Qadın və gender tarixi. 1960-70-ci illərdə sosial tarixin köhnə milli məktəbindən metodiki və ideoloji münasibətləri ilə fərqlənən «yeni sosial tarixi» yenidən «qadın mövzu»sunu fərqli şəkildə gündəmə gətirdi. Xaricdə 1960 və 1970-ci illərin əvvəllərində humanitar və digər ictimai elmlər qadını ailə və ictimai sferada, hüquq və təhsil sistemində, siyasi elmlərdə, ədəbiyyat və incəsənətdə öyrənməyə, çoxsaylı, cavan Qərbi Avropa və Şimali Amerika tarixçiləri qadın tarixi ilə məşğul olmağa başladılar. Onlar hesab edirdilər ki, keçmişin öyrənilməsi, müasirliyin təhlili hər iki cinsi nəzərə alan informasiyaya əsaslanmalıdır. Ən əvvəl «seksual-determinal» tədqiqatları, çoxəsirlik patriarxat tarixinə yazmaq lazımdır, ədalət bərpa olunmalıdır, xüsusilə də «yaddan çıxmış» və ya «susdurulmuş» qadın tarixinə bunları daxil etmək lazımdır, çünki onların payına skeptizm düşmüşdür və hətta ənənəvi tarixçilər tərəfindən əks cinslərin fərqli statusu nəzərə alınmamışdır. Son 2-3 onillik boyu qadın tarixi bum illərini yaşadı, tam olaraq «qadın tarixi» şərti bir neçə istiqamətə bölündü. Bu istiqamətlər fərqi tədqiqatların formulirovkasında aydın görünür.
Birində, ən ilk formalaşan istiqamətdə «qadının tarixi mövcudat kimi dirçəlişi» «yaddan çıxmış» və ya «kişi tarixində» «üstündən xətt çəkilmiş» qisimdə interpretasiya edilir. Keçmiş nəsl qadınlarının qadın tədqiqatçıları tərəfindən dünyaya çıxışı «her story»-ni (qadın tarixi) yaratmağa yardım etdi.
1970-ci illərin II yarısında patriarxal strukturlu sinifli cəmiyyət, hökmran-tabeçilik, kişi-qadın münasibətində tarixin öyrənilməsi məsələsini ön plana çəkdi. Bu cərəyan «qadın tarixini» bəşəriyyət tarixinə bağlamağı öz qarşısına qoydu.
1980-cı illərdə üçüncü cərəyan gender (sosiomədəni cins) qadın tarixini öyrənmək üçün əsas mühüm kateqoriya olur. Gender tarixçilərinin tədqiqatının mərkəzi predmeti artıq qadın tarixi deyil, gender münasibətləri tarixidir, yəni bu elə bir kişi-qadın arasında olan münasibətlərdir ki, gələcək sosial təşkilatın ən mühüm aspektlərindən biridir, onun sistemli xarakteristikasını xüsusi şəkildə ifadə edir və fərdlərarası münasibəti struktura salır.
Gender tarixinin yeniləşdirilmiş variantının nəzəri, metodik vəziyyəti Amerika tarixçisi Con Skottun «Gender» məqaləsində xüsusi şəkildə ifadə olunmuşdur. Bütün bu modellərdən effektiv modelə inteqrasiya olunma prosesi praktik olaraq, konkret tarixi tədqiqata keçməsi uzun bir yoldur.
Dostları ilə paylaş: |