GəNCƏ DÖVLƏt universiteti


IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri



Yüklə 136,58 Kb.
səhifə4/4
tarix12.10.2022
ölçüsü136,58 Kb.
#64952
1   2   3   4
GDU SERBEST

IX –XII əsrlərdə Azərbaycan feodal dövlətləri

Abbasi Ərəb Xilafəti tarixində IX əsrin sonu X əsrin əvvəli geniş ərazili müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və canişinlərin seperatizminin güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləşdiyi çətinliklərdən istifadə edərək ayrılmağa, yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim və canişinlər ilk növbədə xəlifənin xəzi­nəsinə göndərilən vergilərin məbləğini azaltmağa çalışır, sonra isə vergini ödəmək­dən imtina edirdilər.


Mərkəzi hakimiyyətdən birinci olaraq Mərakeş, Əlcəzair, Tunis və Liviya ayrıl­dı. 788 və 800-cü illərdə bu ərazilərdə İdrislər, sonra isə Əqləbilər sülaləsi möh­kəm­lən­di. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və bu kimi dövlət­lər mey­da­n­­a gəldi.
861-ci ildə xəlifə Əl-Mütəfəkkil öldürüldükdən sonra Xürrəmilər hərakatının təsi­ri ilə artıq tamam zəifləmiş Xilafətin parçalanma prosesi yenidən başlanır.
Təbəristanda Ələvilər, İranda Səfvarilər, Misirdə Tulinilər, Xorasan və Orta Asiyada Samanilər dövlətləri meydana çıxdı.
Abbasilər imperiyasının dağılması şəraitində Azərbaycanda da müstəqilləşmə meylləri güclənir və bunun da nəticəsində bir sıra müstəqil və yarımmüstəqil döv­lətlər yaranır. Onlar Xilafətə tabe olmaqdan boyun qaçırırdılar.
Səlnaməçi İbn Xordadbehin (IX əsr) və digər ərəb müəlliflərinin verdiyi məlumata görə həmin dövrdə Təbrizdə Məhəmməd İbn Rəvvad, Mərənddə Məhəm­məd İbn –Bəyis, Muğanda Səklə hökmdarlıq edirdi.

Azərbaycanın Şimal torpaqlarında ( Aranda ) ərəblərdən müəyyən qədər asılı olan Sinik,Varsan, Beyləqan, Qəbələ, Şəki və şair kimi knyazlıqlar fəaliyyət gös-tərirdi. Lakin göstəriciliyi kimi onlar tam müstəqil olmayıb, Xilafətə vaxtlı-vaxtında vergilər ödəyirdilər. Bəziləri zəif olduqları üçün Ərəb Xilafəti ilə müba­rizədə sıradan çıxırdılar. Həmçinin feodal ara müharibələri də bəzi knyazlıqlarının məhvinə gətirib çıxarırdı.


Salarilərin qoşunu maaşla saxlanılan daimi süvari dəstələrdən və piyada hissələtrdən ibarət idi. Hətta onların dənizdə gəmiləri də var idi.
957-ci ildə Mərzban vəfat edir. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arsında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Sülalə arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzbanın oğlu İbrahim hakimiyyəti ələ keçirir ( 961-981) . O, səltənətin əvvəlki şöhrətini bərpa etməyə çalışsa da buna nail ola bilmir, əksinə bir çox əyalətlər mərkəzi hakimiyyətə vergi verməkdən imtina edirlər. Şirvanşahlar, Dərbənd, Gəncə vilayətləri, Arranın bir hissəsi, Ərməniyyə Salarilərin asılılığından çıxdılar. Belə bir şəraitdə Əhər və Təbriz hakimi Rəvvadilər nəslindən olan Əbulheca 981-ci ildə Salari İbrahimi məğlub edərək əsir aldı və Ərdəbili tutmaqla hakimiyyəti öz əlinə keçirdi. Salarilər dövləti 40 il yaşamışdır.
Yüklə 136,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin