Gülşən İslam qızı Axundova



Yüklə 102,26 Kb.
səhifə45/52
tarix02.01.2022
ölçüsü102,26 Kb.
#35178
1   ...   41   42   43   44   45   46   47   48   ...   52
2017-1862

Oxford shoes - Oksford ayaqqabısı (Oxford şəhə­rinin adı ilə bağlıdır);

Bermuda shorts - Bermuda şortları (Bermuda ya­rımadasının adı ilə bağlıdır);

Panama - panama (Papaq növü - Panama ölkəsinin adı ilə bağlıdır);

Hawaiian shirts - Havaya köynəkləri - Havay ada­larının adı ilə bağlıdır.

Azərbaycan dilində isə yer adları ilə əlaqədar olan əsasən baş örtüklərinin adları mövcuddur, məsələn: Gəncə, Basqal, Şəki, Herati kəlayağıları,
panama (papaq növü) və s.

Geyim adlarının formalaşmasında toponimlərdən istifadə bizcə hər iki xalqın dil duyumu, hər iki xalqın maddi gerçəkliyi, onun əhatə edən əşyaları, realiyaları daha dəqiq əks etdirmək arzusundan irəli gəlir.

Həm Azərbaycan, həm də ingilis dillərində geyim leksik - semantik qrupunda təzahür edən birinci və ikinci nominasiya (motivləşmə) bu dillərin həm ümumi, həm də spesifik xüsusiyyətlərini müəyyən etməyə imkan vermiş­dir. Qeyd etmək lazımdır ki, bu taksonomik qrupda motivləşmənin və yaxud ikinci dərəcəli nominasiyanın rolu olduqca tutumlu və böyükdür. Motivləşmə üsulları­nın reallaşmasında antropomorfizm geniş vüsət almışdır. Hər iki tədqiq olunan dildə geyimin materialı, geyilmə tərzi və formasına görə motivləşmə, və yaxud bu meyarlara görə nominasiya əsas yerləri tutur. Onu da


83





qeyd etmək lazımdır ki, bir sıra geyim adları və geyimlə əlaqədar leksik vahidlər ingilis dilindən Azərbaycan dili­nə keçmişdir, məsələn: panama, şortlar, tunika, sviter, makintoş, pijama, pulover, reqlan və s.

Tədqiqatın bu hissəsində bir məqama diqqət yetirmək məqsədəuyğun olardı. Məlumdur ki, məişət sözləri elmi - texniki terminlərinin yaradılmasında və ümumiyyətlə terminologiyanın zənginləşməsində və tək- milləşdirilməsində böyük rol oynayır. Məişət sözlərinə əlavə məna vermək, Azərbaycan dilinin öz sözlərinə eləcə də alınma sözlərə müvafiq şəkilçilər artırmaq, iki və daha artıq sözü birləşdirmək, sözləri ixtisar etmək, başqa dillərə məxsus sözləri kalka etmək yolu ilə müasir dilimizdə elmi - texniki terminlər yaratmaq mümkündür.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dilinin daxili imkanları hesabına termin yaradılması üsullarının hər birinin spesifik cəhətləri vardır. Professor S.Cəfərov qeyd edir: “Leksik yolla sözlərin əmələ gəlmə prosesi morfoloji və sintaktik yolla əmələ gəlmə prosesindən, əsasən öz sadəliyi etibarilə fərqlənir. Lakin zahirən sadə görünən bu yol, həqiqətdə isə çox mürəkkəbdir” (7,s. 135).

Məişət sözləri terminoloji təyinat alarkən yeni məna kəsb edirlər, yəni sözlərin əvvəl qeydə alınmış mənasına daha bir yeni məna əlavə olunur. Eyni zamanda bu hallarda ikinci dərəcəli nominasiya prosesi baş verir və onun əsasını motivləşmə təşkil edir, mənanın dəqiq- ləşməsi prosesi müşahidə edilir. Azərbaycan dilində beşik (xilas beşiyi), daban (dabanlıq), həyəcan (həyəcan


84





zonası), yumruq (yumruqlu mufta), köynək (su köynəyi), yəhər, boğazlıq, sırğa kimi bir çox sözlər ya ayrılıqda, ya da ki başqa bir sözlə yanaşı - tərkib halında işlənərək müəyyən sistemdə dəqiq məna almış və müvafiq sahənin terminlərinə çevrilmişdir (5,s.58-59).

Təkcə müasir ədəbi dildəki sözlər deyil, həmçinin arxaikləşmiş sözlər də bəzən yeni mənada, elmi-texniki anlayışları ifadə edən terminlər kimi işlənə bilir.

Vaxtilə dilimizdə ayaqqabının bir növünü bildirmiş “başmağ” sözü məhz bu sözlərdəndir. Bu söz ümumi ədəbi dil üçün arxaik hesab olunmasına baxmayaraq, texniki terminologiyada “altlıq”, “dayaq” mənalarında (məsələn: “jelonka” başmağı, frez başmağı, kəmər baş­mağı), eləcə də tormoz mexanizmi mənasında indi də işlənməkdədir (5, s.59).

Beləliklə, demək olar ki, məişət sözləri öz işlənmə dairəsindən çıxanda belə, müasir Azərbaycan dilini, onun terminologiyasını zənginləşdirir, onun semantik potensi­alını yeni səviyyəyə qaldırır.



Yüklə 102,26 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin