5.Əlavə, dövri və natamam bəyannamələr. (156) Gömrük Məcəllənin maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük rejimi üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Natamam bəyannamədə
gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan
məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada və müddətdə təqdim edilməlidir. Əlavə, dövri və natamam bəyannamələrin
formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.