Гендер и Цели Развития Тысячелетия


Ənənəvi olaraq gender problematikasında birinji yerə mütləq gender bərabərsizliyi bir sosial və siyasi əhəmiyyətli məsələ kimi çıxır



Yüklə 2,17 Mb.
səhifə11/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   7   8   9   10   11   12   13   14   ...   41
Ənənəvi olaraq gender problematikasında birinji yerə mütləq gender bərabərsizliyi bir sosial və siyasi əhəmiyyətli məsələ kimi çıxır. Bir çox tədqiqatçılar bu yolda həm qadınların problemlərinin həllini, həm də jəmiyyətin problemlərinin həllində məhz qadın protensialının səmərəli istifadəsini nəzərdə tuturlar. Digər tədqiqatçılar gender bərabərsizlyini ümumiyyətlə qabartmırlar, və onu jəmiyyətdə siniflər və ya stratlar arasında ədalətli (və ya ədalətsiz) münasibətlərin tərkib hissəsi kimi görürlər. Onlar hesab edir ki, təbiətdən fərqli olan qadın və kişilər müxtəlif tərzdə müsbət və ya mənfi mahiyyətli ijtimai qüvvələrin təsirinə məruz qalırlar, əlbəttə daha çox halda təzyiqi hiss edən qadınlar olur. İstisna etmək olmaz ki, sözsüz ki, bəzi sahələrdə qadınları məhz kişilər istismar edir. Bəs bu problemə respondentlər nejə baxırlar?

Respondentlərin ən böyük qrupu (41,8%) etiraf edir ki, gender bərabərsizliyi problemi mövjuddur. İkinji yerdə gələn qrupun (32,2%) fikrinjə, bərbərsik problemi hərdən bir meydana gəlir (kəskinləşir). Problemin mövjud olmadığını bildirən qrup 11,5 faiz təşkil etmişdir, 13,9% bu məsələdə aydın təsəvvürə malik olmadığını bildirmişdir ki, bu da yuxarıdakı gender səriştəliyi məsələsi ilə yaxşı səslənir. Beləliklə, gender problematikasının universitet məkanında işləməsinin yollarından biri olan onun tədris prosesinə daxil edilməsi təkjə tələbələrin deyil, həm də müəllimlərin gender səriştəliyinin (kompetentliyinin) yüksəldilməsinə xidmət etmiş olar. Respondentlərin ən böyük qrupları gender problemlərinin tədris edilməsində kütləvi maarifləndirmə (bütün fakültə və bütün ixtisaslar üçün – 37%), fənlər çərçivəsində mövzu problemi kimi (17,3%), ixtisaslaşma üzrə (14,4%) kimi seçmişdilər. Hazırkı vəziyyətdə bunun məhdud aparılmasının izahatı zamanı saatların məhdud olmasına daha çox istinad edilir (28,4%), yetərli biliklərə ehtiyaj olduğu bildirilir (24,3%), və maraqlı olmadığı və ya buna ehtiyaj duyulmadığını (14,4-14,9%) bildirmişdilər.

Kişi müəllimlərin böyük qismi gender problemi ilə maraqlanmır, qadın-müəllimlər daha çox sayda tədris saatlarına ehtiyajı vardır, nisbətən daha çox kişi-müəllimlər (18,9%) qadınlara qarşı (11,9%) buna ehtiyajın olmadığını bildirmişdir. Analoci olaraq göstərmək olar ki, daha gənj pedaqoqların əlavə gender biliklərinə ehtiyajı daha çoxdur. Beləliklə,Universitet məkanında gender iqliminin təkmilləşdirilməsinə xidmət edən araşdırma və maarifləndirmə işlərində kişi müəllimlərin potensialının daha geniş jəlb olunması imkanı və ehtiyajı mövjuddur.

Yenidən gender bərabərsizliyi məsələsinə onun əks tərəfindən yanaşaraq bu istiqamətdə respondentlərin hüquqi-mənəvi dəfərlər yönümünün qiymətləndirilməsi maraq doğurmuşdur. «Qadın və kişi hüquq və imkanlar bərabəliyi ideyasına tərəfdarsınızmı?» sualına javab olaraq respondentlərin əksəriyyəti (78,4%) təsdiq javabını vermişdilər, bunu rədd edənlər 13,5% təşkil etmişdilər və 7,7% respondent suala javab verməkdə çətinlik çəkmişdilər. Tərəfdarı olmayanların əksəriyyəti təbiət, dəqiq və texniki elmlər istiqamətinin kişi nümayəndələri (şərti olparaq «texnokratlar»), olmuşdular.

Universitet məkanında gender proseslərinin təzahürü kimi, sözsüz ki, müəllim peşəsinin jinsi mənsubiyyətlə bağlı olub-olmasını göstərmək olar. Respondentlərin mütləq əksəriyyəti (78,8%) qeyd edir ki, müəllim peşəkarlığı jinsi mənsubiyyətlə nə bir bahşa, nə də hər hansı bir əhəmiyyətli əlaqəsi yoxdur. Bununla yanaşı daha çox respondent kişilər məhz özlərini peşəkar sayırlar, daha kiçik miqyasda bunu qadınlara da aid etmək olar (bax aşağıdakı jədvələ) .

Bununla yanaşı tamamilə aydındır ki, müəllimlərin peşəkarlığı təkjə fərdi məsələ deyildir, həm də peşə dairəsi mənsubluğu məsələsidir. Bu səbəbdən, kişi və qadınların hansı kollektivlərə uyuşma imkanları məhz universitet məkanında maraq doğurur. Sorğudan məlum olur ki, respondentlərin yarıdan çoxu (52,4%) ən münasib variant – qarışıq kollektivləri hesab edirlər, təxminən hər üç respondentdən biri buna əhəmiyyət vermir (31,3%). Bununla belə hər alta adamdan birinin seçimi daha konkretdir (ya kişi, ya qadın kollektivi).



Bu yraqmentdə gəldiyimiz nətijə: universitet məkanında gender iqliminin vajib göstərijisi kimi gender tolerantlığı üstün münasibət təşkil edir. Həmin məsələni tələbə kontingenti ilə işləmək istəyində araşdırarkən respondentlərin seçimi təxminən oxşar olmuşdur. Göründüyü kimi, müəllimlər əksər halda hansı (təkjins yoxsa qarışıq) tələbə qrupunda işləməsinə fərq vermirlər. Bununla yanaşı elə ixtisaslar ola bilər ki, bunun əhəmiyyəti vardır. Ümumiyətlə isə bu da hazırkı zamanda Azərbğayjanın universitet məkanında sağlam gender iqliminin olmasına dəlalət edir.

Sözsüz ki, universitet məkanında gender ab-havasının idarəetmə məsələlərində birüzə verməsi də iqlimin sağlam və sabit saxlanmasına xidmət etmiş olar. Bəzi hallarda təhsil ojaqlarının idarəolunmasındakı problemlərdən qadın müəllimlər və işçilər daha çox əziyyət çəkirlər və belə olduqda müsbət dəyişiklərə inanan qadınlar daha çoxdur (23,1%), nəinki kişilər (16,2%). Ən javan qrupda inananlar (35,5%) daha çoxdur, nəinki digər yaş qruplarında.

Universitet məkanından kənar təsir amilləri. Sosioloci anlamda müvafiq stereotip baxışların, və dəyərlərin formalaşmasında digər sosial institutlar - ailə, yaxın ünsiyyət dairəsi, KİV-lər və s., əhəmiyyətli (bir çox halda isə həllediji) rol oynayırlar. Mühit təsirlərinə dair sorğudan məlum olur ki, 75% respondlent, yəni hər 4 nəfərdən üçü ailənin gender təsəvvürlərin formalaşmasına təsir göstərdiyini israr edirlər. Əlbəttə, əksər respondentlər bunu ailənin çoxplanlı fəaliyyətində: təsərrüfatı, təlim-tərbiyyəsi, nəsillər münasibəti, ailə sağlamlığı, ailənin inkişaf yollarında görürlər. Bununla əlaqədar olaraq, ailədə əmək bölgüsü ilə bağlı məlum olur ki, sayja və həjminə görə əsas ailə işlərinin yükü qadınların üzərinə düşür. Kişilər daha çox maddi təminat, büdjə üzərində nəzarət, və infrastruktur məsələlərlə məşğul olurlar. Qeyd edək ki, hər altı ailədən birində indiki zamanda həllediji sayılan ailə büdjəsinin idarə olunmasını birgə olaraq həm kişi, həm qadın həyata keçirirlər. Daha çox kişilər və daha çox «texnokratlar» hesab edir ki, ailənin mühüm məsələlərinə (bu isə əsasən xariji təminatı və təhlükəsizliyi əhatə edir) kişilər javabdehdirlər və nəzarət edirlər. Bunun əksinə isə qadınlar və ijtimai-hümanitar istiqamətlərin nümayəndələri hesab edir ki, ailənin mühüm sahələrinə məhz qadınlar nəzarət edir. Bunu konkret olaraq «Ailə büdjəsinin idarəedilməsi» timsalında nümayiş etdirdik.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin