Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   2   3   4   5   6   7   8   9   ...   26
Gomruk-isi1

Təkrar  idxal    -  ixrac  olunmuş  mallar  ixrac  edildiyi  vaxtdan  3  (üç)  il  ərzində  eyni 
vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir 
hissəsi  qaytarıldıqda,  onların  idxal  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə  azad 
edilməklə və ticarət  siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır. 
(165) 
Malların gömrük  ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa 
şəxs  tərəfindən  həyata  keçirildiyi  zaman  gömrük  orqanları  malların  təkrar  idxalına  DGK 
tərəfindən müəyyən edilmiş hallarda icazə verir. 
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  onların  ixracı 
zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib bildirilməməsindən 
asılı olmayaraq icazə verilir. 
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  nəzarətin  təmin 
edilməsi  məqsədi  ilə  gömrük  orqanlarının  təkrar  idxal  olunan  malların  gömrük  
ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. 
  Daxili malların ixracı (127). 
Gömrük    ərazisindən  kənarda  daimi  qalması  üçün  aparılan  daxili  mallar  ixrac 
gömrük proseduru altında yerləşdirilir.  
Ixrac gömrük proseduru altında yerləşdirilməsi aşağıdakı mallara tətbiq edilmir: 
-  son  istifadə  və  ya  xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallara;  


63 
 
- daxili  tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 
130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara. 
Xarici  mallar  gömrük    ərazisindən  aparıldıqda,  gömrük  orqanları  onların  ixrac 
rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək 
üçün təkrar ixrac bildirişi verirlər.  
 Bu şərtlər aşağıdakı mallara tətbiq edilmir:  
-  gömrük    ərazisindən  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək keçirilən mallara;   
-  sərbəst  zona  daxilində  bir  nəqliyyat  vasitəsindən  digərinə  boşaldılıb  yüklənmiş, 
yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara; 
-  müvəqqəti  saxlanc  yerlərindən  birbaşa  təkrar  ixrac  edilən,  müvəqqəti  saxlanc 
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara. 
Təcrübədə malların təkrar ixracı ömrük prosedurunun iki tipindən istifadə edilir: 
-  bəyan edilmiş təkrar ixrac; 
-  faktiki təkrar ixrac. 
Bəyan  edilmiş  təkrar  ixracda  mallar  ilk  dəfə  Az-nın  gömrük  ərazisinə  gətirilərkən, 
gömrük orqanlarına  bilavasitə və yalnız təkrar ixrac üçün gətirildiyi bəyan edilir. Bu halda 
idxal rusum və vergiləri tutulmur, iqtisadi siyasət tədbirləri tətbiq edilmir. 
Faktiki  təkrar  ixrac  tipində  Az-nın  gömrük  ərazisinə  gətirilən  malların  təkrar  ixrac 
üçün  gətirilmiş  olması  bəyan  edilmir.  Onlar  əvvəlcə  digər  gömrük  prosedurları  altında 
yerləşdirilə  bilər,  bir  şərtlə  ki,  onlar  xarici  mallar  olaraq  qalırlar.  Malların  milli  gömrük 
ərazisinə  bu  cür  gətirilməsi  zamanı  gömrük  rusum  və  vergiləri  ödənilmişsə,  bu  məbləğlər 
təkrar ixrac zamanı aşağıdakı şərtlər daxilində geri qaytarılır: 
-  təkrar ixrac olunan mallar, təbii aşınma və normal şəraitdə daşınma zamanı ola 
biləcək təbii itkilər nəzərə alınmaqla, gətirilmə anındakı halda olmalıdır; 
-  təkrar ixrac gətirilmə anından keçən iki il müdətində həyata keçirilməlidir; 
-  təkrar ixrac edilən mallar qazanc məqsədi ilə istifadə edilməmiş olmalıdır. 


64 
 
Adətən, təkrar ixraca icazə gömrük ödənclərinin, mal və nəqliyyat vasitələrinin girov 
qoyulması,  bank  və  digər  kredit  təşkilatlarının  zəmanəti,  tələb  olunan  məbləğin  depozitə 
qoyulması yolu ilə ödənilməsinin təmin edilməsi şərti ilə verilir. 
Az-nın  gömrük  ərazisinə  gətirilən,  gömrük  rəsmiləşdirilməsi  zamanı  təkrar  ixrac 
məqsədləri  üçün  gətirildiyi  bəyan  edilən  malların  təkrar  ixrac  gömrük  proseduru  altında 
yerləşdirilməsinə aşağıdakı tələblərə riayət edilməsi şərti ilə icazə verilə bilər: 
-malların  bilavasitə  və  yalnız  təkrar  ixrac  məqsədi  ilə  gətirildiyini  təsdiq  edən 
müqavilələrin gömrük orqanına təqdim  edilməsi (iki xarici ticarət kontraktı- idxal və ixrac 
üçün); 
- maraqlı şəxsin malların gömrük ərazisindən çıxarılacağı barədə öhdəliyi; 
-  təkrar  ixrac  məqsədi  ilə  malları  gətirən  təşkilatın  həmin  malların  müəyyən  edilən 
müddətdə  çıxarılacağı,  malların  Az-nın  gömrük  ərazisində  qalacağı  təqdirdə  tələb  edilən 
rüsum  və  vergilərin  ödəniləcəyi  barədə  zamənət  məktubunun  gömrük  orqanına  təqdim 
edilməsi(zəmanət öhdəliyi forması əlavə edilir). 
Təkrar  ixrac  məqsədi  ilə  gətirilməsi  bəyan  edilmiş  mallar,  onların  təcili  aparılması 
mümkün olmayan hallarda – yalnız gömrük anbarlarında və gömrük anbarı prosedurunun 
tələbləri  yerinə  yetirilməklə  saxlanıla  bilər.  Təkrar  ixrac  məqsədilə  gətirilmiş  malların 
gömrük  rəsmiləşdirilməsi  zamanı  malı  gətirən  şəxs  müvafiq  gömrük  orqanına  müraciət 
etməlidir.  Az-can  R-nın  gömrük  ərazisinə  təkrar  ixrac  üçün  gətirilmiş  malların  bu  ərazinin 
hüdudlarından  kənara  aparılması  DGK  tərəfindən  “İcazə  vərəqəsi”  verildikdən  sonra 
rəsmiləşdirilir. 
“İcazə  vərəqəsi”  almaq  üçün  DGK-nə  edilmiş  müraciətlə  birgə  aşağıdakı  sənədlər 
təqdim edilməlidir: 
-  təkrar ixrac məqsədilə gətirilmiş malların idxal yük-gömrük bəyannaməsi; 
-  yol-nəqliyyat sənədləri (qaimə); 
-  invoys; 
-  bağlanmış müqavilə; 
-  malın keyfiyyət və mənşə sertifikatları; 
-  malın dəyərinin qabaqcadan ödənilməsi və ya akkreditiv açılması barədə bank 
sənədi; 
-  təkrar  ixrac  məqsədilə  gətirilmiş  malı  rəsmiləşdirilmiş  gömrük  əməkdaşının 
şə
xsi nöməli möhürü ilə təsdiq olunmuş yazılı rəyi; 
-  malların təkrar ixracına icazə verilməsi üçün lazım olan digər sənədlər. 


65 
 
 
Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il  ərzində gömrük  ərazisindən təkrar ixrac 
olunan  mallar  müvafiq  icra  hakimiyyəti  orqanının    (Nazirlər  Kabineti)  müəyyən  etdiyi 
şərtlərə  cavab  verdikdə,  həmin  malların  idxalı  üçün  ödənilmiş  gömrük  rüsumları  və 
vergilər qaytarılır.  
Malların  təkrar  ixrac gömrük  proseduru  altında  yerləşdirilməsi qaydalarını  Nazirlər 
Kabineti müəyyən edir. 
Gömrük    ərazisindən  malların  aparılması  üçün  gömrük  bəyannaməsi  və  ya  təkrar 
ixrac  bildirişinin  tələb  olunmadığı  hallarda  gömrük  orqanlarına  qısa  ixrac  bəyannaməsi 
təqdim edilməlidir.  
Riskin  təhlili  və  gömrük  nəzarətinin  düzgün  tətbiqi  üçün  zəruri  olan  məlumatları 
özündə əks etdirən  qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, 
elektron sənəd formasında təqdim edilir.  
Qısa  ixrac  bəyannaməsi  gömrük  orqanlarına  kağız  üzərində  yazılı  formada  da 
təqdim  edilə  bilər.  Həmin  bəyannamə  risklərin  idarə  olunmasını,  məlumatların  gömrük 
orqanları  arasında  mübadiləsini  elektron  formada  verilən  qısa  ixrac  bəyannaməsinə 
analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur. 
Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər: 
- malları gömrük  ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan 
şəxs; 
- malları ixrac edən və ya göndərən, yaxud bu şəxsin adından çıxış edən digər şəxs; 


66 
 
-  malları  səlahiyyətli  gömrük  orqanına  təqdim  edən  və  ya  təqdim  etməli  olan 
istənilən şəxs. 
 Müvəqqəti ixrac   
Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında 
yerləşdirilir.  Bu  mallardan  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydalara  uyğun 
olaraq  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə,  yaxud  qismən  azad  edilməklə, 
habelə  ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən  gömrük  ərazisindən  kənarda  istifadə 
olunur.  
Malların  müvəqqəti  ixrac  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
Gömrük Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir.  
Həmin  qaydalarda  malların  müvəqqəti  ixrac  gömrük  proseduru  altında 
yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.  
Müvəqqəti  idxal  (ixrac)  proseduru  elə  tələblər  müəyyən  edir  ki,  onlara  riayət 
edilməsi  xarici  malların  Az-can    gömrk  ərazisində,  Az-can  mallarının  isə  ondan  kənarda 
müvəqqəti  istifadəsinə,  iqtisadi  siyasət  tədbirləri  tətbiq  etmədən  və  gömrük  rüsum  və 
vergiləri ödəmədən yol verilmiş olsun. 
Müvəqqəti idxalın (ixracın) müstəril gömrük proseduru kimi əhəmiyyəti beynəlxalq 
əməkdaşlığın ticarət və digər formalarının inkişafına olan tələblərlə müəyyən edilir. 
Bu  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  statusu  və  eləcə  də 
prosedurunun  məzmunu,  malların  gömrük  ərazisində  və  kənarda  yerləşməsi  və 
istifadəsinin  müvəqqəti  xarakteri  ilə  müəyyən  edilir.  Həmçinin  müvəqqəti  idxal  (ixrac) 
edilən  malların  gömrük  rüsum  və  vergilərindən  tamamilə  və  ya  qismən  azad  edilməsi  də 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  hal  təbii  olaraq  baxılan  prosedurunun  tətbiq  edilməsi 
sahəsinə  müəyyən  sərhədlər  qoyulmasını  tələb  edir.  Elə  sərhədlər  ki,  onlardan  kənarda 
prosedurunun  tətbiqi  ölkə  iqtisadiyyatı  üçün  mənfi  nəticələrə  gətirib  çıxara  bilər.  Belə  ki, 
xarici  malların  gömrük  ərazisinə,  hətta  zamanla  məhdudlaşdırılmış  buraxılışı,  məsələn, 
emal  əməliyyatlarında  istehsal  vasitələri  və  ya  komplektləşdirici  kimi  istifadə  edilməsi  – 


67 
 
istehsalçıların 
mənafeyinə 
zərbə 
vuraraq 
iqtisadiyat 
daxilikonyunkturaya 
his 
olunacadərəcəə təsir göstərə bilər. 
Belə əməliyyatların aparılması qanunvericiliklə qadağan olunmur. Lakin onlar bu iş 
üçün  məxsusi  müəyyən  edilmiş  prosedu  –  emal  prosedurunun  çərçivəsində  nəzərdə 
tutulur.  
Müvəqqəti idxal (ixrac) prosedurlarının tətbiqi müəyyən güzəştlər verməklə, xarici 
ölkələrlə  iqtisadi,  mədəni,  qumanitar  əlaqələrin  inkişafı  üçün  əsaslandırılmamış  əngəlləri 
aradan  qaldırmağa  imkan  verir.  Eyni  zamanda  milli  iqtisadiyyatın  müdafiəsi,  ölkənin 
təhlükəsizliyinin  təmin  edilməsi  məsələləri  bu  prosedurundan  istifadə  edilməsinin  dəqiq 
hüquqi qəliblərinin (модель) müəyyən edilməsini tələb edir. 
Təbii  aşınma  və  ya  mallardan  istifadə  edilməsi  nəticəsində  dəyişikliklər,  habelə 
normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə, müvəqqəti idxal (ixrac) edilən 
mallar dəyişməz halda geri qaytarılmalıdır. Nazirlər Kabineti: 
- müvəqqəti idxala (ixracına) icazə veriməyən malların kateqoriyalarını; 
-  müvəqqəti  idxal  (ixrac)  edilən  malların  gömrük  rüsumları  və  vergilərinin 
ödənilməsindən tamamilə və ya qismən azad edilməsi qaydalarını müəyyən edir. 
DGK bu prosedur üzrə aşağıdakı səlahiyyətləri yerinə yetirir: 
-geri  aparılma  barədə  öhdəliklər  verilməsi  və  gömrük  ödənclərinin  ödənilməsinin 
təmin edilməsi hallarını müəyyən edir; 
- müvəqqəti idxal (ixrac) əməliyyatlarına icazə verilməsi qaydalarını müəyyən edir; 
-bəzi  kateqoriyalı  mallar  üçün  müvəqqəti  idxalın  (ixracın)  hüdud  müddətlərini 
dəyişdirir. 
Gömrük  Məcəlləsinə  görə  müvəqqəti  idxalın  (ixracın)  müddəti  iki  ildən  artıq 
olmamalıdır.  Gömrük  orqanları  malların  bu  gömrük  prosedurun  altında  yerləşdirilməsinə 
icazə  verərkən,  konkret  müddət  müəyyən  edir.  Bu  müddət  ərzində  mallar  onlarn 
daşınmaında məqsədləri və şəraiti nəzərə alınmaqla, müvəqqəti olaraq gömrük ərazisində 
(ya  ondan  kənarda)  qala  bilərlər.  Bununla  belə  müvəqqəti  idxal  (ixrac)  üçün  müddətin 
uzadılması imkanı nəzərdə tutulur. Müddətin uzadılması qaydası DGK tərəfindən müəyyən 
olunur. Ayrı-ayrı mal kateqoriyaları üçün daha az və daha çox müddət müəyyən edələ bilər. 


68 
 
Gömrük  Məcəlləsi  müvəqqəti  idxal  (ixrac)  prosedurunun  iki  tipini  müəyyən  edir: 
gömrük rüsum və vergilərindən tam azad edilməklə və qismən azad edilməklə tətbiq edilən 
gömrük proseduru. 
Müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsum və vergilərindən qismən azad 
edilməsinin mexanizmi aşağıdakıları nəzərdə tutur: 
-hər  ay  (natamam  ay)  ümumi  məbləğin,  yəni,  əgərmüvəqqəti  idxal  proseduru  ilə 
rəsmiləşdirilmiş  mal  sərbəst  dövriyyə  üçün  buraxılma  gömrük  proseduru  altında 
yerləşdirildiyi  zaman  olsaydı,  benefisiarın  ödəməlu  olduğu  gömrük  rüsum  və  vergilərinin 
yekun miqdarının 3 faizi qədər (dövri ödənc) ödənilir; 
-göstərilən  məbləğ  idxal  (ixrac)  gününə  qüvvədə  olan  vergiqoyma  stavkalarına 
əsasən müəyyən edilir; 
müəyyən  edilmiş  gömrük  ödəncləri  ödənc  gününə  olan  kursa  görə  ABŞ  dolları  ilə 
hesablnır və qabaqcadan, müvəqqəti idxala (ixraca) icazə verən gömrük orqanının müəyən 
etdiyi müddətdə, lakin 3 aydan artıq olmayaraq, ödənilir; 
-dövri  ödənilən  (hər  ay  3  faiz)  gömrük  ödəncləri  müəyyən  müddətdən  sonra 
sərbəst dövriyyəyə buraxılış gömrük proseduru üçün nəzərdə tutulmuş ödənclərin məbləği 
ilə  bərabərləşsə  və  əgər.  müvəqqəti  idxal  (ixrac)  prosedurunda  rəsmiləşdirilmiş  mallar 
iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilməsi  nəzərdə  tutulmursa,  həmin  mallar  avtomatik 
olaraq sərbəst dövriyyə üçün buraxılmış sayılır; 
-dövri gömrük ödənclərinin ödənilməsinə görə məsuliyyəti malları gətirən (aparan) 
şəxs daşıyır. 
Gömrük  Məcəlləsi  müvəqqəti  idxal  (ixrac)  prosedurunun  tətbiqinin  icazəvermə 
qaydasını  müəyyən  edir.  Həmcinin  mühüm  əhəmiyyə  kəsb  edən  məhdudlaşdırma  tədbiri 
müəyyən  edilir:  malların  eyniləşdirilməsini  təmin  etmək  mümkün  olmadıqda,  bu 
prosedurun tətbiqinə icazə verilmir. 
 
3.  Beynəlxalq  tranzit  (174)  xüsusi  gömrük  proseduru  xarici  malların  gömrük 
rüsumları,    əlavə  dəyər  vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq 
olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.  


69 
 
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması aşağıdakı qaydada həyata keçirilir:  
- malların daşınması gömrük  ərazisindən kənarda başlanır, yaxud başa çatır; 
- malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük  ərazisindən 
kənar  ərazidən keçməklə baş verir. 
Yuxarda qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir: 
- beynəlxalq tranzit xüsusi gömrük proseduru; 
-  beynəlxalq  gömrük  tranziti  üzrə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələr; 
-  mallar  Ümumdünya  Poçt  İttifaqının  Aktları  əsasında  hüquqlara  malik  olan  və 
öhdəliklər  daşıyan  subyektlər  (poçt  rabitəsi  operatorları)  tərəfindən  və  ya  onlar  üçün 
beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı 
halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi. 
Daxili  malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi 
hallarını və şərtlərini Nazirlər Kabineti müəyyənləşdirir.  
Xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  rezidentlərin  mənafeyinə  zərər  vuran 
ayrı-seçkilik  və  digər  iqtisadi  siyasət  tədbirlərinə  cavab  kimi,  müvafiq  icra  hakimiyyəti 
orqanı  həmin  dövlətlərin  və  müvafiq  beynəlxalq  təşkilatlara  daxil  olan  dövlətlərin 
mallarının  gömrük  ərazisindən  beynəlxalq  tranzitinə  qadağalar  və  məhdudiyyətlər  tətbiq 
edə bilər.  
Malların  beynəlxalq  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.  


70 
 
Daxili tranzit (175) xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən 
gömrük    ərazisinin  bir  yerindən  başqa  yerinə  daşınmasıdır.  Qeyd  edilən  daşınma  poçt 
sistemi daxilində daşınan mallara da şamil edilir.  
Malların  daxili  tranzit  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  daşınması 
gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.  
4. Saxlanc xüsusi gömrük prosedurunun (176) əhatə dairəsi. 
Saxlanc  xüsusi  gömrük  proseduru  müvəqqəti  saxlanc  və  gömrük  anbarı 
prosedurlarından  ibarətdir.  Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  
yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal 
üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan 
gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. 
Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru 
və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. 
Daxili  malların  saxlanc  xüsusi  gömrük    proseduru  altında  yerləşdirildiyi  halları  və 
şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Saxlanc xüsusi gömrük  prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 
-  müvəqqəti  saxlanc  və  ya    gömrük  anbarı  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;  
- malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;  
-  gömrük  və  ya  müvəqqəti  saxlanc  anbarlarının  təsisi  ilə  əlaqədar  verilmiş 
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. 


71 
 
Prosedur  sahibi  malların  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilməsindən  irəli  gələn  öhdəliklərini  yerinə  yetirməməsinə 
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru (178). 
Başqa  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün  bəyan  edilmə  halları  istisna 
olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar 
onun  tərəfindən  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək 
bəyan edilir:  
-  sərbəst  zonaya    birbaşa  gətirilmə  istisna  olmaqla,  gömrük  ərazisinə  gətirilən 
mallar;  
- sərbəst zonadan gömrük  ərazisinin digər hissəsinə gətirilən mallar;  
- barəsində beynəlxalq  tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu 
əvəz edən tranzit sənədi qəbul edilir. 
Gömrük  orqanları  prosedur  sahibindən  yarana  biləcək  gömrük  borcuna  görə 
təminat tələb etmək hüququna malikdirlər. 
Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirmək  və  ya 
həmin  prosedur  altında  saxlamaq  mümkün  olmadıqda,  gömrük  orqanları  mallarla  bağlı 
vəziyyəti tənzimləmək  üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. 
Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma    müddəti  onların  və 
istifadə  olunan  nəqliyyat  vasitəsinin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük 
bəyannaməsinin  təqdim  olunması  üçün  lazım  olan  vaxt  nəzərə  alınmaqla  gömrük orqanı 
tərəfindən müəyyən edilir. Prosedur sahibinin  əsaslandırılmış müraciəti olduqda, gömrük 


72 
 
orqanı həmin müddəti Gömrük Məcəllənin maddələrində göstərilən müddət çərçivəsində 
uzadır. 
Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  ayrı-ayrı  malların  xassələrindən  və 
xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, 
malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox 
olmamalıdır.  
Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  qalma  müddəti  başa 
çatanadək  başqa  gömrük  proseduru  altında  yerləşdirilmək  üçün  bəyan  edilməli  və  ya 
gömrük anbarında yerləşdirilməlidir.  
 Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud 
vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi  əməliyyatlara məruz qala bilərlər. Belə 
hallarda  malların  xarici  görünüşünün  və  texniki  göstəricilərinin  dəyişdirilməsinə  yol 
verilmir.  
Müvəqqəti  saxlanc  anbarlarının  tiplərinə,  quruluşuna,  təchizatına,  orada 
yerləşdirilən  mallarla  əlaqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük 
nəzarətinin  həyata  keçirilməsinə,  anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.  
Xarici  mallar  gömrük  anbarı  (181)  xüsusi  gömrük  proseduru  altında  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  lisenziyası  olan  şəxslərin  gömrük  anbarlarında 
gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.  
Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən 
malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.  
Başqa  mallara  ziyan  vura  bilən  və  ya  xüsusi  saxlanc  şəraiti  tələb  olunan  mallar 
anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır. 


73 
 
Gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  gömrük 
anbarından  müvəqqəti  çıxarıla  bilər.  Fors-major  halları  istisna  edilməklə,  həmin  malların 
gömrük  anbarından  müvəqqəti  çıxarılılması  üçün  gömrük  orqanlarının  icazəsi  tələb 
olunur.  
Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla 
əlaqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük  nəzarətinin  həyata 
keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 
Gömrük  orqanları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:  
- daxili malların saxlancına;  
-  malların  daxildə  emal  və  ya  son  istifadə  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına. 
Mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək    3    (üç  il) 
müddətində saxlanıla bilər.  
Müvafiq  icra  hakimiyyəti  orqanı  bu  müddəti  malların  ayrı-ayrı  kateqoriyaları  üzrə 
məhdudlaşdıra bilər. 
Bu müddət başa çatanadək mallar başqa gömrük proseduru  altında yerləşdirilmək 
üçün  bəyan  edilməlidir.  Bu  müddət  başa  çatdıqdan  sonra  qeyd  olunan  tələb  yerinə 
yetirilmədikdə,  həmin mallar barəsində müəyyən edilmiş qaydada sərəncam verilir.  
Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin 
Gömrük  Məcəlləyə  uyğun  olaraq  satışından    əldə  edilən  məbləğ  onların  daşınması, 
saxlancı  və  satışı  ilə  bağlı  xərclər  və  ödənilməli  olan  gömrük  ödənişləri  çıxıldıqdan  sonra 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.  
 5. Sərbəst zonanın müəyyən edilməsi (184). 


74 
 
Müvafiq  icra  hakimiyyəti  orqanı  (Az  R-nın  Prezidenti)  gömrük    ərazisində  sərbəst 
zona yarada və ləğv edə bilər.  
Az  R-nın  Prezidenti  hər  bir    sərbəst  zonanın  sahəsini,  onun  giriş  və  çıxış 
məntəqələrini müəyyənləşdirir.  
Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri 
gömrük orqanlarının nəzarəti altında olur.  
Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri 
Gömrük  Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş 
qaydada  gömrük  nəzarətindən  keçməlidirlər.  Gömrük  orqanlarının  icazəsi  əsasında 
sərbəst  zonaya  gətirilmiş  mallarla  adi  əməliyyatlar,  o  cümlədən  onların  qorunması, 
qablaşdırılması,  keyfiyyətinin  yaxşılaşdırılması  məqsədi  ilə  qablaşdırma  yerlərinin 
qruplaşdırılması,  çeşidlənməsi,  markalanması  və  yenidən  qablaşdırılması  həyata  keçirilə 
bilər. 
Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır. Sərbəst zonada 
kommersiya  və  digər  fəaliyyət  növləri  gömrük  orqanlarına  müəyyən  edilmiş  formada  
əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir. 
Az  R-nın  Prezidenti  malların  xassələrini  və  xüsusiyyətlərini,  gömrük  nəzarətinin 
tələblərini,  təhlükəsizlik  və  mühafizə  tədbirlərini  nəzərə  almaqla,  müəyyən  fəaliyyət 
növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.  
Sərbəst  zonaya  gətirilmiş  mallar  aşağıdakı  hallarda  gömrük  orqanlarına  təqdim 
edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:  
- gömrük  ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;  
- digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst 
zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;  


75 
 
- idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən 
azad  edilməyə  əsas  vermiş  qərarın  tətbiqi  məqsədi  ilə  sərbəst  zona  xüsusi  gömrük 
proseduru altında yerləşdirildikdə.  
Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, 
habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi  gömrük  proseduru 
altında yerləşdirilmiş hesab edilmir.Yuxarda qeyd olunmuş hallar istisna edilməklə, sərbəst 
zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru 
altında yerləşdirilmiş hesab edilir:  
-  mallar  sərbəst  zonaya  daxili  olduğu  vaxtdan,    əgər  onlar  artıq  digər  gömrük 
proseduru altında yerləşdirilməyibsə; 
-  tranzit  proseduru  başa  çatdığı  vaxtdan,  əgər  mallar  dərhal  növbəti  gömrük 
proseduru altında yerləşdirilməyibsə. 
Malların  sərbəst  zona  xüsusi  gömrük  proseduru  altında  qalması  müddəti 
məhdudlaşdırılmır.  
Şəxslərin müraciəti  əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının 
müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:  
- sərbəst zonaya gətirilən daxili malların;  
- sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;  
- sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.   
Xarici  mallar  sərbəst  zonada  olduğu  müddətdə  sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük  proseduru,  daxildə  emal,  müvəqqəti  idxal  və  ya  son  istifadə  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilə  bilər.  Belə  hallarda  mallar  sərbəst  zona  xüsusi  gömrük 
proseduru altında yerləşdirilmiş  hesab edilmir. 


76 
 
Sərbəst zonada yerləşən mallar gömrük  ərazisindən ixrac və təkrar ixrac edilə və ya 
gömrük  ərazisinin digər hissəsinə gətirilə bilər.  
Mallar sərbəst zonadan gömrük  ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa 
gömrük  proseduru  altında  yerləşdirildikdə,  onların  daxili  statusu  Gömrük  Məcəllənin 
maddələrinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə 
təsdiq edilənədək xarici mallar hesab edilir.  
Qanunvericilik  aktları  ilə  nəzərdə  tutulmuş  hallarda  ixrac  gömrük  rüsumlarının 
alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi 
ilə  mallar,  onların  daxili  statusunun  olmadığı  müəyyənləşdirilənə  qədər,  daxili  mallar 
hesab edilir. 
Sərbəst  zona  ləğv  edildikdə,  şəxslərə  malların  gömrük  ərazisində  yerləşən  digər 
sərbəst  zonaya  aparılması  və  ya  başqa  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
kifayət qədər vaxt verilməlidir.  
6. Müvəqqəti idxal xüsusi gömrük proseduru  və onun əhatə dairəsi. (192).         
Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında 
yerləşdirilir.  Bu  mallardan  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydalara  uyğun 
olaraq  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə,  yaxud  qismən  azad  olunmaqla, 
habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.  
Mallar  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydalara  uyğun  olaraq  gömrük 
rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və 
aksizlərdən də azad edilirlər.  
Müvəqqəti  idxal  xüsusi  gömrük  prosedurundan  yalnız  aşağıdakı  şərtlər  daxilində 
istifadə olunur: 


77 
 
- müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal 
istifadə  nəticəsində  baş  verən  dəyişikliklər  istisna  olmaqla,  onların  hər  hansı  başqa 
dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;  
- müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş  mallar təkrar ixrac 
edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;  
-  gömrük  qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  prosedur 
sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.  
Malların  müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi 
qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq 
müqavilələrin  müddəaları,  malların  xassələri  və  xüsusiyyətləri,  onlardan  istifadə  şərtləri 
nəzərə alınmalıdır.  
Müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  təkrar 
ixracının  və  ya  növbəti  gömrük  proseduru  altında  yerləşdirilməsinin  müddətini  gömrük 
orqanları  müəyyənləşdirirlər.  Bu  müddət  müvəqqəti  idxal  xüsusi  gömrük  prosedurunun 
məqsədi üçün kifayət qədər olmalıdır. 
Malların  eyni  məqsəd  üçün  və  eyni  şəxsin  məsuliyyəti  altında  olmaqla,  müvəqqəti 
idxal  proseduru  altında  yerləşdirilə  biləcəyi  maksimum  müddət  24  (iyirmi  dörd)  ay təşkil 
edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və 
daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.  
Şəxs  göstərilən  müddət  ərzində  müvəqqəti  idxal  xüsusi  gömrük  prosedurunun 
məqsədinə  nail  olmadıqda,  gömrük  orqanları  onun  əsaslandırılmış  müraciəti  üzrə  həmin 
müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər 
uzadır.  


78 
 
Nəzərdə  tutulmuş  müddət  başa  çatanadək,  müvəqqəti  idxal  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirilmiş  mallar  təkrar  ixrac  edilməli  və  ya  başqa  gömrük 
proseduru altında yerləşdirilməlidir. 
Gömrük  rüsumlarından  və  vergilərdən  qismən  azad  edilməklə    müvəqqəti    idxal 
xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və 
vergilər  üzrə  aylıq  ödənişlərin  məbləği,  onların  müvəqqəti  idxal  proseduru  altında  
yerləşdirildiyi  tarixdə  sərbəst  dövriyyəyə  buraxılışı  üçün  ödənilməli  olan  gömrük 
rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.  
Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi 
gömrük    proseduru  altında  yerləşdirilmiş  mallara  görə  alınan  gömrük  rüsumlarının  və 
vergilərin  ümumi  məbləği,  onların  müvəqqəti  idxal  proseduru  altında  yerləşdirildiyi 
tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin 
məbləğindən artıq olmamalıdır.  
Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və 
ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin