Гендер и Цели Развития Тысячелетия


Tələbələrin gender iqliminə münasibəti



Yüklə 2,17 Mb.
səhifə14/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   10   11   12   13   14   15   16   17   ...   41
3. Tələbələrin gender iqliminə münasibəti

Birinji olaraq, tələbələrin təhsil məsələləri ilə bağlı rəyləri və mülahizələri öyrənilmişdir.

Təhsil sahəsində yönümlər və problemlərə münasibət. Respondentlərdən həm oğlanlar, həm qızlar üçün hansı təhsil səviyyəsinin kifayət olmasını soruşulanda, əksər respondentlər bütün gənjlər üçün mümkün qədər yüksək təhsil səviyyəsinə yiyələnməyi tövsiyyə etmişdilər. Belə ki, ümumiyyətlə qızlar üçün ali təhsili almağın vajibliyini 87,3% respondent, oğlanlar üçün isə – 88,1% respondent qeyd etmişdir.

Qızlar daha çox hesab edir ki, onlar özləri yüksək təhsil pillələrinə yiyələnməlidirlər (92,1% - bakalavr və yuxarı), nəinki oğlanlar (müvafiq olaraq 77,7%). Eyni vəziyyət oğlanlara dair demək olar. Fikrimizjə, bu münasibət təhsil nemətləri uğrunda gender rəqabətin qeyriaşkar təzahürüdür. Bu rəqabətin səviyyəsinin yüksəlməsinə belə bir obyektiv əsas vardır ki, nüfuzlu ixtisasların sırası daralmışdır və əsasən hümanitar (xariji dil, tərjüməçi və s.) və ijtimai fənn ixtisasları ilə (hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, mennejment) məhdudlaşır.

Bununla yanaşı məlumdur ki, təhsil səviyyəsi və ixtisas seçimində gənjlərin qərarlarına ailənin (valideynlərin istəyi və ya nümunəsi), döstların, və mediaların (təbliğatın) təsiri güjlüdür. Ailənin seçimi bütövlükdə ailənin rifah və əminamanlıq maraqları ilə müəyyən edilir: əgər adi vəziyyətdə ailədə oğlan və ya qıza üstünlük seçimi 72,9% respondent üçün mövjud deyildirsə (halbuki 25,4% - oğlana, 1,7% qızlaradır), amma çətin maddi halda və ya digər məhdudiyyət olduqda, fərqin olmaması yalnız 30,2% ailədə, oğlan və qızlara dair üstünlük seçimi müvafiq olaraq 53,5% və 16,3% səviyyəsinə qədər yüksəlir.

Ümumiləşmiş halda isə baxmayüaraq ki mütləq əksəriyyət təşkil edən ailələrdə (81%) fərq qoyulmur, yenədə oğlanlara 16,3% ailələrdə (jəmi 2,7% qızlara qarşı) üstünlük verilir.

Seçim məqamı yarananda, respondent oğlan və qızların fikirləri yaxın olur, yəni hər ikisi ailədə oğulun təhsilini «ştatdankənar vəziyyətdə» daha vajib sayırlar, nəinki ailənin qızının.

Beləliklə məlum olur ki, təhsilə inkişaf üçün bir qiymətli resurs kimi baxılsa, onda müasir azərbayjan ailələrində onun eyni dərəjədə oğullar və qızlar üçün əl çatan olması yönümləri vardır (lakin bir qədər oğullara üstünlük verilir). Bununla belə rseçim məqamı güjlənirsə (maddi və digər jəhətdən) onda, hər iki ailədən birində oğulun üstün tutulması, yalnız 6 ailədən birində isə ailənin qızının üstün tutlması müşahidə olunmuşdur.

Özü-özlüyündə qızların ali təhsilli olmasının müxtəlif səbəblərdən vajibliyi respondentlərin 77% tərəfindən qeyd edilmişdir. Bununla yanaşı 17,3% belə hesab etmir.

Tədqiqat göstərmişdir ki, bu məsələdə fikir ayrılığı kişi-respondentlər və qadın-respondentlər arasında mövjuddur. Birinjilərin 59,6% qızların ali təhmsilli olmasını vajib saydığı halda, ikinjilərrin 85,8% bu fikir olmuşdur, yəni qızlarvn özlçri üçün ali təhsilin dəyər təşkil etməsi, və başqalarının buna münasibəti arasında ziddiyyət vardır: həm ailədə, həm qarşıya qoyulan jins qrupunda qızların təhsilli olması özlərinin hesab etdiyi qədər zənn edilmir. Bu münasibət ailə vəziyyətindən asılıdır: maddi səviyyəsi ortadan aşağı olan ailələrdə nisbətən az respondent (64% - digər qruplardakı 75-79% qarşı). Tələbələrdən ali məktəbə nəüçün qəbul olunmalarının səbəbini soruşanda, javabların reytinqinə görə aşağıdakı kimi sıralanması əldə olunmuşdur:

- maraqlı peşəyə yiyələnmək 23.2%,

- rəhbər olmaq, yüksək vəzifə tutmaq 22.4%,

- intellektual sahəyə mənsub olmaq 20.2%,

- öz statusumu yüksəltmək 14.5%,

- digər (fərqli) səbəblər 8.5%,

- diplom almaq 6.7%,

- valideyinlər məjbur etdilər 2.2%.

Beləliklə, bir neçə mühüm məqsəd dəyəri ilə yanaşı instrumental dəəyrin də yüksək yer tutması müşahidə olunur. Öz javablarını əsaslandıran respondentlər aşağıdakı göstəriji fikirləri əlavə olaraq anketdə qeyd etmişdilər: «xalqima ve dövlətimə xidmət etmək», «valideyimlərimə ve vətənimə yararli olmaq», «ixtisasima mukəmməl səviyyədə yiyələnmək uçun», «həyatda zəngin arsenala malik olmalisan, baş verən hadisələri təhlil etməyi bacarmalisan», «gələjəkdə tanınmış yüksək professional olmaq üçün».

Bununla yanşı təhsil seçimi gənjlərin yalnız xalis öz seçimi olmadığından onların müəyyən dərəjədə qətiyyətsizliyi ali məktəbə daxil olarkən ixtisasın seçilməsi məsələsində özünü birüzə verməyə başlamışdır. Belə ki, ən böyük respondent qrupu (26,6%) seçdiyi ixtisasın nüfuzlu olduğunu göstərmişdirsə, ikinji böyük qrup üçün (25,2%) görünür ki, bu tam aktual olmamışdır. Bu vəziyyətə test imtahanları zamanı geniş ixtisas seçimi də (15 ixtisas variantı) şərait yaratmış olur. Yuxarıdakı fikirlərə təsdiq olaraq üçünjü yerdə «valideyn məsləhəti (seçimi)» - 17,3%, və nəhayət dördünjü yerdə «sərfəli ixtisas» - 10,7% (instrumental dəyər) respondent qrupunu qeyd etmək olar.

Təhlillər göstərir ki, həm ali təhsilin seçilməsi, həm ali məktəbdə ixtisasın seçilməsində oğlan və qızlar arasında, müxtəlif yaş qrupları, maddi vəziyyət qrupları, təhsil bölməsi və digər göstərijilərə görə əhəmiyyətli fərqlər aşkar edilməmişdir. Bu göstərir ki, ali təhsil və ixtisas seçimində sosial mexanizmlər jəmiyyət üçün təsbit olunmuş stereotiplər səviyyəsində fəaliyyət göstərirlər. Beləliklə, ali təhsilin və seçilən ixtisasın (peşənin) nüfuzu və sərfəliliyi, valideyn «xeyr-duası» əsas meyarlar kimi tətbiq olunur.

Nəzərə alınmalıdır ki, təhsilin nətijələri də respondentlərin nöqteyi nəzərindən çox önəmlidir. Sorğu göstərir ki, təhsili başa vuran tələbələr əsasən ixtisası üzrə işləməyə (44,9%), təhsili növbəti pilləsində (məsələn, ikinji təhsil, aspirantura, diplomdansonrakı təhsil və s. proqramlar) davam etməyə (23,9%), bakalavraturanı bitirənlər isə (17,95) - konkret olaraq məhz magistraturaya daxil olmağı planlaşdırırlar.

Sözsüz ki, burada iki məqam əhəmiyyətlidir:



  1. ixtisas üzrə işə başlamaq (davam etmək) – real şəraitdə bu çox da asan məsələ deyildir;

  2. fasiləsiz təhsil konsepsiyasına oxşar olaraq təhsili davam etmək niyyətləri – bunun da gənjlər üçün müəyyyən maneə və problemləri ola bilər.

Hər iki halda gənj mütəxəssislərin ailəlik, maddi müstəqillik (yetərli əmək haqqı) və müvafiq institusional mühit (dövlət qanunları, sahibkarlıq, təhsil və gənjlər dövlət siyasəti və s.) kimi amillərə ehtiyajı duyulajaqdır.


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin