toxunduğuna görə oradakıların etirazına səbəb oldu...
***
- Azərbaycan Nəhzəti- Cəfər Mehdi Niya öz kitabında jurnalist Kərim Roşəniyandan belə nəql edibdir: (1323- dən sonrakı
illərdə)...Cəməiyyətlərdən biri «Azərbaycanın vəziyyəti, və Azərbaycanlıların istəkəlrinin yerinə yetirilməsini dövlətdən təqaza
etmək» mövzusunda qəzetçiləri müzakirə etəməyə çağırmışdır. Darya qəzetinin müdiri Ərsəncanı gedəbilməyəcək idi, mən onun
kartı ilə cəməiyyətin yerinə (Fərhəng Xiyabanında) getdim. ... Doktor Müsəddiq, Zəkauldovlə Ğəffarı və Şeyx Hüseyn Lənkəranı
və bir çox tanınmış adamlardan bu iclasa gəlmişdilər.... Cabbar bağçaban və bir neçə nəfər başqa Azərbaycanlı
jurnalistlərdən çox coşğunluqla çıxış etdilər. Onların sözlərindən, Azərbaycan nehzəti ilə müvafiq olduqları anlaşılırdı
...
(Zendegiye siyasiye Rəzmara. Negareş və təlife Cəfər Mehdiniya Tehran 1363)
*** *
... Şehriyarın«Heydər Baba» əsərinin çapdan çıxması bir il olar olmaz Tehranda bir qrup Azərbaycan aydınları tərəfindən
« Heydər Baba dərnəyi » adında bir ədəbi- mədəni ocaq yarandı. Maarif və ədəbiyyat xadimlərindən qocaman maarifçı
«dilsizlər və sağırlar» məktəbinin banısı Mirza Cabbar Bağçaban (Əsgərzadə) Doktor Səlamullah Cavıd, Bulud Qaraçorlu
Səhənd, Doktor Əli Azəri, Doktor Hüseynquli Katibi, Gəncəli Səbahı və mən də dərnəkdə iştirak edirdik. Sonralar Əli Təbrizi,
Savalan və başqaları da qoşuldular... Neçə il sonra «Yadiy əz Heydər Baba» kitabı nəşr edildi.» «Böyük milli şaır və ictimai
xadim Etimad Natiq də dərnəyin çox ciddi və yorulmaz davamçılarından biri idi.» (
7
) (
Doktor M. Ə. Fərzanə
)
«... 1963-cü (1342) ildə Dəstur- Zəban (Dili bilgisi) kitabımı Təbrizin Şəms yayınları çap etdi. Kitabın bir neçə cildini imzalayıb
dərnəyin üzvlərinə töhfə apardım. Dərnəyin ağ-saqqalı Mirza Cabbar Bağçaban ayağa qalxıb cibində olan pulları mizin
üstünə boşaldıb başqa əzadan da belə etmələrini istədi. Mən də əlimi cibimə uzaldanda əlimdən yapışıb qoymadı və dedi: xahiş
elirəm bu pulları kitabın çap etməsi məxaricinə yardım kimi götür... Mən əlini öpüb qəbül etmədim». (
7
) (
Doktor M. Ə. Fərzanə
) Bu
zaman qocaman Cabbar Bağçaban yetmiş səkkiz yaşlı bir dünya görmüş kişi idi.
Mirzə Cabbar (Əsgərzadə) Bağçaban həqqində dəyərli qaynaqlar, faydalı bağlantılar:
(yazının hazırlamasında və habelə örnəklərin yığmasında, aşağıda verilən qaynaqlar əsasında tərtib edilmiş veb səhifələrindən ya
bilavasitə qaynağın özündən istifadə olunubdur.)
1
-
»
هچغاب رابج همانيگدنز
شدوخ ملق هب ناب
«
)
،رھپس رشن
1356
،
191
هحفص
(
ر
ئ
هتکاد
ىرشن ىنئي شومنولوا
:
»
ىکيرات رگنشور
اھ
«
-
)
1389
(
-
،ادنيباتيک
»
تشون دوخ
ىاھ
)
هتشون داي
ىاھ
(
هچغاب رابج
ناب
«
ادنيتلآ ىغيلشاب
2
-
هچغاب هنيمث
ناب
ني
»
ىملاسا فراعملا هرياد
«
هچغاب رابج ادنيباتيک
هدنيقح ناب
ىغيدزاي
هلاقم
/
قرش همانزور اب وگتفگ
/
دامتعا همانزور اب وگتفگ
http://www.yadeyar.ir/wwwroot5/order3.asp?o2=539
http://www.danulduzu.20m.com/7ciSayi/YQ_Cabbarbaxchaban.htm
http://www.magiran.com/npview.asp?ID=2514066
http://etemadnewspaper.ir/Released/91-03-16/279.htm
3
-
هچغاب نيمث
ناب
:
باتک
»
هرھچ
مردپ زا ىياھ
«
-
،نارھت ،هرطق رشن تاراشتنا
1382
4
-
هچغاب رابج ىفارگويب
ناب
-
ناريا ناياونشان تيعمج
http://www.idsf.ir/1389-01-23-04-27-59.html?showall=1
http://www.idsf.ir/1389-01-23-04-27-32.html?showall=1
http://deafedu.blogfa.com/post-62.aspx
5
-
نابز هلجم
–
نارھت
1323
)
1944
(
6
-
ا ملاس
و
ديواج هلال
:
»
وشورؤگ رلاتسود
«
ىغاجوا تايبدا ،
-
1359
http://ishiq.net/wp-content/uploads/cavid-dostlar-gorushu.pdf
7
-
هنازرف ىلع دمحم
:
»
نامز تشذگ
«
تارطاخ باتک
/
هليا ىزيا نينابابرديح
-
ىلانروژ قيلراو
1371
-
زيياپ
/
دامتعا ىدھم ريم
-
و
ىاي ىلانروژ قيلرا
1375
http://pensouthazerbaijan.info/images/PDFs/ustad_farzaneh_xatirat.pdf
http://www.turuz.info/Her qapidan/242-Ustad Farzanenin Xatiralari
8
-
ىمشاھ ريپ روميت
:
هچغاب
،ىلانروژ قيلراو ،ناب
1358
-
،ىيآ ىئد ،ليا ىج
9
-
ىياس وج
ىس
9
-
اربا هزريم
فوميھ
:
ىسايگولوتنآ ىتايبدا ناجيابرذآ ىبونج
-
دليج ىجنيکيا
-
ىکاب ،ىتايرشن ملع
1983
8- Мирзə Ибраһимов: Ҹəнуби Азəрбајҹан Əдəбијјаты Антолоҝијасы, 2-ҹи ҹилд Елм нəшријјаты 1983
10
-
فوربکا دھاز
:
هچغاب رابج
ىرلرثا شيمليچئس نيناب
-
ىچيزاي ،ىکاب
1991
10- Cabbar Bağçaban.
Seçilmiş əsərləri
şeirlər / Tərtibçi və ön söz. Z.Əkbərov.- Bakı. Yazıçı, 1991
.
11
-
نيذ
مرحم نيدلا
فوا
:
کيليچفيراعام و قيلرادبتکم ادناوريا
.
ىکاب
2010
11- Ziyəddin Məhərrəmov: İrəvanda Məktəbdarliq və Maarifçilik
http://www.anl.az/el/m/mz_im&m.pdf
12
-
کل
کل
)
کليئل
(
ىلانروژ
-
ىرشن ىنئي ادنيسابفيلا نيتلا
:
12- Ləklək (Leylək) jurnalı- latin əlifbasında yeni nəşri:
http://elibrary.bsu.az/kitablar/919.pdf
:
13
-
http://www.iravan.info/irevan_ziyalilari/
14
-
تنلاغاب اقشاب
ى
رلا
زاي و
ى
رلا
ند
:
ىرادرس دمص
اين
:
ناجيابرذآ ريھاشم
14- başqa bağlantilar və yazılardan:
http://www.turuz.info/SHeir/0086-(2)Xeyyam-azerbaycan%20turkcesi(1.208KB).pdf
http://www.turuz.info/SHeir/0086-(5)Xeyyam%20Rubaileri-Az.Turkcesi-ebced.pdf
http://www.handicapcenter.com/?page_id=788
http://az.wikipedia.org/wiki/Cabbar_%C6%8Fsg%C9%99rzad%C9%99
http://amirchehrehgosha.blogfa.com/post-40.aspx
http://forum.patoghu.com/thread34812.html
http://www.jazirehdanesh.com/find-19.562.756.fa.html
http://www.shahidi.blogfa.com/post-4.aspx
http://www.shahidi.blogfa.com/post-10.aspx
http://elchinkitab.blogfa.com/post-30.aspx
CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN
Azərbaycan Türkcəsində yazdığı əsərlərindən örnəklər
SABİRƏ
Fəxr edər xaki-məzarın zati-pakınla sənin,
Çün şərafətyab olubdur zati-pakınla türab.
Ol qara xaki ışıqlandırmısan xurşidvar,
Bizləri zülmətdə qoydun, eylədin sən ehticab.
BALACA FELYETON
VAİZ:
Xəlqə vəz eyləyirəm hiyləvu əfsanə ilə
Möhtərəm ayları ətrafıma xəlqi yığaram.
Bağlaram yaxşıca təqlid ipinə onları mən,
Mən hara noxtalı olsam, oları noxtalaram.
HƏKİM:
Seçməsəm kim naxoş olsa mən onun illetini,
Onda dərmanlarımı hər qədər olsa sınaram.
Bir zaman gördüm əlacım ki, kəsildi ondan,
Onu çox hörmət ilə qəbrə tərəf yollayaram.
MOLLA:
Gündə bir övrətə mən on kərə kabin kəsərəm,
Hərəsindən oların altıca şahi alaram.
Hey Qurandan, namazından, nəzrindən yetişir,
Xərclərəm gen boluna saqqalı əlvan boyaram.
MƏRSİYƏXAN:
Başlaram şur ilə şəhnazı səri-minbərdə,
Hey ”ağam vay” deyərəm, qışqıraram, bağıraram.
Hər əda etməli olsam, bu sözün müxtəsəri,
Ümmətin pulun alıb gözlərini isladaram.
ƏYAN:
Məni tənqid eləyən olsa qazetlərdə, yəqin
Pul qoyub çalışaram ol işin üstün açaram.
Nə zaman ki, o işin müxbirini tapdım mən
Bir beş-on şahi verib onu mən tez tapdadaram.
HƏVƏSLİ:
Nə qədər olsa çətin rol, onu mən məşq eləməm,
Çıxaram səhnəyə hər tövr olusa oynayaram.
Mən qrimsiz olaraq yaxşı qraxmallı ”aşıq”
Naizys olmasa da, orda özümdən toxuram.
BƏZZAZ:
Nə qədər kasıb adam olsa, onu aldadaram,
Arşınında çitimin bir şahi artıq alaram.
Nisye olsa da heç yoxdu ziyanım onda,
Veksil allam, mən onun üstünə tənzil qoyaram.
BAQQAL:
Dükanımda satılan qatıq əgər köhnəlsə,
Torbaya dolduraram, mən onu bir də sataram.
Acımış yağ nə qədər olsa məəttəl deyilem,
Daha da xeyr eliyər mən ona quyruq qataram.
AŞBAZ:
Yay günü bozbaş əgər satılmayıb qalsa
Mən onu duzluyub üç gün eləce saxlıyaram.
Elə ki, gördüm ona azca qalıb qurd düşsün
Onu mən tapdalayıb lülə kabab sazlayaram.
QƏNNADI:
Nə qədər zirt-zibil, ya şəkərin olsa kəfi,
Onu sallam patıla bir-iki baş qaynadaram.
Sataram qırmızı saqqallar ilə kəndlilərə,
Mən xəmirə adına çoxlu uşaqlar qıraram.
DƏLLƏK:
Biri bir şahi-həcamət qoyaram, diş çəkərəm,
Gəlib solqan salaram, gahi də mən qan alaram.
Ayaq üstündə gəzib müştərini axtararam,
Harada rastıma gəlsə orada xıxladaram.
PAPAQÇI:
Börkçülükdə mən özüm kamil olan ustadam,
İstəyirsə kim ona bircə dənə börk qayıram.
Çəkərəm vəzni ola düz on iki girvənkə,
Deməyin əsgik olan vaxtda mən pul alaram.
İRƏVAN AYAQÇISI:
Nə qədər kəndli, kəsəkli tökülüb gəlsə bura,
Arabaynan şalağı müftəcə ondan alaram.
Danışıb istəsə haqqın yazığım gəlməz ona,
Qarnına bircə təpik, boynuna bir şip salaram.
BAŞMAQÇI:
Dikdaban başmağıma pul verən adam olsa,
Sağrının altına göndən dəxi astar qoyaram.
Dost adam olsa o yerdə təməi az elərəm,
Hər taya bir-iki girvənkə qədər nal çalaram.
DƏRZİ:
Qonşular bir ”plaş”a beş manat alsa, mən özüm
Üç manata bir uzun don tikərəm də, sataram.
Bircə palton olar on gündə bacarmaz tiksin,
On dənə paltonu mən bir günə hazırlayaram.
NƏCCAR:
Xözeyinlər hamsı qonşuların işlədiyor
Men özum yoxsa olardan da gözəl iş yonaram.
İndi amma pilləkansazlığa da yoxdu yolum,
Razıyam iş verən olsa mən odun da yararam.
BƏNNA:
Altıca abbası hər gündə mənim haqqımdı,
Sübhdən axşama tək gün qabağında yanaram.
Genə hər vaxt uşaqlar qaralır aclıqdan,
Mən özum də ilin on payını lap ac qalaram.
İRƏVANLI ZAKIR:
O zamandan ki, mənim adıma şair dedilər,
Ağlıma gəlsə mənim hər nə cür hədyan, yazaram.
Tazə məzhəb sözünü səbt edərəm novhəmdə,
Urəfaya dolaşıb, sinə vurub, baş açaram.
DƏRVIŞ :
Çarsuda, küçədə, ya qəhvədə, ya məsciddə
Nacağı tovlayaram, ağzını birdən açaram.
Pul yığıb, cuşə gəlib, şövgilə ”yahu!” deyərəm,
Çox tüpürcək dağıdıb xalqın üzün isladaram.
QAZETÇI:
Mən qazet yazmağa çox zəhmət ilə izn alaram,
Çalışıb milləti qandırmağa sözlər yazaram.
Almaz amma nədən isə bu Müsəlmanlar onu,
Əli qoynunda çəkib ah, məəttəl qalaram.
MOLLA VƏ HÖRÜMÇƏK
Molla bir gün hörumçəyin yanına
Getdi, ta etsin iltimas ona.
Dedi: Agah olun hörumçəklər!
Sizdən eylər gilayə milçəklər.
Uzməyin canların oların siz,
Sormayın qanların oların siz.
Var oların da siz kimi canı,
Yeməsi, içməsi, əti, qanı.
Oları siz mənə bağışlayın,
Bu fəna işdi çünki boşlayın.
Çun hörüçək bunu belə gördü,
Başını qaldırıb baxıb güldü.
Dedi: yoldaş! Nə çarə? Siz deyiniz,
Sonra bizdən siz iltimas ediniz.
Dedi molla: ki, bəndə molladır,
Sahibi zöhd, əhli təqvadır.
İltimasım budur ki, əl çəkəsiz,
Milçəyə bir də zülm etmiyəsiz.
Başını tovladı hörümçək ta
Dedi: zəhmət çəkibsən, ay molla!
Sən özün qanını müsəlmanın
Sorma qardaş! Varınsa vicdanın.
İltimasın bizə qəbul olmaz,
Dediyin səndə çün vüsul olmaz.
Pisdisə özgənin qanın içmek?
Sən özün get, qan içmədən əl çək!
TƏFAXİR
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Uzadıb saqqalımı, peysərimi bərkidərəm,
Gündə min tövr müsəlmanlara təzvir edərəm,
Həq danışsa kim, onu fövrcə təkfir edərəm,
Haşa lillah! Ki bu əxlaqımı mən tərk edərəm.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Yeyərəm mən o qədər, dünbəyimi saz edərəm,
Boyaram saqqalımı, həm başımı daz edərəm.
Gündə min şöbədəyə milləti ağaz edərəm,
Girişib hiyləyə mən onlara min naz edərəm.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Nə qədər başa sala milləti bu əhli-qələm,
İş görənməz, bu yəqinimdi olar xamdı hələm.
Bircə yol qırmızı saqqalımı mən tərpədərəm,
Kef mənim, nəəşə mənim, hər nə ki, bilsəm edərəm.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Nə qədər biclik əgər, gətdisə onlar əmələ,
Düşməyib başa bu millət hələ heç bircə belə.
Bəs mənim bicliyimi bilmir olar heç hələ.
Qurmuşam mən olara gör necə bir zorba tələ.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Minmişəm onları, hər bir tərəfə mən sürərəm,
Hər nə onlar qazanır mən yeyərəm, kef görərəm.
Soraram qanlarını, canlarını həm üzərəm,
Kimsə bilməz nə qədər gizlin iş olsa görərəm.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Müftə çay, müftə şəkər, müftə badımcandı mənim,
Müftə aş, müftə plov, müftə fisincandı mənim,
Müftə hörmətdi mənim, müftəcə qəlyandı mənim,
Müftədir rəng, həna, saqqalım əlvandı mənim.
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
Müxtəsər söyləməli, gəldi genə mahi-siyam,
Piyşi-çeşmimdə vurar halqa müridan tamam.
Vəzi-əfsanə ilə xəlqə genə dam quraram,
Kisə doldurmağa bir vaxt gəlib xətmi-kəlam,
Küpədə milləti qatıq kimi mən çalxalaram,
Kərəsin işlədərəm, ayranını həm yalaram.
KİŞMİŞ VƏ MOLLA
Bir ata, bir oğul və bir qardaş
Üçü bir yerdə eylər idi məaş.
Var idi hər üçü məhəbbətdə,
Yeyib-içməkdə, sözdə, söhbətdə.
Hər üçü pak, möminü-dindar,
Əhli-təqvavü zöhdü-xoşkirdar.
Qazanar hər üçü bə şövqi-səlim,
Gətirər bir yerə edər təslim.
Üçü də bir xəyalilə dolanar,
Bir-birinin rizasını qazanar.
Bir-birin hər üçü edər -təkrim,
Harda görsə edərdilər təzim,
Kim oları görər bu halətdə,
Belə bir ittifaq, təfqətdə,
Mat olub eyləyirdi bir əhsən.
Fətəbarək oxurdu hər düşmən.
Olara kimsə əl tapanmazdı,
Ayrılıq daşını atanmazdı.
Bu məhəbbət bir az davam etdi,
Bir az onları şadkam etdi.
Sonra bu ruzigari-şum, dəğəl,
Gətdi başlarına qəribə əməl.
Əz qəza bir nəfər müsəlmana,
Üçü də dəvət oldu ehsana.
Döşənib süfrələr, plov hazır,
Əfşərə sirkə küftə və çaşır.
Var idi cürbəcür mürəbbalar,
Qismət olmuş lətif tutmalar.
Qatıq aşı, qurutlu şorbadan,
Heç yeyən doymaz idi dolmadan.
Yeməmiş kimsə cücənin ətini,
Demək ilə bilərmi ləzzətini.
Söz gödək, yaxşı sahibi-xanə,
Bəzəmişdi təami şahanə.
Var idi orda xəlqdən başqa,
Xəlq ilə beylə bir nəfər molla.
Oxudu bir dua əlin atdı,
Tikəni vurcağın qalaq yatdı.
Nəzəri elə ki, xuruşa düşüb,
Plovu gördü kişmiş ilə bişib.
Tikəni saxladı əlində o dəm,
- Ey camaat! Ümum qalə nəəm.
Vardı bir məsələ bu yerdə çətin,
Mən deyim, siz də huş ilə eşidin.
Buyurur Fazile Badımcanı:
«Kişmiş eylər, haram ehsanı»
Düşdü ol dəm oraya cəng, cədəl,
Məclisin iki payı çəkdilər əl.
Molla ta məclisi görüb xali,
Özgə bir rəngə düşdü əhvalı.
Dedi: «Səd şükr, ey xudayi-cahan,
Yaradıbsan əcəb gözəl heyvan».
Tikəni vurdu, bığların burdu,
Dünbəgin saz edib də doldurdu.
Bu yedi, özgələr durub baxdı,
Birbəbir ağzının suyu axdı.
Molladan başqa, həm müridanı
Yedilər ləzzət ilə dolmanı.
Yeməyənlər çəkirdi göz dağı,
Çünki bərk olmamışdı qurşağı
Molla tainki lap yedi doydu,
Fatihə verməyə bina qoydu.
Süfrələr qalxdı, boş qalıb orta
Sulu qəlyan gəlib vurub xorta.
Molla qalxdı ayağa iş bitdi,
Hər kəs öz karına durub getdi.
İndi bax, burdadı işin tələsi,
Kimə düşdü yükün ağır şələsi.
İki qardaş və bir nəfər övlad
Çəkdilər bu qəziyyədən fəryad.
Biri təqlid edib Badımcana,
Birisi həm ağa cibişdana.
Biri etdi sulotqanı təyid,
Dedi: mən etmişəm ona təqlid.
Hərə bir fikrə oldular malik,
Hərə bir məsləkə olub salik.
Sözlərin olmuyub mütabiqəti,
İttifaqın gedib müvafiqəti.
Üçu də mat, çarəsiz qaldı,
Ordaca yad olub da ayrıldı.
İndi təqsir bu müəmmada
Oldu kişmişdə, ya ki mollada?
BAŞI BATMIŞ KİŞİ
Molla əmu! Bu başı batmış kişi,
Sinni keçib atmışa çatmış kişi,
Qeyrətü-namusunu atmış kişi,
Başımı min əngələ qatmış kişi,
Saldı genə tazəcə bir əngələ,
Ta nə qədər mən eləyim həvsələ?
Məşqə düşübdür ki, gedə Məşhədə,
Orda edib siğə, çata məqsədə.
İstəyirəm getmə deyim hər vədə,
Mənlə o saat eyləyir ərbədə:
Kəs donuzun doğduğu, dinmə hələ,
Mən qayıdınca burada səbr elə.
Söyləyirəm xərcimizi barı çək,
Yoxdu-deyir-heç qara pul bir çətək,.
Mən gedirəm şahi- Xorasanacək
Gər yeməyə olmasa, arvat, çörək,
Fəhləlik elə dalına al şələ,
Sən də adamsan, qazanıb xərc elə.
İndi uşaqlar eləyirlər fəğan,
Vallah, acından gecə yatmır inan.
Yalvarıram, ay kişi, Məşdi Zaman,
İnsaf elə, bir yazığa, əlaman.
Top kimi hərdəm açılır: çıx çölə!
Üstümə az baş-gözünü silkələ.
ŞILLAX
İrəvana təzə bir doktor gəlib- Əbdülhüseyn
Hər vizitdə üç şahı aldıqda xidmət eləyir.
Çünki, Əzrail ilə dostluq qatıb, qardaş olub.
Qəbzi-ruh etməkdə Əzrailə fursət verməyir.
BİR ŞEYXİN NALƏSİ
Lap ciyərim yandı, mənim ay havar
Qalmadı qövlümdə mənim etibar.
İndi, sabah mömün ölub qurtarar,
Ərsəyə ta çöhrətəraşlar çıxar,
Başıma min günə oyunlar açar,
Şöhrəti-rəsmim pozular, puç olar.
Var yeri əşkim, yerinə qan axa.
Kəşf olunur eylədiyim iftira.
İşləməyir kizb, düruğü riya,
Çöhrətəraşlar eləmir iqtida.
Vaqi-cəmaət səfimiz boş qalar,
Ax! Belə halət məni dildən salar.
Fitrə-zəkatın pulu əldən çıxır,
Mali-imamsız cibimiz boş qalır,
Dəmbədəm işlər özü üstün açır,
Cümlə müridan yanımdan qaçır,
Noxtanı bunlar hamısı qırsalar,
Bunları kim bir də tutub noxtalar?
Sünnü və şiə sözünü atdılar,
Birlik ilə milləti aldatdılar.
Malı mala, canı cana qatdılar,
Aşımıza yaxşıca zəhr atdılar.
Beylə ki, bunlar hamı yoldan çıxar,
İndicə bağrım, ay aman, çatdıyar.
Razı deyillər ki çavuş car sala,
Qapsıya çarsı-bazarı səs-səda.
Erməni, gürcü, həm urus mat qala,
Azma yazıqsan, yolunu, ay bala!
Şəxs ki, Dəccalı sənin tək danar,
Həşr günü cümləsi odda yanar,
İşləri onda qanar.
Dostları ilə paylaş: |