Generallari


BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə31/51
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#2305
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ 
 
Sərkərdə kimi böyük şöhrət qazanmış Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskidən 
danışanda talelərində oxşarlıq olan iki məşhur musiqi xadimlərimiz yada düşür. Üzeyir bəy 
Hacıbəyov və Müslüm Maqomayev. Üzeyir bəylə Müslümün taleyindəki oxşarlıqları  hər iki 
görkəmli hərbi xadimin həyatında da  görmək olar. Onların hər      ikisi      bir      ildə   anadan   
olublar,  eyni seminariyanı bitiriblər.  Əliağa  Şıxlinski də Üzeyir bəy kimi övlad həsrətilə 
dünyadan köçdü. Tale Mehmandarova və Müslüm Maqomayevə övlad da verdi, şöhrət də. 
Amma Əliağa və Üzeyir bəyə nisbətən tez dünyadan köçdülər. 
Hər ikisi 18 yaşından əsgər çəkməsi geyindi, Peterburqda oxudular, Port-Arturda, Birinci 
dünya müharibəsində vuruşdular. Tam artilleriya generalı kimi ali rütbə aldılar. 
Birinci dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən  21-ci   
piyada diviziyasının komandanı idi. Bu   vaxtadək   həyatında   bir   çox  mühüm   hadisələr   baş  
vermişdi.  Əsirlikdən qayıdan kimi yeddinci Şərqi Sibir artilleriya   briqadasının   komandanı   
təyin edildi,  az  sonra ona    daha   məsul    vəzifə tapşırıldı. – Üçüncü Sibir ordusunun 
korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyə bu yüksək vəzifədən başqa daha iki 
böyük sevinc bəxş etdi.   Həmin il iyulun on üçündə onu general-leytenant rütbəsilə təltif etdilər. 
Noyabrın 18-də isə tale uzun intizardan sonra ona oğul payı göndərdi. Səməd bəy ona Pir adı 
verdi. Sonralar İqor adını daşıyan Mehmandarov otuzuncu illərdə general atasına görə çox 
əzablar çəkdi. 1988-ci ildə Bakıda görüşdüyüm İqor Mehmandarovun danışdığı bir epizodu heç 
vaxt unuda bilmirəm. 
- Atamdan sonra tez-tez anamı  və  məni çekaya çağırırdılar. Min cür hədələyici suallar 
verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap 
cana doyub ağlaya-ağlaya soruşdum ki, axı, məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını 
mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir? 
- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməmisiniz. 
Qəribə  məntiqdir, nə vaxtdan övlad özünə valideyn seçib?.. 1910-cu ilin ilıq may günlərindən 
birində  uzun  ayrılıqdan sonra doğma Qafqaz Səməd bəyi qəhrəman oğul kimi qoynuna aldı. O, 
Tiflisdə yerləşən birinci Qafqaz ordusunun korpusunda artilleriya rəisi təyin edildi. 
Səməd bəyi yaxından tanıyan mayor Hacıağa  İbrahimbəyli 1946-cı ildə çap etdirdiyi 
“Səməd bəy Mehmandarov” adlı kitabçasında iftixarla yazır: 
“Rəsmən hərbi akademik təhsili olmayan bir zabit yalnız böyük bacarığı sayəsində, hərbi 
xidməti çox sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq və  hərbi məharət göstərdiyinə, işinə can 
yandırdığına və son dərəcə təmiz adam olduğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi. 
Səməd bəy Mehmandarov da məhz belə bir zabit idi. 
Əla səviyyəli topçu olan Səməd bəy Mehmandarova rəsmən topçu akademik təhsili olan 
hər bir topçu, həmçinin görkəmli qoşun generalı olan hər bir ərkani hərb zabiti həsəd apara 
bilərdi”. 
Birinci dünya müharibəsi illərində general Mehmandarov bir neçə  uğurlu hərbi 
əməliyyatı yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 
1914-cü il sentyabrın on beşində keçirilən Lodz əməliyyatında general Mehmandarov 
xüsusi şöhrət qazandı. Alman generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod şəhərini 


 
85
alıb sürətlə Lodz şəhəri uğrunda  əməliyyata başladı. Güclü təzyiqlə geri çəkilən rus qoşunları 
çox ağır vəziyyətə düşmüşdü. Bütün mövqelərdən hücuma keçən almanlar dayanmadan 
irəliləyərək geri çəkilən rus qoşunlarının qabağını kəsib onları mühasirəyə almağa çalışırdı. 
Mehmandarovun iyirmi birinci piyada diviziyası  səksən birinci Abşeron, səksən ikinci 
Dağıstan, səksən üçüncü Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuşdu. Bu 
polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı. 
Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun 
diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər aldı. Səməd bəyin telefonda komandirlərə 
məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır. Hücuma keçirəm!”. 
İki rus ordusunun geri çəkildiyi belə ağır bir vaxtda Mehmandarovun diviziyası böyük bir 
iştahla irəliləyən düşmənə ağır zərbə vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən sonra 
İvanqorod  şəhərinin hüdudlarına çatıb ona həmlə etdi. Birinci dünya müharibəsi tarixində 
Mehmandarovun bu müvəffəqiyyətli  əməliyyatı alman generalı Makenzenin sürətli hücum 
planlarını puça çıxartdı. Geri çəkilən iki rus ordusunu isə mühasirəyə düşmək rüsvayçılığından 
xilas etdi.” 
Həmin  əməliyyat zamanı general Əliağa  Şıxlinski Ali baş komandan tərəfindən səhra 
toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı: 
“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və 
bu sahədə  fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu 
gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların 
vəzifəsi düzgün başa düşülmüş  və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş 
korpus top müfəttişinin təşəbbüsü yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi 
təşəbbüsünün nəticəsi idi”. 
Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi 
verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi. 
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi igidliyi və  əsgərlərlə xoş 
rəftarı haqqında onun müasirləri iftixarla söhbət açırlar. Mayor Hacıağa  İbrahimbəyli yazır ki, 
general Mehmandarov birinci dünya müharibəsi zamanı çox böyük şöhrət qazanmışdı. 
Vuruşmaların  ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlılığı  və  hədsiz qoçaqlığı rus 
ordusunda məşhur idi. 
O, təbiətən  ədalətli, namuslu, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi 
düz olmayanlara qarşı isə amansız idi. Ona tabe olanların hamısı ondan çəkinər, lakin onu sevər 
və ona inanardılar. 
Mehmandarov əsgərlərlə həmişə səmimi rəftar edər və daim onların qayğısına qalardı. 
“Mehmandarov nadir artilleriyaçıdır”. Bu sözləri Qırmızı bayraqlı Qafqaz Ordusunun 
komandanı İ.E.Yakir 1925-ci ildə “Birləşmiş Azərbaycan hərbi məktəbi”ndə müəllim işləyərkən 
generalın şəxsi işinə öz əlilə yazıb. İnqilab illərində Mehmandarovun həyatı çox təlatümlü keçib. 
Nə yeni   hökumət,   nə də onun adamları ona inanmırdılar. Hər yerdə “çar generalı” kəlmələri 
sərt  şillə kimi onun və silahdaşlarının üzünə  çırpılırdı. Həmin o narahat illərdən Səməd  bəy 
Mehmandarovun   öz əlilə doldurduğu iki vərəq kağız qalıb. Onu ilk dəfə 1988-ci il fevralın on   
səkkizində “Molodyoj Azerbaydjana” qəzetində  dərc etdirən jurnalist N. Davıdov olub. Onu   
kiçik ixtisarla sizə təqdim edirəm. 
 
 

Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin