Müxtəlifsistemli dillərin leksik tərkibinin semantik təhlili dilçiliyin ən aktual problemiərindəndir. Bu baxımdan Azərbaycan və ingilis dillərinin leksik tərkibinin sistemli təşkili, leksik tərkibin daxili əlaqələr, taksonomik qruplar üzrə təsnifatı və semantik cəhətdən kontrastiv - xarakteroloji təsviri və təhlili Azərbaycan dilçiliyi üçün olduqca əhəmiyyətlidir.
Məlumdur ki, biz leksika və ən çox da məişət leksi- kası vasitəsilə olduqca böyük biliyə malik oluruq. Məişət leksikası xalqın həyatını, onun gündəlik qayğılarını, xalqın mədəni səviyyəsini, onun müdrikliyini əks etdirir. Məişət leksikası həmçinin xalq təfəkkürünün nailiyyətlərini, əcdadlarımızın təcrübəsini, müşahidələrini gələcək nəsillər üçün mühafizə edir.
Azərbaycan dilinin məişət leksikası həm dialekt və şivələr hesabına, həm də alınmalar vasitəsilə zənginləşir. İngilis dilinin məişət leksikası isə daha çox alınmalar hesabına zənginləşir və inkişaf edir. Məişət leksikası həm ingilis, həm də Azərbaycan dillərinin lüğət tərkibində olduqca əhəmiyyətli yer tutur, çünki onda bir çox əşya və hadisələr öz ümumiləşmiş inikasını tapır.
Bizim tədqiqatda Azərbaycan dilçilikdə ilk dəfə olaraq müxtəlif sistemlərə daxil olan Azərbaycan və
87
ingilis dillərinin məişət leksikasının semantik əlamətlərə görə taksonomik təsnifatı aparılmış, bu leksikasının hər iki dildə yaranma mexanizmləri aşkar edilmiş və eləcə də spesifik cəhətləri müəyyən edilmişdir. Tədqiqatımızın məqsədindən çıxış edərək biz ingilis və Azərbaycan dillərində məişət leksikanın aşağıdakı leksik-semantik və yaxud taksonomik qruplarını fərqləndirmişik və onların kontrastiv - xarakteroloji təhlilini aparmışıq.