Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt
Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur
bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər
üçün ayrılmış yerlərdə aparılır.
88
Gömrük rəsmiləşdirilməsi gömrük orqanının müəyyən edilmiş iş vaxtı ərzində
həyata keçirilməlidir. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı
iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bununla belə gömrük
orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar
saatlarda aparıla bilər. Bunun üçün maraqlı şəxs bu halda meydana çıxan bütün xərcləri
ödəməlidir. Başqa yerlərdə və iş vaxtından kənar vaxtda da aparılan gömrük
rəsmiləşdirilməsi əməliyyatları üçün ikiqat haqq alınır.
Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı
kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına
həvalə edə bilər.(106.)
Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların
nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
Gömrük orqanlarının tələb etdikdə, Gömrük Məcəllənin 107.1-ci maddəsində göstərilən
şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu işdə
gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.
Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və
nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri
gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və
nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada
müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən
qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin
açılmasını təmin etməlidir.
Daşıyıcının və onun nəqliyyat vasitələrinin Gömrük Məcəllənin tələblərinə cavab
verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların
daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə
gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara
aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam
etdirilir.
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə
nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb
olmamalıdır.
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.
89
Az R-sı gömrük sərhədindən boru kəməri həqliyyatı və elektrik ötürücü xətləri
üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat DGK-nin 03 iyun 1997-
ci il tarixli 561 saylı əmri ilə təsdiq edilmişdir.
Əgər mallar gömrük sərhədindən keçənədək birdən artıq nəqliyyat növündən
istifadə edilirsə, ixracatçi yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirildiyi zonaya
nəzarət edən gömrük orqanına, gömrük nəzarəti həyata keçirən gömrük orqanı
tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannaməsinin bu orqan tərəfindən təstiq edilmiş
sürətini təqdim etməlidir.
Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük
rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı
tərəfindən həyata keçirilməlidir.
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Az R-nın Qanunvericilik
aktlarına uyğun olmalıdır.
Az R-da idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları Az R-sı Prezidentinin
24 iyun 1997-ci il tarıxli 609 saylı Fərmanı ilə təsdiq olunmuşdur.
Qaydalarda
nəzərdə
tutulan
hallarda
xarici
ticarət
əməliyyatlarının
rəsmiləşdirilməsi üçün rezidentlər İqtisadi İnkişaf Nazirliyinə aşağdakı sənədlər təqdim
etməlidirlər:
İxrac əməliyyatlar üzrə:
- xarici şəxslərlə bağlanmış müqavilə;
- istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə;
- ixrac qiymətini əsasalndırma arayışı.
Idxal əməliyyatları üzrə:
-xarici şəxslərlə bağlanmış müqavilə;
- istehsalçı və ixracatçı arasında bağlanmış müqavilə;
- idxal qiymətini əsaslandırma arayışı;
- əməliyyatın maliyyələşdirilmə mənbəyi haqqında məlumat.
Iqtisadi İnkişaf Nazirliyi müvafiq sənədlərin qəbul olunması barədə rezidentləri
yazılı surətdə xəbərdar etməlidir.
Bu Qaydalarda nəzərdə tutulmuş hallarda İqtisadi İnkişaf Nazirliyində bağlanmış
müqavilələrin ekspertizası keçirilərkən onların Az R-nın Qanuncericiliyinə və beynəlxalq
90
hüquq qaydalarına uyğunluğu araşdırılmalı və Az R-nın iqtisadi maraqlarının gözlənilməsi
yoxlanılmalıdır.
Bu Qaydalard nəzərdə tutulan hallarda xarici ticarət əməliyyatlarının
rəsmiləşdirilməsi üçün rezidentlər gömrük orqanlarına aşağıdakı sənədləri təqdim
etməlidirlər.
Ixrac əməliyyatları üzrə:
- hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş kodu;
- xarici şəxslərlə bağlanmış müqavilə;
- ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə
müvəkkil bankın sənədi;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərancamı vəya İqtisadi
İnkişaf Nazirliyinin müsbət reyi;
- gömrük yük bəyannaməsi.
Idxal əməliyyatları üzrə:
- bağlanmış müqavilə;
- gömrük yük bəyannaməsi;
- invoys – idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;
- yol-nəqliyyat sənədləri;
- malın mənşəyini təsdiq edən sənəd;
- malın keyfiyyət sertifikatı;
- malın uyğunluq sertifikatı;
- bu Qaydalarda nəzərdə tutulan hallarda Nazirlər Kabinetinin sərəncamı və ya İqtisadiyyat
vəSəyə Nazirliyin ekspertizasının müsbət reyi.
Lazımı sənədlər təqdim olunduqdan sonra müqavilələrin qeydiyyatı İqtisadiyya
Sənaya Nazirliyində 3 iş günü ərzində həyata keçirilir.
Ixrac və idxal əməliyyatları üzrə tələb olunan sənədlər təqdim olunduqdan sonra
gömrük orqanları həmin sənədləri rəsmiləşdirib 24 saat ərzində malların buraxılmasını
təmin etməlidir.
DGK-si bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın
15-dən gec olmayaraq Az R-nın Nazirlər kabinetinə, İqtisadiyat və Sənayə Nazirliyinə,
Maliyyə Nazirliyinə, Baş Dövlət Vergi Müfəttişliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət
antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinə, və Mərkəzi Banka müəyyən edimiş
formada məlumat verir.
91
Malların təhlükəsizliyini və onların müəyyən edilmiş tələblərə uyğun olduğunu təstiq
edən sənəd – sertifikasiya sistemi qaydalarına əsasən verilmiş sertifikat hesab edilir.
Sertifikat bir nüsxədə verilir.
Sertifikatlaşdırılması məcburi olan mallar sərbəst dövriyyə üçün buraxılış, təkrar
idxal, daxildə emal, xaricdə emal gömrük prosedurları altında yerləşdirilmiş mallar yalnız
sertifikatlar gömrük orqanlarına təqdim edildikdən sonra buraxılır.
Seçilmiş gömrük prosedurundan asılı olmayaraq aşağıdakı mallar sertifikatsız
buraxılır:
- xarici dövlətlərin təmsilçiliklərinin və beynəlxalq dövlətlərarası təşkilatlarının və onların
personallarının rəsmi istifadəsi üçün nəzərdə tutulan mallar;
- fiziki şəxslər tərəfindən gətirilən, istehsalat və kommersiya fəaliyyəti üçün nəzərdə
tutulmayan (müəyyən hədlərdən artıq olan mallar istisna olmaqla) mallar.
Heyvandarlıq məhsullarının bütün növləri hər hansı nəqliyyat vasitəsi ilə idxal və
ixrac olunduqda məcburi baytarlıq nəzarətindən keçməlidir. Heyvanların, heyvandarlıq
məhsullarının və yemlərin dövlət sərhədindən buraxılmasına, yalnız sərhəd baytarlıq
nəzarət məntəqələri təşkil edilmiş yerlərdə yol verilir.
Karantin nəzarətinə cəlb edilən malların ixracı yerli karantin müfəttişliyi tərəfdən
verilən fitosanitar sertifikatların müşayiəti ilə aparılır.
Malları gömrük ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük
ərazisinin qalan hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq
gömrük orqanına məlumat verməlidir (117).
Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların
iş vaxtında gətirilməlidir. Gömrük orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından
kənar saatlarda da gömrük ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə
gətirilmiş mallardan gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.
Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar
gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.
Mallar və nəqliyyat vasitələri, Az R-sı gömrük orqanına təqdim edildiyi andan
onların büraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək gömrük nəzarəti
altında müvəqqəti saxlanca verilir.
92
Müvəqqəti saxlanc, xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa
yerlərdə həyata keçirilir.
Az R-sı gömrük orqanları və ya Az şəxsləri müvəqqəti saxlanc anbarı təsis edə
bilər.
Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanından lisenziya alındıqdan
sonra müvəqqəti saxlanc anbarı təsis edilə bilər.
Müvəqqəti saxlanc anbarları acıq tipli (bütün mallar üçün istifadə oluna bilən) və
qapalı tipli (saxlanması xüsusi şərait tələb edən mallar üçün) ola bilər.
Az R-sı gömrük orqanları tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarları açıq
tipli anbarlardır.
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbara qoyan
şəxslərlə qarşılıqlı münasibətləri müqavilə əsasında tənzimlənir.
Mallar və nəqliyyat vasitələri müvəqqəti saxlanc anbarına qoyularkən Az R-sı
gömrük orqanları bir qayda olaraq malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi
üçün kifayət edən sənədləri, o cümlədən gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici
dillərin birində tərtib edilmiş sənədləri tələb edir.
Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri aşağıdakılardır:
-anbarı gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazım olan şəkildə
hazırlamaq;
- anbarda saxlanan malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar
götürülməsinə yol verməmək;
- gömrük nəzarətinin həyata keçirilməsi üçün cətinlik yaratmamaq;
- Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
saxlanılan malların və nəqliyyat vasitələrinin uçotunu aparmaq və onlar barədə Az R-sı
gömrük orqanlarına hesabatlar təqdim etmək;
- anbarda saxlanılan mallar və nəqliyyat vasitələrinin yanina qanunvericilikdə
nəzərdə tutulan hallar istisna ediməklə üçüncü şəxslətin daxil olmasına yol verməmək;
- müvəqqəti saxlanc anbarı təsis edilməsi üçün verilən lisenziya şərtlərinə riayət
etmək;
93
-gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Az R-sı
gömrük orqanları vəzifəli şəxslərinin malların və nəqliyyat vasitələinin yanına
buraxılmasını təmin etmək, müvəqqəti saxlanc anbarlarında əvəzsiz olaraq yer və rabitə
vasitələri verilməsi də daxil olmaqla onların qanuni tələblərini yerinə yetirmək.
Az R-sı gömrük orqanları müvəqqəti saxlanc anbarının quruluşu, avadanlığı və
yerləşdiyi yerlərə aid tələbləri müəyyən etmək hüququ vardır.
Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti (179)
onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı
tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük
orqanı həmin müddəti Gömrük Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət
çərçivəsində uzadır. 179.2 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət
müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru
altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.
Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa
çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya
gömrük anbarında yerləşdirilməlidir.
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların
mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala
bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin
dəyişdirilməsinə yol verilmir.
Müvəqqəti saxlanc anbarındakı mallarla aşağıdakı əməliyyatlar aparıla bilər:
- müvəqqəti saxlanc anbarının sahibi, mallar barədə səlahiyyətli olan başqa şəxs
və onların nümayəndələri tərəfindən malların nəzərdə keçirilməsi və ölçülməsi;
- Az R-sı gömrük orqanının ücazəəsi ilə həmin mallardan prob və nümünələr
götürülməsi;
Qablaşdırma zədələrinin qüzəldilməsi də daxil olmaqla, həmin malların dəyişməz
halda qalmasının təmin edlməsi üçün zəruri olan digər əməliyyatlar aparılması.
2. Mövcüd qanunvericiliyə uyğun olaraq yaradılmış və DGK-dən lisenziya almış
hüquqi şəxslər gömrük brokeri ola bilərlər. Gömrük brokeri ilə onun təmsil etdiyi şəxs
arasındakı qarşılııqlı münasibətlər, notarius tərəfindən təstiq edilmiş müqavilə ilə
94
tənzimlənir. Belə müqavilələr ikitərəfli olub, konsensual müqavilə növünə aid edilir və
ödənc xarakterlidir.
Broker xidməti üzrə müqaviləyə görə gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığı
və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər
vasitəçilik əməliyyatları apara bilər. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
əməliyyatları zamanı, o malların əsil sahibi qədər onun vəzifələrini yerinə yetirir və
məsuliyyət daşıyır.
Nəzərə alaq ki, gömrük brokeri təmsil etdiyi şəxsin tapşırığını yerinə yetirərkən
təmsilçinin deyil, öz adından çıxış edir, bu halda broker xidməti göstərilməsi barədə
müqavilədən doqan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruq:
1. gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında;
2. gömrük brokeri ilə üçüncü şəxslər arasında;
3. təmsil olunan şəxslə üçüncü şəxslər arasında (məsələn, broker lisenziyasının
fəaliyyəti dayandırıldıqda).
Gömrük brokerinin gömrük orqanları qarşısında hüquqları, vəzifələri və
məsuliyyəti təmsil etdiyi şəxslə bağladığı müqavilə ilə məhdudlaşmır. Gömrük brokerinin
fəaliyyəti lisenziyalaşdırılır. Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanından
lisenziya almış hüquqi şəxs olan müəssisələr gömrük brokeri ola bilər.
Gömrük brokeri kimi fəaliyyət göstərmək hüququ verən lisenziya almaq üçün
aşağıdakılar tələb olunur:
-
ştatında gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatına malik
mütəxəssislərin olması;
-
sığorta məbləği qanunla müəyyən edilmiş minimum əmək haqqı
məbləğinin on min mislindən az olmamaqla öz fəaliyyəti üçün sığorta
müqaviləsi bağlamaq;
-
gömrük brokeri kimi fəaliyyət göstərmək üçün kifayət qədər maddi-
texniki təçhizata malik olmaq;
-
gömrük nəzarəti altında olan mallarla aparılan əməliyyatları dəqiq və
dolğun əks etdirən uçot və hesabat aparılmasını təmin etmək üçün
şəraitin olması.
Gömrük brokerinin təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından
gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər
vasitəçilik funksiyalarını yerinə yetirmək hüququ vardır. Gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi həyata keçirilərkən gömrük brokeri Az R-nın gömrük sərhədindən
95
müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələrini yerinə yetirir bə həmin şəxs
kimi məsuliyyət daşıyır.
Gömrük brokerinin təmsil etdiyi şəxslə müqaviləsində Az R-sı gömrük orqanları ilə
münasibətlər, hüquqlar, vəzifələr və məsuliyyətlər məhdudlaşdırıla bilməz.
Gömrük daşıyıcısı Az R-sı Qanunvericiliyinə uyğun olaraq yaradılan, DGK
tərəfindən gömrük nəzarəti altındakı yüklərin daşınması üçün lisenziya verilmiş hüquqi
şəxsdir. Qeyd etmək lazımdır ki, o malları gömrük müşayiəti olmadan və gömrük
ödəncləri ödəmədən daşıyır. Gömrük daşıyıcısından istifadə həm könüllü, həm də
məcburi ola bilər. Gömrük daşıyıından könüllü istifadə o zaman olur ki, marağı olan şəxs
gömrük daşıyıcısının xidmətindən gömrük orqanını xəbərdar etməklə şəxsi təşəbbüsü
əsasında istifadə etsin.
Gömrük orqanının vəzifəli şəxsi daşınan malların xarakteri və statusu barədə
məlumata əsaslanaraq, gömrük qanunvericiliyinin pozulmasının mümkünlüyünü güman
etdikdə, daşınmanın spesifikasını nəzərə alaraq gömrük rəsmiləşdirilməsi mərhələsində
həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar qəbul edə bilər. Belə
daşınma məcbüri xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan şəxs
gömrük orqanlarının qəbul etdiyi qərara etinasiz qala bilməz.
Gömrük orqanının gömrük daşıyıcısından istifadə edilməsi barədə qərarı həm
daşıyıcı, həm malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir.
Belə qərar adi daşıyıcısının, mal göndərən və malalanın tərəfindən gömrük daşıyıcısının
istifadəsi ilə meydana çıxmış xərclərinin ödənməsi üçün əsas ola bilər.
Aşağıdakı mallar barədə gömrük orqanı, hətta gömrük ödəncləri ödənməsinin
təminatı olduqda belə, gömrük daşııcısından istifadə edilməi üçün qərar verə bilər:
1. Az R-sı ərazisinə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş mallar
(gömrük orqanları arasında daşınması zərurəti yaranandıqda);
2. Lisenziyaşdırlmalı, sertifikatlaşdırılmalı və dgər orqanların nəzarətinə cəlb
edilməli (əgər belə nəzarət heyata keçirilməmişsə) mallar.
BYD kitabçaları tətbiq edilməklə və gömrük müşayiəti zamanı gömrük
daşıyıcısından istifadə edilməsi məcburiyyəti tətbiq edilmir.
Gömrük daşıyıcısına tələbləri texniki və maliyyə tələbləri olmaqla iki qrupa
bölmək olar.
96
Gömrük daşıyıcısı ödəmə qabiliyyətli olmalıdır. Onun maliyyə imkanları tələb
olunana bütün gömrük ödənclərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir.
Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müavilə bağlamalıdır.
Texniki tələblərə gəlincə, gömrük daşıyıcısının nəqliyyat vasitələri gömrük
orqanları tərəfindən müəyyən edilmiş “Gömrük möhür və plombları altında malların
daşınması üçün nəqliyyat vasitələrinin təchiz edilməsi və onların yük daşınmasına
buraxılması qaydalarına” uyğun olmalıdır.
Malgöndərən və gömrük daşıyıcısı arasındakı münasibətlər müqavilə əsasında
qurulur. Bağlanmış müqavilədə digər müddəalarla bərabər, gömrük nəzarəti altında
malların daşınması ilə bağlı gömrük daşıyıcısının xərclərinin ödənilməsi də tənzimlənir.
Müailə ilə təsbit edilmiş hüquq və vəzifələrindən başqa gömrük daşıyıcısı aşağıdakı
öhdəlikəri də yerinə yetirilməlidir:
1. malları təyinat gömrük idarəsinə onların tarası və ya mövcüd halı
dəyişilmədən çatdırmalı;
2. gömrük orqanları tərəfindən müəyyən edilmiş çatdırılma müddətlərinə və
hərəkət marşrutuna riayət etməli;
3. malları ə sənədləri təyinat gömrük mənəqəsinə yetirməli, lazım gəldikdə
təqdim etməli;
4. gömrük nəzarəti altında olan mallarla birgə digər mallar daşımamalı;
5. gömrük nəzarəti altındakı daşımaların uçotunu aparılmalı, gömrük
orqanlarına müvafiq hesabat verməli;
6. mal göndərəndən alınmış kommersiya, bank, qanunla qorunan digər sirləri
açıqlamamalı;
7. malları təyinat gömrük məntəqəsinə çatdırıqdan sonra, onları nəzarətsiz
qoymamalı, dayanacaq yerini dəyişdirməməli, malları boşaltmamalı və başqa
nəqliyyat növünə yükləməməli, qablaşdırılmanı pozmamalı, gömrük
eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir.
Bu öhdəliklərin pozulmasına görə o zaman məsuliyyət müəyyən olunmur ki,
gömrük daşıyıcısı nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün, həmçinin, mal və
nəqliyyat vasitəsinin məhv edilməsinə görə real təhlükə yarandığını sübut etmiş olsun.
Gömrük daçıyısı malların çatdırıldığı yerdə müvəqqəti saxlanca və ya mallara
görə səlahiyyətli şəxsə verilənə qədər gömrük ödənclərinin ödənilməsinə məsuliyyət
daşıyır. Əgər gömrük daşıyıcısı malları gömrük orqanının icazəsi olmadan vermişsə,
97
gömrük ödənclərinin ödənməsi sərbəst dövriyyə üçün buraxılış və ya ixrac gömrük
prosedurunda tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur.
3. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası (111)
Az gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük
rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər.
Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat
vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi
informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının
ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi
güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
Gömrük Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük
rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün
göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların
təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş
avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar
yardım yükü hesab olunur.
Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəllədə nəzərdə tutulan
sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır. Yardım yüklərinə ticarət
siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.
Belə malların rəsmiləşdirilməsinin prioritetliyi – gömrük orqanlarına təqdim
edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.
Sadələşdirilmiş qayda mal müşayiət, nəqliyyat və digər sənədlərin – (əgər bu
sənədlərdə daşıyıcının, mal göndərən və alan şəxslərin barəsində və həmcinin malların
özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə məlumatlar varsa), gömrük orqanlarına
təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.
98
Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini,
təqdim edilən sənədlərin lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət
qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlavə sənədlər
tələb edə bilərlər. Sadələşdirilmiş qayda deklaranta xeyli vaxta qənaət etməyə imkan
verir.
Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və sürətləndirilməsi məqsədi ilə aparılır.
Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab
edilir.
Ilkin əməliyyatlar gömrük sərhədinə Az ərazisinə gətirilməsi qadağan edilmiş mal
və nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir. Bu mərhələdə
mallar gömrük məqsədləri üçün identifikasiya edilir.
Ilkin əməliyyatlara aşağıdakılar aiddir:
- Az R-nın gömrük sərhədindən kecmə barədə və ya malların, nəqliyyat
vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Az R-sı gömrük
orqanlarına məlumat verilməsi;
- malların, nəqliyyat vasitələrini və onlara aid sənədlərin gömrük orqanının
müəyyən etdiyi yerlərə çatdırılması;
- mallar və nəqliyyat vasitələrini çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim
edilməsi.
Bir qayda olaraq, yalnız faktiki gömrük ərazisinə daxil olmuş yüklər bəyan
edilməlidir. Deklarant mal göndərişinin bir hissəsini – hətta bu hissə tam göndərişin digər
hissələri ilə bir vaxtda və eyni xarici ticarət müqavilə əsasında göndərilmiş və ünvana tez
çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz.
Helə gəlib çatmamış malların bəyan edilməsini istisna etmək məqsədi ilə yüklərin
gömrük rəsmiləşdirilməsinin ilkin əməliyyatlarına mal və nəqliyyat vasitələrinin gömrük
nəzarətinə təqdim edilməsi prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən
malların və nəqliyyat vasitələrinin catdırıldığı barədə gömrük orqanlarının xəbərdar
edilməsi ilə ifadə olunur. Iş vaxtından sonra gəlmiş mal və nəqliyyat vasitələri gömrük
nəzarəti zonasında yerləşdirilməlidir.
Mal və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi andan buraxılana
qədər gömrük nəzarəti altında müvəqqəti saxlancda qalır.
99
Malların və nəqliyyat vasitələrinin nəzarətsiz qoyulması, ilkin yerlərinin
dəyişdirilməsi, yüklənməsi, boşaldılması, qablaşdırmalların açılması və yenidən
qablaşdırma, eyniləşdirmə vasitələrinin dəyişdirilməsi və məhv edilməsi, sərnişinlərin
düşürülməsi kimi əməliyyatlar yalnış Az R-sı gömrük orqanlarının icazəsi ilə aparıla bilər.
Bir qayda olaraq, gömrük rəsmiləşdirilməsi mərhələsində yüklər bağlı nəqliyyat
vasitələri ilə daşınmalıdır. Ağır yüklü və iriqabaritli yüklər və topa daşınan (ğum, çınqıl və
s.) yüklər açıq nəqliyyat vasitələrində daşına bilər. Belə hallarda gömrük orqanı bu
malların dəyişdirilməsinə imkan verməmək üçün lazımi tədbirlər görməlidir.
Dostları ilə paylaş: |