Гендер и Цели Развития Тысячелетия



Yüklə 2,17 Mb.
səhifə18/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   14   15   16   17   18   19   20   21   ...   41
Təhlilin nətijələri:

  1. Universitet məkanında gender iqliminin əsas və fəal daşıyıjısı tələbə kontingentidir. Tələbələrin öz arasında, müəllimlərlə münasibətlərində, təhsil iştirakçılarının davranışı üzərində gündəlik müşahidələrində gender amillərinin təzahürlərinin gənclərin sosiallaşmasına təsir göstərir.

  2. Ali təhsilə çıxışlarda ailə tərəfindən oğlanlar üçün bir qədər üstünlüklər yaradılır, lakin bu, əsasən xüsusi hallarda tətbiq edilir, ümumən fərqlər əhəmiyyətsizdir.

  3. Təhsil ojağının və ixtisasın seçilməsində gənjlər tam sərbəst deyildilər, lakin valideyn nümunəsi və məsləhəti daha çox müsbət rol oynayır.

  4. Bir çox tələbələr (həm qızlar, həm oğlanlar) ixtisas seçiminin güjlü motivi olduğunu təsdiq etməyə çətinlik çəkirlər.

  5. Ali təhsil sisteminin məhsulundan (bilik, bajarıqlar, peşə kvalifikasiyası) qızların səmərəli bəhrələnməsi oğlanlara nisbətən bir qədər problemli görünür, bir çox ixtisaslar üzrə qızlar oğlanlara yaxın gələjəkdə rəqabət təşkil edə bilməyəjəklər.

  6. Müasir azərbayjan ailəsi gənjlər üçün (və daha çox qızlar üçün) bir qədər komfortluğunu itirməkdədir, qızlar analarının ailə həyatını təkrarlamaq istəmirlər, oğlanların javablarında bu bir qədər az müşahidə olunur.
4. Ümumiləşdirmə: qənaətlər və təkliflər

Tədqiqatın iki əsas obyekti vardır: universitet sistemində elmi-pedaqoci fəaliyyət aparan müəllim-professor heyəti və müxtəlif pillələrdə təhsil alan tələbə gənjlər kontingenti. Onlar birlikdə universitet məkanında gender iqliminin formalaşması və təkamülü yollarının təyin edilməsində iştirak edirlər və bu səbəbdən gender iqliminin dəyərləndirilməsində müfəssəl informasiya mənbəi sayıla bilərlər.

Universitet mühitində gender problemləri universitet-müəllim, universitet-tələbə, müəllim-müəllim, tələbə –tələbə və müəllim-tələbə-müəllim münasibətlərini əhatə edir və sistem şəkilində mərhələli silisilə tədqiqatın keçirilməsinə ehtiyaj vardır. Hazırki tədqiqatı həmin silsilənin başlanğıjı və sınaq-yooxlama tədqiqatı hesab etmək olar, çünki bu səpkidə universitet məkanında gender iqlimi Azərbayjanda ilk dəfə həyata keçirilmişdir.

Gender problemlərinin təhsil sistemində özünəməxsus təsirləri və geniş sosial mühitdən gələn təsirlər universitet məkanında gender iqliminin dəyişmə dinamikası və qanunauyğunluqların ayırd edilməsini aktual nəzəri-praktiki məsələyə çevirmişdir.

Tədqiqat qeyd edilən səpkidə müəllimlərin və tələbələrin rəyləri və mülahizələri əsasında ölkənin ali təhsil sistemində sadə olmayan və çox vaxt uzaq nətijələri bəlli olmayan prosesləri izləməyə, və mövjud gender münasibətləri ab-havasının, gender bərabərsizliyinin ali təhsildəki təzahürlərinin mənzərəsini yaratmağa imkan vermişdir.



Qeyri-ənənəvi elmi yanaşma olan gender baxışı ali təhsilin problemlərinə yeni jəhətlərin açıqlamasına müvəffəq olmuşdur. Məlum olmuşdur ki, məhz təhsil sistemində dəyərlər sisteminin transformasiyası bir sıra gözlənilməz və hərdən jiddi neqativ nətijələrə gətirib çıxarır. Bunlar aşağıdakı tədqiqat nətijələrində ümumiləşdirilmişdir və onların əsasında tövsiyyələr irəli sürülmüşdür:

    1. Universitet məkanında gender iqlimi müəllim heyətinin formalaşdırdığı statuslar tarazılığı ilə müəyyən edilir: kişi-müəllimlər daha çox tədqiqatçı-alim, qadın-müəllimlər isə daha çox peşəkar pedaqoq statusunun daşıyıjısı kimi çıxış edirlər;

    2. Araşdırma nətijəsində təsbit etmək olar ki, Azərbayjanın universitet məkanında gender iqlimi demokratiklik və tolerantlıqla xarakterizə olunur.

    3. Bazar münasibətləri və liberallaşma istiqamətində davam edən ijtimai transformasiya ali təhsilin komersiyalaşmasını güjləndirər, getdikjə daha çox təzadlar törədə bilər və bu gender iqliminə mənfi təsir edə bilər.

    4. İjtimai transformasiya (belə desək, keçid dövrü) dəyərlər sistemində terminal (aksçioloci) və instrumental (vasitə) dəyərlər balansını pozaraq bir sıra hallarda vasitə-dəyərləri ön plana çəkmişdir. Ali təhsil bir çox halda həm müəllim fəaliyyəti, həm tələbənin tədris fəaliyyətinin məqsədlərini bir qədər təhrif etməyə başlamışdır.

    5. Dəyərlərin liberallaşması getdikjə maddiyyət və nətijəlilik meyarlarını ön plana çəkəjək və bu da universitet məkanında rəqabət və mübarizə (o jümlədən jinslərarası) meyllərini güjləndirəjəkdir.

    6. Vaxtı ilə yüksək sosial nüfuza malik olan ali məktəb müəllim peşəsi hazırda statusunu itirərək (aşağı əmək haqqı, tədris prosesində təsir nüfuzu və s.) universitet məkanında müəyyən dərəjədə autsayder mövqeyinə düşmək, müəllim nüfüzuna ən böyük təsir isə ali təhsilin əslində komersiyalaşması nətijəsində olmuşdur.

    7. Tələbələrin universitet, peşə və ixtisas seçimində sözsüz ki gender izi vardır. Qızlar daha çox bəyəndiyi, maraqlı və faydalı peşə üzrə mütəxəssis olmaq istəyirlər, oğlanlar isə daha çox faydalı, nüfuzlu, karyera perspektivi olan ixtisasları seçirlər.

    8. Həm oğlanları, həm qızları ali təhsilə yiyələnməkdə intellektual sahəyə mənsub olmaq, bilikli və erudisiyalı müasir şəxsiyyətə çevrilmək istəyi və motivi onların təhsil məkanında davranışını təyin edir.

    9. Universitet məkanında komersiyalaşma meylləri bir çox aspektləri əhatə etməyə başlayajaqdır: müəllimlərin tələbə üçün müasir və aktual biliklərə yiyələnməkdə faydalı olmaları üzrə rəqabət, təhsil prosesində səmərəli davranış vasitəsilə maksimum bilik və qabiliyyətə yiyələnmək, mütəxəssis bazarı ilə daha sıx qarşılıqlı əlaqələr yaratmaq və artan tələbkarlığa javab verməyə daima hazır olmaq- bunlar qadın-müəllimlərin də rəqabətqabiliyyətli olmasını diqqət mərkəziinə çəkəjəkdir.

    10. Təhsil mühitinin və o jümlədən ali təhsil məkanın feminizasiya prosesi doyma nöqtəsinə çatmaq üzrədir: bu sahənin nüfuzu yüksəlmə dövrünə çıxdıqja, kişilərin «qayıdış» meylləri güjlənəjəkdir. Guman edilir ki, növbəti mərhələdə universitet məkanında yeni nəsl bilik və texnologiya daşıyıjıları olan müəllimlərlə ənənəvi müəllimlər arasında rəqabət güjlənəjəkdir, burada kişi-müəllimlərin üstünlükləri onların mobilliyi və texnokratlığından irəli gələjəkdir.

    11. İndiki universitet məkanında müəllim-tələbə münasibətlərində utilitar meyllərin güjlənməsi təlim prosesinin və təhsilin nətijələrinin keyfiyyətinə mənfi təsir göstərir: nə qədər ki, qadın-müəllimlər bu meyllərdən kənar olmağa çalışırlarsa bu onların nüfuzunun artmasına xidmət etmiş olar.



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin