Həm Azərbaycan, həm də ingilis dillərində geyim adlarında müəyyən oxşarlıq nəzərə çarpır, lakin milli xüsusiyyətlərlə əlaqədar olaraq həmçinin spesifik cəhətlər də özünü göstərir. Azərbaycan dilində bir sıra qədim geyim adları artıq dəb dəyişdiyindən işlənmir, məsələn: zircamə, çaxçur, bulusa, candonu, məndil, rubənd, dingə, patava, libas, əba.
ingilis dilində geyim adlarının yaranmasında antroponimlərin rolu olduqca böyükdür, məsələn: mackintosh, kardigan, Koko Shanel Dressvə s.
92
Həm Azərbaycan, həm də ingilis dillərində geyim adlarının semantik əlamətlərə görə kontrastiv təhlili onlarda ikinci dərəcəli nominasiyanın “xüsusi çəkisinin” yüksək olmasını göstərdi.
Məsələn: ingilis dilində soaker (uşaq paltarı), scullcap (araqçın).
Azərbaycan dilində: gödəkçə, şapşap, biləkcə kimi geyim adlarının yaranması ikinci dərəcəli nominasiya ilə əlaqədardır. Tədqiqatda ikinci dərəcəli nominasiya və yaxud motivləşmənin hər iki dildə üsulları fərqləndirilmiş və bunlar zəngin dil materialı əsasında sübuta yetirilmişdir. Həmçinin məişət leksikasının dilin terminoloji sisteminin zənginləşməsində rolu da işıqlandırılmışdır.