Gömrük işi Hazırladı: L. M. Hüseynova


Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
Gomruk-isi1

Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması (157). 
       
Gömrük  orqanları  təsdiq  etdikləri  gömrük  bəyannaməsində  göstərilən 
məlumatların,  onunla  birgə  təqdim  olunan  sənədlərin  düzgünlüyünü,  müvafiq  malları 
yoxlamaq,  malların  bəyan  edildiyi  gömrük  rejiminin  tətbiqi  üçün  Gömrük  Məcəllənin 
maddəsinə  əsasən  çatışmayan  başqa  sənədlərin  təqdim  olunmasını  tələb  etmək, 


128 
 
malların  gömrük  ekspertizası  üçün  onlardan  prob  və  nümunələr  götürmək  hüququna 
malikdirlər.  
Gömrük  bəyannaməsində  göstərilən  məlumatların  gömrük  orqanları  tərəfindən 
yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi  qüvvəyə malikdir. 
Yoxlamanın  nəticələrindən  malların  yerləşdirildiyi  gömrük  rejiminin  tətbiqi 
məqsədi ilə istifadə olunur. 
Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı 
yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük  əməliyyatları 
bəyannaməçinin  özü  tərəfindən,  yaxud  onun  məsuliyyəti  altında  həyata  keçirilir.  Bu 
zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir. 
Gömrük  orqanları  müəyyən  edilmiş  hallarda  mallardan  prob  və  nümunələri 
bəyannaməçinin,  mallar  barəsində  səlahiyyəti  olan  digər  şəxslərin  və  ya  onların 
nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.  

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin