Ailə-sosial münasibətləri. Bu süallar silsiləsində gənj respondentlərin (həm oğlan, həm qızların) milli jəimyyətə xas bir sıra ənənə və adətlərin yeni ijtimai şərait (keçid dövrü) və yeniləşən təhsil məkanı ilə nejə uzlaşdığını araşdırılmasına yönəldilmişdir. «Ərdə olan qadının münasibətləri qohumları və dostları ilə məhdudlaşmalıdır» mülahizəsi ilə razı olmayanlar razı olanlardan üstün olmuşdular (66,6% - 33,4%-ə qarşı);
«Ərdə olan qadının münasibətləri həyat yoldaşının qohumları ilə məhdudlaşmalıdır» mülahizəsi 82,2% respondentin rədd javabı ilə qarşılanmışdır. «Qadın yoldaşının ijazəsi olmadan qonşulara baş çəkə bilər» ifadəsi javab verənləri üç qrupa bölmüşdü: fikirlə razı olanlar – 34,3%, bitərəf olanlar (nə razı, nə də narazıdırlar) –23,2%, və razı olanlar – 42, 5% təşkil etmişdir. «Qadın yoldaşının ijazəsi olmadan öz qohumlarına baş çəkə bilər?» müvafiq olaraq razı olmayanlar, bitərəflər və razıolanlar 36,8%, 18,6% və 44,5% olmmuşdur. «Kişi və qadınlar müxtəlif məjlislərdə birgə iştirak etməlidirlər (ailə məjlisləri, kino, teatr və s.)» - əəksər respondentlər bu iddianın tərfdarları kimi çıxış etmişdilər (85,3%).
Bütün bu javabları ümumiləşdirərək, israr etmək olar kı, gənjlərin qadınların şəxsi həyatı ilə bağlı yönümləri daha çox müasirlik və liberallıq, nəinki mühafizəkarlıq, təməlçilik və ənənəvi dəyərlərə istiqamətlənmişdir. Bununla yanaşı xüsusən kişi respondentlərin javablarında qadınların fərdi davranışı üzərində müəyyən nəzarətin lazımlığı sezir: Oxşar vəziyyət qadınların ijtimai yerlərdə davranışı, əmək fəaliyyəti, xidməti irəliləyiş, və nəhayət karyera qurmuş qadının elita nümayəndəsi sayılması iddialarına münasibətlə bağlıdır. Burada da respondentlərin rəyində tolerantlıq meylləri üstün olmuşdur.
Qadınların kişi kollektivinə və ya kişinin qadın kollektivinə qoşulması nə kəskin etiraz, nə də ki qəti razılıq hissi döğurur, əvəzində daha çox tərrəddüdlə müşahidə olunur (ən çox «yumşaq» razılıq və narazılıq javabları qeyd olunmuşdur). Respondentlərin hər üç nəfərdən birinin (32,8%) fikrinjə Azərbayjan qanunları tam həjmdə jins bərabərliyi prinsipinə riayət etmir. Digər ijtimai davranış və sosial dəyər nümunəsi kimi rəsmi nigah qeydiyyatının dini nigah (kəbin) qeydiyyatı ilə müqaisə edilməsindən ibarət olmuşdur. Respondentlərin əksəriyyəti (59,7%) hesab edir ki, diin nigah rəsmi nigahı əvəz etməməlidir, 14% buna ehtiyaj olduğunu bildirmişdir,26% tələbə-respondentlər isə javab verməkdə çətinlik çəkərək, məsələdə səriştəsi olmadıqlarını ifadə etmişdilər.
Gənjlərin həyatında təhsili davam etdirmək və tamalayaraq əmək fəaliyyətinə başlaması ilə yanaşı mühüm dəyişiklər sferası onun nigah bağlayaraq ailə qurmasıdır və burada vajib göstəriji kimi evlənmənin arzuolunan yaş həddi çıxış edir. Qadınlar üçün ailə qurmağın optimal yaş həddlərini respondentlərin 92,1% 18-25 diapazonunda təyin etmişdilər, özü də 25 yaşı – kritik son hədd kimi qeyd etmişdilər. Kişilərin optimal ailə qurmaq yaş həddi respondentlərin javablarında iki intervalı əhatə edir: 21-25 yaşda erkən evlənmək (37,7%) və nisbətən yetkin 26-30 yaşda – (54,8%). Beləliklə, müqaisə göstərir ki, oğlanların ailə qurmaq üçün ailə qurmaq şansları önjədən qızların ailə qurmaq şanslarından yüksək qiymətləndirilir. Qadın respondentlərin 59,7% oğlanların 26-30 yaş dövrünü optimal evlənmə dövrü sayırlar, amma 47% oğlan- respondentlər bunu kişilərə daha tez 21-25 yaşında tövsiyyə edirlər.
Yeni nəsillərin yaşlı nəsillərlə müqaisə edilməsi, yeniləşmə ab-havasının göstərijisi kimi, valideynlərin ailə həyatına bənzərliyi nümunəsində araşdırılmışdır. Respondentlərin ən böyük qrupu (41,3%) istəməzdilər ki, valideynlərinin ailə həyatını təkrar etsinlər, 31,3% tələbələrin bunun arzusunda olduqlarını bildirmişdilər, qalan 27,4% respondent fikir bildirməkdə çətinlik çəkmişdilər. Kişi-respondentlərdən 40,4% atasının ailə həyatını təkrarlamaq istəmişdilər, qadın-respondentlərin isə yalnız 26,7% analarının ailə həyatına nümunə kimi baxmışdılar.
Yeni nəsl nümayəndələri ailənin övladı kimi, hərəkət etməkdə müxtəlif məhdudiyyət-lərlə üzləşirlər. Bunların bir qismi vajib sayılan valideyn nəzarəti silsiləsindən olduğu halda, digər qismi lüzumsuz süıla bilər. Bununla əlaqədar verilən suala aşağıdakı javablar alınmışdır.
Jədvəldən göründüyü kimi, gənjlərvalideyn evində ən çox müxtəlif qadağalarla rastlaşırlar (55%), digər təsir növləri (təhdid, döyülmə və s.) az olsa da rast gəlir (üst-üstə 12%-dək), hər üç respondentdən təxminən biri isə (33,1%) hesab edir ki, ailə üzvləri tərəfindən onların davranışına heç bir məhdudiyyət yoxdur. Qadağaları daha çox qızlar (59,1%), nəinki oğlanlar (47%) hiss edirlər.
Dostları ilə paylaş: |