Siyasi ictimai elmlər. Politoloqlar qadınların kütləvi hərəkatı artmamışdan yəni feminist dövrdən əvvəl qadın nümayəndələrinin siyasət elminin mərkəzi pozisiyasına çıxma probleminə az diqqət yetirirdilər. Feminist hərəkatdan daha çox demokratik ideyaların elmi siyasi nəzəriyyəyə birləşdirilməsi məsələsi qadınların siyasi elmə gəlməsini sürətləndirdi. Feminist hərəkatın artması qadın maraqlarının təmsili ilə əlaqədar məsələlərin qoyuluşunun vacibliyini diqqətə çatdırdı.
Son onilliklər ərzində tədqiqatçılar qadının siyasətdə iştirakı problemini bununla əlaqədar siyasətin traktovkasını geniş müzakirə edirlər. Ənənəvi politologiyada belə bir tendensiya var ki, onlar «siyasəti» müəyyən məqsədə yönəldilmiş fəaliyyət kimi təyin edir, qərar qəbul edilən «ictimai sfera» çərçivəsi daxilində tədqiq edirlər. 1970-ci ildə radikal feministlər müzakirəyə başladılar. Pionerlərdən biri, indi klassik adlandırılan Keyt Millet bu barədə öz, «seksual siyasətini» təklif etdi ki, aksenti aktivlikdən «siyasət»in təyin olunmasına qoysunlar. Bununla əlaqədar o bu tezisi belə inkişaf etdirir, cinslərarası münasibət seksual-siyasidir: kişinin qadın üzərindəki hakimliyi elə siyasi hakimlikdir. Bunun sübutu odur ki, əsas mühüm siyasi-hakimiyyət strukturu pozisiyalarında kişilərdir.
Feminist nəzəriyyə təklif edir ki, müasir sosial və mədəni həyatın geniş sferasını bütün fəaliyyətlərdə olduğu kimi «siyasət anlayışına da kifayət qədər geniş baxılmalıdır» - Bunu artıq «ictimai» və «özəl» sferadan çıxartmaq vaxtıdır. Belə paradiqma ilə hər hansı bir qadın hərəkatı, «qadın-kişi münasibəti, onların cəmiyyətdə rolu» mövzusu elm üçün yenilik ola bilməz. Biz əgər ənənəvi psixoloji və sosial nəzəriyyəni nəzərdən keçirsək əsasən ikisinin üzərində dayanmalı olarıq:
1) qadın kişi arasında fərq yalnız bioloji təbiətlidir (xarakterlidir);
2) kişi və qadın differensiasiyasına diametrik əks prinsiplərdən yanaşılır (O.A.Voronina, f.e.n., Russia)
Freydin nəzəriyyəsi də 20-ci əsr qadınına olan elmi baxışının inkişafına çox böyük təkan oldu. Freydə görə qadının şəxsiyyəti onun kişidən ancaq anatomik fərqli düzülüşü ilə təyin olunmasıdır. «Anatomiya bu taledir» deyən Freydin fikirlərinin üç mümkün istiqaməti var:
1) seksual impulsun yatırılması (susdurulması)dır ki, o da nevroza aparır.
2) kişi nümunəsinin xarakterinə uyğun modifikasiya, yəni kişisayağı yaradıcılığa meyl, güclü sosial maraqlar, aktivlik.
3) normal qadınlıq – bu bütün qadınların paxıllıq predmeti olan ərə getmək və oğul dünyaya gətirməkdir.
Qadın psixikasının normal inkişafının nəticəsi və sağlam qadınlığın təbii komponenti – qadının passivliyi, ədalətlilik prinsiplərinin olmaması, paxıllığa meyl, zəif sosial maraqlar, yaradıcılığa qabil olmamağıdır.
Freyd öz konsepsiyasını orta sinifdən olan xəstələri ilə əldə etdiyi praktikaya əsaslandırırdı. Bu qadınlar həqiqətən də ailə məsələləri İlə əlaqədar psixi stres keçirən qadınlar idi. Bu interpretasiya və tənqid onun psixoanaliz ramkası çərçivəsindən irəli gəlirdi. Bununla əlaqədar feminist Culiet Mitçel yazırdı, «psixoanaliz diaqnozdur, zəmanət deyil».
Struktur funksional analiza (Talkot Parsons) görə «Cəmiyyət həmişə dinamik tarazlığa və stabilliyə can atır». Ona görə ananın övlada olan ilk münasibəti ona gətirir ki, belə bioloji funksiyadan məhkum olan kişi instrumental istiqamətdə ixtisaslaşdırılmalıdır. «Əsil kişi olmağın yeqanə yolu bizim cəmiyyətdə yaxşı işi olmaq və pul qazanmaqdır» «Qadının statusu onun əridir, uşaqları, şəxsiyyəti və təsərrüfatı üçün olan məsuliyyətdir» (T.Parsons).
Enqelsə görə diskriminasiyanın mənbəyi və mövcudluğu onunla izah olunur ki, mülkiyyət kişilərin əlində cəmləşdirilib və bundan çıxış yolu ancaq inqilab və sosializmin qurulmasıdır.
Müasir feministlər onun bu fikrindən çox faydalanırlar. Təəssüf ki, sosial cins ideyası - cəmiyyətin stratifikasiyası məsələsi Enqelsin ailə mənşəli tədqiqatlarında kölgədə qalıb.
Bu gün feministlər kişi-qadın arasında fərq iddiasına sox da cəhd göstərmirlər. Onlar deyirlər ki, özlüyündə bu fakt yəni fərq faktı qabartmaq o qədər əhəmiyyətli deyil, bu fərqin sosial mədəni qiyməti və interpretasiyası əhəmiyyətlidir və güc sisteminin bu fərq üzərində qurulmasıdır.
Qadınların siyasi həyata inteqrasiyası iki elementdən– qadının siyasət dünyasında oynadığı roldan və həmçinin siyasətin qadının həyatında oynadığı roldan irəli gəlir. Bu gün qadınlar üçün siyasi hüquqldar mövcuddur, onlar siyasətdə iştirak edirlər, amma onlar hələ də tam şəkildə siyasi dünyaya inteqrasiya ola bilməyiblər. Seçicilik hüququnun əldə edilməsi əhəmiyyətli olsa da, siyasi həyatda iştirak etmək üçün hələ qadınlara tam şərait yaradılmamışdır. Həmişə elektoratın yarısını təxminən qadınlar təşkil etsələr də, onların parlamentdə təmsili hətta 15%-ə çatmır. Onları dövlət idarəçiliyində, böyük biznesdə çox az görmək olur. YUNİSEF-in verdiyi məlumata görə dünyada müxtəlif sosial məsələlərlə məşğul olan cəmi 7% qadın nazir vəzifəsində çalışır (təhsil, səhiyyə və ailə). Amma siyasi və iqtisadi məsələlər üzrə nazirliklərdə məşğul olan qadınların sayı 3% və ya 4%-dən o yana keçmr.
Təkcə Skandinaviya və Şimali Avropa ölkələrində vəziyyət qadınlar üçün bir az ürəkaçandır. Bu ölkələrdə qadınlar həqiqətən də siyasi dünyaya inteqrasiya olunublar və siyasi strukturlarda təmsil olunurlar. Dövlət və Parlamentdə qadınlar çox saylı təmsil olunmasına görə İsveç, Norveç, Finlandiya, Daniya, Niderland öndə gedirlər. İsveçdə qadın nazirlər 38%, Finlandiyada 36%, Daniya və Norveçdə 29% təşkil edir. Qoyulan müxtəlif kvotaların hesabına, xüsusilə də siyasi partiyaların qoyduqları kvotalara görə 1990-cı illərdən Skandinaviya ölkələrində parlamentlərdəki qadınların sayı 30%-ə çatmışdır. Son illərdə, xüsusilə son üç onillikdə qadınların vəziyyəti bu istiqamətdə o qədər yaxşılaşmışdır ki, siyasətin bütünlükdə sifəti dəyişmişdir. Norveçdə hətta müdafiə naziri qadın təyin edilmişdir. Bu ölkələrdə qadınlar üçün çox yaxşı həyat şəraiti olan cəmiyyət woman-friendly-society yaranmışdır.
Qadının şəxsiyyət kimi realizasiyası yönündə istənilən akt, mədəniyyət prizmasından ənənəvi stereotipləri aşmaqdır. Buradan da bedə nəticəyə gəlmək olur ki, müasir qadın tədqiqatçıların əsəs siyasi formulası –“şəxsiyyətin mahiyyəti siyasətidir”.
Müasir siyasət təyinatının mərkəzində əsas yeri 1980-cı illərdəki konsepsiya “gücün dərk edilməsi” (empowerment) durur. Kişilər razılaşırlar ki, qadın tədqiqatçıların gördüyü güc (power over) təsir etmə və dominantlıq imkanları kimi, qadınlar isə gücü “gücün dərki ondan ötrü ” (empowerment to) şəklindədir. “Empowerment” gücün təsirindən ötrü işlədilir ”səlahiyyət ondan ötrü” kimi qismində, güc kimin üzərində qismindən fərqli istifadə edilir. “Empowerment”şəxsiyyətə elə bir imkanlar verir ki, o özü öz taleyinin ağasıdır, iş yerləində iştirakını və strukturda olmasını genişləndirir, yəni özlərinə dəxli olan məsələlərdə sərbəstdirlər. Bu bizim ənənəvi başa düşdüyümüz güc “başqaları üzərində güc” və ya “dominantlıq” kimi istifadə edilmir, “səlahiyyət” və ya “kompetensiya” kimi anlaşılır. Nəticədə insanlar özləri-özlərini daha effektli idarə edirlər. Beləliklə, qadın tədqiqatçılar hesab edirlər ki, hakimiyyət və tabeçiliyin qarşılıqlı əlaqə sahəsi də qender məsələlərinə aiddir və elə qenderin öyrənilməsi, onu siyasi elmlər sferasına daxil etmişdir. Qadın tədqiqatçıları 1970-ci illərdən qadınların siyasət aləmi ilə olan münasibətinin təhlilində iki zidd konsepsiya “marqinallıq” və “ inteqrasiya ” konsepsiyasından istifadə edirlər. İnteqrasiya konsepsiyası, qadınların siyasətdə iştirakını ən mühüm arqument hesab edir. Qadınların cəmiyyətdə marqinallıq vəziyyəti onların siyasətə böyük qisimdə daxil olmasının qarşısını alır. Bu səbəbdən də Viola Kleynin marqinallıq konsepsiyası böyuk əhəmiyyət kəsb edir. Kleyn marqinallığı, iki müxtəlif dünyada, iki mədəni sistemdə yaşayan insanın eyni vaxtda olan vəziyyəti kimi təyin edir, üstünlük standartı digərinə nisbətdə yuxarı kimi baxılır. Bu mənada qadın-siyasətçilərini iki standartdan mühakimə edirlər, onlar həm siyasət, həm də feminist standartına uyğun gəlməlidirlər. Siyasət təyinatca kişiyə aid olduğu üçün, feminist xüsusiyyətini çıxarıb ona üstünlük verirlər. Hər iki standartı qane etməyə cəhd göstərən qadınlar iki iş görürlər, iki yük altına girirlər. Elə buna görə də siyasi yüksəkliyə az qadın qalxa bilir. Qadınların ölkə rəhbərliyində təmsili az da olsa var, amma baxmayaraq ki, qadınlar partiyanın təşkil olunmasında aktiv iştirak edirlər, onun inkişafında mühüm rol oynayırlar, siyasi partiya rəhbərləriyi səviyyəsində onların təmsili yox dərəcəsindədir. Siyasi partiyalar kişi klubları korporasiyası olaraq qalır, ora qadınlar ancaq köməkçi rol vəzifəsinin icraçısı kimi buraxıla bilərlər. Məsələn, seçki kompaniyası vaxtı hər hansı bir kişinin namizədliyinin təşkilini dəstəkləyən kampaniyanın işində köməkçi kimi fəaliyyət göstərə bilərlər. ABŞ-da qadın-seçki liqası və Respublika Qadınlar Milli Federasiyasını seçkidə kişilər üçün dəstək rolunu oynayan qruplar modeli kimi misal gətirmək olar. Bunun analoqu kimi Böyuk Britaniyada Konservativ Partiyanın Seleksiya Komitəsində qadınların oynadığı rolu da misal göstərmək olar. Burada da qadınlara etibar edirlər, amma ənənəvi olaraq onlara ikinci dərəcəli qiymət verirlər.
Ehtimal edilir ki, qadınların siyasətdə fəaliyyəti sosial müdafiə ənənəsindən o yana getməyəcək. Ailə, analıq və uşaqlıq məsələləri qadının siyasi fəaliyyətinin əsasını təşkil edir.
Feminist nəzəriyyələrdə marqinallıq geniş mənada təkcə qadınların mövcud olduqları kontekstindən deyil, bütün ədalətsizlik, bərabərsizlik və istismardan əziyyət çəkmək kontekstindən nəzərdən keçirilməlidir. Əhalinin böyük əksəriyyətinin mövqeyi siyasi cəhətdən nəzərə alınmalıdır. Əhalinin cəmiyyətdəki marqinallığının əsas əlaməti elit rəhbərliyinin tez-tez müraciət etdiyi zərurət doublethink/doubletalk –dur.
Qadın tədqiqatı feminizmlə qırılmaz tellərlə bağlıdır. 1980 və 90-cı illər proqram və cərəyanların çox geniş spektrli olması ilə xarakterizə edilir. Moskva lüğətlərinin birində feminizmin izahı belə verilir. Feminizm-qadınların azadlıq hərəkatının əsasında durub, cinslərin bərabərliyi nəzəriyyəsidir. Daha ümumiləşmiş şəkildə feminizmə aşağıdakı təyinatı vermək olar: Feminist – o adamdır ki, digər insanlara cinsi əlamətinə görə mənfi münasibətdə deyil və qadınların siyasi, iqtisadi, mənəvi, seksual bərabərliyi istiqamətində fəaliyyət göstərir. Qadının şəxsiyyəti məsələsində, feministlər mədəniyyətdə cinsin inkişaf forması və şəxsiyyətin realizasiyası məsələsini yenidən müzakirəyə qoyurlar. «Əgər Allah qadını kişidən fərqli yaratdısa, cəmiyyət qadını insandan fərqləndirdi» (Sulamif Fayerston).
Dostları ilə paylaş: |