Гендер и Цели Развития Тысячелетия



Yüklə 2,17 Mb.
səhifə40/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   ...   33   34   35   36   37   38   39   40   41
cins (sex) bioloji kateqoriya kimi – bilavasitə mövcud olan gen və genitalilərin birləşməsi, doğumdanqabaqkı, yeniyetmə çağındakı və yetgin yaşdakı hormonlar dəsti; prokreasiya (ehtimal olunduğu kimi, yuxarıda adları çəkilən xüsusiyyətlərlə konqruent və biologi kateqoriya olaraq cinsə mənsubluq təyinatı ilə) qabilliyi;

cins (sex) sosial kateqoriya kimi – dünyaya gələndən almış olduğu genitalilər tipinə əsaslanan təyinat;

cinsi (sex-gender) eynilik – özünü müəyyən bir cinsin nümayəndəsi kimi dərk etmək, bədəninin kişi və ya qadın bədəni olduğunu hiss etmək, sosial kontekstdə özünün cinsi mənsubiyyətini dərk etmək;

cins (gender) bir proses olaraq – təlim, öyrəniş, rolun qəbul edilməsi, müəyyən gender statusuna müvafiq gələn (yaxud müvafiq gəlməyən – üsyan olunarsa, yaxud qəbul olunmazsa) davranış hərəkətlərinə mənsub olmaq, həmin cinsə bioloji kateqoriya kimi mənsub olan insanın «cinsin sosial kateqoriya olaraq dərk olunması»;

cins (gender) status və struktur olaraq – fərdin gender statusu cinslər arasındakı münasibətlə bağlı ictimai strukturun, xüsusən də hakimlik və tabeçilik strukturunun, həmçinin gender fərqi ilə bağlı ev əməyinin və pullu əməyin bölüşdürülməsinin bir hissəsi kimi.

Cinslə bağlı hər hansı araşdırma apararkən onun hansı komponentinin tədqiq edildiyi müəyyənləşdirilməlidir. Eyni səviyyəli komponentlərin müqayisəsi ehtiyatla aparılmalıdır. Məsələn, əgər tədqiqat obyekti kişi və qadının statusudursa, onların müqayisəsi üçün əsas olaraq cins bioloji kateqoriya kimi götürülməməlidir, çünki məsələn, transseksual qadın gender statusuna malikdir, amma həyata gələndə qadın cinsinə aid olmamışdır. Beləliklə, gender statusunun səbəb və nəticəsini bioloji kateqoriya olan cinsə (sex) aid etmək olmaz.

Tədqiqatın mərkəzində cins bir proses kimi dayanırsa, həyata gələndən qadın cinsinə mənsub olan, qız kimi tərbiyə alan və yetgin yaşda qadına çevrilənlərin sosializasiyasını bitgin yaşda kişi statusu alanlarla (məsələn, kişi işinə düzəlmək üçün özünü kişi kimi təqdim edən yaxud cinsini dəyişməklə bağlı əməliyyat keçirənlər) müqayisə etmək faydalı olar. Eləcə də dünyaya gələndən kişi cinsinə aid olan, oğlan kimi tərbiyə alan və yetgin yaşda kişi statusu alan fərdləri yetgin yaşda qadın statusu alanlarla (həmişə transvestit və transseksual olanlar) müqayisə etmək lazımdır. Bundan sonra bütün adı çəkilən qrupların öz aralarında müqayisəsini aparmaq olar. Bu halda iki yox, dörddən altıya qədər cins ortaya çıxır.

Gender statuslarının və cinslər arasındakı fərqin əsas sayıldığı sosial institutların bir-birinə qarışması ilə əlaqədar araşdırmalarda kişi və qadınların onların gender statusuna müvafiq gəlməyən karyerasının müqayisəli təhlili verilir. Belə təhlil onların sənət seçiminə və müvafiq sənət nailiyyətlərinə eynimi, yoxsa müxtəlifmi proseslərin təsir göstərdiyini aşkar etməyə imkan verir.



... Cins (gender) sosial konstruksiya olaraq yemək istehsalında və uşaq doğulmasında maddi əsasa malikdir. Gender fərqi məhdud ehtiyatlar uğrunda əməkdaşlıq, mübadilə və rəqabətə səbəb olaraq, etibarlılıq və tərəfdaşlıq, həmçinin də münaqişələr yaradaraq sosial istehsala və iqtisadi fəaliyyətə təsir göstərir. Müəyyən cinsə, irqə, sosial sinfə mənsubluq yaxşı təhsilə, yüksək məvacibli işə, hakim səlahiyyətə sahib olmaq imkanına təsir edir. Bütövlükdə cəmiyyətdə cinsə, irqə, etnik qrupa yaxud sosial sinfə aidiyyətlik stratifikasiyanın, hakimiyyətin paylaşma strukturunun, nüfuz və mülkiyyət sisteminin əsas elementləridir.

1 Щарун Йящйа, "Нцмуняви мцсялман гадын: Щязряти Мярйям", чевирян: Елшад Мири, сящ. 43-44.

2 Ибраhим Ъанан, ""Кутуби-Сиття" тяръцмя вя шярhи", II/452.

3 Щарун Йящйа, "Гуран Мюъцзяляри", сящ. 278.

4 Ящмяд Зяки Сафвя, "Ъямщяряту Хутябил Араб", Мисир, 1962, Ы, 157.

5 Ящмяд б. Щянбял, ЫЫ, 392, 442.

6 Бухари, "Янбийа" 8, 14, 19, "Мянагиб" 1, "Тяфсири суря" (12), 2; Мцслим, "Фязаил", 168.

7 Бухари, "Ядяб", 12-13.

8 Бухари, "Щибя", 12-13; Мцслим, "Щибат", 13; Ябу Давуд, "Ъаду", 83; Яhмяд бин Щянбял, IV, 275, 278.

9 Ибни Маъя, "Ядяб", 3.

10 Ябу Давуд, "Ядяб", 130.

11 Мцслим, "ял-Бирр вяс сила вял ядяб", 149.

12

Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin