Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə38/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   34   35   36   37   38   39   40   41   ...   52
2017-1862

The Mackintosh - Makintoş - sintetik materialdan hazırlanan sukeçirməyən plaş. Bu plaşı dəbə gətirən Çarlz Makintoşun adı bu geyim növünə verilmişdir.

Qeyd etmək lazımdır ki, makintoş XX əsrin 60-cı illərində Azərbaycanda da həm istehsal olunurdu, həm də geyilirdi. İndi isə dəb dəyişdiyinə görə artıq ingilis dilindən keçən bu söz arxaikləşmişdir.

İndi isə Azərbaycan və ingilis dillərində geyim adlarının dil mənsubiyyətinə görə səciyyəsini verək.

Azərbaycan dilindəki geyim adları, bir qayda olaraq, üç böyük leksik qrupa ayrılır:

  1. Ümumtürk mənşəli sözlər; 2. Azərbaycan mənşəli sözlər; 3. Alınmalar.

Ümumtürk mənşəli sözlər dilimizin qədim leksik qatına aiddir. Bu sözlər tarixi inkişaf prosesində müəyyən fonetik, morfoloji, leksik dəyişikliklərə məruz qalmışlar. Lakin unutmaq lazım deyil ki, bu sözlərin içərisində də digər dillərdən alınma ola bilər, cünki bir sıra hallarda mənbə dili təyin etmək çətin olur. Beləliklə, bu sözlərə aid aşağıdakıları qeyd etmək olar: Başmaq, başlıq, balaq, ətək, don, şalvar, çalma və s.


67



Yalnız Azərbaycan dilinə məxsus geyim adları aşağıdakılardır: çarıq, örpək, biləkcə, kürk və s.

Azərbaycan dilində geyim adlarının böyük qrupunu alınma rutinizmlər təşkil edir. Onlar müxtəlif dillərdən Azərbaycan dilinə keçmişdir, məsələn:

  1. ərəb və fars dillərindən keçmiş geyim və parça adları: bəz, xalat, şal, fata və sair.

  2. rus və Avropa dillərindən rus dili vasitəsilə keçmiş geyim və parça adları:

dublyonka, şuba, beret, qolf, jemper, pencək, şort, qalstuk, səndəl, viskoza, neylon, jersi, şlyapa və s.

ingilis dilindəki geyim və parça adları isə mənşəcə iki böyük qrupa ayrılır:

  1. İngilis mənşəli geyim və parça adları: coat, clothes, suit, skirt, shirt, cardigan, mackintosh və s.

  2. Müxtəlif dillərdən (hind, çin, rus, fransız, italyan və s. dillərdən) keçən geyim və parça adları: sari (hind), cheongsam (çin), astrakhan (rus), fustanella (italyan), haute couture (fransız) və s.

Yuxanda qeyd olunduğu kimi, hər bir dilin maddi gerçəkliyi əks etməsində öz spesifik üsullan var və bu əksolunma bütün dil daşıyıcıları tərəfindən milli-mədəni dəyərlərə əsaslanaraq dərk olunur və qəbul olunur. Bu vəziyyətin nəticəsi olaraq insanların dünyanın, onu əhatə edən əşyaların adlandırmasında bir sıra spesifik cəhətlər, milli xüsusiyyətlər meydana çıxır. Beləliklə, hər bir xalq özünəməxsus dünyanın dil mənzərəsini yaradır.

Bu baxımdan məişət leksikası və eləcə də geyim adları “öz spesifik milli-mədəni mənaları ilə nəinki hər


68





bir xalqın dil kollektivini səciyyələndirən həyat tərzini, həmçinin onun təfəkkür tarixini də əks edir” (38,s.88).

Bu tədqiqatda biz hər şeydən əvvəl elə geyim adlarını seçirik ki, onların mənasında milli komponent daha qabarıq sezilsin. Doğrudur, məntiqi kateqoriyaların, insan təfəkkürünün ümumiliyi bütün dillərdə ümumi leksik fondun mövcudluğuna gətirib çıxarmışdır. Lakin bütün ümumi şəraitlərə baxmayaraq hər bir xalqın yalnız ona məxsus olan mədəni realiyaları, məişət və ətraf mühitin məfhumları vardır ki, onları digər mədəniy­yətlərdə tapmaq qeyri - mümkündür. Hər bir dil məna­sında milli mədəni komponentlər olan dil vahidlərinə malikdir və bu sözlərə toponimlər, frazeologizmlərdən başqa, məişət leksikası və o cümlədən geyim adları da daxildir.

Bu vahidləri bəzi tədqiqatçılar “linqvokulturema” da adlandırır və bu termin bizcə sözdə dilin və mə­dəniyyətin vəhdət təşkil etməsini göstərir. Bu vahidləri öyrənərkən biz müxtəlif dil daşıyıcılarının dünyanı dərk etməsinin və əks olunmasının xüsusiyyətlərini müəyyən etmiş oluruq (26,s.l4).

Yuxarıda qeyd olunduğu kimi, müasir mərhələdə milli-mədəni semantikaya malik sözlər həm semasioloji, həm də linqvo-culturoloji aspektdə öyrənilməlidir. Bu baxımdan milli-mədəni komponentli sözlərə aid olan geyim adları olduqca böyük aktuallıq kəsb edirlər, çünki hər bir dildə təzahür edən motivləşmə, birinci və ikinci dərəcəli nominasiya növlərini fərqləndirməyə zəmin yaradır.


69





Azərbaycan və ingilis dillərindəki geyim adları sinxron planda tədqiq edilərkən onları aşağıdakı qruplara bölmək olur:

  1. birinci dərəcəli nominasiya nəticəsində əmələ gələn geyim adlari (motivləşməmiş adlar).

  2. ikinci dərəcəli nominasiya nəticəsində əmələ gələn geyim adları (motivləşmiş adlar).

Yuxarıda qeyd olunduğu kimi, birinci dərəcəli nominasiya əksər dillərdə nisbətən az rast gəlinən dil hadisəsidir. Dilin nominativ fondu əsasən alınma sözlər və ikinci dərəcəli nominasiya hesabına zənginləşir. İkinci dərəcəli nominasiyada insan təfəkkürünün assosiativ xa­rakteri həlledici rol oynayır, yəni əşyanın adlandırılması- nda artıq bəlli olan adın mənasının ya bənzətmə ya da oxşarlıq xüsusiyyətləri ön plana çəkilir və yeni yaranan adda mənanın yeniləşməsi baş verir.

Yenidən mənalandırma artıq mövcud olan biliklərə əsaslanır və bu biliklər də öz növbəsində yeni sözün ya komponentlərinin mənasında, ya da daxili formasında öz əksini tapır. Məsələn:

  1. Azərbaycan və ingilis dillərində birinci dərəcəli nominasiya nəticəsində yaranmış geyim adları.

Azərbaycan: köynək, ətək, jaket, paltar, pijama.

İngilis: şhirt, skirt, jacket, dress, pyjamas.

  1. Azərbaycan və ingilis dillərində ikinci dərəcəli nominasiya nəticəsində yaranmış geyim adları.

Azərbaycan dilində: ziyafət paltarı, alt paltarı, hündürdaban ayaqqabı.

İngilis dilində: evening dress, undersirt, high - heel


70



shoes.

Dilçilikdə birinci dərəcəli nominasiya nəticəsində yaranmış sözlər motivləşməmiş terminlər hesab olunur, onlar dil daşıyıcıları tərəfindən birinci dərəcəli hesab olunur və onların yaranma üsullarını yalnız etimoloji və yaxud tarixi təhlil nəticəsində müəyyən etmək olar. Bu bizim tədqiqatın məqsədi deyil. Bizi ikinci dərəcəli no­minasiya nəticəsində yaranmış adlar maraqlandırır, çünki tədqiq olunan geyim adlarının yaranma mexanizmi məhz bu səpgidə açıqlanır.

ikinci dərəcəli nominasiya məfhumu ilə motivləşmə məfhumu ayrılmaz əlaqədədir. Belə ki, “Motivləşmə sö­zün elə bir əlamətidir ki, bu sözün səslənməsi və mənası arasında əlaqəsi əsasında həmin sözün eyniköklü və yaxud eyni strukturlu sözlərlə münasibəti müəyyən edilmiş olsun” (22,s.66).

Motivləşmiş sözlər dilin milli spesifikliyini olduqca dolğun və qabarıq əks etdirir və bilavasitə bu dilin daşıyıcılarının milli təfəkkürü ilə əlaqəlidirlər. Bir qayda olaraq, geyimlərin adlandırılmasının əsasını əşyanı səciyyələndirən bir və yaxud bir neçə əlamət təşkil edir. D.N.Şmelyovun fikrincə, “insan yaratdığı əşyaların ad­ları semantik cəhətdən funksionallığa yönəlib. Bu əşya­ların zahiri görünüşünə gəldikdə isə burada motivləşmiş əlamətlər kimi material, forma, rəng çıxış edə bilər” (45,s.234-235).

Dilçilik ədəbiyyatında motivləşmiş əlamət “kifayət qədər səciyyəvi” (31,s.269) və ya “ən qabarıq” (46,s.336) kimi təqdim olunur.


71





Qeyd olunmalıdır ki, bu və ya digər dil daşıyıcıları asanlıqla nominasiya prinsipini, yəni motivləşmiş əlaməti dərk edirlər. Məsələn, biz asanlıqla ingilis dilində aşağıdakı geyim adlarının yaranma prinsiplərini təyin edə bilərik, soaker - (to soak - hopmaq feili) - su- keçirməyən uşaq tumanı; scullcap (skull - kəllə demək­dir) - araqçın. Və yaxud Azərbaycan dilindəki gödəkcə, biləkcə, şapşap geyim adlarının da nominasiya prinsip­ləri olduqca aydındır.

ikinci dərəcəli nominasiya qrupuna Azərbaycan və ingilis dillərinin daha gec mərhələlərində yaranmış ge­yim adları daxildir ki, onlar müasir dil daşıyıcıları tərə­findən asanlıqla anlaşılır.

Beləliklə, motivləşmə xüsusiyyətlərindən asılı ola­raq Azərbaycan və ingilis dillərində ikinci dərəcəli nomi­nasiya nəticəsində yaranmış geyim adlarını iki qrupa ayırmaq olar:

  1. Birbaşa nominasiya nəticəsində yaranmış geyim adları (motivləşmiş əlamət bilavasitə sözün kök - mor- femi ilə əks olunur);

  2. Sözün məcazi mənası əsasında yaranmış geyim adları (vasitəli nominasiya, yəni motivləşmiş məna digər, artıq mövcud olan sözlə assosiativ əlaqə nəticəsində dərk edilir). Beləliklə, motivləşmiş əlamətləri yekunlaşdıraraq ikinci dərəcəli nominasiya prinsipini D.Smelyovun təri­finə əsasən başa düşürük: “Bu nominasiya prinsipi elə vəziyyətdir ki, dil daşıyıcılarının motivləşmiş əlamətlərin ümumiləşdirilməsi nəticəsində yeni sözlər yaranır və onlar da öz növbəsində digər yeni sözlərin, yeni adların


72



yaranmasına zəmin yaradır” (45,s.234).

İndi ingilis dilində ikinci dərəcəli nominasiya nəticəsində yaranmış geyim adlarını təhlil edək.

Bu növ nominasiyanın birinci qrupuna, yəni birbaşa nominasiya qrupuna elə geyim adları daxildir ki, onların adları əşyaların əsas əlamətləri, xüsusiyyətləri və funksi­yaları əsasında yaranmışdır, məsələn:

sweater (to sweat feili - tərləmək) - sviter; snuggles (to snuggle feili - bərk sıxılmaq) - kol- qotka.

ikinci qrupa assosiativ əlaqə, məcazlaşma nəti­cəsində yaranmış geyim adları daxildir, məsələn:

Broom - stick skirt - (broom stick - süpürgə ağacı) - yubka - karandaş (düz biçimli ətək);

Stovepipe (stovepipe - tüstü çəkən baca) - silindr (papaq növü).

Biz geyim adları tematik qrupunu hər şeydən əvvəl motivoloji səviyyədə, yəni leksik vahidlərin hər iki dildə motiviasiyon - kontrastiv təhlilini aparırıq. Məlumdur ki, dünyanın dil mənzərəsi müxtəlif semantik kontiniumlar- dan ibarətdir. Lakin hər bir milli dil şüuru bu kontinium- ları fərqləndirmək üçün özünün spesifik üsullarını seçir. Bu üsullar onunla müəyyən edilir ki, ingilis və Azərbay­can dillərində geyimlərin adlandırılmasında hansı məf­hum sferalarına üstünlük verilir, bu sferaların daxili for­malarında hansı məfhumlar ehtiva olunur və bu leksi- kanın motivasiyası hansı yollarla reallaşır?

Tədqiqatda aparılmış motivasiyon - kontrastiv təh­lil göstərir ki, ingilis və Azərbaycan dillərində geyim


73





adlarını əks etdirən linqvokulturemlər bu dillərdə müəyyən qanunauyğunluqlara tabe olur, oxşar nominativ prinsiplərə əsasən formalaşırlar, konkret semantik sahə ilə əlaqəlidirlər. Bu onunla izah olunur ki, hər iki müqayisə olunan dillərdə geyim adları əsasən ümumi (universal) səciyyə daşıyır, lakin bu adların reallaş­masında hər iki dildə spesifik cəhətlər də özünü göstərir ki, bunlar da hər iki xalqın milli xüsusiyyətləri ilə bağlıdır.

Yuxarıda göstərilmiş nominasiya prinsiplərindən bəlli olur ki, onların sayı çoxdur, onlar müxtəlifdir. Bu prinsipləri ümumiləşdirmək fikri əmələ gəlir. Beləliklə, motivləşmə əlamətlərinə görə geyim adları leksik-se- mantik qrupunda ingilis dilində aşağıdakı prinsiplər əsas götürülmüşdür:

  1. istifadə olunmuş materiala (parçaya) görə mo­tivləşmə:


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin