Gülşən İslam qızı Axundova


Qab-qacaq leksik-semantik qrupu



Yüklə 102,26 Kb.
səhifə47/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   44   45   46   47   48   49   50   51   52
2017-1862

Qab-qacaq leksik-semantik qrupu mürəkkəb bir hiprosistem təşkil edərək hər iki dilin rutinizmləri arasında mühüm yer tutur. Tədqiqatımız göstərdi ki, həm ingilis, həm də Azərbaycan dillərində fərqləndirilmiş qab-qacaq taksonomik leksik-semantik qrupu paradiq­matik strukturdur. Bu leksik-semantik qrupu təşkil edən isimlər hər iki dildə ən yüksək işləkliyə malik olan isimlərdir, məsələn: knife - bıçaq, fork - çəngəl, cup fincan, plate - boşqab.

Tədqiq olunan taksonomik qrupun leksik vahidləri həm birinci dərəcəli (первичная номинация), həm də ikinci dərəcəli (вторичная номинация) vasitəsilə əmələ gəlmişdir. İkinci dərəcəli nominasiya bu leksik-semantik qrupun yaranmasında daha mühüm yer tutur.

Məhz ikinci dərəcəli nominasiya nəticəsində ox­şarlıq, bənzətmə və sair əlamətlərə görə motivləşmə baş verir və bu da bir çox yeni qab-qacaqla əlaqədar ruti- nizmlərin yaranmasına gətirib çıxarır. İngilis dilində qab-qacaq leksik-semantik qrupu müxtəlif inteqral və differensial semaları əks etdirir; ümumi semantik məna leksik paradiqmanın üzvlərini birləşdirir, differensial


88





əlamət isə bu komponentləri bir-birindən ayırır. Beləliklə, tədqiq olunan qab-qacaq leksik-semantik qrupu tərkibində aşağıdakı paradiqmalar fərqləndirilir ki, bunlara ümumi əlamət xasdır və onlar əsasında sözlər yarımqruplara bölünür: containers, vessels - müəyyən tutumlu qablar; implements, instruments, tools - alətlər, table ware - süfrə alətləri; kitchen utensils - mətbəx avadanlığı.

Tədqiqatda bütöv bu hipero - hiponimik sıra hər iki dilin materialı əsasında hərtərəfli tədqiq edilmiş, onun semantik əlamətlərə görə təhlili aparılmışdır.

Azərbaycan dilində də qab-qacaq leksik-semantik qrupu hipero - hiponimik sıra vasitəsilə reallaşır və bu münasibətlərdə aşağıdakı yarımqruplar iştirak edir:

qab-qacaq (hiperonim) - müəyyən tutumlu qablar (boşqab, qədəh - hiponim) - xörək bişirmək üçün qablar (hiponim - qazanlar, tavalar) - süfrə alətləri (hiponim - bıçaqlar, çəngəllər) - xörək bişirmək üçün avadanlıq (so­ba, qaz sobası, təndir, kürə).

Hər iki dildə qab-qacaq rutinizmlərinin funksio- nallığı ilə əlaqədar spesifik qab-qacaqla əlaqədar forma­lar mövcuddur, məsələn:

Azərbaycan dilində: aş qazanı, həvəngdəstə, kürə, dağar, pitiqabı, çölmək, badya və s.

İngilis dilində: spider, bellarini və s.

Həm ingilis, həm də Azərbaycan dillərində qab- qacaq rutinizmləri bir çox frazeoloji ifadələrin, atalar sözlərinin yaranmasında istifadə olunur.

Məişət leksikasının tədqiq olunan ikinci leksik-se-


89





mantik qrupu ksenonimlər və yaxud yemək adlarıdır. Qida həm Azərbaycan, həm də ingilis xalqlarının maddi mədəniyyətlərinin ən başlıca elementlərindən olub, bu xalqların tarixini, adət-ənənələrini dərk etməkdə zəngin mənbədir.

Qeyd olunmalıdır ki, həm Azərbaycan, həm də ingi­lis dillərində yemək adlarının yaranmasında motivləşmə müstəsna rol oynayır (hərəkət adlarının motivləşməsi; əlamət adlarının motivləşməsi; kənd təsərrüfatı məh­sulları və heyvan, quş adlarının motivləşməsi və s.). Məsələn:

ingilis dilində: omelette - qayğanaq, fried baked eggs, scrambled eggs;


Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin