Danışma bacarığını inkişaf etdirmək üçün sinifdə hər bir şagirdin özünüifadəsi
üçün
dəstəkləyici şərait yaradılmalıdır. Bunun üçün aşağıdakılar tövsiyə olunur:
Problemlər fərdiləşdirilməlidir, uşaqlara tez-tez “Sən olsaydın, nə edərdin”
sualı verilməlidir. Belə olduqda problem uşağın
şəxsi müstəvisinə keçir və
onda danışmaq həvəsi yaranır.
Uşaqlara daha çox açıq tipli düşündürücü suallar verilməlidir. Bu suallar
“səncə...” sözü ilə başlasa, yaxşı olar. Hər bir uşaq hiss etməlidir ki, onun
fikri ətrafdakılar üçün əhəmiyyətlidir.
Hər
bir şagirdin fikrinə, yanlış olsa belə, hörmətlə yanaşılmalıdır. Bu prinsipə
müəllim özü də riayət etməli, şagirdlərə də bunu aşılamalıdır. Yanlış danış -
maq yox, heç danışmamaq pislənməlidir.
Verilən suallar müvafiq yaş qrupunun maraq dairəsinə yaxın olmalıdır.
Suala cavab
vermək üçün şagirdə fürsət, cəsarət və kifayət qədər vaxt
verilməlidir. Nə qədər ki danışmaq istəyir, onun sözü kəsilməməlidir.
İlk günlərdə uşaqların şivə ilə danışmalarına, dialekt sözlərindən istifadə et mə -
lərinə, sözlərin yanlış tələffüzünə göz yummaq olar. Əks halda şagirdlər da nış maq -
dan çəkinərlər. Lakin tədricən çalışmaq lazımdır ki, şagirdlərin şifahi nitqi ədəbi dilin
normalarına uyğunlaşsın.
2-ci sinifdə danışma bacarığı mətn (şeir,
atalar sözü, sanama və s.) əzbərlətmə
yolu ilə də inkişaf etdirilə bilər. Uşaqlar valideynlərinin köməyi ilə hər hansı mövzuda
kiçik məruzələr hazırlayıb onu sinifdə təqdim edə bilərlər. Bütün bunlar
şifahi nitq
vər dişlərinin inkişafına əhəmiyyətli dərəcədə kömək edir.
Dərslik müəlliflərinin məq -
səd kimi seçdikləri bacarıqlardan biri də uşaqların
əsər qəhrəmanlarının hərə kət -
lərini və xarakterini təhlil etmək və ona münasibət bildirmək bacarığıdır
.
Hər bir sinifdə “danışmayan” uşaqlara rast gəlmək olar. Bunlar,
əsasən, müəyyən sosial-psixoloji problemlərlə üzləşən qapalı uşaq -
lardır. Yaxşı olar ki, müəllim bu problemləri araşdırsın. Həmin uşaq -
ların valideynləri ilə ayrıca iş aparmaq lazımdır. Problemləri aradan
götürmək mümkün olmadıqda müəllim fərdi yanaşma yolu ilə uşağa
həmin problemlərlə daha asan yaşamağa kömək etməlidir. Belə
uşaq müəllimin və sinif yoldaşlarının sevgisini və həssaslığını hiss
etdikdə özünüifadəyə həvəslənir. Bu isə danışmaq üçün ən böyük
stimuldur.
n
n
n
n
n
11
Çap üçün deyil
Oxu
Qeyd olunduğu kimi, şifahi nitq
bacarıqlarından (dinləmə və danışma)
fərqli olaraq yazılı nitq bacarıqları uşaq -
larda məktəb şəraitində dərsliyin və
müəllimin köməyi ilə formalaşdırılır.
Şagirdlərdə oxu bacarığının inkişa -
fını iki mərhələyə bölmək olar:
Dostları ilə paylaş: