Chicken for a king - içi doldurulmuş toyuq (hərfi tərcümə - kral üçün cücə).
Azərbaycan dilində: qızartma, bozartma, qovurma, dolma, bulama, döşəmə plov, qovurma, qurut, buğlama, qovut, çığırtma, südlü sıyıq, toyuq plov, tas kababı və s. Azərbaycan dilindəki yemək adları ingilis dilinə nisbətən kəmiyyətcə və çeşidcə böyük üstünlük təşkil edir.
Azərbaycan və ingilis dillərində yemək adları semantik əlamətlərinə görə hipero - hiponimik sıra təşkil edirlər və bu sıranı aşağıdakı kimi əks etdirmək olar: Hipero - hiponimik sıra Yemək adları (Foodstuff)
Xörək adları (Dishes) içkilər (Drinks)
Un məmulatları və şirnilər (Starchy foods and confectionery)
90
Ədviyyatlar (Spicery).
Həm Azərbaycan, həm də ingilis dillərində yemək adlarının yaranmasında ikinci dərəcəli nominasiyanın və yaxud motivləşmənin rolu olduqca əhəmiyyətlidir. Həm Azərbaycan, həm də ingilis dillərində yemək adları bu dillərin semantik potensialını yüksəldir və bir çox frazeoloji birləşmələrin əsasını təşkil edir. Bu frazeoloji birləşmələr antroposentrik xarakter daşıyır və insanın həyat tərzini, onun dünyagörüşünü, insani keyfiyyətlərini, milli-mədəni dəyərlərini əks etdirir, məsələn:
Halva - halva deməklə ağız şirin olmaz.
Keçi can hayında qəssab piy axtarır.
Nə tökərsən aşına, çıxar qaşığına.
Better an egg today than a ham tomorrow ~ Soğan olsun, nağd olsun.
He looks as if butter would not melt in his month ~ Suyun lal axanı, insanın yerə baxanı.
Tədqiqatımızda həmçinin ingilis və Azərbaycan dillərində geyim adları leksik - semantik qrupunun kon- trastiv - semantik təhlili aparılmışdır. Məlumdur ki, hər bir geyim öz zamanının güzgüsüdür və öz dövrünün ictimai-siyasi durumunu, məhsuldar qüvvələrin səviyyəsini və inkişafının xarakterini, mühüm mədəni və elmi nailiyyətləri, insanların adət və psixologiyasını, onların estetik görüşlərini əks etdirir.
Həm Azərbaycan, həm də ingilis dillərində geyim adları leksik-semantik qrupunun zənginləşməsində bir
91
tərəfdən dilin öz daxili ehtiyatları, digər tərəfdən isə alınmalar böyük rol oynayır.
Həm Azərbaycan, həm də ingilis dillərində geyim adları bir polisistem təşkil edir və bu sistem paradiqmatik münasibətlər müstəvisində reallaşır. Bu münasibətləri həmçinin hipero - hiponimik sıra şəklində aşağıdakı kimi əks etmək olar: