103
1919-cu ildən sonra atam bir dəfə də olsun öz Vətəni Azərbaycanda olmamışdı. 1956-cı
ildə o, hərbi xidmətdən istefaya çıxdı. Daşkənddən Moskvaya
köçdü və burada hərbi
vətənpərvərlik işində fəal çalışdı.
Ömrünün son illərində tez-tez Vətəni Azərbaycanı xatırlar, ata-anasından, ağır uşaqlıq
illərindən qəmli əhvalatlar söylərdi. Durub-oturub xəstəlikdən şikayət edərdi. Azərbaycana gedə
bilməməyinin səbəbi də xəstəliyi idi. Vaxtilə keçdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr
atamın sağlamlığını əlindən almışdı.
Ağır xəstəlikdən sonra atam Əjdər Xaspoladov 1986-cı ildə vəfat etdi və Kuntsevo
qəbiristanlığında dəfn edildi.
Atamla işləyən hər bir şəxs
onu həddən ziyadə təmiz, düzgün və sərt, amma ədalətli
xasiyyətə malik bir adam kimi xatırlayır. İndi onun işi bir sıra hərbi hüquqşünaslara nümunədir.
Özünün səksən beş illik ömründə atam iki dəfə evlənmişdi. İkinci dəfə o, həyat yoldaşının
vəfatından sonra 1956-cı ildə evlənmişdi. Onun üç övladı - bir oğlu, iki qızı olmuşdur. Oğlu
1941-ci ildə ağır xəstəlikdən vəfat etmişdir.
Qızı və qadını Moskvada yaşayır. Üç nəvəsi var. Onların ikisi oğlan, biri isə qızdır.
İndiyədək
demək olar ki, adı heç kəsə bəlli olmayan, haqqında tədqiqat aparılmayan
xalqımızın bir general oğlu da sərkərdələrimizin sırasına qayıtdı. Onun haqqında qısa da olsa
oxuculara məlumat verdik. Əlbəttə, bununla da ilk ədliyyə generalımız Əjdər Xaspoladov barədə
tədqiqatı dayandırmayacağıq. Moskvaya və Orta Asiya respublikalarına yolumuz düşəndə onun
ailəsi ilə yaxından görüşəcəyik. Vaxtilə Böyük Vətən müharibəsi illərində birgə vuruşduğu,
işlədiyi dostlarını axtarıb tapacağıq, oxuculara daha ətraflı məlumat verəcəyik.
İnanırıq ki, bundan sonra Azərbaycan tarixində və Azərbaycan Sovet Ensiklopediyasının
sonrakı nəşrində general-mayor Əjdər Xaspoladovun həyat və fəaliyyəti işıqlandırılacaq.
Dostları ilə paylaş: