668) Marfan sindromuna xarakter olmayan əlamət hansıdır?
A) Ötürülmənin mendelizm (Mendel qanunu üzrə) xarakteri
B) Ürək-damar sisteminin inkişaf anomaliyası
C) Görmə orqanının anomaliyası
D) Xromosom sistemində anomaliyalar
E) Ucaboy
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
669) Dölün prenatal hipoplaziyası, psixomotor inkişafın ləngiməsi, fiziki inkişafdan geriqalma, alçaqboy, tez-tez mədə-bağırsaq traktının pozğunluğu (iştahasızlıq, qusma, ishal), proqressivləşən mikrosefaliya, intellektin azalması (debillik) aşağıdakı sindromlardan hansı üçün xarakterdir?
A) Sotos sindromu
B) Rassel-Silver sindromu
C) Duboviç sindromu
D) Daun sindromu
E) Kokkeyn sindromu
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
670) Aşağıdakı əlamətlərdən hansı əlavə müayinəsiz Aper sindromu diaqnozunu qoymağa imkan verir?
A) Sinofriz
B) Əldə və ayaqda total sindaktiliya
C) Akrosefaliya
D) Ekzoftalm
E) Hidrosefaliya
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
Dostları ilə paylaş: |