Fəlsəfə. Ənənəvi fəlsəfə tarixində gender bərabərsizliyi nadir hallarda problem statusunu alıb və diqqət yetirilib. Əksəriyyət filosoflar qadını – «mövcud olmayan, düşünülmə» üçün «vacib olmayan kimi, gender ierarxiyasında rolunu», təbii, normal qəbul ediblər. Fəlsəfə tarixində «gender məsələsi» iki tendensiyadan tədqiq edilmişdir.
1. Eqalitar tendensiya – öz başlanğıcını Platondan götürmüşdür. Bu Sokratın adından «Dövlət» əsərində qadının ictimai həyatda cinslərin bərabər iştirakı traktovkasında verilmişdir.
2. Konservativ seksist tendensiya – mövcud vəziyyətin bəraəti. Aristotel Platon-Sokrat oponenti qismində çıxış edərkən fəlsəfədə androsentrik gender modelini irəli sürüb, qadın şərhinin bioloji paradiqmasını verib. Bu dünyaya kişi nöqteyi nəzərindən baxışdır, əsas diqqət kişiyə yönəlib, qadın passiv şəkildə nəzərdən keçirilir.
Müasir feminist nəzəriyyə ənənəvi olaraq bizi fəlsəfi nəzəriyyəni çox dəqiq analiz etməyə vadar edir. Qadınlara qarşı seksist istiqamətli filosoflar və onların baxışları Platonun erotik məhəbbət konsepsiyasından, Kantın gözəllik nəzəriyyəsindən, Heqelin «mənəvi dünya» ideyasından, Nitşenin fövqəlinsan ideyasından və s. keçən baxışlardır.
Qadın tədqiqatçıları, təsdiq edirlər ki, ənənəvi fəlsəfə kökündən «kişi» elmi hesab olunub və güclü cinsin mənafeyini əks etdirib. Siksin «Qadının yenidən doğulması» (1975) əsəri qadın tədqiqatının klassikası hesab edilir və onun davamçısı fransız filosofu Jak Lakan və Jak Derriga mədəni-fəlsəfi ənənəni təhlil edərkən «falloqosentrizm» konsepsiyasını tədqiq etmişlər.
Fəlsəfi-məntiqi düzülüşün özü ierarxiv dualizmə əsaslanır, dünya iki əks, qeyri bərabər əhəmiyyətli və çəkiyə malik simada, daimi konflikt münasibətdə olan ruh/materiya, aktivlik/passivlik, mədəniyyət/təbiət; təfəkkür/hiss; şüur/ehtiras, kişi/qadın qismində verilir.Bütün bu qarşıdurma bilavasitə gender fərqi mədəniyyətinə daxil edilmişdir, burada «kişi»yə aid olan xüsusiyyətlər pozitiv kateqoriyalar, qadına aid olanlar isə neqativ kateqoriyalar hesab edilmişdir.
Feminist fəlsəfə müasir poststrukturalist cərəyanlardan biri kimi müasir fəlsəfədə əsas metodik dönüş nümayiş etdirir. Feminizmin fəlsəfi metodologiyasının əsas cəhəti odur ki, «qadın» və «feminin» fenomeninin analizi feminist fəlsəfəsi mədəniyyətində o tezisi əsas tutur ki, müasir cəmiyyət məntiq və şüur idealından əlavə həssaslıq və maddi aləmin təcrübəsinə də söykənməlidir. Bu müstəqil özünəməxsus qadın mədəniyyət sahəsi, üç baxış əsasında body-power-pleasure (bədən-hökm-zövq) feminist diskursunu yaradır .
Dostları ilə paylaş: |