Gömrük işi Hazırladı: L. M. Hüseynova


Gömrük  rəsmiləşdirilməsi  –



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   2   3   4   5   6   7   8   9   ...   26
Gomruk-isi1

Gömrük  rəsmiləşdirilməsi  –  mal  və  nəqliyyat  vasitələrinin  Gömrük  Məcəlləsinin 
tələblərinə  uyğun  olaraq  müəyyən  gömrük  proseduru  altında  yerləşdirilməsi  və  bu 
prosedurun təsirinin bitirilməsi əməliyyatlarının məcmusudur. 
Gömrük  rəsmiləşdirilməsi,  həmçinin  mal  və  nəqliyyat  vasitələrinin  Az  gömrük 
sərhədindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət 
tənzimləmə  vasitələrinin  tətbiq  edilməsi  məqsədi  ilə  gömrük  orqanının  vəzifəli  şəxsləri 
tərəfindən aparılan əməliyyatların məcmusu kimi də başa düşülə bilər. 
Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəllə və gömrük işi üzrə digər qanunvericilik 
aktları ilə müəyyən edilmiş qaydada aparılır.(102)  
Gömrük  rəsmiləşdirilməsinin  hüquqi  tənzimlənməsi  qanunvericilik  aktları  ilə 
yanaşı beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. 
Gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  və  sürətləndirilməsi  məqsədi  ilə 
bağlanılan  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  bir  sıra  dövlətlərdə  gömrük 
rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.  
Gömrük  Məcəlləyə  əsasən  ayrı-ayrı  gömrük  əməliyyatı  ve  ya  gömrük  proseduru 
ilə  bağlı  gömrük  orqanının  icazəsi  tələb  olunursa,  həmin  icazə  onun  alınması  üçün 


87 
 
müəyyən  edilmiş  şərtlərin  yerinə  yetirilməsindən  dərhal  sonra  verilməlidir.  Gömrük 
Məcəlləyə  əsasən  ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya gömrük proseduru  ilə  bağlı  gömrük 
orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsinin  xüsusiyyətləri  (103) 
aşağıdakılardan asılı olaraq fərqləndirilir: 
- gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;  
-gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə 
görə;  
-malları keçirən şəxsə görə.  
Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük 
rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.             
Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və 
nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  ilə  bağlı  bəyannamə  və  ya  müvafiq 
sənədləri  təqdim  etdiyi,  yaxud  Gömrük  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  gömrük 
rəsmiləşdirilməsini  həyata  keçirmək  barədə  niyyətini  şifahi  formada  gömrük  orqanına 
bildirdiyi vaxtdan başlanır. (104.) 
Malların  müvafiq  gömrük  proseduru  altında  yerləşdirilməsinə  dair  tələblərə 
uyğun  olaraq  zəruri  gömrük  əməliyyatları  yerinə  yetirildikdən  və  bu  Məcəllədə  nəzərdə 
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.  
Gömrük  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və 
nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış 
mallardan  və  nəqliyyat  vasitələrindən  istifadə  edilməsi  və  onlar  barəsində  sərəncam 
verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin