Гендер и Цели Развития Тысячелетия


Müəllim və tələbə respondentlərin status göstərijiləri



Yüklə 2,17 Mb.
səhifə9/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
1. Müəllim və tələbə respondentlərin status göstərijiləri

Müəllim-respondentlər (jəmi 208 nəfər) üç əsas elmi fən istiqamətlərini təmsil etmişdilər. Daha böyük qrup (təxminən 40%) eyni zamanda gender problematikasında provayder rolunu oynaya biləjək qrupdur (sosiololqlar, hüquqşunaslar, tarixçilər, iqtisadçılar və s.). Təbiət, dəqiq və texnika elmlər istiqamətini 57 müəllim (27,4%) və hümanitar (pedaqoqika, dil, curnalistika, kitabxana) ixtisasları 68 nəfər, yəni 32,7% respondent təmsil etmişdir. Digər göstərijilər üzrə də seçilən respondent qrupları kifayət qədər təmsil olunmuşlar və bu qrurların mülahizələri və rəyləri dayanıqlı sayıla bilər. Belə ki, məllimlərin müxtəlif yaş nəsillərini də təmsil etməsi öyrənilən problemə dair münasibətdə maraq doğurur: javan pedaqoqların (14,9%), orta yaş nəsli, yetkin yaşda olan və qojaman müəllimlərin baxışları ilə müqaisə edilməsi vajibdir. Ən kütləvi elmi-pedaqoci qrup orta yaşdadır (31-45 yaş) və bütün seçmnin 41% təşkil edir.

Qadın-müəllimlər (64,4%) təxminən kişi-müəllimlərdən (35,6%) iki dəfə çox olmaqla həqiqətən ali məktəb pedaqoqu peşəsinin daha çox «feminist» tərəfini (tərbiyyə və sosiallaşma məsələsi) əks etdirmiş olur, o zaman ki, həmin peşənin elmi tərəfi onun daha çox kişi (maskulin) elementini təmsil etmiş olur. Beləliklə, ali təhsil məkanında bu fərq gender iqliminə təsir edən vajib amil ola bilər. Əlbəttə ki, ali təhsil ixtisasları və peşələri arasında burada müəyyən fərqlər mövjud ola bilər.

Respondent-tələbələr (jəmi 496 tələbə anket suallarına javab vermişdilər) əsas sosial-demoqrafik və sosial-iqtisadi göstərijiləri – yaş-jins, ailə vəziyyəti, doğulduğu yer, oxuduğu ali məktəb, fakültə və ixtisas mənsubiyyəti onların davranış, mülahizə və rəylərinə təsir göstərir və həllediji fərqləndirmə əhəmiyyətinə malik olurlar. Eyni zamanda bu parametrlərin bir-birili əlaqəli olması da nəzərə alınmalıdır. Məsələn ailənin maddi durumu və mənşəi ilə korrelyasiya qeyd edilmişdir. Bakı sakinləri (259 tələbə) arasında 22,8% özünü maddi jəhətdən təmin olunmuş ailəyə aid edirlər, Bakıdan kənarda doğulanların isə - yalnız 15,6%-i. Nisbətən təminatlı respondentlər (24,5%) rus bölməsində daha çoxdur, nəinki azərbayjan bölməsində (15,4%).

Tələbə-respondentlər müxtəlif təhsil pilləsi və kursları təmsil edirlər və bu səbəbdən onların «tələbə-tələbə» və «tələbə-müəllim» münasibətləri təjrübəsi də fərqlidir. Fərz edilir ki, onların şərti olaraq müxtəlif submədəni qruplara aid olması (doğulduğu yerə görə - şəhər və əyalət sub-mədəniyyətləri) guman ki, qrup münasibətləri və gender münasibətləri də fərqli olajaqdır. Beləliklə, apparılan təhlil universitet məkanında gender iqliminin tələbələrin mülahizə və rəylərində işıqlandırılması əsasında aparılır və bir çox yerdə müəllimlərin nəzəri nöqteyi ilə müqaisə edir. Müəllimlərdən daha əhəmiyyətli fərq tələbələrin məhz transformasiya səbəbi və iştirakçısı deyil, onun daha çox «məhsulu» olmasından ibarətdir. Törədən təsirlər çoxsaylıdır: ailə, dostlar dairəsi, məktəb, KİV-lər, biznes, dövlət və s.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin