The Mao jacket- Mao jaketləri - olduqca sadə biçimli, boz rəngli, köynək tipli jaketlərdir. Çin Kommunist Partiyasının rəhbəri Mao Tse Dunun adı ilə bağlıdır.
The Nehru jacket- Nehru jaketləri müstəqil Hindistanın birinci baş naziri olan Cavaherlal Nehrunun adı ilə bağlıdır;
The Bloomer Costume- Blumerin kostyumu - bu geyim növünün adı modelyer Amelia Blumerin adı ilə əlaqədardır.
The Wellington boots- Velinqton ayaqqabısı - bu ayaqqabı növünü hersoq Vellinqton birinci dəfə təklif etmiş və dəbə gətirmişdir.
The Stetson hat- Stetson papağı - Con Stetson kampaniyasının banisinin şərəfinə bu geyim növünə bu ad verilmişdir. (47,s.l043; 56).
Qeyd etmək lazımdır ki, makintoş (sintetik materialdan olan su keçirməyən plaş) XX əsrin 60-cı illərində Azərbaycanda da həm istehsal olunurdu, həm də geyilirdi. İndi isə dəb dəyişdiyinə görə artıq ingilis dilindən keçən bu söz arxaikləşmişdir.
İngilis və Azərbaycan dillərində geyim adlarının semantik əlamətlərə görə kontrastiv təhlili bu dillərin leksikasında antropomorfizmin yüksək dərəcədə olmasını göstərir. Bu o deməkdir ki, geyim adlarının əksəriyyəti insanların fiziki keyfiyyətləri, onların səciyyəsi və insanların fəaliyyəti ilə bağlıdır. Bundan başqa, geyim
82
leksik qrupunda ingilis dilində toponimlərin istifadəsi Azərbaycan dilinə nisbətən daha genişdir, məsələn: