Ədəbiyyat:
-
Redaktorı–sostaviteli: N.M.Stepanova,d.i.n.E.V.Korkina. İnstitut qendernoy politiki. Üentr podderjki soüialğnıx i qendernıx proqramm. Qendernaə rekanstruksiə politiçeskix sistem. Sankt-Peterburq. 2004. s.991.
-
Brayson Valeri «Politiçeskaə teoriə feminizma. M. 2001.
-
Jenşina i soüialğnaə politika (qendernıy aspekt)-M. 1992.
-
Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat. Bakı.2002.
Həsənova Afaq
Demoqrafik təhlil və gender problemləri
Müasir statistik təhlili demoqrafik göstəricilərsiz təsəvvür etmək qeyri mümkündür. Bir qayda olaraq aparıcı demoqrafik göstəricilər istənilən iqtisadi və sosial-siyasi statistik təhlillər də geniş istifadə olunur. Lakin sıf statistik araşdırmalardan fərqli olaraq demoqrafik təhlil bir neçə ənənəvi istiqamətlərdə aparılır. Bunlar inzibati-ərazi bölgülərdə yerləşən əhalinin sayının və tərkibinin müəyyən edilməsi, əhalinin təkrar istehsalının ümumi göstəricilərinin təhlili, nigahların və boşanmaların qeydiyyata alınması, doğum və ölüm göstəriciləri və, nəhayət miqrasiya göstəriciləri kimi əsas tədqiqat istiqamətlərini əhatə edir.
Əhalinin sayının cari hesablanması əhalinin son siyahıya alınmasının yekunları əsasında aparılır. Hər il ərazidə doğulanların və buraya gələnlərin sayı əhalinin sayına artırılır və ölənlərin və buradan köçənlərin sayı əhalinin sayından çıxılır. Bu göstərici demoqrafik təhlilin əsasını təşkil edir, lakin bununla bərabər digər köməkçi göstəricilər də tədqiq olunur ki, onlar gender baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu köməkçi göstəricilər hansılardır?
İlk növbədə əhalinin təkrar istehsalının ümumi göstəricilərindən olan nəsilvermə əmsalını qeyd etmək zəruridir. Nəsilvermə əmsalı hər yaş intervalları üzrə doğum səviyyəsi əmsallarının hesablandığı ildəki səviyyədə qalması şərti ilə hər bir qadının bütün məhsuldar dövründə (15-49 yaş) orta hesabla neçə uşaq dünyaya gətirəcəyini göstərir. Onun kəmiyyəti əhalinin yaş tərkibindən asılı deyildir və həmin təqvim ilində doğumun orta səviyyəsini səciyyələndirir. Uzun illər Azərbaycanda nəsilvermə əmsalının tədricən azalması müşahidə olunurdu. Lakin 2003-cü ildən başlayaraq əvvəlki ilə nisbətən bu göstərici bir qədər, 2004-cü ildə isə nəzərə çarpacaq dərəcədə artmışdır.
Digər mühüm göstərici nigah və boşanmaların ümumi əmsallarıdır ki, bunlar təqvim ilində qeydə alınmış nigah və boşanmaların sayının əhalinin orta illik sayına olan nisbətlərinə bərabərdir. Ümumi əmsallar kimi onlar da əhalinin 1000 nəfərinə hesablanır.
Qeyd etmək lazımdır ki, boşanma hallarında şəhər və kənd yerlərində nəzərə çarpacaq qədər fərq mövcuddur. Bu əmsal müvafiq olaraq şəhərdə 72,6%, kənd yerlərində isə 27,4% təşkil edir. Ümumən, son iki ildə həm nigahların, həm də boşanmaların artması müşahidə olunur.
Demoqrafik disbalans şəraitində bu rəqəmlər kifayət qədər naratlıq doğurur. Məlum olduğu kimi Azərbaycanda əhalinin ümumi sayı 8,347,3 min nəfər təşkil edir, bunların da 4234,6 min nəfəri qadınlar, 4.103,78 min nəfəri isə kişilərdir. Sadə hesablamalar göstərir ki, 139,9 min qadın ailə qurmaq imkanından yaxın gələcəkdə məhrum olacaq, bu da öz növbəsində gender nöqteyi nəzərindən bir sıra təhlükəli problemlər yarada bilər. Hər bir gənc qızın və ya qadının normal ailə qurmaq və anna olmaq hüququ vardır. Lakin cəmiyyətdə baş verən bəzi obyektiv iqtisadi və sosial-ictimai səbəblərdən humanitar tarazlıq pozulur, bu da qadınları ağır seçim qarşısında qoyur: onlar ya tənhalıqla barışmalı və iqtisadi cəhətdən müstəqil həyat qurmalıdırlar, ya da qeydiyyatdan kənar olan nigahla yaşamaq və dünyaya nigahdan kənar övlad gətirmək qismətini yaşamalıdırlar (qeyd etmək lazımdır ki son illərdə belə hallar artmaqdadır). Hər iki alternativ Azərbaycan xalqının ənənəvi mentalitetinə tamamilə zidd olmaqla yanaşı, cəmiyyətdə qəbul olunmuş mənəvi və əxlaqi dəyərlərin alt-üst olmasına səbəb olur. Son nəticədə cəmiyyətin bütün üzvləri cinsindən asılı olmayaraq dərin mənəvi və psixoloji böhrana sürüklənmiş olurlar.
Bu baxımdan bəzi demoqrafik göstəricilər xüsusi maraq kəsb edir, o cümlədən aşağıdakı cədvəldə göstərilən rəqəmlər, müəllifin fikrincə, diqqətə layıqdir:
Rəqəmlərdən göründüyü kimi, əhalinin ümumi nəsilvermə (və ya fertillik) əmsalı nöqteyi-nəzərdən hər iki cins nümayəndələrinin ən məhsuldar yaş qruplarında (25-29 yaş qrupundan başlayaraq, 45-49 yaş qrupuna qədər) qadınlar aşkar üstünlük təşkil edirlər.
Bu cür demoqrafik qeyri-tarazlığı yalnız kişilər arasında qadınlara nisbətən ölüm səviyyəsinin yüksək olması ilə izah etmək düzgün omazdır. Nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycanda mühüm iqtisadi hadisələr cərəyan edir, və bu güclü iqtisadi burulğanlar müsbət nəticələrlə yanaşı, cəmiyyətə mənfi təsirlər də göstərə bilər. Bu baxımdan nəsilvermə əmsalının ən yüksək səviyyəsinə malik olan 25-35 arası yaş qruplarına aid işçi qüvvəsinin güclü miqrasiya proseslərinə cəlb olunması xüsusi olaraq vurqulanmalıdır. Rusiyada və digər MDB ölkələrində kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan həmyerlilərimiz yox olur, bunların arasında kişilər üstünlük təşkil edir, belə ki, 2004-cü ildə Azərbaycandan gələnlərin sayı ölkəyə gələnlərin sayından çox olmuşdur.
Maraqlıdır ki, Azərbaycana son iki ildə gələnlər arasında kişilər, gələnlər arasında isə qadınlar üstünlük təşkil edir. Bu tendensiya MDB ölkələrində də müşahidə olunur. Ali təhsilli, yüksək professional vərdişlərə yiyələnmiş tənha qadınlar tez bir zamanda işlə təmin olunurlar. Lakin aşağı məvacibli iş yerlərində onlar kişilər tərəfindən çox sərt rəqabətə məruz qalırlar və nəzərə alınsa ki, sahibkarlar arasında kişilər üstünlük təşkil edir, qadınlar gender bərabərsizliyinin hədəfinə çevrilir. Öncə qeyd etdiyimiz seçimlərdən ikincisini yaşayan qadınlar isə ölkəni tərk etməyə meyillidirlər – bir sıra faktlar tənha qadınların missionerlər tərəfindən Çeçenistana, Türkmənistana və bəzi ərəb ölkələrinə aparılmasını təsdiq edir. Məhz bu faktla son illərdə qadınların ölkəni tərk edənlər sırasında çoxluq təşkil etməsini izah etmək mümkündür.
Gender təhlili baxımından digər maraqlı demoqrafik istiqamət doğum haqqında əldə olunan məlumatlardır. Burada bir neçə əsas əmsallardan istifadə olunur. Doğumun ümumi əmsalı – bütün əhaliyə nisbətən uşaqdoğmanın intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq diri doğulanların sayının əhalinin orta illik sayına nisbətdir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Doğum zamanı ananın orta yaşı-cari ildə uşaq doğan bütün yaşlarda qadınların orta riyazi həddinin doğumun yaşlara görə əmsalına vurulması ilə təyin edilir. Nigaha daxil olmayan qadınlarda diri doğulanlara aild edilən doğumların qeydiyyatı zamanı uşağın doğulması haqqında akt qeydlərində ata haqqında məlumatlar, ata və ananın birgə ərizəsi, yaxud da atalığın təyin olunması haqqında məhkəmənin qərarı əsasında aparılır.
Şəhər yerlərində heç vaxt nigahda olmayan qadınlar arasında az sayda doğum halları müşahidə olunur.
Dostları ilə paylaş: |