Etnogeniz məsələsi. Azərbaycan xalqının təşəkkülü
Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan- Qəzvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır
Bu söz “etnos” sözündən olub –yunanca tayfa, xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponemtdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.
Etnik proses etnosların (qəbilələrin, tayfaların, xalqların) dəyişilməsi, yeni etnik birliklərin yaranması prosesidir. Etnik prosesləri, yaxud etnogenez prosesini öyrənən elm sahəsi etnoqrafiya elmində etnik tarix adlanır. Etnik tarixin tədqiqi etnogenetik tədqiqatdır. Etnogenetik proses, yaxud etnogenez etnosun etnik özünəməxsusluğunun, etnik sifətinin formalaşması prosesində baş verən tarixi proseslərin məcmuudur. ..
İki tip etnogenetik proses fərqləndirlir:
1. Yeni tayfa qpupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;
2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.
Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.
Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir.
Bu isə o deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və həmhüdud regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət gedən coğrafiyanın yaşayış üçün münasib təbii şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır. Qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı olmayaraq Azərbaycan xalqı qədim dövrün sonu, orta əsrlərin əvvəllərindən başlayaraq məhz türk etnosları əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif dövrlərdə gəlmişlər.
Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenzi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.
Bu sahədə Ə. Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenizi və forma-laşması” (1980), S. Əliyarlının” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F. Məmmədovanın “Alban etnosu məsələsinə dair” (1989), Q. Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.
Etnogenez məsələsinin öyrənilməsində Z. Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.
Dostları ilə paylaş: |