(Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-215-ci maddələrinə, “Mülki
dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı
haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli
Qanununa, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların
siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565 nömrəli
Qanununa, “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə
işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 42 nömrəli Qərarı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı
ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların
Siyahısı"na əsasən)
Ölkə ərazisinə gətirilməsi qadağan olunmuş mallar:
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr ;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə
üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
110
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması
texnologiyasına aid materiallar;
Beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:
- yuxarıda qeyd olunan ölkə ərazisinə gətirilməsi qadağan olunan mallar;
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- insan orqanları və (və ya) toxumaları;
- canlı heyvanlar;
- tezalışan maddələr;
- zəhərli və toksikoloji maddələr;
- bioloji və infeksion maddələr;
- civə (ртуть), kimyəvi reaktivlər və turşular;
- tez xarab olan qida məhsulları;
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə
yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab
olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər.
Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar:
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji
kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi
obyektləri;
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı);
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş
xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə
üçün ləvazimat;
111
- əxlaq pozğunluğunu, zorakılığı, təbliğ və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması
texnologiyalarına aid materiallar;
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət
Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya
sistemləri, sənədləri və arxivləri;
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar (изобретение), layihələr;
- Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və
cüyür (косуля) buynuzları;
- müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq
mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının
milli mədəniyyət əmlakı Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan
obyektlər;
- məlumat daşıyıcılarının məzmununun oxunması halı mümkün olmadıqda, onlar
Azərbaycan Respublikasının gömrük sərhədindən buraxılmır;
- silah və onun döyüş sursatlarının fiziki şəxslər tərəfindən göndərilməsinə yol
verilmir.
Beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar:
- yuxarıda qeyd olunan ölkə ərazisindən aparılması qadağan olunan mallar;
- pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
- insan orqanları və (və ya) toxumaları;
- canlı heyvanlar;
- tezalışan maddələr;
- zəhərli və toksikoloji maddələr;
- bioloji və infeksion maddələr;
- civə, kimyəvi reaktivlər və turşular;
112
- insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyyatını təhqir edən
materiallar;
- tez xarab olan qida məhsulları;
- öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada
bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına
və ya çirklənməsinə səbəb olan göndərişlər;
- təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
- odlu silah və onun döyüş sursatı;
- Dövlət gerbi həkk (гравировка) olunmuş sənədlərin əsli;
- dövlət kəmiyyət vahidləri etalonları;
- Dövlət Arxiv Fondunun sənədləri.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsinə məhdudiyyət qoyulan mallar.
- hərbi silah və sursat istehsal etmək üçün avadanlıq;
- döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq;
- xidməti və mülki silah;
- kosmik-peyk rabitə vasitələri, xüsusi məxfi rabitə vasitələri və şifrləri, bu
vasitələrin və şifrlərin istehsalı üçün nəzərdə tutulan avadanlıq;
- qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft
məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı
vasitələri;
- ionlaşdırıcı şüa mənbələri, o cümlədən radioaktiv maddələr, belə mənbələrin və
maddələrin istehsalı üçün nəzərdə tutulan avadanlıq, təsərrüfat-məişət və tibbi
əhəmiyyətli aparatlar istisna olmaqla, şüa verən aparatlar;
- qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün
avadanlıq;
- qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan
113
narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin
istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq;
- partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar;
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar;
- narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya
zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq;
- gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr;
- radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu
radioqəbuledici qurğular;
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən güc meyarı
həddindən artıq olan radioötürücülər;
- əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq
işçilərinin fərqlənmə nişanlan olan hərbi və xüsusi geyim formaları;
- elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan
genetic modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi
metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.
Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsi Qaydaları:
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə avtonəqliyyat vasitələri gətirilərkən,
gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə,
qanunla müəyyən edilmiş digər tələblərə və təsdiqedici sənədlərə uyğun olaraq gömrük
ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada həyata keçirilir.
Sükanı sağ tərəfdə olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına
gətirilməsi və dövlət qeydiyyatına alınması qadağandır.
Xarici dövlətlərdə daimi qeydiyyatda olmayan və ya qeydiyyatdan çıxarılmış
avtonəqliyyat vasitələrinin (tranzit qaydada keçən avtonəqliyyat vasitələri istisna
olmaqla) gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilmir.
114
Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal
mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (упряжь)
(yarımqoşqularının) qeyrirezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük
ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin
uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük
borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən
artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığ olmayan
şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında
qərarda göstərilən müddətə icazə verilir.
Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər
tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci
maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün
təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin
avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.
Müvəqqəti qeydiyyat vaxtı bitdikdə, avtonəqliyyat vasitələri gömrük ərazisindən
geri aparılmalı və ya xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun
gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş qaydada rəsmiləşdirilməlidir.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasında daimi qeydiyyatda olan
avtonəqliyyat vasitələrinin 2 (iki) il müddətinə gömrük ərazisindən kənara müvəqqəti
aparılmasına və ya qeydiyyatdan çıxarılması şərtilə daimi aparılmasına icazə verilir.
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən tranzit
keçirilməsi və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına
çatdırılması həmin avtonəqliyyat vasitələrinin digər şəxslərin istifadəsinə və ya
sərəncamına verilməmək şərtilə 72 saat ərzində yerinə yetirilməlidir.
Gömrük ərazisinə 30 (otuz) gündən artıq müddətə müvəqqəti gətirilmiş
avtonəqliyyat vasitələrinə müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat
nişanlarının verilməsi nəqliyyat vasitələrinin geriyə qaytarılması barədə onun sahibinin
öhdəçilik götürməsilə və müvafiq gömrük orqanı tərəfindən gömrük vəsiqəsi (müvafiq
icazə sənədi) tərtib edilməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının
115
Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan
tərəfindən həyata keçirilir.
Gömrük ərazisinə daimi gətirilmiş avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatının
aparılması, daimi uçota alınması, dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat
nişanlarının verilməsi müvafiq gömrük orqanı tərəfindən gömrük vəsiqəsi tərtib
edilməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən həyata keçirilir.
Fiziki şəxslər tərəfindən mülki silahların, onların döyüş sursatlarının Azərbaycan
Respublikasına gətirilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti altı aydır. Xidməti
və mülki silah, onların döyüş sursatları Azərbaycan Respublikasının gömrük
ərazisinə rezidentlər tərəfindən gətirilə bilər.
Qeyri-rezidentlər
tərəfindən
mülki
(гражданский)
silah
Azərbaycan
Respublikasına yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada silah sərgisində və ya
idman yarışlarında istifadə edilməsi və ov edilməsi məqsədilə müvəqqəti gətirilə bilər.
Xidməti və mülki silahlara dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
verdiyi xüsusi icazə etibarnamə ilə başqa fiziki və ya hüquqi şəxsə verilə bilməz.
Qeyri-rezidentlər vətəndaşı olduğu dövlətlərin nümayəndəliyinin vəsatətinə
(ходотайство) əsasən Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xüsusi icazəsi əsasında
alındığı vaxtdan beş gündən gec olmayaraq Azərbaycan Respublikasının gömrük
ərazisindən kənara çıxartmaq şərti ilə mülki silahları, onların döyüş sursatlarını əldə
edəbilərlər. Alınan silahların və onların döyüş sursatlarının Azərbaycan Respublikasının
ərazisindən aparılma müddəti pozularsa, həmin silah və döyüş sursatları müsadirə olunur.
Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi Qaydaları:
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mədəniyyət sərvətləri
gömrük orqanına mütləq yazılı formada bəyan edilməlidir. Milli mədəniyyət əmlakı olan
sərvətlər Azərbaycan Respublikasının gömrük ərazisindən kənara, yalnız müvəqqəti sərgi,
qastrol səfərləri, prezentasiya, bərpa işləri və beynəlxalq mədəniyyət tədbirlərinin
keçirilməsi zamanı bir qayda olaraq il ərzində altı aydan çox olmamaq şərti ilə buraxılır.
Milli arxiv fonduna daxil olan sənədlərin orijinalları və ya onları əvəz edən nüsxələri
müəyyən olunmuş qaydada ən çoxu üç ay müddətində Azərbaycan Respublikasının
116
hüdudlarından kənara çıxarıla bilər. Azərbaycan Respublikasının gömrük sərhədindən
mədəniyyət sərvətlərini müvəqqəti keçirən şəxs Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gömrük orqanına onların geri qaytarılması
haqqında öhdəlik təqdim etməlidir.
Malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyyanetməsi.
Suallar:
1. Bəyanetmə gömrük rəsmiləşdirilməsinin əsas mərhələsi kimi.
2. Bəyanetmə formaları və gömrük bəyannaməsinin verilmə müddəti.
3. Yük gömrük bəyannamələrinin doldurulması qaydaları.
4. Sadələşdirilmiş bəyannamələr.
5. Əlavə, dövri və natamam bəyannamələr.
6. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və
malların yoxlanılma müddətləri.
7. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın
gömrük orqanlarına təqdim edilməsi.
1. Gömrük Qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi
icraatı və gömrük nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat
vasitələri barədə səhih məlumatların müəyyən edilmiş formada gömrük orqanlarına elan
edilməsi başa düşülür. (146.)
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:
1)
mal və nəqliyyay vasitələri – Az R-nın gömrük sərhədindən
keçirildikdə;
2)
malların yerləşdirildiyi gömrük rejimi bu və ya digər səbəbdən
Gömrük Məcəlləsinin maddələrinə müvafaiq olaraq dəyişdirildikdə;
117
3)
Az R-sı Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
Bəyanetmə gömrük-tarif tənzimlənməsi mexanizmi üçün birinci dərəcəli
əhəmiyyət kəsb edir. Ilkin gömrük tarif münasibətlərində gömrük vergi və rüsumlarının
ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük
bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.
Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan
sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi
internet saytlarında yerləşdirilir.
Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət
zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının
xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir.
Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük
prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük rejiminə
uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.
Gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud
onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.
Gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər
qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun
adından çıxış edən şəxs tərəfindən verilməlidir.
Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri
aşağıdakılardır:
- malları və nəqliyyat vasitələrini Gömrük Məcəllədə nəzərdə tutulan qaydada
bəyan etmək;
-malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;
118
- gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük
orqanlarına təqdim etmək;
- gömrük ödənişlərini ödəmək;
- gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.
Bəyannaməçinin gömrük bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən
əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları
ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək
hüququ vardır.
Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə
olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük rejimi
altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim
oluna bilər.
2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində
yazılı formalarda və ya müvafiq malların gömrük rejimi altında yerləşdirilməsinə şərait
yaradan digər üsullarla da həyata kecirilə bilər.
Dostları ilə paylaş: |