10% artırılmalıdır.
Gübrə norması: Şum altına hektara təsiredici maddə hesabı ilə 90-120 kq fosfor, 50-60 kq kalium, 80-120 kq azot gübrəsi isə yemləmə şəklində ilk dəfə verilməlidir.

AZƏRBAYCAN ELMİ TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

MİRBƏŞİR-50

Bərk buğda sortu

Sortun müəllifləri: (Ə.C.Musayev, C.Ə.Əiiyev, V.F.İbadov, M.H.Seyidov, İ.İ.Hüseynov, Z.H.Xəlilova)

Mənşəyi: Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda Meksika mənşəli «Pobel-lon-67» sortunun Şərq sortu ilə növdaxili hibridləşdirilməsindən alınmışdır.

Ümumi xüsusiyyətləri: Becərilmə tərzinə görə yazlıq və payızlıq xassəlidir. Bitkinin boyu suvarma şəraitində 100-110 sm olub yatmaya nisbətən davamlıdır, orta yetişəndir.

Növmüxtəlifliyi leukurumdur. Sünbülü prizmaşəkillidir və çox sıxdır. Sünbülün pulcuğu yumru-oval, aydın damarlıdır. Kil dişi qısa və itidir. Qılçıqları uzun, zəif dağılan, kobud və dişlidir.

Məhsuldarlığı: Məhsuldar sortdur. Potensial məhsuldarlığı hektardan 5,5-6,0 tondur. Su­varma şəraitində müsabiqəli sortsınağında sortun orta məhsuldarlığı 4,8 t/ha olmuşdur.

Dənli keyfiyyəti: Dəni çox iridir. 1000 dənin kütləsi 42,8-52,2 qramdır. Dənin makaron keyfiyyəti yaxşıdır, dəndə zülalın miqdarı 12,5-16,0%, kleykovinanın miqdarı isə 22,3-35,0%-dir.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sortun qısa davamlılığı zəif, quraqlığa davamlılığı yüksəkdir. Sürmə və pas xəstəlikləri ilə zəif, septarioz və unlu şeh xəstəlikləri ilə orta dərəcədə sirayətlənir.

Becərilmə bölgələri və sələfləri: Sort respublikanın suvarılan və dəmyə bölgələrində rayonlaşdırılmışdır. Suvarma rayonlarında əsasən pambıq sələfindən, dəmyə bölgələrdə isə qara herikdən sonra əkilməsi daha münasibdir.

Səpin vaxtı: Dağətəyi dəmyə şəraitində optimal səpin müddəti oktyabr ayının əvvəllərin-dən sonunadək, suvarılan aran rayonlarda isə oktyabrın 20-dən noyabr ayının 15-dəkdir. Pam-bıq sələflərindən sonra bu sort noyabr ayının sonunadək səpilsə normal məhsul almaq mümkündür

.

Səpin norması: Dağətəyi dəmyə şəraitində 3,0-3,5 milyon, suvarma şəraitində isə 3,5-4,0 milyon cücərən toxum istifadə olunur. Gecikmiş səpinlərdə normanı 10% artırmaq lazımdır.


Gübrə norması: Yüksək və keyfiyyətli dən məhsul'u almaq üçün təsiredici maddə hesabı ilə hektara 80-120 kq azot gübrəsi iki dəfə yemləmə şəklində verilməlidir.
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU
TURAN

Bərk buğda sortu

Sortun müəllifləri: (Ə.C.Musayev, C.Ə.Əiiyev, V.F.İbadov, M.H.Seyidov, F.Ş.Mahmudov, A.A.Nüseynzadə)

Mənşəyi; Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bərk buğda hibridləri qarışığından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri; Bitkinin boyu orta hündürlükdə olub (106-114 sm)yatmaya davamlıdır. Vegetasiya müddəti 218-230 gün olub Qaraqılçıq-2 sortundan 4-5 gün gec yetişir. Kollanması yaxşıdır. Cücərtiləri və boruyaçıxma dövründə yarpaqları açıq yaşıl rəngli olub, mum təbəqəsi ilə örtülüdür.

Növ müxtəlifliyi; Sünbulu orta irilikdə iyvari formadadır. Sünbülcük pulcuğu uzunsov oval, gil dişi qısa, iti, çiyin forması biçimlidir. Qılçıqları uzun, paralel, kobud, rəngi isə qaradır.

Məhsuldarlığı; Yüksək məhsuldardır. Potensial məhsuldarlığı hektardan 7,0-7,5 tondur. Tərtər bölgə təcrübə stansiyasında sortun orta məhsuldarlığı 7,5 t/ha olub rayonlaşmış sortlardan 0,6-0,8 ton artıq məhsul vermişdir.

Dənin keyfiyyəti; Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 50,2-61,0 qramdır. Dənin şüşəvariliyi yüksəkdir (80-100%). Kleykovinanın keyfiyyəti ikinci qrupa aiddir. Dəndə zülalın miqdarı 14,5-15,5%-dir və makaron keyfiyyəti yaxşıdır.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı; Pas və unlu şeh xəstəliklərinə davamlı olub, bərk sürmə ilə zəif sirayətlənir. Azərbaycanın suvarılan aran bölgələrində yaxşı qışlayır.

Becərilmə bölgələri və sələfləri; Qarabağ, Mil və Şirvan düzünün suvarma şəraitində becərilməsi tövsiyə olunur. Pambıq və digər cərgəarası becərilən bitkilərdən sonra səpilməsi daha münasibdir.
Səpin müddəti; Optimal səpin müddəti oktyabr ayının ikinci yarısı (15-30) hesab olunur. Bununla belə, pambıq sələfindən sonra gecikmiş əkinlərdə də yüksək məhsul almaq mümkündür.

Səpin norması; Hektara 4,0-4,5 milyon cücərən toxum səpilməlidir. Gecikmiş səpinlərdə səpin normasını 10% artırmaq lazımdır.

Gübrə norması; Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq hektara təsiredici maddə hesabı ilə 100-120 kq azot, 80-100 kq fosfor və 60 kq kalium gübrəsi verilməsi məsləhətdir.

AZƏRBAYCAN ELMİ TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

QARAQILÇIQ-2

Bərk buğda sortu

Sortun müəllifləri: (C.Ə.Əiiyev, E.H.Qazıbəyova, Ə.C.Musayev, S.A.Səfərov, V.F.İbadov, G.Ə.Əhmədov)

Mənşəyi: Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik institutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort yarımpayızlıq xassəli olub, qısaboyludur (78sm), yatmaya qarşı davamlıdır, tezyetişəndir, kollanması yüksəkdir, bitkinin rəngi boruyaçıxma fazasında açıq yaşıldır.

Növmüxtəlifliyi apulikumdur. Sünbülü silindrik, iridirr sıxlığı orta dərəcədədir. Qılçıqları uzun, azacıq kobud, zəif dişli, qara rənglidir. Sünbülcük pulcuqları uzunsov, oval, sıx tüklü, iri və qırmızımtıl rəngdədir.

Məhsuldarlığı yüksəkdir. Potensial məhsuldarlığı 7,0-8,0 t/ha-dır, optimal aqrotexniki təsərrüfat şəraitində 6,0-7,0 t/ha məhsul alınmışdır. Rayonlaşmış bərk buğda sortlarından 0,5-1,0 t/ha yüksək məhsul verməsi ilə fərqlənir. Respublikanın bərk buğda əkilən bütün zonalarında bu sorta yüksək məhsuldarlığına və keyfiyyətinə görə üstünlük verilir.

Dənin keyfiyyəti: Dəni açıq-sarı olub, uzunsov oval, iridir, 1000 ədəd dənin kütləsi 45,0-50,0 qramdır. Dəndə zülalın miqdarı 15,0-16,0%, kleykovina 28-32%-dir, ümumi makaron keyfiyyəti çox yüksəkdir(4,9 bal).

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sortun qışa və quraqlığa davamlılığı zəif olsa da, pas xəstəliklərinə, unlu şehə, bərk sürməyə davamlıdır, toz sürmə ilə zəif sirayətlənir.

Becərmə bölgələri və sələfləri: Sort Azərbaycanın suvarılan, dağətəyi düzən suvarılan, dağətəyi səhra və aşağı dağlıq bölgələrində becərilmək üçün rayonlaşdırılıb. Suvarma rayonlarda əsasən pambıq sələflərindən, dəmyə bölgələrində isə qara herikdən sonra əkilməsi münasibdir.

Səpin vaxtı: Optimal səpin müddəti oktyabr ayının 20-dən noyabrın 15-dəkdir. Lakin gecikmiş səpinlərdə də səpmək olar.

Səpin norması: Optimal səpin müddətində suvarma şəraitində hektara 4,0-4,5 mln., dəmyə şəraitində 3,5-4,0 mln., cücərən toxum hesabı ilə səpilməlidir.

Gübrə norması: Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hektara 100-120 kq azot, 80-120 kq fosfor və 50-60 kq kalium gübrəsi təsiredici maddə hesabı ilə verilməlidir.

AZƏRBAYCAN ELMİ TƏDQİQAT ƏKİNCİLİK İNSTİTUTU

ƏKiNÇi - 84

Payızlıq yumşaq buğda sortu

Sortun müəllifləri: ( Ə.C.Musayev, C.Ə.Əiiyev, V.F.İbadov, M.H.Seyidov)

Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Macarıstan mənşəli yumşaq buğda sortlarından fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort yatmaya davamlı olub, bitkisinin hündürlüyü 85-90 sm-dir. Cücərtisi və bitkinin rəngi boruyaçıxma fazasında tünd yaşıldır.

Növmüxtəlifliyi eritrospermumdur. Sünbülü silindirvari olub orta uzunluqdadır (10-12 sm). Sünbülcük pulcuğu ovalşəkilli, dişciyi geriyə əyilən, çiyni çıxıntılı, qılçıqları orta uzunluqda, paralel və kobuddur.

Məhsuldarlığı: Yüksək məhsuldar sortdur. Potensial məhsuldarlığı hektardan 6,5-7,5 ton-dur. Müsabiqəli sort sınağında sortun üç ildə orta məhsuldarlığı 6,5 t/ha olub. Bezostaya 1 sortun-dan 0,5 ton artıq məhsul vermişdir.

Dənin keyfiyyəti: Dəni iridir. 1000 ədəd dənin kütləsi 46,6-52,8 qramdır. Dəndə zülalın miq-darı 13,8-14,3%, kleykovinanın miqdarı isə 24-28%-dir.

Xəstəlik və iqlim şəraitinə davamlılığı: Göbələk xəstəliklərinə zəif tutulur. Dağlıq şəraitin-də yaxşı qışlayır.

Becərilmə bölgələri: Respublikanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağlıq dəmyə bölgələrində becərilməsi məsləhət görülür.

Səpin müddəti: Dağlıq dəmyə şəraitində optimal səpin müddəti sentyabr ayının 20-dən oktyabrın 10-dək, suvarma şəraitində isə oktyabrın üçüncü ongünlüyündən noyabrın birinci ongünlüyünədəkdir.

Səpin norması: Dağlıq və dağətəyi dəmyə şəraitində hektara səpin norması 4,0-4,5 mil-yon, suvarma şəraitində isə 5,0-5,5 milyon cücərən toxum səpilməsi tövsiyə olunur.

Gübrə norması: Sort üçün optimal gübrə norması sələflərindən asılı olaraq hektara 100-120 kq azot, 90-100 kq fosfor və 50-60 kq kalium gübrəsi hesab olunur.

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

MİRBƏŞİR-128

Payizliq yumşaq buğda sortu

Sortun müəllifləri: (Ə.C. Musayev, V.F.Ibadov, M.H.Seyidov)

Mənşəyi: Sort Azərbaycan Elmi-tədqiqat Əkinçilik institutunda Bezostaya 1 sortu ilə Pa­kistan mənşəli S-271 sortunun növdaxili hibridləşdirilməsindən alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort yatmaya davamlı olub, bitkisinin hündürlüyü 95-100 sm-dir. Bezostaya-1 sortu ilə eyni vaxtda yetişir. Tökülməyə qarşı davamlıdır. Kolu yerə səriləndir. Cücərtisi və bitkisi tünd yaşıldır.

Növmüxtəlifliyi: eritrospermumdur. Sünbülü orta uzunluqda və orta sıxlıqdadır. Sünbül-cük pulcuğu yarımdairəvi, qılçıqları qısa, zəif dağılan və kobuddur.

Məhsuldarlığı: Yüksək məhsuldar sortdur. Potensial məhsuldarlığı 6,0-7,0 tondur. Müsabiqəli sort sınağında sortun orta məhsuldarlığı 6,3 t/ha olub, Bezostaya-1 sortundan 0,6 ton artıq məhsul vermişdir.

Dənin keyfiyyəti: Dəni iri olub, 1000 ədəd dənin kütləsi 37-47 qramdır. Dəndə zülalın miq-darı 10,3-14,7%-dir. Sortun çörək keyfiyyəti yaxşıdır.

Xəstəlik və iqlim şəraitinə davamlılığı: Qonur pasla zəif, sari pasla orta dərəcədə sirayətlənir. Quraqlığa davamlılığı ortadır. Respublikanın dağlıq bölgələrində yaxşı qışlayır.

Becərilmə bölgələri və sələfləri: Respublikanın suvarılan, dəmyə və dağlıq bölgələrində becərilməsi təklif olunur. Suvarılan bölgələrdə sort üçün ən yaxşı sələf çoxillik otlar və cərgəarası becərilən bitkilər, dəmyə şəraitdə isə qara və bitkili herikdir.

Səpin müddəti: Dəmyə şəraitində optimal səpin müddəti sentyabr ayının 20-dən oktyabrın 10-dək, suvarma şəraitində isə oktyabrın 20-dən noyabr ayının 10-dəkdir.

Səpin norması: Dağətəyi dəmyə şəraitində hektara səpin norması 4,0-4,5 milyon, suvar­ma şəraitində isə 4,5-5,0 milyon toxum səpilməsi tövsiyə olunur.

Gübrə norması: Sort üçün ən yaxşı gübrə normaları sələflərindən və torpağın münbitliyindən asılı olaraq hektara təsiredici maddə hesabı ilə 80-100 kq azot, 80-100 kq fosfor, 40-60 kq kalium gübrəsi hesab olunur. Fosfor və kalium gübrəsinin hamısı şum altına, azotun normasının yemləmə şəklində ilk yazda kollanma və boruyaçıxma fazasının başlanğıcında vermək lazımdır.

AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU

AZƏRİ

Payızlıq yumşaq buğda sortu

Sortun müəllifləri: (A.M.Abdullayev, Ə.C.Musayev, F.Ş.Mahmudov, M.H.Seyidov, I.C.Qəmbərov, H.V.Əhmədov)

Mənşəyi: Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Yuqoslaviyanın Panoniya 45319 və Bezostaya 1 sortlarının hibridindən təkrar fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri: Bitkinin boyu orta hündürlükdə (90,6-106,5 sm) olub yatmaya qarşı davamlıdır. Vegetasiya müddəti 220-224 gün olub Bezostaya 1 sortu ilə eyni vaxtda yetişir. Kollanması yaxşıdır. Cücərtiləri və boruyaçıxma fazasında yarpaqları tünd-yaşıl rəngdədir.

Növmüxtəlifliyi lüttensensdir. Sünbülü uzun, silindrik formadadır. Sünbülcük pulcuğu oval formada, kil dişi qısa, küt, çiyin forması enli, düzdür.

Məhsuldarlığı: Potensial məhsuldarlığı hektardan 6,5-7,0 tondur. Tətrət bölgə stansiyasında sortun orta məhsuldarlığı 6,5 t/ha olub Bezostaya 1 sortundan artıq məhsul vermişdir.

Dənin keyfiyyəti: Dəni iridir. 1000 ədəd dənin kütləsi 46,4-49,0 qramdır və şüşəvaridir (80-90%). Dəndəzülahn miqdarı 13,1-15,5%, kieykovinanın miqdarı 22,8-24,0%-dir.

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəliklərinə davamlıdır, bərk sürməyə zəif tutulur. Qışlaması yaxşıdır.

Becərilmə bölgələri və sələfləri: Azərbaycanın suvarılan düzən və dağətəyi bölgələrində becərilməsi məsləhət görülür. Pambıq və cərgəarası becərilən bitkilərdən sonra səpilməsi daha münasibdir.

Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayının ikinci və üçüncü ongünlüyü hesab olunur.

Səpin norması: Hektara 4,5-5,0 milyon cücərən toxum səpilməlidir.

Gübrə norması: Yüksək məhsul almaq üçün hektara təsiredici maddə hesabı ilə 100-120 kq azot, 100-150 kq fosfor və 50-60 kq kalium verilməlidir.

QİYMƏTLİ 2/17

Payızlıq yumşaq buğda sortu

Sortun müəllifləri: (C.Ə.Əiiyev, E.H.Qazıbəyova, R.U.Mahmudov, Ə.C.Musayev, M.N.Mahmudov, M.H.Seyidov)

Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Beynəlxalq seleksiya mərkəzlərindən toplanmış yumşaq buğda genofonundan yerli şəraitə uyğunlaşan formalardan fərdi seçmə aparmaqla alınmışdır.

Ümumi xüsusiyyətləri: İntensiv tipli olub, qısaboyludur (85-95 sm), kollanması yaxşıdır, gövdəsi möhkəmdir, yatmaya davamlıdır, vegetasiya müddəti 215-220 gündür, bitkinin rəngi ağımtıl-yaşıldır.

Növmüxtəlifliyi velyutineumdur. Sünbülü uzun, prizmatik, qılçıqsızdır. Sünbülcükləri çox six yerləşmiş, tökülməyə davamlıdır. Sünbülün ağımtıl boz rəngi onu başqa sortlardan asanhqla fərqləndirir.

Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı 8,0-10,0 t/ha-dır, müsabiqəli sortsınağında orta məhsuldarlığı 6,0 t/ha-dan az olmamışdır. Rayonlaşmış sortlarından çox məhsul vermişdir.

Dənin keyfiyyəti: Dənin iriliyi ortadır, 1000 ədəd dənin kütləsi 45-48,0 qram, dəndə zülalın miqdarı 13,5-14,8%, kleykovina 25-28%-dir.

Xəstəlik və ekstremal amillərə davamliliğı: Pas, unlu şeh, sürmə xəstəliklərinə həssas deyil, şaxtaya davamlıdır.

Becərilmə bölgələri və sələfləri: Suvarılan ararı və nəmlikdə təmir olunmuş dağlıq və dağətəyi zonalarda becərilməsi məqsədəuyğundur. Pambıq və digər cərgəarası becərilən bitkilərdən sonra səpmək məsləhətdir.

Səpin vaxtı: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın ikinci yarısına-dək hesab olunur.

Səpin norması: Hektara 4,5-5,0 milyon cücərmə qabiliyyətinə malik toxum səpilməlidir. Gecikmiş səpinlərdə bu norma 10% artırılmalıdır.

Gübrə norması: Səpindən qabaq şum altına hektara təsiredici maddə hesabı ilə 80-120 kq fosfor, 50-60 kq kalium, 80-150 kq azot gübrəsi isə yemləmə şəklində iki dəfəyə verilməsi məsləhətdir.

QARABAĞ-7

Payızlıq arpa sortu

Sortun müəllifləri: ( Ə.C.Musayev, C.Ə.Əiiyev, H.S.Hüseynov, C.Q.Həşimov)

Mənşəyi: Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda toplanmış arpa kolleksiyasından seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitkinin boyu 87-106 sm-dir. Vegetasiya müddəti 167-211 gündür. Bitkinin kollanması orta vəziyyətdədir. Boruya çıxma dövründə bitkinin rəngi açıq yaşıldır.

Növmüxtəlifliyi nutansdır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük puicuğu orta uzunluqdadır, zəif damarlıdır. Qılçıqları qismən uzundur.

Məhsuldarlığı: Sort məhsuldardır. Potensial məhsuldarlığı 5,5-6,0 tondur. Tərtər bölgə stansiyasında müsabiqəli sort sınağında orta məhsuldarlığı 5,5 t/ha olub.

Dənin keyfiyyəti: Dəni orta irilikdədir, 1000 ədəd dənin kütləsi 40-41 qramdır.

Xəstəliyə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəliklərinə zəif dərəcədə si-rayətlənir. Sürmə xəstəliklərinə davamlıdır.

Becərilmə bölgələri: Qarabağ düzənliyinin və respublikanın digər suvarılan bölgələrində becərilməsi təklif olunur.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısında noyabrın birinci yarısınadək hesab olunur.

Səpin norması: Hektara 3,0-3,5 milyon cücərmə qabiliyyətinə malik toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10% artırmaq olar.

Gübre norması: Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq şum altına hektara təsirediyi maddə hesabı ilə 90-100 kq fosfor, 50-60 kq kalium səpinqabağı, 80 kq azot gübrəsi yemləmə şəklində iki dəfə verilməsi məsləhətdir.


QARABAĞ-21

Payızlıq arpa sortu

Sortun müəllifləri: (H.S.Hüseynov, C.O.Haşımov, E.M.Əhmədov)

Sortun mənşəyi; Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda hibridləşmədən fərdi seçmə yolu ilə alınmışdır.

Sortun ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub yatmaya tam davamlıdır. Bitkisinin boyu 88-100 sm-dir. Vegetasiya müddəti 169-206 gündür. Qarabağ-7 sortundan 3-5 gün tez yetişir. Bitkinin rəngi açıq-yaşıldır.

Növmüxtəlifliyi nutansdır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Qılçıqları orta uzunluqdadır.

Məhsuldaıiığı: Sort yüksək məhsuldardır. Potensial məhsuldarlığı 57-68 sentnerdir. Tərtər bölgə təcrübə stansiyasında müsabiqəli sort sınağında sortun orta məhsuldarlığı 61,7 s/ha olub, Qarabağ-7 sortundan 6,4 sentner artıq məhsul vermişdir.

Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 44-50 qramdır

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəlikləri ilə zəif dərəcədə sirayətlənir. Qarabağ-7 sortu kimi sürmə xəstəliklərinə qarşı davamlıdır.

Becərilmə bölgələri: Qarabağ düzənliyinin və eyni zamanda respublikanın digər suvarılan bölgələri üçün becərilməsi təklif olunur.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın ikinci yarısınadək hesab olunur.

Səpin norması: Hektara 3,0-3,5 milyon cücərmə qabiliyyətinə malik toxumla səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə 10% artırmaq olar.

Gübrə norması: Sortun yüksək olmasını məhsuldar nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına təsiredici maddə hektara hesabı ilə 80-100 kq fosfor, 50-60 kq kalium səpinqabağı 80 kq azot gübrəsi verilməsi məsləhətdir.

Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun əməkdaşları seleksiyanın müasir üsullarımdan istifadə edərək Respublikamızn pambıq əkən zonaları üçün rayonlaşdırılmış aşağıdakı sortları əldə etmişlər.


Gəncə - 2 PAMBIQ SORTU
Sortum müəllifləri: ( Ə.Ə.Tağıyev, M.Ə.Rzayeva, Ş.M.Əliyev)

“Gəncə - 2” pambıq sortu 2002-ci ildə rayonlaşıb.



Sortun mənşəyi: Sort təsrübi mutagenez metodu ilə Mutanq – 24/6 (3273-NDMM-0,04%-18 saat) formasından çox təkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. “Gəncə-2 pambıq sorty orta lifli G.Hirsutum L növünə aiddir.

Kolu – yığcam, piramidaşəkillidir, hündürlüyü 100-120 sm-dir.

Gövdəsi – qabırğalı və möhkəmdir, nisbətən az tüklüdür.

Meyvə budaqları – I-II tip budaqlanmaya aiddir.

Monopodial budaqları – 1-2 ədəd olur.

Yarpaqları orta irilikdə, açıq yaşıl rəndli, az tüklü, 3-5 dilimlidir.

Çiçəyi – orta böyüklükdə, açıq sarı rəngli olmaqla, qaidəsində xalı yoxdur.

Qozası – iri, forması ovalvari, səthi hamar və tünd yaşıl, buruncuğu küt, ulduzcuğu zəif görünür.

Çiyidin üzəri lifaltlığı ilə örtülü olub, rəngi bozdur. 1000 ədəd çiyidin mütləq çəkisi 115-120 qrqmdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.

“Gəncə -2“ pambıq sortu tezyetişən olmaqla, “vegetasiya müddəti 130 gündür.



Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dir, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,2 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 6,6 qramdır. Lifin uçabanda uzunluğu – 36,1 mm, lif çıxımı – 37,7 %, lif məhsulu – 11,4 sen/hek-dir.

Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü – 5,0 qq, xətti dolğunluğu 5930 m teks, nisbi qirilma uzunluğu 29,4 qq/teks, ştapel uzunluğu – 34/35 mm-dir. “Gəncə - 2” pambıq sortu IV tipin tələbatına dolğun cavab verir.

Becərilmə bölgələri və sələfləri.

Muğan-Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində becərilməsi təklif, yonca və taxıl bitkilərindən sonra səpilməsi tövsiyyə olunur.



Optimal səpin müddəti: Səpinə havada 12-130 C olduqda başlamaq lazımdır. Bu müddət aprelin birinci və ikinci ongünlüyünə təsadüf olunur.

Səpin norması: Hektara 60-80 kq çiyid səpilməlidir.

Bitki sıxlığı: - Hektara 90-110 min bitki saxlanılmalıdır.

Gübrə norması: “Gəncə - 2” pambıq sortu intensiv tipli olduğundan, onun əkinlərindən yüksək məhsul almaq üçün bütün bölgələrdə azot, fosfor, kalium gübrələrinin maksimum normalardan istifadə eilməlidir. Bütün bölgələrdə fosforun 80%, kaliumun hamısı dondurma şumu altında, azot gübrəsini isə 40 % səpin qabağı, qalanı isə yemləmə zamanı verilir.

Suvarma rejimi: 70-70-65 (4 su) sxemində, kütləvi çiçəkləmə mərhələsindən əvvəl başlanmalıdır. Suvarma arasında vaxt 15-18 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar budağı əmələ gəldikdə aparmaq məsləhətdir. Uc vurma axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.

GƏNCƏ-78 SORTU
Sortun müəllifləri: (M.Ə.Rzayeva, P.M.Əyyubova, K.A.Bayramov) Gəncə-78 pambıq sortu 2007-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort G. Hirsitum növünə mənsub 3348 və 3273 sortlarının çarpazlaşmasından alınan hibrid nəslindən çox təkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdir.

Kolu – orta hündürlükdə (110-120 sm), az dağınıq formalıdır.

Gövdəsi - orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Budaqlanması 1-1,5 tiplidir.

Qozası – iri, yumurtavarı, ulduzcuqludur.

Monopodial budaqları – 1-2 ədəd olmaqla zəifdir.

Yarpağı – orta irilikdə, tünd yaşıl rəngli, 3-5 dilimlidir.

Çiçəyi – iri, açıq sarımtıl rəngdə, tozcuqları solğun rəngdədir.

Toxumu – orta böyüklükdə, orta dərəcədə tüklüdür, kül rəngindədir. 1000 ədəd toxumun kütləsi 110-120 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.

Gəncə - 78 pambıq sortu tez yetişən olmaqla vegetasiya müddəti 119 gündür.

Təsərrüfat göstəriciləri:

Sortun potensial məhsuldarlığı – 45-50 sent/ha-dir., müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,1 sent/ha, bir qozadan alınan xam pambığın kütləsi – 7,0 qr., lifin uçağında uzunluğu 34,5 mm, lif çıxımı-36,2%, lif məhsulu – 11,3 sent/ha-dir.
Lifin texnoloji keyfiyyəti

Lifin qırılma yükü – 4,7 qq, xətti dolğunluğu – 5820 m/teks, nisbi qırılma uzunluğu – 27,2 qq/teks, ştapel uzunluğu – 27,2 qq/teks, ştapel uzunluğu 34/35 mm-dir.

Gəncə-78 pambıq sortu lifinqin texnoloji keyfiyyətinə görə V tipin tələbatına cavab verir.
Becərmə texnologiyası

Dondurma şuma noyabrda aparılmalıdır. Sahə səpin qabağı malalanmalı və yaxşı hamarlanmalıdır. Səpinə havada gündəlik orta temperatur 12-130C olduqda başlamaq lazımdır. Bu müddət Muğan-Salyan və Şirvan bölgələrində aprelin birinci, Mil-Qaeabağ bölgələrində isə ikinci ongünlüklərinə təsadüf edir.

Arat olunmuş sahələrdə ağır mexaniki tərkibli torpaqlarda toxum 4 sm, yüngül torpaqlarda 5 sm dərinliyə basdırılmalıdır. Səpsuvar olunacaq sahələrdə isə toxum 3-4 sm dərinliyə basdırılır. Səpin bütün bölgələrdə aprelin 25-ə başa çatmalıdır.

Cərgəarası becərmələr 60 sm əkinlərdə 40-45 sm enində aparmaq lazımdır. Kultivatorun kənar işçi orqanları 6-8 sm, orta işçi orqanları isə 12-14 sm dərinliyə quraşdırılmalıdır. Birinci kompleks becərmə mayın 15-nə kimi başa çatdırılmalıdır.

Seyrəltmə cərgəarası 60 sm əkinlərdə 12-15 sm-də bir, 20 sm-lik əkinlərdə isə 8-10 sm-də bir bitki saxlanılır.

Gübrə verilərkən fosforun illik normasının 80%-i şum altına, 20%-i isə səpinlə birlikdə və çiçəkləmə mərhələsində yemləmə şəklində verilir.

Azot gübrə normasının 40%-i səpin qabağı, digər hissəsi gönçələmə mərhələsində verilməlidir. Bu mərhələdə kalium gübrəsi də verilib qurtarmalıdır.

Mineral gübrələr olmadıqda şum altına 20 ton peyin verilməsi məsləhətdir.

Yüksək məhsul almaq üçün Muğan-Salyan bölgələrində hektara 150-160 kq azot, 120-130 kq fosfor və 50-70 kq kalium tələb olunur. Suvarma rejimi 70-7065 (4 su) sxemində, kütləvi çiçəkləmə mərhələsindən əvvəl-başlanmalıdır.

Mil-Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq fosfor və 80-90 kq kalium tələb olunur. Bu bölgədə suvarma 70-70-65 (4 su) rejimində, çiçəkləmə mərhələsində başlanır.

Şirvan bölgəsində hektara 180-190 kq azot, 130-140 kq fosfor, 70-80 kq kalium gübrəsi vermək lazımdır. Suvarma 65-70-65 (3 su) rejimində aparılır. Suvarma aratının müdəti 18-20 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar budağı əmələ gəldikdə aparmaq lazımdır.



GƏNCƏ - 8 PAMBIQ SORTU

Sortun müəllifləri: (N.N.Kazımov, X.T.Məmmədova, S.S.Süleymanova, T.K.Bürcəliyeva, R.İ.Nəbiyev)

Gəncə - 8 pambıq sortu 2002-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort uzaq növarası 3038xS-6029 sortlarının çarpazlaşmasından alınan formaların nəsilləri üzrə çox təkrarlı seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. Orta lifli G.Hirzitum L növünə aiddir.

Kolu – Ümumi görünüşünə görə ana forması 3038 pambıq sortunu xatırlatsada qozasının iriliyi, yarpağının nisbətən iri açıq yaşıl və ətli olması ilə kəskin fərqlənir. Yığcam, orta hündürlüyü 90-100 sm-dir.

Gövdəsi – zəif tüklü, zəif antosian ləkəlidir.

Meyvə-budaqları -1-1,5 tif budaqlanmaya aiddir.

Monopodial budaqları – 2 ədəd olur.


Yarpağı orta irilikdə, tüksüz, açıq yaşıl, 3-5 dilimlidir.

Qozası orta irilikdə, uzunsov,solğun yaşıl, səthi hamar, 4,5 dilimlidir, uc hissəsi bir qədər kütdür.

Çiçəyi iridir, sarımtıl rəngdədir. Ləçəkləri və tozcuqları sarı krem rəngdədir.

Çiyidi-çirkli zümrüdü rəngdədir. 1000 ədədinin mütləq çəkisi 117 qramdır.

Vilt xəstəliyinə və zərərvericilərə qarşı nisbətən davamlı sortdur.

Gəncə - 8 pambıq sortu tezyetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 134 gündür.

Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dir., müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,0 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 6,5 qramdır. Lifin uçağında uzunluğu – 34,4 mm, lif çıxımı – 36,1%, lif məhsulu – 10,4 sen./hek-dir.

Lifin texnoloji keyfiyyəti: Lifin qızılma yükü -4,7 qq, xətti dolğunluğu -6320 m teks, nisbi qızılma uzunluğu – 29,6 qq/teks, ştapel uzunluğu -34/35 mmm-dir.

Gəncə - 8 pambıq sortu lifin texnoloji keyfiyyəti IV tipin tələbatına cavab verir.

Sortun becərilmə aqrotexnikası – Gəncə - 8 sortunun Muğan-Salyan və Mil-Qarabağ bölgələrində əkilməsi tövsiyyə olunur.

Optimal səpin müddəti aprel ayının ikinci ongünlüyüdür.

Bitki sıxlığı – hektarda 90-100 min bitgi becərilməlidir.

Qida-rejimi – Sort mineral gübrələrə, xüsusi ilə azot gübrəsinə çox həssaslıq gstərmir. Ona görə də sələfdən asılı olaraq bölgələr üçün optimal gübrə normalarında sortun əkinlərində yüksək məhsul yetişdirilə bilər.

Suvarma rejimi – sort üçün əlverişli 65-70-65 (üç su) suvarma rejimidir. Birinci suvarma çiçəkləmə farası ərəfəsində aparılmalıdır. Torpağın su tutumundan asılı olaraq suvarmalar arası müddət 14-17 gündən çox olmamalıdır.

Uc vurma bitkilərdə 12-14 meyvə budaqları əmələ gəldikdə, axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.

Sələf – Gəncə - 8 pambıq sortu üçün əlverişli yonca, tərəvəz, paxlalı və pambıq bitkiləridir.




GƏNCƏ - 110 PAMBIQ SORTU
Təcrübi mitaqenez yolu ilə alınıb. Tezyetişəndir

Hündürlüyü – 90-110 sm

Forması – yığcam, piramidial

Monopodiya – 1 ədəd

Gövdə - solğun, yaşıl rəngli, zəif tüklü

Möhkəmliyi – yatmağa davamlıdır

Simpodiya – I-II tip, aytosian ləkəli, 4-5-ci buğumda əmələ gəlir.

Yarpağı – orta iri, 3-5 dilimli, barmaqvari tünd yaşıl, ürəkvari

Çiçəyi – orta iri, sarı krem rəngli, antosion ləkə yoxdur, tozcuğu sarı

Çiçək yanlığı – orta irilikdə, dişli, qozanın 2/3 hissəsini örtür, 9-11 ədəd

Qozası – iri yumurtavari, ulduzcuqlu, hamar, qonur ləkəli, yaşıl rənglidir

Açımı – normal

Tökülməsi – məhsulu tökülmür

Toxum - orta iri, 1000 toxumun kütləsi 115-120 qr, yumurtavari, tünd yaşıl rəngli, orta dərəcədə tüklü

Lif uzunluğu – 36,1 mm

1 qozanın kütləsi – 6,2 qr.


Az.NİXİ – 195 PAMBIQ SORTU

Sortun müəllifləri: (T.Q.Mahmudov, A.C.Sadıxova, F.X.Məmmədov, S.İ.Eldarov, M.İ.Kazımov, Q.Ə.Axundov)

Az.NİXİ – 195 pambıq sortu 1998-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort təkrar bekkros etməklə (Akala – 4-42x3012) x C-472x3273

Istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. AzNİXİ – 195 pambıq sortu lifli G.Hirsutum L növünə aiddir:



Kolu-yığcam, piramidaşəkillidir, hündürlüyü 90-100 cm-dir.

Gövdəsi-antosian ləkəli, zəif tüklü və yatmağa davamlıdır.

Meyvə budaqları – I-II tip budaqlanmaya aiddir.

Monopodial budaqları – 1-2 ədəd olur.

Yarpaqları – orta irilikdə, tünd yaşıl rəngli 3-5 dilimlidir.

Çiçəyi ota böyüklükdə, sarımtıl krem rəngindədir. Tozcuqları sarı rəngdədir.

Qozası – iri, forması yumurtavari olmaqla küt uca malikdir, zəif ulduzcuqludur.

Çiyidin rəngi bozdur, 1000 ədəd çiyidin rəngi mütləq çəkisi -122 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.
Az.NİXİ – 195 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 124 gündür.

Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı -45-50 sen./hek-dir, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,8 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 62 qramdır. Lifin uçağında uzunluğu – 35,0 mm, lif çıxımı – 35,6%, lif məhsulu – 11,3 sen/hek-dır.

Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü 4,9 qq, xətti dolğunluğu – 6000 m teks, nisbi qırılma uzunluğu – 29,4 qq,/teks, ştapel uzunluğu – 34/35 mm-dir.

AzNİXİ – 195 pambıq sortu IV tipin tələbatına cavab verir.



Becərmə texnologiyası:

Vaxtında və düzgün aparılmış dondurma şumu məhsuldarlığın əsas amillərindən biri olmaqla dekabr ayının 10-a kimi başa çatdırılmalıdır.

Əgər yoncadan sonradırsa oktyabr ayınin 20-dək üzləmə, dekabrın I-ci ongünlüyündə isə şum aparılmalıdır.

Üzləmə zamanı yoncanın kök boğazı 8-10 sm dərinliyində kəsilməlidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat arasında 20 gün fasilə verilməlidir. Əgər torpağın su saxlama qabiliyyəti pisdirsə və ya torpaq qumsaldırsa torpaq yaz aratına qoyulmalıdır. Yaz aratının aparılma müddəti mart ayının 15-dən, aprel ayının 5-dəkdir. Pambıq altından çıxan sahələr 28-0 sm, yonca altından çıxmış sahələr isə birinci il 32-35 sm, ikinci il isə 22-24 sm dərinliyində iki yaruslu və ön kotancıqla kotanla dondurma şumu aparılmalıdır.

Səpin qabağı becərmə zamanı “ziqzaq” və ya yerli ağır maladan istifadə edilməklə sahə tam hamarlanır. Aqrotexniki qaydalara düzgün əməl edilməsi toxumun normal çıxışına nəmliyin itməməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur.

Torpaqda temperatur 12-14 C olduqda respublikanın qərb bölgəsində aprelin 20-25-də Mil-Qarabağ bölgəsində 15-20-də Şirvan, Muğan-Salyan bölgəsində isə aprelin 5-10-dək səpin aparılmalı ümumiyyətlə aprel ayının 25-dək səpin başa çatdırılmalıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üsulu ilə herbisid verilir.

Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirilir, həmçinin xəstəlik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4; yüngül torpaqlarda 5; səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarda 70-80 kq, lütlənmiş toxumlarda isə 30-5 kq olmaqla hər xətti metrə 40-45 ədəd toxum səpilir.

Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr başlanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə70-75 sm enində aparılır.

Kultivatorun işçi orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm, pəncələr isə 12-14 sm dərinliyə quraşdırılır.

Cərgəaraları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması arasında müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək I kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hektarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki (120-140) min saxlanılmalıdır. Ağır torpaqlarda bu miqdarı 10-15% artırmaq olar.

Fosfor kübrəsinin 80%-i dondurma şumu altına, yerdə qalanı isə səpinlə birgə və ya qönçələmə dövrünədək verməlidir.

Azot kübrəsinin 40%-i səpin qabağı becərmədə qalanı çiçəklənmə fazasınadək verilir. Kalium kübrəsinin şum altına verilməsi məsləhətdir. Mineral gübrələr olmadıqda hər hektara 25 ton olmaqla dondurma şumunun altına üzvi kübrə peyin verilməli və yaxud aralıq paxlalı bitkilərdən payızlıq noxud, soya və s. əkilməsi məsləhətdir.

Qərb bölgələrində sələf yonca olduqda azot 75-10, fosfor 100-120 kq; sonrakı illərdə isə əksinə azot çox, fosfor az tələb olunur. 65-70-65% suvarma rejimində çiçəkləmədən əvvəl suvarmaya başlanır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq; kalium 80-10 kq verilməli, 65-70-65% suvarma rejimində çiçəkləmə fazasından əvvəl suvarmalıdır. Mil-Qarabağ bölgəsində azot 120-160; fosfor 85-110; kalium 60-8- kq tələb olunmaqla 70-70-65% suvarma rejimində suvarmaya bağlanmalıdır.

Muğan – Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üzrə suvarma çiçəkləmə fazasından əvvəl 70-70-65% rejimində aparılır.

Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı olduqda, yaxud hər kolda 3-4 ədəd normal qoza olduqda avqust ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma aparılmalıdır.

75 q 5%-li PİKS və ya 250 q t.e.m.60% TUR preparati 250-300 1 suda həll edilib OVX-28 və ya əl çiləyicisi ilə bir hektara çilənir.

KƏPƏZ” QARĞIDALI SORTU


Sortun müəllifləri ( N.Y.Seyidəliyev, S.P.Brhbudova, M.C.Şabanov)

“Kəpəz” qarğıdalı sortu AKTA-nin qarğıdalıdan fərdi seçmə yolu ilə alınmışdır.

“Kəpəz” sortu dişvari qarğıdalıdır:

-Dəni dişvari, sarı rəngdə, təpəciyi çuxuru, kənarları isə zəif qarışıqdır.

-1000 dənin kütləsi 300-350 qramdır. Qıcası iri 20-25 sm uzunluğunda.

-Bir qıcada cərgələrin sayı 18-20 ədəd olur.

-Qıcasının çəkisi 300-350 qramdır.-Dən çıxımı 80-82%-dir.

Bitkidə əsas gövdənin hündürlüyü 300-350 sm, əsas yarpaqların sayı 18-20 ədəddir.

Quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı sortdur.

-Orta gec yetişkəndir.

-Vegetasiya müddəti 118-120 gündür.

-Bu sort hektardan 70-75 sentner dən məhsulu, 800-900 sentner yaşıl kütlə məhsulu verir.

“Kəpəz” qarğıdalı sortu sənaye texnologiyası ilə becərilməyə və mexanikləşdirilmiş yığım üçün tam yararlıdır.

-Bu sort Azərbaycanın bütün rayonlarında becərilə bilər.

-Üzvi və mineral gübrələrə tələbkardır.

-Dağ ətəyi və düzan zonalarda becərmək üçün daha yararlıdır.

Respublikanın sort sınaq məntəqələrində “Kəpəz” qarğıdalı sortunun sınağının nəticələri (2001-2003 cü illər) göstərmişdir ki, bu sort suvarma şəraitində Zaqatala yerli yaxşılaşdırılmış sortundan:

-6,1 sen/ha və ya 19,4% çox dən məhsulu;

-0,8 sen/ha və ya 29,6% çox zülal artımı vermişdir.

Dəmyə şəraitində isə Zaqatala 514 sortundan;

-5,5 sen/ha və ya 16,8% çox dən məhsulu;

-0,7 sen/ha və ya 29,1% zülal artımı vermişdir.

Azərbaycanda “Kəpəz” qarğıdalı sortunun becərilməsi onun bioloji tələbatının ödənildiyi rayonlara tövsiyə edilir.

2007-ci ildə “Nail” süfrə üzüm sortu sort mkimi təsdiq olunmuşdur.(müəlliflər F.Şərifov, S.Abduləliyeva).

“ADAU 80” 2010- cu ildə, “Gəncə”- 2014-cü ildə və “Məhsuldar” qarğıdalı sortu 2016- cı ildə sort kimi təsdiq olunmuşdur. Müəlliflər ADAU-nun professor müəllim kollektividir (İ.Cəfərov, N.Seyidəliyev. F.Qurbanov, A.İbrahimov, M.İsmayılov bə başqalarıdır)

2017 –ci ildə “Tritikale Qismət” yemlik taxıl sortu sort kimi təsdiq olunmuşdur.(müəlliflər: İ.Cəfərov M.İsmayılov.. F.Qurbanov)




Toxumçuluq

Giriş

Ölkəmizin sosial və iqtisadi inkişafında kənd təsərrüfatının xüsusi rolu vardır. Ona görə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində çoxşaxəli tədqiqat işləri aparmaqdadır. Fermer təsərrüfatlarında yüksək gəlir əldə etməkdən ötrü tətbiq olunan aqrotexniki tədbirlərlə yanaşı, keyfiyyətli sort toxumlar əkilməlidir. Torpaq-iqlim şəraitindən asılı olaraq toxumun genetik və irsi xüsusiyyətlərinin saxlaması, yəni uzun illər boyu məhsul verməsi üçün tələb olunan aqrotexniki tədbirlərə düzgün əməl edilməlidir.

Toxum strateji əhəmiyyətli məhsul olub, çox baha başa gəlir. Bəzən fermer hər hansı bitki toxumunu baha qiymətə alıb gətirsə də ona lazım olan aqrotexniki tədbirləri düzgün bilmədiyindən, lazımı nəticə əldə edə bilmir. Təsərrüfatı yaxşı bilən fermer toxumdan 10 illərlə yüksək məhsul əldə edilə bilər.

Azərbaycan Respublikasının qərb bölgəsində Gəncə Regional Məsləhət Mərkəzinin (GRMM) mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərmişdir ki, keyfiyyətli toxumun əldə edilməsi və onun uzun illər qorunub saxlanılması bölgədə mövcud olan problemlərdəndir. Hələ də toxumun əldə olunmasında kortəbiilik hökm sürür. Belə ki, fermerlər toxumu çox vaxt sertifikatsız və qarantiyasız olmaqla alırlar. Ona görə də fermerin toxumçuluğun əsas şərtlərini öyrənməsi vacibdir.

Yaxşı bitki sortu və yaxşı heyvan cinsi həmişə yalnız normal aqrotexnika və zootexnika şəraitində yaradılmış və yaradılmaqdadır. Pis aqrotexniki şəraitində, hətta yaxşı mədəni sortlar bir neçə nəsildən sonra xarab olub sıradan çıxır. Onun qarşısını almaq üçün fermer yaxşılaşdırıcı seçmə aparılmalıdır.

Yaxşılaşdırıcı seçmə. Sort toxumların keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq edilən üsullar o zaman səmərəli olur ki, bunlar bir-birini tamamlamış olsun. Xüsusilə, sortlararası və sort-daxili tozlandırma, habelə əlavə tozlandırma yüksək aqrotexniki şəraitində becərilən sahələrdə aparıldıqda daha yaxşı nəticə verir.

Fermer həm başlanğıc sortlardan, həm də nəsillərdən həmişə seçmə aparmağı bacarmalıdır.

Sort toxumların cins xüsusiyyətlərini yaxşılaşdırmaq üçün seçmə və tərbiyə iş üsullarının kompleks formalarını seçərkən, onun standartına, yetişkənliyinə və fiziki çəkisinə xüsusi diqqət yetirilməlidir. Çünki bütün bitkilərdə eyni sortların bir-birindən müəyyən qədər fərqlənməsinin şahidi oluruq. Ona görə də fermerlər özləri sort təzələmə, sort dəyişməni bilməlidirlər.

Sort təzələmə və sort dəyişmə. Sort uzun müddət əkildikdə mexaniki və bioloji zibillənmə, aqrotexnikanın aşağı olması, öz-özünə tozlanma və sairə nəticəsində pisləşir, keyfiyyəti aşağı düşür və daha təsərrüfatın tələbatını ödəmir. Ona görə də sort, həmin sortun yüksək və cins təmizliyinə malik olan toxumları ilə təzələnir ki, buna sort təzələmə deyilir.

Müxtəlif bitkilərdə sort təzələmə müddəti fərqlidir. Məsələn, dənli-paxlalı bitkilərdə 6, buğda, vələmir, arpa, lərgə, soya 5, çovdar, darı, çəltik, qarabaşaqda 4 ildən bir toxumlar dəyişdirilərək 2-ci nəsil toxumlarla əvəz edilir. Hibrid qarğıdalı toxumları isə hər il dəyişdirilərək birinci hibrid nəsil toxumları ilə əvəz edilməlidir. Hər hansı rayon üzrə sort təzələmə planı tutulduqda mövcud olan əkin sahəsi və onun gələcək inkişafı nəzərə alınmalıdır. Toxumçuluq təsərrüfatlarının sahələri elə hesablanmalıdır ki, sort təzələmə planına uyğun olaraq hər bir fermer təsərrüfatı toxumla təmin edilə bilsin.

Əgər hektardan 15 sentner standarta uyğun toxum alınarsa, 304,7 sentner toxum almaq üçün (304,7 sentner: 15=20,32) 20,32 hektar sahə olmalıdır. Əgər fermerin 20,32 hektar sahəsi olarsa, hər il 304,7 sentner birinci nəsil toxum istehsal edər və 4 ildə sort təzələmə başa çatar.

Dövlət səviyyəsində köhnə sortlar o zaman yenisi ilə əvəz edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti və digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun.



Toxum k/t bitkilərinin məhsuldarlığının bünövrəsini təşkil edir. Toxumun keyfiyyəti nə qədər yaxşı olarsa, ondan inkişaf edən bitkilər bir o qədər güclü və

məhsuldar olar. Buna görə də təsərrüfat yetişdirəcəyi toxumun yüksək keyfiyyətli olması üçün bütün tədbirləri vaxtında görməlidir.

Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini nəzərə alaraq sort toxumlarının təmiz, cücərmə qabiliyyətinin yüksək, dolğun, sağlam və sortca cins olması üçün yüksək təsərrüfat tələbkarlığı göstərilir.

Əgər fermer yuxarıda göstərilən şərtlərə əməl etmək imkanına malikdirsə və özü toxum istehsal etmək istəyirsə o, yüksək aqrotexniki tədbirlərə əməl etməli, növbəli əkində toxumluq sahələr düzgün yerləşdirilməli, gübrələri düzgün və vaxtında verməlidir.

Toxumçuluq təsərrüfatları toxumtəmizləyən maşınlara, anbarlara, toxumu qurutmaq üçün sement meydançalara və s. malik olmalıdır ki, toxumları lazımı kondisiyaya çatdırmaq mümkün olsun. Dənli, texniki və ot bitkilərinin toxumlarını təmizləmək və sortlara ayırmaq üçün OS-1 sort ayıran; buğda, çovdar, arpa və vələmirin toxumlarını ayırmaq, təmizləmək üçün isə OS-3 maşınlarından istifadə etmək lazımdır.

Toxumluq əkinlərdə iki cür bioloji və mexaniki zibillənmə mövcuddur.



Bioloji zibillənmə, müxtəlif sort və bəzən növlər arasında gedən tozlanma nəticəsində əmələ gəlir. Ona görə də bioloji zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinlərini elə yerləşdirmək lazımdır ki, başqa sort bitkilərlə tozlanma imkanı olmasın. Bu isə bir sıra şərtlərdən asılıdır. Məsələn, sortlar arasında qoruyucu meşə zolağının və digər maneələrin olması, həmçinin çiçəkləmə dövrünün eyni vaxta düşməməsi, bir-biri ilə tozlana biləcək bitkilər arasında qoruyucu məsafənin olması bioloji zibillənmənin qarşısını alır.

Xüsusilə, şəkər çuğunduru yem çuğunduru ilə tozlandıqda şəkər faizi aşağı düşür. Ona görə də şəkər və yem çuğundurunun bioloji zibillənməsinin qarşısı alınmalıdır. Qarğıdalı sortları da bir-birindən aralı məsafədə əkilməlidir.



Mexaniki zibillənmə, bir sortun əkininə digər sortdan, digər mədəni və ya alaq otları toxumlarının qarışmasına deyilir. Mexaniki zibillənmə iki cür olur:

Birinci növ mexaniki zibillənmə sort (çeşid) qarışığı adlanır. Sort zibilliyi çox qorxuludur. Ona görə ki, onu bəzən əl ilə də ayırmaq mümkün olmur, çünki əlamətlər bir-birinə çox oxşayır.

İkinci növ mexaniki zibillənmə mədəni bitkilərin və otların qarışığıdır ki, buna növ və ya cins zibilliyi deyilir. Növ və cins zibilini (alağını) həm bitkini toxalamaqla, həm də toxumu təmizləməklə ayırmaq olar.

Bütün hallarda toxum istehsal etmək istəyən fermer mexaniki zibillənmə ilə mübarizə aparmalıdır.

Toxumçuluğun bütün dövrlərində sortların cins təmizliyini saxlamaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.

Toxumun qəbulu. Elit toxumlar tədarük məntəqələri tərəfindən surquclanmış (plomblanmış) kisələrdə buraxılmalıdır. Qəbul edildikdə kisənin və surqucların düzgün olmasına, xarici etiketin toxum sənədinə uyğun gəlməsinə diqqət yetirilməlidir. Kisələrdən sup adlanan alətlə nümunə götürülür, gözəyarı qiymətləndirilir və qəbulu zamanı akt tərtib edilir.

Fermer qəbul edilən toxumların sort təmizliyini və fiziki xüsusiyyətlərini müəyyən etmək məqsədilə təlimata uyğun qaydada nümunə götürüb aktla birlikdə toxum-nəzarət laboratoriyasına göndərir.



Surqucun açılması. Toxumlar dərmanlanana qədər surqucun açılmasına icazə verilmir. Surquc sahədə fermerin və toxumçu aqronomun iştirakı ilə açılmalıdır. Komissiya üzvləri kisənin xaricində olan etiketi daxilindəki ilə yoxlayırlar.

Toxumların dərmanlanması. Dərmanlama apararkən, mütləq mexaniki zibillənmənin qarşısı alınmalıdır. Dərmanlanma ayrıca otaqda aparılmalıdır ki, zibillənmə getməsin. Dərmanlanma zamanı otaqda başqa iş görülməməlidir. Dərmanlama əvvəlcə yuxarı dərəcəli toxumlardan başlanmalıdır. İstifadə olunan maşın və digər alətlər diqqətlə təmizlənməlidir.

Toxumların səpin üçün buraxılması. Toxumlar səpin üçün yalnız öz kisələrində buraxılmalıdır. Başqa kisə istifadə edildikdə həmin kisə diqqətlə təmizlənməli və dezinfeksiya olunmalıdır. Toxumlar sahəyə daimi yollar ilə daşınmalıdır, başqa sortların əkiləcəyi sahə ilə toxumların daşınmasına yol verilməməlidir.

Sortların sahədə yerləşdirilməsinə olan tələbat. Ümumiyyətlə, hər sortun əkiləcəyi sahə əvvəlcədən müəyyən edilməlidir və çarpaz tozlanan bitkilər arasında qoruyucu məsafə qoyulmalıdır ki, onlar bir-biri ilə bioloji zibillənməsin. Mexaniki zibillənmənin qarşısını almaq üçün taxıl bitkilərinin bir-birinə sələf olmasına yol vermək olmaz. İmkan olmadıqda isə bir-birindən asanlıqla ayrıla bilən bitkilər əkilməlidir. Səpin zamanı xırman yeri, qış yolları müəyyən edilməlidir. Yığım zamanı başqa növ əkin sahələri ayrıca yığılmalıdır.

Səpinə hazırlıq və səpin. Toxumluq sahələrdə səpin aparılarkən səpin maşınları mütləq təmizlənməli və dezinfeksiya olunmalıdır. Eyni zamanda səpin aparılan sahədə də təmizlənmə aparmaqla, yeni sort səpilərkən maşınlarda toxum qalmaması üçün yenidən yoxlanılmalıdır.

Səpin aparılarkən əvvəlcə yuxarı, sonra isə aşağı dərəcəli toxumlar səpilməlidir. Bu cür səpin aparıldıqda yuxarı dərəcəli toxumların aşağılara qarışmasının qarşısı alınır. Bu məqsədlə səpin maşınının gözləri bağlanmalıdır. Səpin aparılarkən başqa sortların sahəsinin keçmək qəti qadağandır, əks halda zibillənmə gedə bilər.



Əkinlərə qulluq. Fermerlər bilməlidirlər ki, əkinlərə edilən qulluq işləri ilk növbədə ondakı sort və digər bitki qarışıqlarını təmizləməkdən, habelə xəstə bitkilərin əkindən kənar edilməsindən ibarətdir. Bütün aqrotexniki tədbirlər öz vaxtında və yüksək səviyyədə görülməlidir.

Məhsulun yığımı. Hər fermer sort təmizliyini saxlamaq məqsədilə, məhsul yığımını ilk növbədə yuxarı dərəcəli əkin sahələrindən başlamalıdır. Əsas sahənin məhsulunu yığmazdan əvvəl sahənin kənarları 2-4 metr enliyində biçilməli və oradan yığılan məhsul təsərrüfat məqsədi ilə istifadə edilməlidir. Hər sortun sahəsi biçilib qurtardıqdan sonra yığım maşınlarını təmizləyib ikinci sortu yığmaq lazımdır. Traktor və yığım maşınları daimi yollarla aparılmalıdır. Hər sort xırmanlara ayrı-ayrı daşınsa yaxşı olar. Yığım zamanı istifadə edilən maşınlar və kisələr təmizlənərək dezinfeksiya edilməlidir. Kisələr anbara daşındıqda xüsusilə diqqətli olmaq lazımdır ki, ayaqqabı ilə başqa sort və alaq otlarının toxumu içəri aparılmasın.

Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin