Гендер и Цели Развития Тысячелетия


Ümumiləşdirmə: qənaətlər və təkliflər



Yüklə 2,17 Mb.
səhifə3/41
tarix02.01.2022
ölçüsü2,17 Mb.
#2718
1   2   3   4   5   6   7   8   9   ...   41
İqtisadiyyat. Uzun müddət gender qeyri-bərabərliyi probmlemini hüquqi problem hesab etməyiblər. Bunu dərin təhlilinə başlayanda müəyyən olunub ki, kişi-qadın iqtisadi-hüquqi cəhətdən o vaxt bərabər olur ki, onu qanun dəstəkləsin. İqtisadiyyatda gender qeyri-bərabərliyi resurslarının qeyri bərabər təyin olunması, ailə daxilində iş və asudə vaxtının bölünməsi, əmək bazarında qadının diskriminasiyası (qadının az əmək haqqı olan tərəflərə sıxışdırılması), əmək haqqının ödənilməsi, işə qəbul, işdə yüksəlmək və başqa məsələlərdə mövcud olan diskriminasiyada özünü göstərir.

Qadın sosial prestijdə də kişilərdən geri qalır. Cəmiyyətdə qadın seqreqasiyası nəticəsində «qadın ixtisasları» «kişi ixtisaslarına» nisbətən az prestijlidir. Qadınlar az maaşlı işlərdə çalışmağa məcbur olurlar. Nəticədə, qadınlar o işlərdə fəaliyyət cöstərirlər ki, bu işlər kişilərin marağını çəkmir, bu onlar üçün darıxdırıcı olur və sonda qadınların əksəriyyəti perspektivsiz işlərlə məşğul olurlar.

Əsas diskriminasiyalardan biri də kişi və qadın əməyinə verilən fərqli əmək haqqıdır. Qadınlara əmək haqqı az verilir. Bundan əlavə kişilərin tam iş günü işləyib daha çox əmək haqqı qazanmaq imkanı var. Evdəki işlərin əsasən qadının çiyninə düşdüyünə görə qadın az əmək haqqlı işlərdə çalışır, daha az cazibədar işlərlə məşqul olmaq məcburiyyətində qalır.

Müasir dövrdə qadın tədqiqatçıların iqtisadiyyatda araşdırdıqları üç əsas sfera var:

1) ödənişsiz ev işinin dəyərinin ölçülməsi və qiymətləndirilməsi;

2) ailədaxili gəlir və resursların təyin olunması və həmçinin qərar qəbul etmə və idarəetmə səlahiyyəti problemi;

3) əmək bazarında gender prosesi (qadın məşğulluğu, gəlirə münasibət və əməyin ödənilməsi).

Qadın tədqiqatçıları (iqtisadi ödənişsiz əmək, ev öhdəliklərini də daxil olmaqla) təhlil üçün iqtisadi nəzəriyyələr, yeni yanaşmalar təklif edir. Bu məsələyə metodik əsaslı gender yanaşması tətbiq etməklə əməyin cinsinə görə bölünməsi kimi mürəkkəb məsələnin və onun nəticəsi olaraq iqtisadi qeyri-bərabərliyi, cəmiyyətin mövcud gender rollarına görə bölüşdürülməsi məsələləri öz həllini tapa bilər. Onlar insanın bioloji «təbiətlər»inə görə əvvəlcədən bu rolların təyin edildiyini təhlil etməyin də vaxtının çatdığını tövsiyə edirlər.




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin