Sinxron RS triggerində əgər inf-ya girişlərindən 1-nə “1”-ə
uyğun siqnal verilərsə,
lakin onun sinxro girişinə sinxro impuls verilməzsə, onda trigger öz vəziyyətini dəyişmir.
Yəni əvvəlki vəziyyətində qalacaq. Bu halda S = 1, C = 0; R = 1, C = 0 halına
uyğun
gəlir. Əgər triggerin vəziyyətini “1” vəziyyətinə gətirmək istəsək onun girişinə S = 1
vermək lazımdır. Sinxro girişə isə müəyyən intervalla dəyişən sinxro takt siqnalları
vermək lazımdır. Əgər triggerə yenə də R = 1, C = 0, S = 0
versək trigger vəziyyətini
dəyişmir.
Əgər R = 1, C = 1, S = 0 olarsa triggerin çıxış vəziyyəti Q = 0,
olar.
Reqistrlər və onların təsnifatı. Yaddaş və sürüşdürücü registrlər.
Kompyuterlərdə reqistrlər demək olar ki, maşını təşkil edən bütün qurğularda istifadə
olunur. Reqistrlər sözlərin yadda saxlanılması, qəbulu və lazım gəldikdə hər hansı bir
obyektdən digər obyektə ötürmək üçün istifadə olunur. Bununla yanaşı reqistr sxemləri 2-
lik kod çevriciləri kimi də istifadə oluna bilər. Reqistrdə yerinə yetirilən əməliyyat yalnız
2-lik modluna görə aparılır. Reqistr sxemləri bizə məlum olan triggerlər üzərində qurulur
və reqistrlərin mərtəbələrinin sayı həmin reqistrləri təşkil edən triggerlərin sayı ilə
müəyyən olunur. Yəni trigger əgər 1 bit informasiyanı yadda saxlayırsa,
N mərtəbəli
reqistrdə m bit informasiya yazmaq mümkün olur. İşləmə prinsipinə görə reqistrlər
3 növ
olur:
Dostları ilə paylaş: